Namazin hiKMƏt və SİRLƏRİ



Yüklə 0,75 Mb.
səhifə5/10
tarix06.05.2017
ölçüsü0,75 Mb.
#16996
1   2   3   4   5   6   7   8   9   10

TƏKBİRLƏRİN FƏLSƏFƏSİ
Namazın başlanğıc hissəsi olan təkbiri dilə gətirməklə bütün adi işlər insana haram olur. Necə ki, imam Əli (ələyhissəlam) bu barədə belə buyurur:

Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) belə buyurmuşdur: Namazın müqəddiməsi dəstəmazla, bütün adi işlərin haram olması təkbirlə və halal olması isə namazın sonundakı salamladır.” 2

Təkbirlərin3 istər azanda və iqamədə, istərsə də namazın əvvəlindən sonuna kimi zikr olunmasının fəlsəfəsi budur ki, insanlar Allahın əzəmətini yada salıb, dünyanı və maddiyyatı kiçildərək Yaradana olan diqqəti daha da gücləndirsinlər. Dünyəvi işlərdən uzaqlaşaraq namazda hüzuri-qəlb tapmaqla ilahi heybətə ürəklərində yer versinlər.

Təkbiratul-ihram” (niyyətdən sonra vacib olan təkbir) namazın rüknündən sayılır. Namazın həqiqəti məbudun əzəmətini izhar etməkdən ibarətdir. “Əllahu Əkbər” kəlməsi də bu həqiqəti aşkar şəkildə xatırladır. Təkbirin mənası budur ki, “Allah Böyükdür,” təsəvvür olunan hər bir şeydən ucadır. “Əllahu Əkbər”, yəni Allahın əzəməti və böyüklüyü bizim mərifət, düşüncə və təsəvvürümüzün fövqündədir.


Ey xəyaldan uzaq, oxşarsız olan,

Haqqında dedilər biz də eşitdik.

Əfsus ki, ömrümüz çatmaqda sona,

Sənin vəsfin üçün axı nə etdik!
Əlləri qulaqların müqabilində qaldırıb təkbir deməyin mənası budur ki, Allahdan başqa hər şeydən uzaqlaşıb, hüzuri-qəlblə və kamil diqqətlə Onunla ünsiyyətdə rahatlıq tapmaq istəyirəm.
QİYAMIN FƏLSƏFƏSİ
Namazın vacibatlarından biri də qiyamdır. Qiyam (ayaq üstə durmaq) namazın mühüm hissələrindən və rüknündən sayılır. Qiyamda zəlillik, xuzu və xuşu özünü büruzə verir. Böyüklərin hüzurunda ayaq üstə durmaq ədəb və hörmət, onlardan icazəsiz oturmaq isə ədəbsizlik əlamətidir. Qiyam və namazın ruhu da deyilənlərə işarədir.

Müstəhəb namazları ayaq üstə qılmağın savabı oturaq halda qılmaqdan çoxdur. Ayaq üstə oxunan xütbə və ya moizələr də üstündür. Belə ki, cümə namazında, fitr və qurban bayramları namazlarında xütbə yalnız ayaq üstə oxunmalıdır. İslam bu namazlarda oturaq halda xütbə oxunmasını qəti surətdə qadağan edir. Onu da qeyd edək ki, İslam tarixində oturub xütbə oxuyan şəxs Müaviyə olmuşdur.1

Namazda qiyam halında durmaq məhşər günündə sıraya düzülüb əməllərə görə cavab verəcəyimizi xatırladır. Qurani-Kərim bu barədə buyurur:

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِين‏

O gün ki, insanlar aləmlərin Pərvərdigarı üçün ayağa qalxarlar.”2

Başqa bir ayədə isə belə buyurulur:

يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلَئكَةُ صَفًّا لَّا يَتَكلَمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَ قَالَ صَوَابًا

O gün ki, ruh və mələklər sıraya düzülərək ayağa qalxar və Rəhmanın (Allahın) izni olmadan danışmazlar.”3

Bu kimi ayələrin nümunəsi camaat namazında özünü büruzə verir. Belə ki, namaz qılanlar pişnamazın arxasında sıraya düzülməklə danışıq ixtiyarını əldən verir, sakit halda onun qiraətinə qulaq asırlar. Zahiri qiyam həqiqi qiyama işarədir. Yəni səbir edib ayaq üstə durmaq əsl hədəfə çatmaq üçündür.

Məsələn, zalım əməvi hökumətinə qarşı vuruşan imam Hüseynin (ələyhissəlam) qiyamı və ya İslam Peyğəmbərinin (sal­ləllahu ələyhi və əlihi və səlləm) küfrə qarşı qiyamı əsl hə­dəfə çatmaq üçün idi. Bu sayaq qiyama, hədəfə kamil iman nə­ticəsində çatılır. Necə ki, İslam Peyğəmbərinin (salləllahu ələy­hi və əlihi və səlləm) Allaha və əvvəlki peyğəmbərlərə, mələk­lərə, kitablara imanı vardı. Quran ayəsi bu nöqtəyə işarə edir:



ءَامَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ

Peyğəmbər Pərvərdigarı tərəfindən ona nazil olana iman gətirmişdir.1

Lakin nəzəriyyə və fərziyyəyə əsaslanan alimlərin məq­sədi iman və yəqinə əsaslanmır. Buna misal öz əqidəsinin əley­hinə çıxan Qalileyi göstərmək olar. İslam Peyğəmbəri (salləl­lahu ələyhi və əlihi və səlləm) isə bu sözləri “Hər nə istəsən sənə verərik, bir şərtlə ki, bizim tanrılarımızla işin olmasın!”-deyən müxaliflərin cavabında belə buyurur:

Əgər günəşi sağ, ayı sol əlimə versəniz, heç vaxt əqidəmdən dönmərəm.” 2

İmam Hüseynin (ələyhissəlam) də Yezidə beyət etməsi üçün onun nümayəndələri tərəfindən buna oxşar vədlər verilirdi. Amma imam (ələyhissəlam) cavabında buyururdu:

Mənim kimisi heç vaxt zalım və fasiqin birisinə beyət etməz. Mən elə şəxslərin ətəyində tərbiyə almışam ki, onları qorxutmaq və ya şirnikdirməklə heç vaxt hədəflərindən ayıra bilməzdilər.”

Həzrət Əli (ələyhissəlam) “Hüneyn” müharibəsində azsaylı mücahid möminlərlə birlikdə dözüm və müqavimət göstərərək düşmən qoşununu yarıb İslam Peyğəmbərini (salləllahu ələyhi və əlihi və səlləm) müdafiə edirdi. Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) uca boylu əmisi Abbas fərarilərə üz tutub uca səslə deyirdi: “Ey ağacın altında Peyğəmbərə (salləllahu ələyhi və əlihi və səlləm) beyət edənlər! Hara qaçırsınız?”

Həmçinin “Ühüd” döyüşündə səhabələrin əksəriyyəti canlarının qorxusundan qaçmağa üz tutdular. İmam Əli (ələyhissəlam) və Həmzə Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) qorumaq üçün düşmənlə qızğın vuruşurdu. Nəhayət, Həmzəni şəhid etdilər. İmam Əli (ələyhissəlam) təkbaşına Allahın elçisini (salləllahu ələyhi və əlihi və səlləm) müdafiə edirdi. O, mübarək bədəninə dəyən qılınc yaralarına baxmayaraq öz hədəfindən əl çəkmirdi. Allah-təala da buna xatir Öz qələbəsini o həzrətə əta edi. Quran “Fussilət” surəsinin 30-cu ayəsində buyurur:



إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزَلُ عَلَيْهِمُ الْمَلَئكَةُ

Həqiqətən, Allah bizim Pərvərdigarımızdır deyən, sonra isə müqavimət göstərən kəslərə mələklər nazil olar.”

Allah-təala haqq yolda səbr və müqaviməti mədh edir. Həmçinin onlara (səbr və müqavimətə) görə böyük bir mükafat təyin edərək Öz Peyğəmbərinə dözüm, müqavimət əmr edir.

“Şura” surəsinin 15-ci ayəsində buyurulur:



فَلِذَالِكَ فَادْعُ وَ اسْتَقِمْ كَمَا أُمِرْتَ وَ لَا تَتَّبِعْ أَهْوَاءَهُمْ

Elə isə sənə əmr olunduğu kimi müqavimət (səbir, dözüm) göstər və onların istəklərinə tabe olma.”

“Hud” surəsinin 112-ci ayəsində isə belə buyurulur:

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ

Elə isə sənə əmr olunduğu kimi müqavimət göstər. Həmçinin səninlə birlikdə olub (Allaha doğru) qayıdanlar da (müqavimət göstərsinlər).”

Deməli, Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) öz müqavimətindən yox, əksinə ümmətin müqavimətsizliyindən yorulur və qocalırdı.1

Bəlkə də imam Zamanın (ələyhissəlam) ləqəblərindən biri olan “Qasim” buna görə o həzrətə verilmişdir ki, həzrət müxa­liflərə qarşı mübarizə və qiyam edərək müqavimət göstərə­cəkdir.

Vaxtilə İslam qoşununun baş komandanı Musa Nəsir Avropanı fəth etmək fikrinə düşdükdə Tariq ibn Ziyad adlı qulamını döyüşə aid məlumatlar toplamaq üçün İspaniyaya göndərdi. Tariq oraya çatıb düşmən qoşununun ruhiyyəsini zəif gördükdə hücuma münasib fürsət olduğunu hiss etdi. Öz-özünə fikirləşib dedi ki, əgər mən bu məlumatı baş komandana gön­dərib cavabını gözləsəm, uzun çəkəcək. O vaxta kimi düşmən ayılıb bizə güclü zərbə endirə bilər.

Buna görə də o, belə bir qəti qərara gəlib əmr etdi: “Üzüb gəldiyimiz bütün gəmilərin hamısına od vurub yandırın!”

Onun bu əmrinə bəziləri etiraz edib dedi: “Sən gəmi­ləri­mizi yandırmaqla bizi evimizdən və əzizlərimizdən birdəfəlik ayırmaq istəyirsən?”

Tariq dedi: “Müsəlman ayrıca yuvası olan toyuq kimi deyil.”

Sonra yerindən qalxıb indiki “Cəbəlut-tariq” adlanan dağın ətəyində dayanıb odlu bir nitq söylədi: “Ey camaat! Hal-hazırda arxanızda təlatümlü bir dəniz, qarşınızda isə saysız-hesabsız düşmən ordusu var. Onların anbar dolu azuqə və silahı, sizin isə güclü pəncələriniz və qılınclarınız var. Elə isə özünüzü göstərin!”

Bu həyəcanlı və təhrikedici xütbədən sonra müsəlmanların qeyrəti cuşa gəldi və düşmən qoşununa hücuma keçdilər. Onlar qarşıya çıxan bütün çətinliklərə dözüb müqavimət göstərməklə İspaniyanı fəth etməyə nail oldular.

Ümumiyyətlə, həyatda ümid vasitəsi ilə yaşamaq mümkündür. Bu isə insanları yaxşı və rahat yaşaması üçün fəaliyyətə sövq edir. Hər iki dünyada səadətə qovuşmaq üçün isə bütün müşküllərin qarşısında müqavimət göstərmək lazımdır.

Böyük şəxsiyyətlərin hər bir sahədə müvəffəqiyyətə çatmalarının, həmçinin istədikləri məqsədlərə nail olmalarının sirri onların səbrinə, dözümünə və müqavimətinə bağlıdır. Lazımi məqsədə çatmaq üçün bunlar şərtdir. Bu qəbil şəxsiyyətləri, qarşıya çıxan heç bir problem qorxutmaz. Çoxları fəaliyyəti dövründə xırda bir çətinliklə üzləşən kimi ümidini üzərək başladığı işi yarımçıq qoyur və nəticədə hər şeyi əldən verir. Lakin böyük şəxsiyyətlər səy göstərməkdən əlavə heç bir çətinlikdən məyus olmur və başladığı işdən möhkəm yapışaraq sona kimi öz qüvvələrini əsirgəmirlər.

İslamın böyük alimlərindən olan Əbu Cəranə belə deyir: “Mən müqavimət və qorxmazlıq dərsini “cəranə” adlı həşə­ratdan (bu səbəbə görə onun ləqəbi Əbu Cəranədir) öyrən­dim. Bir gün Dəməşq məscidində “Safi” sütununun küncündə əyləşmişdim. Gördüm ki, bu həşərat saf olan həmin sütunun yuxarısındakı çırağa doğru hərəkət etmək istəyir. Yuxarıya qalxmaq istəyən bu canlı diqqətimi cəlb etdi. Sütunun üstü sürüşkən olduğundan bu həşərat sütunun ortasına çatdıqda sürüşüb yerə düşürdü. Bu cərəyan yeddi yüz dəfə təkrar olundu. Nəhayət, o, öz məqsədinə çatdı. Onun polad kimi güclü iradəsinə təəccüblənmişdim. Həmin həşəratın öz məqsədinə çatdığına və sanki arzusunu qoynuna alaraq çıraq ətrafında oturduğuna şahid oldum.”

Napoleon deyir: “Müharibələrdə tez-tez məğlubiyyətə uğramağıma baxmayaraq qorxub çəkinmədim. Nəticədə qələbə çalmağı öyrəndim.”

Şəhide əvvəlin “Lümə” kitabı, mərhum Xacə Nəsirəddin Tusinin “Şərhe işarat” əsəri, o cümlədən bir çox məşhur kitablar zindanda qələmə alınmışdır.

Həzrət Əli (ələyhissəlam) “Nəhcül-bəlağə”də buyurur:

Bilin ki, səhra ağacları susuzluq, tufan, güclü küləklərlə üzləşməsinə baxmayaraq möhkəm və davamlıdır. İnsan da müqavimət göstərməklə möhkəmlənir.1

Ümidvarıq ki, namazdakı qiyam hər gün həyat dərsimizin bünövrəsi olsun.


NAMAZIN ASTADAN VƏ UCADAN QILINMASININ FƏLSƏFƏSİ
Namazı bəzən astadan, bəzən ucadan qılmağın öz gözəllikləri və hikmətləri vardır. Belə ki, ucadan qılmaq eşitmə vasitəsilə insanın beyin sinirlərində böyük təsirlər və izlər buraxır. Asta qıldıqda isə insanda aramlıq yaranır. Yaradana yaxınlıq hissi və ixlas aşkar olur. Buna görə də zikrləri səssiz demək yaxşıdır. Qurani-Kərim “Əraf” surəsinin 55-ci ayəsində buyurur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَةً

Pərvərdigarınızı yalvarışla və ahəstə olaraq çağırın.”

Həmin surənin 205-ci ayəsində isə belə buyurulur:
وَ اذْكُر رَّبَّكَ فىِ نَفْسِكَ تَضَرُّعًا وَ خِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ

بِالْغُدُوِّ وَ الاْصَال

Pərvərdigarını qəlbində zəlil halda, astadan, səhər-axşam yad et.”

Sakit və astadan edilən zikrlər riyadan uzaqdır. Gizlində verilən sədəqə aşkar şəkildə verilən sədəqədən qat-qat üstün olduğu kimi, namazda da qiraətin astadan oxunması riyadan uzaqdır. Buna aid rəvayətlər də mövcuddur.

Namazı yavaş qılarkən bütün diqqət beyinə yönəlir. Şəriətdə namazı uca və asta qılmaq məsələsi təsdiqlənmişdir. Bunların hər ikisinin incəlikləri var. Lakin zöhr və əsr na­mazlarının ahəstə, şam, xiftən və sübh namazlarının isə ucadan qılınmasının sirri və fəlsəfəsi hələ də kəşf edilməmiş­dir.1 Buna görə də vacibdir ki, bu göstərişləri ibadi bir əməl kimi qəbul edək. Ola bilsin ki, gələcəkdə elmin inkişafı nəti­cəsində namazı asta və uca qılmağın fəlsəfəsi aydınlaşsın.

“Munacat” kəlməsi “nəcva” kökündəndir. İki nəfərin bir-birilə ahəstə söhbətinə “nəcva” deyilir. Bu cəhətdən də Allah-təala ilə yavaş və astadan edilən söhbətə “munacat” deyilir.

“Safi” kitabında “Əraf” surəsinin 55-ci ayəsinin təfsirində belə bir rəvayət var:

Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə səhradan keçib bir məntəqəyə çatdı. Bu zaman səhabələrin təkbir və təhlil səsləri göyə ucaldı. Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Nə üçün səsinizi ucaldırsınız? Allahı ahəstə çağırın və ahəstə zikr edin! Məgər Allah sizdən uzaqdır? Sizə yaxın məhz Odur və O, hər şeyi eşidəndir.”

“İddətud-dai” kitabının 243-cü səhifəsində deyilir:

Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və əlihi və səlləm) Əbuzərə buyurdu: “Allahı zikr et, lakin “xamil” zikr et!”

Əbuzər soruşdu: “Xamil nə deməkdir?”

Həzrət buyurdu: “Ahəstə”.

Salavat barəsində çoxlu rəvayətlər mövcuddur. Amma onlardan yalnız biri salavatın ucadan zikr edilməsini vurğulayır. Ola bilsin ki, həmin hədisin fəlsəfəsi bundan ibarətdir ki, Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) mübarək adı dünyaya yayılsın. Necə ki, Qurani-Kərim bu barədə buyurur:



وَ رَفَعْنَا لَكَ ذِكْرَك

Adını sənin üçün (aləmlərdə) ucaltdıq.” 1

Rəvayətlərin birində belə buyurulur:

Gizlində edilən zikrin savabı aşkarda edilən zikrdən yetmiş dəfə çoxdur.” 1

Yenə də həmin kitabın 283-cü səhifəsində zikrin mərtə­bələrini sayaraq onu dörd hissəyə ayırır:

-Aşkar zikr.

-Gizli zikr.

-Qəlb zikri.

-Allahı həmişə göz önündə hazır bilmək. Bu şərtlə ki, həmin hiss günahın tərk edilməsinə və itaətə səbəb olsun.

Bəziləri namazın ucadan qılınmasının fəlsəfəsi barəsində belə demişlər: “Namazda oxunan qiraət sanki Quranın qiraəti ilə eynidir. Həmçinin namazdan əlavə zikrlər də ucadan deyil­məlidir ki, Allaha diqqətdən həm dil, həm qəlb və həm də qulaq öz məhbubunun kəlamını eşidərək ləzzət alsın. Azanı uca səslə demək möminlərə ruhi ləzzət bəxş edir.

Lakin namazın astadan qılınması yuxarıda qeyd olunan incəliklərdən məhrumsa da, əvəzində iki boru ilə axan suya bənzəyir. Belə ki, əgər onlardan biri bağlansa, digərinin cərəyanı artacaq. Bu cəhətdən də namaz qılınanda beyinə verilən güc artır və namaz qılanın qəlbinin diqqəti güclənir. Namaz qılan istəyir ki, uca səslə bütün bədən üzvlərinə namazın əhəmiyyətini çatdırsın.

Cəbrail mələk (ələyhissəlam) vasitəsilə imtahana çəkilən həzrət İbrahim (ələyhissəlam) Allahın mübarək adını eşitmək üçün bütün var-dövlətini fəda etdi.1
QURAN VƏ NAMAZIN ƏRƏB DİLİNDƏ

OXUNMASININ FƏLSƏFƏSİ
İlk baxışdan hər bir insanın nəzərində namazı öz ana dilində qılmaq məqbul və adi sayıla bilər: “Əgər məqsəd Allahı çağırıb Onunla ünsiyyət yaratmaqdırsa, yaxşı olar ki, mənasını anladığım ana dilində ünsiyyət qurum”!

Lakin bu mövzunu araşdırıb ona diqqətlə nəzər salsaq, namazın dua, münacat və digər ibadətlərdən fərqləndiyinə, həmçinin onda bir sıra hikmətlər olduğuna şahid olarıq.

Hər bir şəxs öz dilində Allah-təala ilə razü-niyaz edə bilər və bunun heç bir maneəsi yoxdur. Amma namazın başqa bir yönümü də var və onun batinində bir sıra hikmətlər gizlənmiş­dir. Bəzilərinə işarə etmək istərdik:

1) Dünya müsəlmanlarının həmahəngliyi;

Yer kürəsinin müxtəlif yerlərində irq və fikir ayrılığından asılı olmayaraq namazda günün müəyyən saatında müsəlmanlar üzlərini bir qibləyə tutaraq Allaha dua edib hacətlərini istəyir və arzu-istəklərini kənara qoyub özlərinin dini vəhdətini bütün dünyaya nümayiş etdirirlər.



2) Təhrifdən2 amanda qalma;

Ərəb dili vasitəsilə bu vacibat (namaz) hər bir dəyişiklik və saxtakarlıqdan amanda qalır. İslamın əvvəllərindən bu günədək, eləcə də Qiyamət gününə kimi bu ibadət kiçik bir dəyişikliksiz yerinə yetirilmişdir və yetiriləcəkdir.

Əgər namaz hər millətin öz dilində qılınsaydı və buna şəriət icazə versəydi, məlumdur ki, minlərlə nöqsan üzə çıxıb namazın surətini dəyişdirərdi. Lakin namazın ərəbcə qılın­masının vacibliyi onu hər bir təhrifdən və dəyişiklikdən qoruyur.

3) Namazın həqiqətinin və incəliklərinin amanda qalması;

Namazın əsl camalında olan incəlik və lətafət onun tərcüməsində mövcud deyildir. Necə ki, Qurani-Kərimin dünyanın müxtəlif dillərinə tərcümə olunmasına baxmayaraq onun ərəbcə oxunuşu, həmçinin məqamı və lətafəti insanları özünə cəzb edir. Belə uyğun gözəlliklər Quranın tərcüməsində yoxdur.

Məlumdur ki, Hafizin, Sədinin və Xəyyamın divanı müxtəlif dillərə tərcümə edilmişdir. Lakin onları əsl nüsxələri ilə müqayisə etdikdə tərcümədə incəlik və gözəlliklərin olmadığını müşahidə edərik.

4) Qurani-Kərimə diqqətin artması;

Bizim müqəddəs kitabımız olan Qurani-Kərim Allah elçisinin (salləllahu ələyhi və əlihi və səlləm) ən böyük möcüzəsi sayılır. Onun mühüm bir hissəsi1 isə namazın oxunuşuna aiddir. Buna görə də Quran hər bir təhrifdən amanda qalmalıdır. Namazın ərəbcə oxunuşu və ona aid olan ayələrin qiraəti bu həqiqəti təsdiqləyir.



5) İslam dünyasının bir-birilə vəhdət bərqərar etməsi;

Əlaqə və rabitə yaratmaq üçün Yer kürəsinin hər hansı bir nöqtəsində yaşayan müsəlmana beynəlmiləl bir dil bilməsi zəruridir. Xüsusilə kiçik bir evə bənzəyən bugünkü dünyada insanların bir-birilərini anlaması üçün vahid bir dil olmalıdır ki, hər fərd öz məqsədini aşkar surətdə çatdıra bilsin.1

Beynəlmiləl bir dil kəşf etmək istəyən və bunun üzərində çox zəhmət çəkmiş doktor Rematov adlı birisi “Esperanto” xəttini kəşf edir. Bu xəttin başqa dillərdən asan olmasını düşünən doktor bir çox fəaliyyətdən sonra müsbət bir nəticə əldə edə bilmir.

Lakin on dörd əsr bundan qabaq İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) bu həqiqəti nəzərə alaraq fəsahətli və zəngin olan ərəb dilini beynəlmiləl dil kimi bütün dünyaya tanıtdırmışdır. Buna görə də müsəlmanların müqəddəs kitabı olan Quran hər gün oxunmalı və onun qanunlarına əməl edilməlidir. Əlbəttə ki, vacibatlardan ən mühümü və Quran dilində olan namaza birinci növbədə əhəmiyyət verilməlidir. Buna görə də bütün dünya müsəlmanları ərəb dilini öyrənməyə çalışır, Quran və namazın mənasını bilmək istəyir. Belə ki, bu dil beynəlmiləl bir dilə, İslam vəhdəti xəyala yox, həqiqətə çevrilib xaricdə öz əksini tapsın.

Dayaz düşüncəli “Kəsrəvi” adlı birisi dini münasibətləri kənara qoyaraq fars dilini beynəlmiləl bir dilə (özünün dili ilə desək, “pak dil”ə) çevirmək istəyirdi.

Amma dərin düşüncəli və uca məqamlı İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) məqsədi bu idi ki, ərəb dili vasitəsi ilə bütün dünya müsəlmanları arasında sıx əlaqə yaratsın.

İslam dini Qiyamətə qədər bərqərar olduğu kimi ərəb dili də əsrlər boyu yaşayasıdır.

Məşhur məsihi bir yazıçı deyir: “İslam Peyğmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) əzəmətini dərk etmək üçün onun ərəb dilini yaşadıb bu dili öyrənməyi bütün İslam davamçılarına vacib bilməsi kifayət edər. Çünki irqindən və milliyyətindən asılı olmayaraq hər bir müsəlmana vacibdir ki, namazı Allah dili (yəni onların dini və səmavi kitabının dili) olan və dinin rəsmi dili sayılan ərəb dilində qılsın.”

Qəzetlərin birində bildirilir ki, Avropa məktəblərində ərəb dili dərs proqramına daxil edilmişdir. Lakin İslamın və Quranın ziddinə olan Kəsrəvi kimiləri ərəb dili ilə qatı düşmənçilik etməklə bir sıra bəhanələr irəli sürüb deyirlər: “Biz öz ana və əsil olan fars dilimizi yad ərəb lüğətindən təmizləyib nicat verməliyik. Ümumi şəkildə fars dili zinətlənməli və ona qarışmış ərəb lüğəti çıxarılmalıdır.”

Kəsrəvinin məqsədi qədim dili yaşatmaq yox, Quran və ərəb dilini aradan götürməkdir. O, başqa bir məqamda deyir: “Fars xətti latın xəttinə çevrilməlidir.”


KƏSRƏVİ NƏ DEYİR?
O, öz məqaləsində və ya “Pak dil” adlı kitabında deyir:

“Avropanın ötən yüzilliyində yaşayan sosialistlərin və dünyanın tərəqqisi üçün çalışan şəxslərin fikri beynəlmiləl bir dilin ortaya çıxarılması idi. Onlar istəyirdilər ki, dünyada mövcud olan dillərdən əlavə elə bir dil olsun ki, hamı onu öyrənsin. Belə ki, əgər müxtəlif dillərdə danışan iki nəfər söhbət edərkən bir-birilərini başa düşə bilməsələr, həmin dildən istifadə etsinlər.”

Bu arzu keçən yüzillikdə izhar olunsa və bu dil (hamının dili) üzərində səy göstərilsə də heç bir müsbət nəticə əldə olunmadı. Vahid bir dilin olmaması insanların ən böyük çətinliklərindəndir və həyatda böyük maneələr yaradır. Bu qədər texnikanın (radio, televizor, teleqraf, telefon, dəmir yolu, təyyarə, avtomobil və s.) inkişafı sayəsində dünya bir növ kiçilmiş və ölkələr bir-birinə yaxınlaşmışdır.

Lakin bu problem (vahid bir dilin olmaması) ən böyük maneə olaraq insanların bir-birinə yaxın əlaqələrdən faydalanmasının qarşısını alır. Buna görə də London radiosu çarəsizlikdən qırx dörd dildə fəaliyyət göstərir.

Mütəxəssislər arasındakı söhbətlərdən belə qərara alındı ki, dünyada olan dillərdən heç birini “hamının dili” seçmək qeyri-mümkündür. Çünki hər hansı bir dilin öyrənilməsi illərlə vaxt aparır və bu da çox çətin bir məsələdir. Bunun üçün də dilçi alimlərin bəzisi yeni bir dilin icad olunması fikrinə düşdülər.

Polşa alimlərindən olan Zamanov adlı birisi Esperanto dilini öyrənməyi təklif edib, bu dilin bir aydan üç aya kimi öyrənilməsinin mümkün olduğunu qeyd etdi. On altı asan qaydadan ibarət olan bu dilə aid müxtəlif dillərdə kitab yazılmasına baxmayaraq, Esperanto dili inkişaf etmədi və doktor Zamanov kimilərinin arzusu ürəyində qaldı. O və onun köməkçiləri bu dili insanların ehtiyacı bilərək onu genişlən­dirməyə səy edirdilər. Lakin ünvan düz olsa da lazımi qüvvə sərf olunmurdu.

Fars dili isə çoxlu kitabı və oxucularından əlavə öz güclü təsiri vasitəsilə dünyaya səs salır. Bu nailiyyətlər fars dilinin geniş yayılmasında böyük ümid verir.”1

Müəllif deyir: “Zamanov və onun tərəfdarları, həmçinin bir sıra xalqların ciddi səyi nəticəsində Esperanto dilini beynəlmiləl bir dilə döndərmək arzusu puça çıxdı. Deməli, Kəsrəvinin fars dilini beynəlmiləl dilə çevirmək arzusu da xülyadır və necə deyərlər, “hamının dili”ni icad etmək üçün İlahi qüvvəyə ehtiyac vardır. Buna görə də Allah-təala İslam dininin kitabı olan Quranı ərəbcə göndərib namazı həmin dildə qərar verdi ki, bu dil beynəlmiləl dilə çevrilib bütün yer üzündə təsdiqlənsin.”
İBNİ SİNA VƏ BƏHMƏNYAR
Bəhmənyar İbni Sinanın ən yaxın və xüsusi şagirdlərindən sayılırdı. Onun öz ustadına olan sonsuz əlaqə və məhəbbəti bu sözləri təkrar etməyə vadar edirdi: “Ey ustad! Yüksək elmi məqamınıza və hər bir sahədə uca rütbəyə malik olduğunuza görə peyğəmbərlik iddiasında olsanız, camaat sizin sözünüzü qəbul edər. Çünki onların qəlbləri sizinlədir.”

Lakin o, ustadından bu mövzuda nə mənfi və nə də müsbət cavab ala bilirdi.

Bir müddət ötdü. Qış fəslinin şaxtalı və soyuq bir gecəsində ustadla şagird öz isti yataqlarında uzanmışdılar. Bu vaxt İbni Sina Bəhmənyarı səsləyib susuzluğunu dəf etmək üçün ondan bir stəkan su gətirməsini xahiş etdi. Lakin Bəhmənyar tənbəllik edib isti yerindən qalxmaq istəmədi və bəhanə gətirərək ustadının xahişini rədd etdi.

Sübh azan səsi “Əllahu Əkbər, Əşhədu ən lə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən rasulullah” eşidildikdə İbni Sina fürsəti qənimət bilib şagirdinə dedi: “Sənin irəli sürdüyün təkliflərə azan cavab verdi.”

Bəhmənyar soruşdu: “Necə bəyəm?”

Ustad cavab verdi: “Sən məni hamıdan çox məhəbbət bəsləməyinə baxmayaraq susuzluğumu aradan qaldırmaq üçün mənə bir stəkan su belə qıymadın və məni susuz qoyub itaətimdən boyun qaçırdın. Amma səsini eşitdiyin bu müsəlman kişi (müəzzin) soyuq və şaxtalı havada minarəyə qalxıb sonuncu Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) buyuruğunu, özü də məcburi şəkildə deyil, əksinə rəğbət və məhəbbətlə yerinə yetirir. Bu müstəhəb əməl (azan demək) həqiqi iman qüvvəsinə bağlıdır. Peyğəmbərliyə layiq Məhəmməddir (salləl­lahu ələyhi və əlihi və səlləm), nəinki İbni Sina.”

Gərək Kəsrəvi və Zamanov kimilərinə deyilsin: “Sizin fars və ya Esperanto dilini beynəlmiləl dilə çevirməyiniz heç vaxt baş tutmayacaq. Çünki sizin bu təkliflərinizin arxasında qəzəb, kin-küdurət və təəssüb dayanır.

Amma maddiyyat aləmindən daha üstün və ərəbcə nazil olmuş Qurana, namaza sonsuz məhəbbət qaynağı “iman qüvvəsi” qeyri-təbii qüvvədir. Belə bir iman dünyaya təkan verib beynəlmiləl bir dil təklif etməyə səlahiyyətlidir.”

Bernard Şou bu barədə deyir: “İslam dini dünyaya təkan vermək üzrədir. Quran elə bir kitabdır ki, bütün bəşəriyyətə səadət yolunu göstərir. Onun vasitəsilə Yer kürəsində yaşayan bütün insanların siyasi, iqtisadi və təbii müşküllərini həll etmək olar. Quran bəşəriyyətin dini kitabına, ərəb dili isə beynəlmiləl bir dilə çevrilə bilər.”

Londonda nəşr edilən “İslam məktəbi” jurnalında Rivyu adlı bir şəxsin “Nə üçün Allaha ərəb dilində ibadət edək?” məqaləsi çap edilmişdir. Bu məqalənin bəzi hissələrini xülasə şəkildə nəzərinizə çatdırırıq:

“Əgər İslam hər hansı bir irqə və ya millətə məxsus bir din olsaydı, hər bir şəxs öz məntəqəsinə aid olan dildə bütün ibadətləri yerinə yetirərdi. Amma İslam beynəlmiləl bir dindir və onun ardıcılları yüzlərlə ayrı-ayrı dillərdə danışır.

Hal-hazırda bizim yaşayışımız beynəlmiləl yönüm aşılamaqdadır və hər bir şəhərdə müxtəlif dillərdə danışan çoxlu müsəlman vardır. Təsəvvür edin ki, bir ingilis müsəlman Çinə gedir. Yolda bir şəxsin Çin dilində “Çinq, Çanq ,Çunq” (yəni Allah Böyükdür) sözlərini eşidir. Məlumdur ki, milliyyətcə ingilis olan bu müsəlman, çinlinin nə dediyini başa düşməyəcək. Nəticədə o, camaat və ya cümə namazında iştirak edə bilməyəcək.

Onu da qeyd edək ki, Çində olan məscidlər Fransanın və ya İngiltərənin məscidlərinə oxşamır. Minarəsi olmadığına və tikilişi fərqləndiyinə görə məscidləri adi evlərdən seçmək çox çətindir. Belə olan surətdə, dünya dindarları arasında müştərək üsulların olması zəruridir. Namaza dəvətdə və onun ibadi formullarının icrasında da əsasi üsulların olması lazımdır ki, müxtəlif dillərdə danışan bu məzhəb ardıcılları həmin üsullara bir qaydada riayət etsinlər.”

Rivyu məqaləsinin başqa bir hissəsində belə deyir: “Araşdırdıqda görürük ki, əsl nüsxəsi vəhylə bağlı olan bu kitabdan (Quran) savayı bütün başqa din kitabları tərcümədən ibarətdir və vəhyə əsaslanan bir mənbəyə malik deyildir. Müsəlmanlar üçün bundan da böyük iftixar ola bilərmi? Bəli, yalnız Qurani-Kərimdir ki, vəhy olunmuş və dəyişilməmiş çəkildə müsəlmanların ixtiyarındadır.

Qustav Lobon deyir: “Müxtəlif məzhəblərdən olan müsəlmanlar iki şeydə müttəfiqdirlər. Onlardan birincisi ərəb dili (Quran və namaz vasitəsilə), ikincisi isə milyonlarla müsəlmanın eyni bir məkanda və eyni zamanda bir yerə cəmləşib həcc əməllərini yerinə yetirməsidir.

Təbəqəsindən asılı olmayaraq hər bir müsəlmanın Quranı ərəbcə oxuması lazımdır. Belə nəticəyə gəlirik ki, ərəb dili dünyanın hər yerində yayılmış dillərdəndir. İslamın sürətli inkişafı və Quranın yayılması müxalif qrupları heyrətə salmışdır...” 1



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin