N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə97/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   104
N. M. A AB yli

 Tamponaj portlandsementi. Neft və qaz quyularını sement-
ləmək üçün istifadə edilən portlandsementə tamponaj portlandsementi 
deyilir. Təyinatından asılı olaraq iki növdə istehsal edilir: 
1) ―soyuq‖ (22

2
0
S temperaturdan çox olmayan) quyular üçün; 
2)―isti‖ (75

2
0
S temperaturdan çox olmayan) quyular üçün. 
―Soyuq‖ quyular üçün işlədilən tamponaj sementlərində C
3

mineralının miqdarı çox olmamalıdır. C
3
S və C
3
A minerallarının 
birlikdə miqdarı 60 %-ə yaxın, gipsin kütləsi isə 3

3,5 % həddində 
olur. 
―Isti‖ quyularda sement tez tutduğundan burada işlədilən tam-
ponaj sementində C
3
A və C
3
S minerallarının miqdarı az, C
4
AF 
mineralının miqdarı isə çox olur. 

Yol və aerodrom örtükləri üçün portlandsement. Yol ör-
tüklərində işlədilən beton daimi olaraq mexaniki, fiziki və kimyəvi tə-
sirlərə (temperatur dəyişmələrinə, yağış və qrunt sularının təsirinə və 
s.) məruz qalır. Buna görə belə betonların uzunömürlülüyünü artırmaq 
üçün onları xüsusi sementlərdən hazırlayırlar.
Bu sement adi, plastikləşdirilmiş və hidrofob portlandse-
mentlərin bir növü olub, onun klinkerində üçkalsiumlu alüminat 
mineralının miqdarı 8 %-dən çox olmamalıdır. Klinkeri üyüdən zaman 
ona sementin kütləsinin 15 %-i qədər tez soyudulmuş domna posası 
əlavə etmək olar. Yol və aerodrom örtükləri üçün olan 
portlandsementin tutmasının başlanğıcı 2 saatdan tez olmamalıdır. Bu 
müddət betonun nəql edilməsi və qəlibə qoyulması prosesinə lazım 
gələn vaxta görə müəyyən edilir.

Azbestsement məmulatlarının istehsalı üçün portlandse-
ment. Portlandsementin azbest-sement məmulatlarının istehsalında 
tətbiqi bir sıra xüsusiyyətlərlə xarakterizə edilir. 


132 
132 
Azbestsement məmulatlarının hazırlanması zamanı sementin 
hidratasiyasının başlanğıcı çoxlu su tələb edir. Istehsal prosesində isə 
tərkibində çoxlu miqdarda su olan azbest-sement kütləsini susuz-
laşdırmaq, yəni suyun xeyli hissəsini sıxaraq çıxartmaq lazımdır. Bu 
halda sementin hissəciklərinin azbest lifləri üzərində olması üçün 
onlar kifayət qədər narın olmalıdır. Narınlıq artdıqca sementin 
hidratasiya və azbest lifləri ilə birləşmə qabiliyyəti artır, lakin çox 
narın sementin (xüsusi səthi 3200 sm
2
/q-dan çox olduqda) susaxlama 
qabiliyyəti də artır ki, bu da azbest-sement məmulatının susuzlaşdırma 
və sıxlaşdırma prosesini çətinləşdirir. 
Sementin tutmasının başlanğıcı 1,5 saatdan tez, sonu isə 12 
saatdan gec olmamalıdır. 
Azbest-sement məmulatlarının istehsalında işlədilən sementin 
markaları 400 və 500-dür. Bu markalar üçün əyilmədə möhkəmlik 
həddi 7 gündən sonra 4,3 və 4,7 MPa-dan, 28 gündən sonra isə 5,5 və 
6 MPa-dan az olmamalıdır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin