N. M. AĞABƏyli


Gips-alüminatlı genişlənən sement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə103/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   104
N. M. A AB yli

Gips-alüminatlı genişlənən sement. Müəyyən nisbətdə götü-
rülmüş yüksəkalüminatlı posa və ya klinkerlə təbii gips daşının 
birlikdə yaxud ayrıca üyüdülərək qarışdırılmasından alınan 
tezbərkiyən hidravlik yapışdırıcı maddəyə gips-alüminatlı genişlənən 
sement deyilir. 
Bütün genişlənən sementlərdə olduğu kimi burada da geniş-
lənmənin səbəbi kalsium hidroalüminat birləşməsinin əmələ 
gəlməsidir. 
Optimal tərkibli gips-alüminatlı genişlənən sement təxminən 70 
% yüksəkalüminatlı posa və 30 % təbii gips daşından ibarət olur. 
Üyüdülmə zamanı sementə, onun keyfiyyətini aşağı salmayan 2 %-ə 
qədər əlavə qarışdırmaq olar. 
Gips-alüminatlı genişlənən sement suda bərkidikdə genişlənmə 
xassəsinə malikdir; havada bərkidikdə isə yığışmayan olur və ya suda 
bərkidiyinə nisbətən az genişlənir. Markaları 400 və 500-dir. Həmin 
sementdən hazırlanan nümunələrin sıxılmada möhkəmlik həddi 3 
gündən sonra təyin edilir və 30 MPa-dan az olmamalıdır. Sementin 28 
gündən sonrakı möhkəmlik həddi 3 günlük möhkəmlik həddindən az 
olmamalıdır. Tutmasının başlanğıcı 10 dəqiqədən tez, tutmasının sonu 
isə 4 saatdan gec olmamalıdır.
Alüminat sementindən fərqli olaraq gips-alüminatlı genişlənən 
sement əsasında hazırlanmış məmulatları isti-nəm şəraitdə bərkitmək 
olar. Bu zaman bərkimə sürəti əhəmiyyətli dərəcədə artır. Lakin 
bərkimə temperaturu 80 
0
S-dən çox olmamalıdır. 
Bu yapışdırıcıdan gəmiqayırmada, atom reaktorlarının mühafizə 
işlərində istifadə edilir.
Genişlənən portlandsement. Müəyyən nisbətdə götürülmüş 
portlandsement klinkerinin, yüksəkalüminatlı posanın, gips daşının və 
aktiv mineral əlavənin birlikdə üyüdülməsindən alınan hidravlik 


142 
142 
yapışdırıcı maddəyə genişlənən portlandsement deyilir. Bu sementin 
tərkibi 60

65 % portlandsement klinkerindən, 5

7 % alüminat 
posasından, 7

10 % gips daşından və 20

25 % aktiv mineral əlavədən 
ibarətdir. 
Genişlənən portlandsementin narınlığı elə olmalıdır ki, 008 №-
li ələkdə qalıq 7 %-dən çox olmasın.Tutmanın başlanğıcı 30 dəqi-
qədən tez, sonu isə 12 saatdan gec olmamalıdır. Markaları 400, 500 və 
600-dür.
Bərkimiş genişlənən sement sıx quruluşlu və sukeçirməyən 
materialdır. Onun əsasında hazırlanan beton və məhlullar yüksək 
sukeçirməzlik və şaxtayadavamlılıq xassəsinə malikdir. 
Genişlənən portlandsement əsasən genişlənən və yığışmayan 
betonlar, məhlullar almaq, yığma dəmir-beton konstruksiyalarının 
elementləri arasındakı aralıqları doldurmaq üçün istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin