N. M. AĞABƏyli


Portlandsementin korroziyası



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə92/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   104
N. M. A AB yli

 
Portlandsementin korroziyası 
Aqressiv təsirlər zamanı sementin möhkəmliyi azalır, bəzən isə
qismən və ya tamamilə dağılır. Sementin müxtəlif aqressiv təsirlərdən 
dağılmasına korroziya deyilir.
Aqressiv tərkibli su və ya qaz betondan süzüldükdə, habelə be-
ton dövri olaraq donma və donu açılma, nəmlənmə və quruma təsir-
lərinə məruz qaldıqda korroziya prosesi sürətlənir.
Sement daşının su mühitində korroziyası üç növə bölünür. 
Birinci növ korroziya. Bu növ korroziya codluğu az olan 
(yumşaq) suların təsirindən meydana çıxır. Bu cür sulara yağış, qar və 
dağ çaylarının suları, bataqlıq suları və s. sular aiddir. 
Qeyd edildiyi kimi portlandsementin hidratasiyası zamanı 
Ca(OH)
2
alınır. Əhəngin suda az həll olmasına baxmayaraq, axar su-
ların təsiri ilə sement daşından çoxlu miqdarda əhəng yuyulub aparıla 
bilər. Əhəngin yuyulması nəticəsində sement daşı məsaməli olur və 
möhkəmliyinin bir hissəsini itirir. Birinci növ korroziya sement 
daşından Ca(OH)
2
-in 
(qələvinin) 
yuyulması nəticəsində baş 
verdiyindən belə korroziyaya qələvisizləşdirilmə korroziyası da 
deyilir. 1

3 ay bərkimə dövründə sement daşındakı sərbəst Ca(OH)
2
-
in miqdarı 10

15 %-ə çatır (CaO-ə hesab edilməklə). Onun yuyulub 
çıxarılması və CaO-in qatılığının aşağı düşməsi nəticəsində kalsium 
hidrosilikatların və hidroalüminatların parçalanması baş verir. Sement 
daşından 15

30 % (digər silikat birləşmələrinin hesabına) Ca(OH)
2
yuyulduqda onun möhkəmliyi 40

50 % və daha çox aşağı düşür. 
Bunu betonun səthində ağ ləkələrin meydana çıxması ilə görmək olar. 
Beton havada bərkidikdə onun tərkibində olan sərbəst əhəng 
havanın karbon qazı ilə birləşərək kalsium-karbonat əmələ gətirir: 
Ca(OH)
2
+ CO
2
= CaCO
3
+ H
2
O. 
Betonun səthində əmələ gəlmiş CaCO
3
qabığının nazik olma-
sına baxmayaraq, mühafizəedici kimi əhəngin yuyulub çıxarılmasına 


125 
125 
maneə törədir, çünki kalsium-karbonat təmiz suda əhəngə nisbətən 
təxminən 100 dəfə az həll olur. Buna görə su tikintilərində işlədiləcək 
beton blokları və svayları bir neçə ay açıq havada saxlamaqla onların 
suların təsirinə qarşı davamlılığını artırmaq mümkün olur. 
Sementin şirin suların təsirinə qarşı davamlılığını artırmaq 
məqsədilə ona aktiv mineral əlavələr qarışdırırlar. Bu əlavələrin (do-
lomit, trepel və s.) tərkibindəki amorf SiO
2
sərbəst əhənglə birləşərək 
suda az həll olan kalsium hidrosilikatlar əmələ gətirir: 
Ca(OH)
2
+ SiO
2
+ mH
2
O = CaO

SiO
2

mH
2
O. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin