N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə100/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   104
N. M. A AB yli

 
§ 10. Posalı sementlər 
Posalı portlandsement 
Müəyyən nisbətdə götürülmüş portlandsement klinkeri ilə tez 
soyudulmuş domna posasının bir yerdə üyüdülməsindən və ya həmin 


136 
136 
materialların ayrılıqda üyüdülərək mükəmməl surətdə qarış-
dırılmasından alınan hidravlik yapışdırıcı maddəyə posalı portland-
sement deyilir. Sementdə posanın miqdarı 21 %-dən az 80 %-dən çox 
olmamalıdır. Tutma sürətini tənzimləmək məqsədilə 5 %-ə qədər gips 
daşı əlavə olunur. 
Posalı portlandsement klinkerlə posanın qarışığından ibarət 
olduğundan, onun bərkiməsi də posa və klinker minerallarını hidra-
tasiya kompleksindən ibarətdir. Odur ki, posalı portlandsementin 
bərkimə prosesi portlandsementə nisbətən daha mürəkkəbdir. 
Posalı portlandsementin bərkimə sürəti əsasən klinkerin mineral 
tərkibindən, klinkerlə posanın nisbətindən, posanın mineral 
tərkibindən və üyüdülmə dərəcəsindən asılıdır. Bu sementin birinci iki 
ay ərzində bərkiməsi adi portlandsementə nisbətən ləng gedir, lakin 
sonradan bərkimənin intensivliyi artır və 6

12 aya onun möhkəmliyi 
portlandsementin möhkəmliyinə çatır və hətta onu ötür. Bu hal 
posanın tədricən hidratasiyası və reaksiya məhsulları ilə reaksiyaya 
girməmiş posa və klinker dənələrinin sərt birləşməsi hesabına baş 
verir. 
Posalı portlandsementin xüsusi səthinin artırılması onun 
bərkiməsini xeyli dərəcədə artırır. Xüsusi səthi 6000 sm
2
/q-a qədər 
olan posalı portlandsement, bərkiməsinə görə eyni markalı adi 
portlandsementdən geri qalmır. 
Posalı portlandsementin rəngi nisbətən açıq bozdur. Sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 900

1200, sıxlaşdırılmış halda 
1400

1700, həqiqi sıxlığı isə 2800

3000 kq/m
3
-dur. Portlandsementə 
nisbətən gec tutur. Tutma vaxtı 45 dəqiqədən 10 saata qədər
məhdudlaşdırılır. Markaları 300, 400 və 500-dür.
Posalı portlandsement mineral və şirin suların təsirinə məruz 
qalan beton və dəmir-beton konstruksiyalarında, buxaravermə yolu ilə 
bərkiyən məmulatların istehsalında, yerüstü, yeraltı və sualtı 
tikintilərdə işlədilir. Bu sementin saxlanılması və daşınması eyni adi 
portlandsementdə olduğu kimidir. Uzunmüddət saxlanıldıqda 
möhkəmliyini çox itirir.
Sulfat-posa sementi 
Tez soyudulmuş domna posası ilə aktivləşdirici maddələrin 
birlikdə narın üyüdülməsindən və ya ayrıca üyüdülərək mükəmməl 


137 
137 
qarışdırılmasından alınan hidravlik yapışdırıcı maddəyə sulfat-posa 
sementi deyilir. Aktivləşdirici maddə olaraq anhidrit, yarımsulu və 
ikisulu gips, 800

900 
0
S temperaturda yandırılmış dolomit, əhəng və 
portlandsement götürülə bilər. Sulfat-posa sementini hazırlamaq üçün 
80

85 % tezsoyudulmuş domna posası, 15

20 % gips daşı yaxud 
anhidrit və 5 %-ə qədər portlandsement klinkeri və ya 2 %-ə qədər 
əhəng götürülür. 
Bu yapışdırıcının həqiqi sıxlığı 2900

3100 kq/m
3
, sıxlaşdırıl-
mamış halda tökmə sıxlığı 900

1100 kq/m
3
, sıxlaşdırılmış halda isə 
1500

1650 kq/m
3
-dur.
Bərk qatılıqlı 1:3 tərkibli məhluldan hazırlanmış sulfat-posa 
sementi nümunələrinin markaları 300 və 400-dür. Tutmasının 
başlanğıcı 30 dəqiqədən tez, tutmasının sonu isə 10 saatdan gec 
olmamalıdır. Bərkiməsi üçün əlverişli temperatur 20

30 
0
S-dir. 10 
0
S-dən aşağı temperaturda bərkiməsi xeyli ləngiyir. 40 
0
S-dən yuxarı 
temperatur şəraitində bərkidikdə möhkəmliyi kəskin surətdə azalır.
Bərkimənin birinci iki həftəsi ərzində möhkəmlik az olmasın 
deyə sulfat-posa sementini qurumaqdan qorumaq lazımdır. 
Sulfat-posa sementi havada uzunmüddət saxlandıqda möhkəm-
liyini xeyli itirir. Posalı sementlərin hamısına xas olan bu xassə sulfat-
posa sementini işlədərkən xüsusi olaraq nəzərə alınmalıdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin