N. M. AĞABƏyli


Sulfatlaradavamlı portlandsement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə95/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   104
N. M. A AB yli

Sulfatlaradavamlı portlandsement. Dəniz tikintilərində is-
tismar edilən dəmir-beton konstruksiyalar kimyəvi və fiziki kor-
roziyaya məruz qalır. Dəniz sularındakı sulfat duzları III növ korro-
ziya törədərək konstruksiyanı dağıdır. Bundan başqa konstruksiyanın 
su ilə görüşən hissəsində suyun səviyyəsi daim dəyişdiyindən qışda 
təkrar olunan donma və donuaçılmalar, yayda isə nəmlənmə və 
quruma prosesləri onu fiziki aşındırır. Belə şəraitdə istismar edilən 
dəmir-beton konstruksiya aşınmasın deyə onun tərkibindəki ən zəif 
komponent 

adi sement xüsusi növ sementlə 

sulfatlaradavamlı 
sementlə əvəz edilməlidir. 
Sulfatlaradavamlı sementlərə sulfatadavamlı portlandsement 
(əlavəsiz və mineral əlavəli), sulfatadavamlı posalı portlandsement və 
putsolanlı 
portlandsement 
daxildir. 
Bütün 
bu 
sementlər 
normalaşdırılmış mineral tərkibli portlandsement klinkerinin 
əlavələrsiz yaxud əlavələrlə birlikdə üyüdülməsindən alınır. 
Sulfatlaradavamlı portlandsement almaq üçün sement klinke-
rində sulfatlarla əlaqəyə girən üçkalsiumlu alüminat mineralının 
miqdarını azaltmaq lazımdır.
Sulfatlaradavamlı portlandsementin markaları 300, 400 və 500, 
xüsusi səthi adi portlandsementinki qədər olub, 2500

3000 sm
2
/q-dır; 
istehsalı adi portlandsementin istehsalından fərqlənmir. 


129 
129 

 Plastikləşdirilmiş portlandsement. Adi portlandsement klin-
keri ilə plastikləşdirici əlavələrin birgə üyüdülməsindən alınan 
sementə plastikləşdirilmiş portlandsement deyilir. Plastikləşdirici 
əlavə kimi spirt sənayesində tullantı halında alınan sulfit-spirt cecəsi 
(SSC) konsentratından istifadə edilir. Bu əlavə sementin kütləsinin 
0,15

0,25
%-i miqdarında götürülür. 
Sulfit-spirt cecəsi sementin dənələri üzərinə nazik təbəqə 
halında adsorbsiya olunur. Bu təbəqə sement dənələrinin su ilə islan-
masını artıraraq, onların ətrafında qalın su pərdələri əmələ gətirir. 
Odur ki, sement dənələri arasındakı ilişmə qüvvəsi azalır və onlar bir-
birinə nisbətən daha sürüşkən olur. Buna görə plastikləşdirilmiş 
portlandsementdən hazırlanan məhlul və beton qarışığının plastikliyi 
yüksəkdir. 
Betonda plastikləşdirilmiş portlandsement işlətdikdə su-sement 
nisbətini azaltmaq mümkündür. Bu da betonun möhkəmliyini artırır, 
ya da sərf olunan sementin miqdarını 8

10 % azaltmağa imkan verir. 
Ondan hazırlanan betonun sukeçirməsi azalır, şaxtaya və sulfatlara 
davamlılığı isə artır. 
Plastikləşdirilmiş portlandsementin istehsalı adi portlandsemen-
tinki kimidir. Lakin burada əlavə olaraq üyüdücü şöbədə SSC-ni 
dozalaşdırmaq üçün xüsusi qurğu qurulmalıdır. SSC-nin əlavə 
edilməsi üyütmə prosesini xeyli asanlaşdırır. Bu sementin markaları 
adi portlandsementinki kimidir. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin