133
133
Çöküntü süxurlarından olan aktiv mineral əlavələrə diatomit,
trepel, opoka və qliyej aiddir.
Püskürülmüş süxurlardan olan aktiv mineral əlavələrə vulkan
külləri, vulkan tufları, traslar və süngərlər aiddir.
Süni aktiv əlavələr. Bu əlavələrdən ən çox işlədiləni tez-
soyudulmuş domna posaları, nefelin (belit) şlamı, yanacaq külləri və
bişmiş gil materiallarıdır.
§ 9. Putsolanlı sementlər
Putsolanlı portlandsement
Portlandsement klinkerinin lazımi
miqdarda gips və aktiv mi-
neral əlavələrlə birlikdə üyüdülməsindən ya da ayrıca üyüdülərək
mükəmməl surətdə qarışdırılmasından alınan yapışdırıcıya
putsolanlı
portlandsement deyilir.
Putsolanlı portlandsementdə çöküntü süxurlarından olan aktiv
əlavələrin miqdarı sementin kütləsinin 20
30%-i qədər, püskürülmüş
süxurlardan olan aktiv əlavələrin miqdarı isə 25
40 %-i
qədər ola
bilər.
Sementdə SO
3
-ün miqdarı 3,5 %-dən, işlədilən klinkerdə isə
MgO-nin miqdarı 5 %-dən çox olmamalıdır.
Putsolanlı portlandsementin istehsal texnologiyası portland-
sementdən fərqlənmir. Fərq yalnız ondadır ki, aktiv mineral əlavə bir
qədər çox miqdarda qatılır. Əlavə əvvəlcə daşqıranda xırdalanır,
qurudulur və çəkilərək dəyirmana verilir ki,
burada o, klinker və
gipslə birlikdə üyüdülür. Üyütmə vaxtı putsolanlı portlandsementə
plastikləşdirici və hidrofob əlavələr qatmaq olar.
Putsolanlı portilandsement su ilə qarışdırıldıqda aşağıdakı
reaksiya gedir:
Ca(OH)
2
+ SiO
2
+ mH
2
O = CaO
SiO
2
mH
2
O.
Bundan başqa aktiv silisium 4-oksid üçkalsiumlu hidroalümi-
natla da aşağıdakı reaksiya üzrə əlaqəyə girir:
3CaO
Al
2
O
3
6H
2
O + SiO
2
= CaO
SiO
2
nH
2
O +
+ 2CaO
Al
2
O
3
(6
n)H
2
O.
134
134
Beləliklə, sementin hidratasiyası nəticəsində alınan
bütün
sərbəst əhəng, demək olar ki, suda həll olmayan birləşmələr halına
keçir. Buna görə də yaxşı bərkimiş putsolanlı portlandsement içməli
suyun təsirindən yuylmur.
Aşağı temperaturun putsolanlı portlandsementə təsiri adi
portlandsementə olan təsirindən daha güclüdür.
10
0
S –dən aşağı
temperaturda həmin sementin tutması
və bərkiməsi mühüm dərəcədə
yavaşıyır. Buna görə putsolanlı portlandsementi soyuq vaxtlarda
işlətmək məsləhət deyildir.
Yüksək temperaturun putsolanlı portlandsementə təsiri port-
landsementdən daha güclüdür. Bu xassəsinə görə putsolanlı port-
landsementdən hazırlanan məmulatı avtoklavda buxara vermək
məsləhət görülür.
Putsolanlı portlandsement adi portlandsementdən daha açıq
rəngli olur. Onun həqiqi sıxlığı 2800
2900, tökmə sıxlığı sıxlaşdırıl-
mamış halda 800
1000, sıxlaşdırılmış halda isə 1200
1500 kq/m
3
-
dur. Normal qatılıqlı xəmir almaq üçün putsolanlı portlandsementə
30
40 %, yəni portlandsementdən daha çox su qatmaq lazım gəlir.
Putsolanlı portlandsementin markaları 300 və 400-dür. Onun
bərkimənin ilk günlərində və həftələrində mghkəmliyinin artması adi
portlandsementinkinə nisbətən tədricən gedir.
Lakin müəyyən vaxt
keçdikcə möhkəmliklər arasındakı fərq yavaş-yavaş azalır və 6 ay
keçdikdən sonra putsolanlı portlandsement əlavə qatılmış
portlandsement kimi möhkəmliyə malik olur.
Dostları ilə paylaş: