130
130
Silisiumlu üzvi birləşmələrdən hidrofob əlavələr olaraq natrium
metilsilikonat və natrium etilqlükonatdan istifadə edilir. Bu maddələr
digər silisiumlu üzvi birləşmələrin tullantılarından alınır.
Hidrofob əlavələr sementin kütləsinin 0,06
0,30 %-i miqda-
rında götürülür.
Hidrofob əlavələrin ən xırda hissəcikləri sementin dənələri
üzərində adsorbsiya xassəli pərdə əmələ gətirir. Həmin pərdə sementin
su ilə islanma qabiliyyətini azaldır və bununla onu nəm şəraitdə
daşıdıqda və ya uzun müddət saxladıqda xarab olmaqdan qoruyur.
Hidrofob portlandsementdən
hidrotexniki tikintilərdə, yol və
aerodrom örtüklərində və digər tikintilərdə istifadə etmək daha
məqsədəuyğundur.
Ağ və əlvan portlandsementlər. Bu yapışdırıcılar dekorativ
sementlərə aiddir.
Ağ portlandsement tərkibində minimal miqdarda rəngləyici
oksidlər (dəmir, maqnezium, xrom oksidləri) olan xammal material-
larından alınır. Xammal materialı olaraq, ―təmiz‖ əhəngdaşından və ağ
kaolin gilindən istifadə edilir.
Xammal həm quru, həm də yaş üsulla
hazırlana bilər. Xammal materialları elə rejimdə yandırılır ki, onun
tərkibində olan dəmirin rəngləyici təsiri aradan qalxsın.
Ağ portlandsementin əsas xassəsi onun ağlığıdır. Ağlıq, par-
laqlıq əmsalı ilə xarakterizə edilir. Barium-sulfatın parlaqlığı vahid
qəbul edilərək, ağ portlandsementin parlaqlıq əmsalı
ona nisbətən
faizlə ifadə edilir. Ağlıq dərəcəsindən asılı olaraq ağ portlandsement
üç növə bölünür: Əla, I növ və II növ. Əla növ üçün parlaqlıq əmsalı
80, I növ üçün 76 və II növ 72 %-dən az olmamalıdır (adi
portlandsementin parlaqlıq əmsalı 20
40 %-dir).
Əlvan portlandsementlər. Ağ portlandsement klinkerini
aktiv
mineral əlavə (ağ dolomit), rəngləyici əlavə (piqment) və gipslə
birlikdə narın üyütməklə əlvan portlandsementlər alırlar.
Əlvan portlandsementdə klinkerin miqdarı 80 %-dən az, aktiv
mineral əlavəninki 6 %-dən, mineral süni yaxud təbii piqmentinki isə
15 %-dən çox olmamalıdır. Üzvi piqmentin miqdarı sementin
kütləsinin 0,3 %-dən artıq olmamalıdır.
Rəngləyici olaraq oxra, dəmir sülügəni (açıq sarı və qırmızı
rəngə çalan), təmiz manqan filizi (qəhvəyi rəng), xrom oksidi (yaşıl
131
131
rəng), ultramarin (göy rəng) və s. götürülür. Rəngləyici maddələr işıq
və qələvilərin təsirinə davamlı olmalıdır.
Əlvan portlandsementlərin rənginə görə aşağıdakı növləri
vardır: sarı, çəhrayı, qırmızı, qəhvəyi, göy, yaşıl və qara.
Ağ və əlvan portlandsementlərin markaları 300, 400 və 500-dür.
Bu sementlərə verilən tələblər adi portlandsementə
verilən tələblərlə
eynidir. Onlardan memarlıq, bəzək və heykəltaraşlıq işlərində,
müxtəlif üzlük materialların istehsalında, dekorativ məhlul və
betonların hazırlanmasında istifadə edilir..
Dostları ilə paylaş: