135
135
Əhəng-putsolan sementi hazırlamaq üçün trepel, diatomit, sün-
gər, trass və tuflardan istifadə oluna bilər.
Əhəng-putsolan sementi adi portlandsementə nisbətən xeyli
yüngül olur. Onun həqiqi sıxlığı işlədilən əlavənin növündən asılı
olaraq 2200
2700 kq/m
3
-dur. Sıxlaşdırılmamış halda tökmə sıxlığı
500
800, sıxlaşdırılmış halda isə 800
1200 kq/m
3
-dur. Narınlığı elə
olmalıdır ki, onu 008 №-li ələkdən keçirdikdə alınan qalıq 15 %-dən
çox olmasın.
Ümumiyyətlə, əhəng-putsolan sementinin aktivliyi çox
olsun deyə o, daha narın üyüdülməlidir.
Əhəng-putsolan sementi əsasən yeraltı və sualtı
şəraitdə is-
tismar edilən aşağı markalı beton və məhlullar,
habelə istilik-nəm
şəraitində yüksək təzyiq altında bərkiyən beton daşlar üçün işlədilir.
Ondan yerüstü tikintilərdə də istifadə etmək olar. Bu şərtlə ki, bərkimə
dövründə mümkün qədər uzunmüddət nəm şərait yaradılsın.
Əhəng-kül sementi
Quru külün hava əhəngi yaxud hidravlik əhənglə birlikdə üyü-
dülməsindən alınan hidravlik yapışdırıcıya
əhəng-kül sementi deyilir.
Adətən, üyüdülmə zamanı qarışığa 5 %-ə qədər gips daşı
da əlavə
edilir. Yapışdırıcının tərkibində əhəngin miqdarı 50 %–ə qədər
(kütləyə görə) ola bilər. Küllər daş və qonur kömür, torf, yanar şistlər
kimi bərk yanacaq növlərinin yandırılmasından alınır.
Daş və qonur kömür küllərindən istifadə etdikdə onun miqdarı
60
80 %, torf və yanar şistlərin küllərindən
istifadə etdikdə müvafiq
olaraq, 10
30 % və 70
90 % kül götürülür.
Əhəng-kül sementi xassələrinə görə əhəng-putsolan sementin-
dən fərqlənmir. Onun tökmə sıxlığı 700
800 kq/m
3
-dur.
Əhəng-kül
sementinin markaları 50, 100, 150 və 200-dür. Onun əsasında
sıxılmada möhkəmliyi 15
25 MPa olan xırdadənəli beton (buxara
verməklə) almaq mümkündür. Tətbiq sahəsi əhəng-putsolan sementi
ilə təxminən eynidir.
Dostları ilə paylaş: