N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə93/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   104
N. M. A AB yli

Ikinci növ korroziya. Bu növ korroziya tərkibində duzlar və 
turşular olan suların təsirindən əmələ gəlir. Həmin sular silikat daşını 
təşkil edən birləşmələrlə əvəzetmə reaksiyalarına girərək ya suda 
yaxşı həll olan, ya da heç bir yapışdırıcılıq qabiliyyəti olmayan 
məhsullar əmələ gətirir. Beləliklə, sement daşının məsaməliliyi artır, 
möhkəmliyi azalır və tədricən dağılır. 
Karbonat korroziyası. Suda sərbəst karbon qazının miqdarı 
15

20 mq/l-dən çox olduqda o, turşu mühiti yaradaraq sementə dağı-
dıcı təsir göstərir. Əvvəlcə CO
2
sement daşındakı əhəngi CaCO
3
-a 
çevirir: 
Ca(OH)
2
+ CO
2
= CaCO
3
+ H
2
O. 
Əmələ gəlmiş CaCO
3
sement daşının məsamələrinə çökərək onu sıx-
laşdırır. Lakin sonradan sudakı CO
2
əmələ gəlmiş CaCO
3
-la əks 
reaksiyaya girərək onu suda asan həll olan bikarbonata çevirir: 
CaCO
3
+ CO
2
+ H
2
O = Ca(HCO
3
)
2

Bu reaksiya o vaxta qədər davam edir ki, məhlulda bikarbonat, 
karbonat və karbon qazı arasında müvazinət əmələ gəlsin. Odur ki, 
tərkibində çoxlu karbon qazı olan suyu beton borularla nəql etmək 
lazım gəldikdə, həmin suyu əvvəlcə əhənqgdaşı ilə doldurulmuş 
süzgəcdən keçirirlər. Bu halda karbon qazı əhəngdaşı ilə birləşərək 
bikarbonat əmələ gətirir. Süzgəc kimi istifadə edilən əhəngdaşını 
müəyyən vaxt keçdikdən sonra dəyişdirmək lazımdır.

Turşu korroziyası. Bütün üzvi və qeyri-üzvi turşular qatılıq-
larından asılı olmayaraq sement daşına dağıdıcı təsir göstərir. Onlar 
təkgcə Ca(OH)
2
-lə deyil, sement daşının digər birləşmələri ilə də 


126 
126 
reaksiyaya girir. Sənaye sularında müxtəlif növ turşular, təbii sularda 
isə əsasən karbonat turşusu olur. 
Sement daşına xlorid turşusu təsir etdikdə aşağıdakı reaksiya 
gedir: 
Ca(OH)
2
+ 2HCl = CaCl
2
+ 2H
2
O, 
3CaO

2SiO
2

3H
2
O + mHCl = 3CaCl
2
+ 2SiO
2

aq +nH
2
O. 
Reaksiya nəticəsində əmələ gələn kalsium-xlorid suda asanlıqla 
həll olur və yuyulur. Nəticədə sement daşında məsamələr əmələ gəlir, 
betonun möhkəmliyi azaldır, sonra isə tam dağılır. 
Sulfat turşusu sement bərkidikdə əmələ gələn Ca(OH)
2
-lə reak-
siyaya girərək onu gipsə çevirir: 
Ca(OH)
2
+ H
2
SO
4
= CaSO
4

2H
2
O. 
Həmin gips sement daşının məsamələrində kristallaşır və 
kristalların artması sement daşını dağıdır.
Adi beton hidrogen göstəricisi pH

6,5, daha sıx beton isə 
pH

4,9 

4 olduqda dağılmağa başlayır. 
Betonu, praktiki olaraq, turşu korroziyasından qorumaq müm-
kün deyildir. Onu turşuların təsirindən qorumaq üçün beton kon-
struksiyanın səthini turşuyadavamlı sement qatı ilə örtürlər. 
Maqnezial korroziya. Dəniz sularında NaCl duzundan başqa di-
gər duzlar da vardır. Dünya okeanı sularının hər 1 litrində, orta 
hesabla, 27,2 q NaCl; 3,8 q MgCl
2
; 1,7 q MgSO
4
; 1,2 q CaSO
4
duzu 
olur. 
Tərkibində maqnezium duzu olan su betonda maqneziumlu kor-
roziya törədir. Bu halda maqneziumun duzu Ca(OH)
2
-lə qarşılıqlı 
əlaqəyə girərək suda asan həll olan və su ilə asanlıqla yuyulub çı-
xarılan duz və yapışdırıcılıq qabiliyyəti olmayan Mg(OH)
2
əmələ 
gəlir: 
Ca(OH)
2
+ MgCl
2
= CaCl
2
+ Mg(OH)
2

Maqnezium duzlarının tərkibində Mg
2+
ionlarının miqdarı 500 
mq/l-dən çox olarsa, onlar sement daşına aqressiv təsir göstərir.
Qeyd etmək lazımdır ki, MgSO
4
sment daşına daha aqressiv 
təsir göstərir və bu cür korroziya maqnezial-sulfat korroziyası adlanır. 


127 
127 
MgSO
4
təkcə Ca(OH)
2
-lə deyil, həm də hidroalüminat və hidro-
silikatlarla da reaksiyaya girir: 
Ca(ON)
2
+ MgSO
4
+ 2H
2
O = CaSO
4

2H
2
O + Mg(OH)
2

3CaO

Al
2
O
3

6H
2
O + 3MgSO
4
+ 6H
2
O = 3(CaSO
4

2H
2
O) + 
+2Al(OH)
3
+ 3Mg(OH)
2,
3CaO

2SiO
2

3H
2
O + 3MgSO
4
+nH
2
O = 3(CaSO
4

2H
2
O) + 
+ 2SiO
2

nH
2
O + 3Mg(OH)
2

Reaksiyalar nəticəsində sement daşında suda asanlıqla həll olan 
və yaxud yuyulub çıxarılan birləşmələr əmələ gəlir. Bunlar da sement 
daşında məsamələrin əmələ gəlməsinə, möhkəmliyin aşağı düşməsinə 
və son nəticə olaraq dağılmasına səbəb olur.
Maqnezial-sulfat korroziyası ayrılıqda götürülmüş sulfat yaxud 
maqnezial korroziyadan daha güclüdür. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin