N. M. AĞABƏyli


Quru üsulla portlandsementin istehsalı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə87/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   104
N. M. A AB yli

Quru üsulla portlandsementin istehsalı. Bu üsulla sementin 
istehsalı yaş üsula nisbətən iqtisadi baxımdan daha əlverişlidir. Belə 
ki, şlam hazırlamaq lazım gəlmir. Xammal mergeldən yaxud bərk 
əhəngdaşı ilə az nəmlikli gilin qarışığından ibarət olduqda quru 
üsuldan istifadə edilir.
Karxanadan zavoda gətirilən əhəngdaşı və gil birinci xır-
dalanma mərhələsindən keçdikdən sonra onların kimyəvi tərkibi 
müəyyən edilir və analizin nəticəldərinə əsasən birinci dozalara 
bölünmə aparılır. 
Dozalara bölünmüş əhəngdaşı və gil xırdalanmaq üçün dəyir-
mana verilir. Buraya həmçinin sobadan ayrılan qızmış qazlar da daxil 
olur. Üyüdülmüş və qurudulmuş əhəngdaşı gillə birlikdə boşaltma 


118 
118 
siklonuna, oradan da aralıq siloslara verilir. Boşaltma siklonundan 
sonra nəzarət stansiyası yerləşdirilmişdir. Burada qarışıqdan nümunə 
götürülür və hər 10

15 dəqiqədən bir onun tərkibi rentgen-spektral 
analizatoru ilə analiz edilir. Aralıq silosun ölçüsü elə seçilir ki, onun 
doldurulması 8

10 saat vaxt aparsın.
Toz halında olan üyüdülmüş xammal qarışığı homogenizasiya 
və ehtiyat siloslarına ötürülür. Sonra həmin xammal qarışığı 
dozatorlardan və nəzarət stansiyalarından keçərək sobaya daxil olur.
Portlandsementin quru üsulla istehsalında əsasən fırlanan 
sobalardan, çox az hallarda isə şaxta sobalarından istifadə edilir. 
Üyüdülmüş xammalın yandırılma və üyüdülmə prosesi eyni ilə yaş 
üsulda olduğu kimidir. 
Kombinə edilmiş üsulla portlandsementin istehsalı. Bu üsul-
la portlandsementin istehsalı zamanı xammal qarışığı yaş üsulda 
olduğu kimi hazırlanır, presfiltrdə susuzlaşdırılır, dənəvərləşdirilir və 
sonra isə sobada yandırılır. Bu halda yanacaq sərfini 30 %-ə qədər, 
kapital qoyuluşunu isə yaş üsula nisbətən 10 %-ə qədər azaltmaq 
mümkündür, lakin elektrik enerjisi sərfi 15

20 % artır.
Kombinə edilmiş üsulda xammal qarışığı quru üsulda olduğu 
kimi də hazırlana bilər. Bunun üçün texnoloji sxemə əlavə texnoloji 
əməliyyat 

xammal qarışığının dənəvərləşdirilməsi əməliyyatı daxil 
edilməlidir. Bu halda toz halında olan xammal qarışığı xüsusi aparatda 
su ilə 10

14 %-ə qədər nəmləndirilərək dənələr halına salınır. 10

15 
mm ölçülü dənəvərləşdirilmiş xammal qarışığı əsasən şaxta tipli 
sobalarda yandırılır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin