Namazin hiKMƏt və SİRLƏRİ



Yüklə 0,75 Mb.
səhifə7/10
tarix06.05.2017
ölçüsü0,75 Mb.
#16996
1   2   3   4   5   6   7   8   9   10

ALEKSİS KARL1 NƏ DEYİR?
Karl deyir: “Düşünürəm ki, razü-niyaz insanın ruhuna qanad verməklə onu qeyri-maddi bir aləmə, Allaha doğru aparır.”

Bu alimin sözlərinə diqqət etdikdə əziz Peyğəmbərimizin (salləllahu ələyhi və əlihi və səlləm) məşhur hədisi yada düşür. O həzrət buyurur:

Namaz möminin meracıdır.” Bu hədisə əsasən namaz və duanın razü-niyaz olması bir daha aydınlaşır.

Ruh aləmi təbii elmlərin xaricindədir. Necə ola bilər ki, razü-niyaz barəsində qəti bir bilik əldə edilsin? Razü-niyazın əsl həqiqəti yandırıcı bir cismi Allaha doğru cəzb edən irfani haldan ibarətdir.

Aleksis Karl sözünün davamında deyir: “Elə ki, razü-niyaz araya gəlir, bəyan və təfəkkür məktəbi onun qarşısında aciz qalır.”
NECƏ RAZÜ-NİYAZ EDƏK?
Razü-niyaz üçün çalışmaqla Allaha doğru yaxınlaşmaq olar. Bu çalışma və fəaliyyət dil ilə deyil, qəlblə olmalıdır. Məsələn, Allahın əzəməti barəsində fikirləşmək razü-niyaz hesab olunmaz. Bu yalnız iman və eşq sayəsində mümkündür. Məhz belə olduqda razü-niyazı ələ gətirə bilərik.

Razü-niyaz qısa, ya uzun olmasına baxmayaraq bir növ övladın öz atası ilə söhbətinə və dərdləşməsinə bənzəyir.1 Ehtiyaclarımızın Allahdan istənilməsini ağıl da qəbul edir. Eyni zamanda nəfs istəklərinin və şəhvətlərimizin təminini Allahdan istəmək ən böyük ağılsızlıqdır.

Allah-təala qəlbində aramlıq hakim olmayan insanla söhbət etmir. Əlbəttə izdihamlı bir cəmiyyətdə aramlıq tapmaq çox çətindir. Bunun üçün bu çətin zamanda xəlvət bir yer tapılması lazımdır.

Razü-niyaz insanın vücudunda və ruhunda böyük təsir qoyur. Buna görə də o, bu işi mütəmadi olaraq yerinə yetirməli­dir. Əgər razü-niyaz münasib bir şəraitdə yerinə yetirilsə, həmişə müsbət nəticə verər.2

Valf Vald Emerson yazır: “Hər kəs səmimi qəlbdən razü-niyaz etsə, bir şey əldə edər.”1

“İddətud-dai” kitabında belə bir rəvayət vardır:

Duanın bir çox təsirləri var. Əgər istənilən şey həmin şəxsin məsləhətinə olmazsa, Allah-təala onun əvəzinə məsləhət olunan bir şeyi ya bu dünyada, ya da axirətdə həmin şəxsə əta edər!”
RAZÜ-NİYAZIN TƏSİRLƏRİ
Aleksis Karl yenə də deyir: “Razü-niyaz davamlı surətdə yalvarışla olarsa, yerinə yetiriləcəkdir. Müasir insanlar razü-niyaza xurafi gözlə baxır, onu keçmişin qalığı sayırlar. Həqiqət isə belə deyildir.

Bu gün biz deyə bilərik ki, razü-niyazın bəhrəsindən məhrum olmuşuq və bundan çox az istifadə edirik. Digər tərəfdən isə bu günkü razü-niyazlar təsirsiz qalır. Çünki ibadət əhlinin əksəriyyəti məğrur, yalançı, təkəbbürlü və riyakardır. Belələri eşq və imana layiq deyil. Hər bir millətin razü-niyazı tərk etməsi onların süqutuna və məhvinə aparır.

Razü-niyazın təsiri xəyali bir şey deyil. Bu irfani bir hiss olmaqla yanaşı insan fitrətinin dərinliklərindən qaynaqlanaraq əsaslı bir meyldən ibarətdir.2 Bu hissiyyat bizim vücudumuzun ən mühüm gerçəkliklərindən hesab olunur.

Razü-niyaz bizim həm ruhumuza, həm də cismimizə böyük təsir göstərir. Bu təsirin razü-niyazın keyfiyyət və şiddətinə bağlılığı var. Belə ki, razü-niyazla ünsiyyətdə olanların çöh­rəsində öz vəzifəsini tanımaq, həmçinin yaxşılıq və xeyirxahlıq hissi başqalarına nisbətən daha çox cilvələ­n­məkdədir.

Razü-niyaz hər nə qədər davamlı və hərarətli olarsa, təsiri də çox və aşkar olar.”1
RAZÜ-NİYAZ VASİTƏSİLƏ ŞƏFA
Aleksis Karl başqa bir yerdə yenə də deyir: “Bəzən razü-niyazın təsiri heyrətləndiricidir. Müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng, böyrək, vərəm və s. bir an belə aram qalmayan ağır xəstələrin şəfa tapmasının dəfələrlə şahidi olmuşam. Həmçinin, başqalarının haqqında edilən dua və razü-niyazın təsiri daha güclüdür.2

İnsan suya və oksigenə ehtiyaclı olduğu kimi Allaha da ehtiyaclıdır. Biz həm elmin gözəlliyini, həm də Allahın gözəlliyini sevməliyik. Biz Paskala imanla qulaq asdığımız kimi Dekarta da həmin imanla qulaq asmalıyıq. (Paskal ilahi bir şəxs, Dekart isə elmə və təfəkkürə yer verən bir şəxs idi).1

Aleksis Karl “İnsan tanınmamış bir mövcuddur” adlı kitabında belə yazır: “Əldə edilmiş məlumatlar razü-niyazın ağır xəstələrin, o cümlədən vərəm, xərçəng, çirkli yaralar və s. üzərində tez bir zamanda müsbət təsir qoyduğunu göstərir. İlk anlarda şiddətli ağrılar hiss olunur. Razü-niyaz vasitəsilə möcüzəli şəfa xəstənin əzalarında sürətlə yayılmağa başlayır. Nəhayət, həmin xəstə kamil nicat tapır və tam sağalır.”

Yenə də “Tərcomeye məqaleye neyayeş” kitabının 15-ci səhi­fəsində deyir: “Lord2 adına tibb institutunda bu mövzu (əlacsız xəstələrin razü-niyaz vasitəsilə şəfa tapması) barəsində bir çox sənədlər toplanmış və hal-hazırda arxivdə saxlanmaq­dadır.”

20-ci əsrin böyük alimlərindən və və tibb elmində mütə­xəssis sayılan bu həkimin dediklərindən belə qənaətə gəlmək olur ki, duanın, razü-niyazın və namazın insanın cismində və ruhunda, həmçinin dünya və axirətində heyrətamiz təsirləri var. O, əlavə edərək vurğulayır ki, 20-ci əsrin tibb elmində əlacsız xəstəliklərin müalicəsinin qeyri-mümkünlüyünə baxmayaraq Allahla rabitə yaradıb razü-niyaz vasitəsilə bu cür xəstəlikləri müalicə etmək mümkündür.

Duaların faydaları barəsində Əhli-beytdən (ələyhimus­səlam) nəql olunmuş hədislər bir dünya İslam maarifinə malikdir. Biz bunlardan bəzilərinə işarə etmək istərdik.



RAZÜ-NİYAZ VƏ YA İNSAN

TƏRBİYƏ EDƏN MÜƏSSİSƏ
İlahi əzəmət dərgahında istiğfar, münacat, Quran oxumaq, namaz qılmaq, zikr və duadan ibarət olan razü-niyaz insanın ruhunda dərin iz qoymaqla bərabər onu tədricən yer aləmindən ərş aləminə və kamilliyə doğru aparır.

Razü-niyaz atəşin içinə atılmış bir dəmirə bənzəyir. Belə ki, dəmir həmin atəşin içində yavaş-yavaş hərarəti özünə çəkib qızarır və onda nuraniyyət əmələ gəlir.

Həzrət Musa (ələyhissəlam) münacat və razü-niyaz edərkən soruşur:

İlahi, Sən mənə yaxınsansa, ahəstə çağırım, məndən uzaqsansa, ucadan çağırım”? Xitab gəldi: “Mənimlə razü-niyaz edib sirrini bölüşənə həmişə yaxınam.”1

Razü-niyaz edən müsəlman get-gedə ilahi əxlaqa sahib olur və onda ilahi sifətlər görünməyə başlayır. O, pisliklərdən və məzəmmət olunmuş xasiyyətlərdən (tamahkarlıq, paxıllıq, düşmənçilik, təcavüzkarlıq, zülmkarlıq və s.) uzaqlaşaraq özünü Pərvərdigarının bəyəndiyi məqama və Onunla ünsiyyətə yaxınlaşdırmaq istəyir. Quranda namazın faydalarından biri belə bəyan olunur:

إِنَّ الصَّلَوةَ تَنهَى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ

Həqiqətən, namaz insanı günahlardan və pisliklərdən çəkindirir.”1

Razü-niyaz edən şəxs həmişə çalışır ki, yersiz istəklərdən, həvəslərdən uzaqlaşıb onlarla mübarizədə nəfsini saflaşdırsın. Quran bu barədə buyurur:

قَدْ أَفْلَحَ مَن تَزَكی

Doğrudan da, nəfsini saflaşdıran nicat tapdı.”2

Yaxud “Şəms” surəsində belə buyurulur:

فَأَلهَمَهَا فجُورَهَا وَ تَقْوَئهَا وَ نَفْسٍ وَ مَا سَوَّئهَا

قَدْ أَفْلَحَ مَن زَكَّئهَا وَ قَدْ خَابَ مَن دَسَّئهَا

And olsun nəfsə və O kəsə (Allaha) ki, onu nizama saldı. Sonra pisliyi və yaxşılığı ona ilham etdi. Həqiqətən, özünü saflaşdıran nicat tapdı və həqiqətən, özünü günaha batıran ümidsiz qalaraq məhrum oldu.” 3.

Razü-niyaz edən şəxs Allah dərgahına üz tutmaqla özünü bir növ yalqız, əlacsız, yazıq və yoxsul simasına salır. O, “Rəhm edin ki, Allah da sizə rəhm etsin” hədisinə riayət etməklə Allahın rəhmət kölgəsində olmaq istəyir. Necə ki, İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) “Şəbaniyyə” xütbəsində buyurur:

Yetimlərə mehribanlıq göstərib rəhm edin ki, sizin də yetimlərinizə rəhm edilsin.”1

Xülasə olaraq deyə bilərik ki, razü-niyaz üçün bir sıra şərtlər var. Məsələn, razü-niyaz edənin zahiri cəhətdən bədəni və paltarı təmiz, əməlləri isə saleh olmalıdır. Batini cəhətdən qəlbi, niyyəti, fikri pak olmaqla yanaşı diqqətini tam Yaradana yönəlt­məli, yalnız Onun yardımları barədə düşünməlidir. Həmçinin, Allahı təsbih (Subhənəllah), təkbir (Əllahu Əkbər) zikrləri ilə yad edərək 14 məsuma (ələyhimussəlam) salavat göndər­məlidir. Məhz belə olan surətdə razü-niyaz edən şəxs həqiqi insaniyyət mərhələsinə daxil olur.2

Əgər deyilmiş bu şərtlər İslam cəmiyyətində təmin edilərsə, Əflatunun3 arzuladığı və xəyal etdiyi cəmiyyət həqi­qətə çevrilər.


RAZÜ-NİYAZIN CAZİBƏSİ
Razü-niyazın aşkar təsir və fəlsəfəsindən, hətta cəm şəkildə yerinə yetirildikdə müştərək faydalarından biri də budur ki, insanın qəlbindəki qara pərdələr kənara çəkilir, şeytani vəsvəsələrdən uzaqlaşaraq qəlbində aramlıq, ləzzət və nuraniyyət duyur. Belə olduqda eşq və əlaqə onu Yaradanla razü-niyaza həmişə cəzb edəcəkdir. Bu cazibə qəlbdə saflıq və nuraniyyətin əmələ gəlməsinə, həmçinin razü-niyazın artmasına səbəb olacaqdır.

Əksinə, əgər razü-niyaza məşğul olan şəxs günah etsə, Allahdan uzaqlaşacaq, qəlbini qara pərdələr bürüyəcək və o üsyan qaldıracaq. Belə olan surətdə razü-niyaz üçün yer qalmayacaqdır.


RAZÜ-NİYAZIN QAYDALARI
Əhli-beyt (ələyhimussəlam) tərəfindən razü-niyaz üçün bir sıra qaydalar zikr edilmişdir. Belə ki, bunlara riayət etməklə razü-niyazın təsirinin gücləndirilməsi mümkün sayılmışdır. Bu qaydalar aşağıdakılardan ibarətdir:

1) Mərifət; Məbudu tanımaq dua və razü-niyazın əsas şərtlərindən sayılır. Necə ki, “Tohide-Səduq” kitabında deyilir:

Bir dəstə camaat imam Sadiqin (ələyhissəlam) hüzu­runa gəlib dedi: “Biz Allahı çağırırıq, lakin dualarımız qəbul olmur.” Həzrət buyurdu: “Çünki Allaha qarşı mərifətiniz yoxdur.”1

2) Məbdəyə (Allaha) tam diqqət və qəlbin iştirakı; Allahın elçisi (salləllahu ələyhi və əlihi və səlləm) öz vəsiyyətində həzrət Əliyə (ələyhissəlam) belə buyurur: “Allah-təala qəlbi qəflətdə olan şəxsin dua və razu-niyazını qəbul etməz.”1

3) Hər şeydən üz çevirib yalnız Allahdan yardım istəmək; Bu barədə “Vəsailuş-şiə” kitabının 14 və 62-ci bablarında, həmçinin “Şəbaniyyə” xütbəsində rəvayətlər mövcuddur. O cümlədən: “Niyyətləriniz saf və ürəkləriniz pak olan halda Allahdan istəyin!”2

4) Zahiri təharət; Bədənin və paltarın təmiz olması, həmçinin xoş ətirlərdən istifadə edilməsi zəruridir. Bu barədə “Vəsailuş-şiə” və “İddətud-dai” kitablarında çoxlu rəvayətlər vardır.

5) Batini təharət; Nəfsin, həmçinin qəlbin rəzil sifətlərdən paklanması və onlara gözəl əxlaqi don geyindirilməsi. Bu barədə də “Vəsailuş-şiə” kitabının 65-ci babında bir çox rəvayətlər zikr edilmişdir.

6) Başqaları haqqında dua edib onlara xeyir diləmək; Yenə də “Vəsailuş-şiə” kitabının 37,38 və 39-cu bablarında və “İddətud-dai”də bu barədə bir çox hədislər nəql olunmuşdur. Onlardan birini zikr edirik:

Musa ibni Cəfər (ələyhissəlam) buyurmuşdur: Hər kəs müsəlman qardaşı kənarda olarkən onun üçün dua edərsə, ərşdən belə xitab gələr: Bu duanın yüz min bərabəri sənin üçün olsun!”1



7) Davamlılıq; Razü-niyaz edərkən davamlı surətdə təkrar etmək və məyus olmamaq lazımdır. Rəvayətdə deyilir:

Əbu Cəfər (ələyhissəlam) buyurmuşdur: Allaha and olsun ki, hər bir mömin etdiyi duanı davamlı olaraq təkrarlasa, hacəti yerinə yetiriləcəkdir.”2



8) Dua edərkən zaman və məkana olan diqqət;

Razü-niyaz edərkən istənilən duanın xüsusi zaman və məkanlarda (məscidlər, hərəmlər, namaz qılıb Quran oxuduqdan sonra, sədəqə verdikdən sonra və s.) qəbul olması üçün bir çox rəvayətlər mövcuddur. Bu barədə “Vəsailuş-şiə” kitabına müraciət edə bilərsiniz.



9) Qəlb kövrəkliyi; Dua və razü-niyaz edərkən qəlbin kövrək halı, ahu-zarla gözdən yaş axıdılması hacətin tez bir zamanda qəbul olmasının şərtlərindəndır. Əbu Bəsir İmam Sadiqdən (ələyhissəlam) belə rəvayət edir:

Qəlb kövrək olduğu zaman dua edilməlidir. Çünki bu halda o, (qəlb) Allah üçün xalisləşmiş və paklanmış olur.”3



10) Sitayiş və istiğfarla4 başlamaq; Razü-niyaza və duaya başlamazdan qabaq Allahı təsbih, təhlil, təmcid edib istiğfar diləmək rəvayətlərdə təkid olun­muşdur. “Vəsailuş-şiə” kitabının “Dua” babında bu mövzuda çoxlu hədislər vardır.

11) Ruzinin halal olması; Razü-niyaz edən halal ruzi qazanmalı və halal ərzaqlardan istifadə etməlidir. Çünki haram ruzidən istifadə qəlbi qaraldıb duanı təxirə salır və qırx gün həmin hacətin yerinə yetməsinin qarşısı alınır. Necə ki, İmam Sadiq (ələyhissəlam) buyurur:

Duasının tez bir zamanda qəbul olmasını istəyən şəxs gərək qazancını halal yolla əldə etsin.”1



12) Əhli-beytə (ələyhimussəlam) təvəssül edib salavat göndərmək; On dörd məsuma (ələyhimussəlam) salavat göndərmək və onlara təvəssül etmək razü-niyazdan həm əvvəl, həm də sonra yerinə yetirilən qaydalardan biridir. Bu mövzu ilə bağlı “Vəsailuş-şiə” kitabının 34-cü babına müraciət edə bilərsiniz.

13) Başqalarından dua istəyi; Müsəlman qardaşlardan özümüz üçün dua istəyi həmin hacətin tez bir zamanda müstəcəb olmasına səbəb olur. “Vəsailuş-şiə” kitabının 38 və 50-ci babları bu mətləbi bəyan edir.

14) Camaatın haqqını ödəmək; Camaatın haqqını tapdayıb zay etmək dua və razü-niyazın qəbul olmasına maneçilik törədir. Rəvayətdə deyilir:

Allah-təala Musaya (ələyhissəlam) vəhy edib buyurdu ki, Bəni-İsrailə de: Mən onların dualarını o zaman qəbul edərəm ki, kimsəyə zülm etməmiş olsunlar.”1



İSTİĞFAR VƏ RAZÜ-NİYAZ
Razü-niyazın mühüm hissələrindən biri günahlardan tövbə etməkdir. İmam Sadiq (ələyhissəlam) buyurmuşdur:

Allahın elçisi (salləllahu ələyhi və əlihi və səlləm) buyurdu ki, ən yaxşı dua və razü-niyaz istiğfardan ibarət­dir.”2

Çünki istiğfarın özündə günahların bağışlanması var və ən yaxşı dua axirət işləri üçün edilən duadır. Həqi­qi və düzgün istiğfar, tövbə ilə yanaşı olmalıdır. Əgər belə olmasa, istiğfar batil və ləğv bir şeydir. İmam Riza (ələyhissəlam) bu barədə belə buyurur:

Bir kəs istiğfar edib həmin günahı tərk etməsə, sanki Allahı məsxərə etmişdir.” 3


TÖVBƏNİN ŞƏRTLƏRİ
Günahlardan tövbə etmək üçün altı şərtin yerinə yetirilməsi zəruridir. İmam Əli (ələyhissəlam) bir nəfərin dildə istiğfar etdiyini görüb buyurur:

İstiğfar “İlliyyin” dərəcəsindədir və onun altı şərti var. Onlardan ikisi rükn, ikisi qeyri-rükn, qalan ikisi isə kamillik şərtidir. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmiş kimisən. Tövbənin rüknü olan iki şərt bunlardır; 1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan. 2. Bir daha günaha yol verməmək üçün ciddi surətdə qərara gələsən. Qeyri-rükn olan iki şərt isə bunlardır; 3. Allahın haqqını ödəmək. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirmək. 4. Xalqın (camaatın) haqqını ödəmək. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən. Kamillik şərti olan iki şərt isə bunlardır; 5. Günahın ləzzətini və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən. 6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, halaldan təzə ət əmələ gəlsin”.1

Bu cür tövbə Quran nəzərində “nəsuh tövbə” adlanır. “Təhrim” surəsinin 8-ci ayəsində buyurulur:

يَأَيهَّا الَّذِينَ ءَامَنُواْ تُوبُواْ إِلىَ اللَّهِ تَوْبَةً نَّصُوحًا

Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin.”

Allahın kitabında tövbə barəsində ayələr çoxdur. Bu ayələr eyni mənada təfsir olunmuşdur. “Tövbə” kəlməsinin istilahi mənası günahları tərk edib Allaha doğru qayıtmaqdır. Lüğətdə isə bir şəxsin yolu səhv gedərək, sonradan həmin yolun səhv olduğunu başa düşüb geri qayıtması, düzgün yol ilə gedib əsl məqsədə yetişməsinə deyilir.1

İnsan nəfsi tam azadlıq istəyir və onun meylinə uyğun haram əməllərin qarşısının alınmasından çox-çox narahat olur. Həqiqətdə insan üçün tərtib edilmiş bu qadağalar onun dünya və axirəti üçün bir zəmanətdir. Bəziləri öz şəhvət və nəfs istəklərinin qarşısını ala bilmirlər. Belələri həmişə günah içində boğulurlar. Həqiqəti dərk edib əməllərinin batil və puç olduğunu başa düşdükdən sonra sanki qəflət yuxusundan ayılıb tutduqları yoldan geri qayıdırlar. Bu cəhətdən də Mehriban olan Allah öz bəndəsinin halına yanaraq ona xəbərdarlıq edir, həqiqi tövbə etməsini və günahlarının bağışlanmasını istəyir.

Şərif ayədə zikr olunan “nəsuh tövbə” həqiqi və xalis tövbə mənasındadır. Haram və batil yoldan qayıdan bəndə öz tövbəsində sabitqədəm olmalıdır. Başqa sözlə, insan ruhundakı dərin dəyişikliyə həqiqi tövbə deyilir. Belə ki, insan etdiyi xətanı anlayıb onu islah etdikdə vücudunun dərinliklərində dəyişiklik yaranmağa başlayır. Bu hal ən çox cavan nəsildə özünü biruzə verir. Çünki onların qəlbi pakdır, tez bir zamanda həqiqətin təsiri altına düşür və islah olurlar. Onların ən çox ruhi tərbiyəyə ehtiyacı vardır. “Nəhcül-bəlağə” bu barədə buyurur:

Cavanların qəlbi pakdır və heç bir çirkinliyə aludə deyil. Onlar sanki otsuz-ələfsiz, şumlanmamış xam bir torpaqdırlar. Belə ki, həmin torpaqda hər nəyi əksən, o da bitəcəkdir.”1



RUHİ DƏYİŞİKLİK
Tarixə nəzər saldıqda həmişə maddi və mənəvi islahatların daxili və ruhi dəyişikliklərin təsirindən irəli gəldiyinə şahid oluruq. Bu fitri qanundan belə bir nəticəyə gəlirik ki, fərdin və cəmiyyətin islahı, həmçinin günahlardan uzaqlaşmaq üçün daxilimizdə bir dəyişiklik yaratmalıyıq. Rəzil və heyvani xislətlər, o cümlədən, paxıllıq, kin-küdurət, tamah, təkəbbür, şəhvət və s. daxilimizdə dərin iz buraxmışdır. Təkamülün qarşısında duran bu şeytani tikanların kökünü kəsmək üçün nəfslə mübarizə və əxlaqi sifətlər əldə etməyə ehtiyacımız vardır. İnsanların qəlbi fərqli surətdə təsirlənir. Bəziləri həddindən artıq günah etdikləri üçün qətiyyən haqq sözü qəbul etmək istəmirlər. Onların qəlbləri sanki daşa dönmüş ət parçasıdır. Quran bu barədə belə buyurur:
إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ ءَ أَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُون

Həqiqətən kafirləri (əzabla) qorxutsan da, qorxut­masan da fərq etməz. Onlar heç vaxt iman gətirməzlər.”1

İkinci dəstə haqq sözdən tez bir zamanda təsirlənir və tez də bu halı əldən verir. Bu hal suda əlin izinə bənzəyir. Əl sudan çıxan kimi onun izi tez də itib gedir.

Üçüncü dəstə isə haqq sözdən gec təsirlənənlərdır. Belə ki, bu təsir uzun müddət qalır. Əgər haqq söz onlar üçün təkrarlanmasa, təsiri aradan gedəcəkdir. Bu da əlin palçığa batırılmasına bənzəyir. Palçığa batmış əlin izi bir müddət qalır. Əgər yenidən bu proses təkrarlanmasa, palçığın izi itəcək və saflaşacaqdır. Bu dəstəyə aid olan insanlar üçün gərək tez-tez haqq söz təkrarlansın ki, təsiri aradan getməsin. Quran buyurur:



وَ ذَكِّرْ فَإِنَّ الذِّكْرَى‏ تَنفَعُ الْمُؤْمِنِين‏

Həmişə (onların) yadına sal. Çünki həqiqətən, yada salmaq möminlərin xeyrinədir.”2

Belə olduqda haqq kəlamı eşidən ruhda tədricən dərin bir dəyişiklik əmələ gələcək və “misdən” olan vücudlar “qızıla” çevriləcəkdir.3 Həqiqi tövbə və istiğfar da günahkar insanın mahiyyətinin dəyişməsinə, həmçinin onun Allahın dostuna çevrilməsinə səbəb olur. Belə ki, məstedici içkilərin haramlığı barəsində ayə nazil olduqda cahiliyyət adətinə görə şərab içən bəzi səhabələr onu tərk etdilər.

Rəvayət­də deyilir: “Cavan bir oğlan adəti üzrə içində şərab olan qabı əlində tutub gedirdi. Qabaqdan Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) ona tərəf gəldiyini görəndə halı dəyişdi. Ürəyində Allah ilə əhd bağlayıb dedi: “İlahi ! Əgər məni Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) yanında rüsvay etməsən, tövbə edib içkidən uzaqlaşa­cağam.” Birdən o, sirkə qoxusu hiss edib əlindəki şərabın sir­kəyə döndüyünü gördü və sevindi. Nəhayət, Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) yaxınlaşıb salam verdik­dən sonra cavanın əlindəki qabın içində nə olduğunu soruşdu. Cavan qabda sirkə olduğunu bildirdi. Həzrət qabın içində qatı və turş sirkə olduğunu gördü. Qabı qaytararkən cavan oğlan dedi: “Ey Allahın elçisi! Həqiqət bundan ibarətdir ki, bu qabın içindəki şərab idi. Sənin yanında rüsvay olmamaq üçün Allah-təala ilə əhd-peyman bağladım. Şərab da sirkəyə çe­vrildi.” Həzrət buyurdu: “Sən batinini və vücudunu dəyişdirib tövbə etdiyin üçün Allah da şərabı sirkəyə döndərdi.”

Quran buyurur:

انَّ اللَّهَ لَا يُغَيرُ مَا بِقَوْمٍ حَتىَ‏ يُغَيرِّواْ مَا بِأَنفُسِهِم

Həqiqətən, Allah bir qövmün (millətin) taleyini onlar özü dəyişdirmək istəməyənədək dəyişməz.” 1


ELMİ BİR NÖQTƏ
Şərabın sirkəyə dönməsi adi və təbii bir işdir. Bu proses əslində mahiyyətin çevrilməsi deyil. Bu çevrilmə müəyyən bir müddət ərzində özü-özünə baş verir. Şərabın kimyəvi tərkibinin (etil spirti) sirkənin kimyəvi tərkibi (estik) ilə böyük fərqi yoxdur. Bunların hər ikisinin tərkibi müəyyən nisbətlə oksigen, hidrogen və karbondan ibarətdir. Şərabın sirkəyə dönməsi mikroskopik orqanizmlər vasitəsilə baş verir. 1895-ci ilədək yaşamış Pastor adlı fransalı alim mikroskop vasitəsilə faydalı və zərərli canlı mikrobları kəşf edərək onların haqqında dərin araşdırmalar apardı. O, bu kəşfi ilə dünya elminə böyük xidmət etmiş oldu. O cümlədən, bu böyük alim şərabın sirkəyə çevrilməsinin səbəbini tapıb bildirdi: “Əgər qabdakı şərabın ağzı açıq qalsa, havada olan mikroblar ona hücum edib havanın oksigenini tutmaqla şərabın içinə daxil olacaq. Nəticədə həmin şərabın bir hissəsi sirkəyə, digəri isə suya dönəcək”.

Misin ya gümüşün qızıla çevrilməsi məsələsi isə qədim zaman­lardan alimlərin və filosofların diqqət mərkəzində olmuşdur. İbni Sina kimi alimlər bir şeyin mahiyyətinin dəyişməsini inkar etmişlər. Əksinə, bəzi alimlər bunun mümkünlüyünü vurğu­lamışlar. Geologiya alimləri yer kürəsinin yaşının iki milyarddan artıq olması nəzəriyyəsini irəli sürmüş və buna dair dəlillər gətirmişlər. Bu fərziyyə və nəzərlərdən əlavə hər hansı bir ünsürün başqa bir ünsürə dönməsi mümkündür və bu qeyri-mümkün işlərdən deyildir.

Keçmişdə Fuzəyl adlı cinayət­kar və zalım bir şəxs yaşayırdı. O, istədiyi şəxsə təcavüz edər, var-yoxunu ələ keçirib camaatın namusuna sataşardı. O, nahaqdan neçə nəfərin qanını axıtmışdı. Fuzəyl bir gün gecə oğurluq və ya başqa məqsədlə bir evin divarından yuxarı qalxarkən qon­şuluqdakı evdən kiminsə Quran tilavət etdiyini eşidir. Onun halı dəyişir, tövbə edir. Fuzəyli dəyişdirən bu ayə idi:

أَ لَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُواْ أَن تخَشَعَ قُلُوبهُمْ لِذِكْرِ اللَّهِ

‏“Görəsən, iman gətirənlərin qəlblərinin Allah zikrinin və nazil olanın (Quranın) bərabərində boyun əyməyinin (itaət etmək) vaxtı çatmadımı.” 1

Bu ayə tövbə ayələrindən biri sayılır. Mehriban Allah günahkarlara belə buyurmaq istəyir:

Ey Pərvərdigarından üz çevirib qaçan fərarilər! Məndən uzaqlaşmağınız bəs etməzmi? Mən sizin yolunuzun intizarındayam. Günahlardan, azğın həvəsdən əl çəkməyin və Allaha tərəf qayıtmağın vaxtı çatmadımı?”

Şair demişkən:

Qayıt, haqqa qayıt! Hər nəsən qayıt,

Fərqi yox, kafirsən, yoxsa bütpərəst.

Ümidini qırma, qapımız açıq,

Yüz yol büdrəsən də axtar mərhəmət.
Bu ayəni eşidən Fuzəylin daxilində güclü bir çevriliş baş verdi. Vücudunu sanki atəş bürüdü və pis əməlləri gözləri önündə canlandı. Pak vicdanı ona əziyyət verirdi. Qəlbinin dərinliklərindən kükrəyən çevriliş onu həqiqi tövbəyə doğru çəkirdi. Elə bil ki, ayədən bir qığılcım sıçrayıb onun nəfsani və şeytani çirkinliklərini yandırdı. Qəlbi paklaşaraq riqqətə gəldi, gözlərindən yaş axıtmağa başladı. Bədəni lərzəyə düşdü, üzünü Allah dərgahına tutub yalvarışla dedi: “İlahi! Etdiyim bütün günahlara görə Öz əzəmətinlə tövbəmi qəbul edirsənmi? Pərvərdigara! Əgər məni Öz rəhmət qapından qovsan, hara gedim, hara pənah aparım?”

Quran buyurur:



رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين

Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətən, ziyan çəkənlərdən olarıq.”1

Fuzəylin qəlbi riqqətə gəlmişdi. O, doğrudan da keçmiş əməllərindən peşiman idi. Fuzəyl pis əməllərinin əvəzini ödəmək məqsədilə əvvəllər ələ keçirdiyi haram malları öz sahiblərinə qaytardı. Zülm etdiyi şəxslərdən bir-bir halallıq almağa başladı. Nəhayət iş o yerə gəlib çatdı ki, adı dillərə düşdü, zahid və abid bir mömin kimi tanındı.

Həm­çinin, ariflər arasında məşhur olan Bişr Hafinin başına gələn hadisəni nəzərinizə çatdırmaq istərdik:

Bir gün imamətin yeddinci günəşi Musa Kazim (ələyhissəlam) Bişrin evinin yanından ötüb keçirdi. Evdən gələn tar, ud səsləri və kənizlərin rəqs, mahnı sədaları küçəni bürümüşdü. Bişr fasiq və sərvətli bir şəxs idi. O, həmişə evində şərab, meyxana və s. günah məclisləri qurardı. Kənizlərdən biri ehtiyac ardınca evdən çölə çıxarkən imam Kazim (ələyhis­səlam) ondan soruşdu: “Bu evin sahibi quldur, ya azad?” Kəniz cavab verdi: “Azad”. Həzrət buyurdu: “Bəli, görünür ki, azad insandır. Əgər qul olsaydı, belə işlər görməzdi”. Kəniz evə daxil olub imamın (ələyhissəlam) sözlərini sahibinə çatdırdı. Bunu eşidən Bişrin halı dəyişdi. Sonra ayaqyalın bayıra atılıb həzrətin ardınca qaçmağa başladı. İmama (ələyhissəlam) çatıb özünü onun ayaqları altına atdı. Nəhayət, həqiqi tövbə etdi və adı camaat arasında dillər əzbəri oldu.”
TƏBİƏT ALƏMİNDƏ

MAHİYYƏTİN DƏYİŞMƏSİ
Atom mütəxəssisləri atom nüvəsinin partlayışı zamanı ondan fövqəladə bir enerji ayrılması barəsində bir çox məlumatlar əldə etmişlər. Bu məsələ mahiyyətin dəyişməsini və onun gerçəkliyini kamil surətdə isbat edir. Alimlər atom nüvəsinin partlayışı barəsində deyirlər: “Atom1 zərrəciklərinin tarazlığı onun neytronlarının tarazlığı ilə eynidir. Əgər onların sayı azalıb-çoxalsa, nüvə parçalanır və enerjisi ayrılır. Sonra isə protonlar və neytronlar ətrafa yayılmağa başlayır.”2

Xaricdəki bir neytronu atom nüvəsinə daxil edən kimi tarazlıq ani sürətdə pozulmağa başlayır və partlayış baş verir. Bu hadisə ipi qırılıb dənələri ətrafa səpələnən təsbihə bənzəyir. Atom bombası uran adlanan maddədən hazırlanır. Uran atomunun həm elektronlarının, həm də protonlarının sayı 92-dir. Əgər başqa bir neytronu uran atomuna daxil etsələr, həmin atomun tarazlığı pozular. Nəticədə barium və kripton (uranın ən sadəsi) əmələ gələcəkdir. Ondan səpələnmiş artıq neytronlar başqa bir atoma daxil olur və yenidən atomun tarazlığını biri-birinə vurmaqla təzə partlayış əmələ gətirir. Bu tərtiblə atom bombasının partlayışı hasil olur və zəncirvari davam edir. Belə olduqda atomlar bir-bir partlayır və öz qüvvəsini xaricə ötürür. Həmin itən qüvvədən isə yeni barium və kripton atomları düzəlir.

Materialist alimlərin bəzisi hidrogeni aləmdə ilk yaranmış element sayır. Belə ki, zaman ötdükcə bu hidrogen başqa tərkibə çevrilmişdir. Yəni ya hidrogenin atom nüvəsi bir yerə cəm olub oksigen atomu əmələ gətirir,1 ya da ki, iki hidrogen atomu bir yerə cəmləşib bir helium atomu yaradır. Bu fərziyyəni bir çox materialist alimlər qəbul etmir və bugünkü elmin inkişafı onu rədd edir. Beləcə Ptolomeyin, Darvinin, Lamarkın, Laplasın və s. materialist alimlərin nəzəriyyələrini müasir dövrün elmi bilikləri ilə müxtəlif yollarla rədd etmək mümkündür. Hətta bu nəzər sahiblərinin özləri belə irəli sürdükləri fərziyyələrə çox da inanmamışlar. Lakin bu alimlərin davamçıları onların yersiz xəyallarını “vəhy” kimi qəbul edirdilər.

RÜKU VƏ SƏCDƏNİN FƏLSƏFƏSİ
Namazın ən mühüm rüknlərindan sayılan rüku və səcdə Allaha daha da yaxınlaşmaq üçün böyük rol oynayır. Rüku Allah qarşısında əyilib ehtiram göstərməklə bərabər Məbuda təzim edib Onun böyüklüyünü etiraf etməkdən ibarətdir. Necə ki, keçmişdə adi camaat padşahlara təzim əlaməti olaraq onların qarşısında əyilir, sonsuz ehtiramlarını bildirirdilər.

Səcdə isə əbdin (bəndənin) alnını torpağa qoyub Məbudun (Allahın) qarşısında zəlilliyini göstərməsi, özünün sonsuz dərəcədə zəif və fəna olduğunu bildirməsindən ibarətdir. “Məbuda təzim” və “əbdin zəlilliyi” ibadətin ruhunu göstərir. Bu iki dəyər hər hansı bir ibadətdə cəm olsa, həmin ibadət kamil və həqiqi sayılar. Allah-təala ictimai ibadət olan namazda rüku və səcdəni cəmləşdirib onların vasitəsilə namazın qədr-qiymətini daha da çoxaltmışdır. “Minhacus-sadiqin” kitabında deyilir: “Bəni Səqif” tayfası həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) yanına gəlib xahiş etdi ki, Allah-təaladan namazdan rüku və səcdənin götürülməsini istəsin. Çünki cahiliyyət dövründə yaşamış bu təkəbbürlü və lovğa insanlara Yaradanın qarşısında təzim etmək ağır gəlirdi. Həzrət fikrə dalıb bu barədə vəhyin nazil olmasını gözlədi. Nəhayət, “İsra” surəsinin 74-cü ayəsi nazil oldu:



وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًا قَلِيلا

Əgər səni sabitqədəm etməsəydik, az qalırdı ki, onların sözünə meyl edəsən.”

Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) bu ayənin ciddi bir xəbərdarlıq olduğunu bilib həmin tayfanın xahişini rədd etdi. Rəvayətlərin birində belə deyilir: İ­s­­lam peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) buyurmuşdur:Rüku və səcdə olmayan dində xeyir yox­dur.”1 Ola bilsin ki, hədisdə zikr olunan “din” namaz mə­nasındadır. Meyitə qılınan namaz (meyit namazı) əslində duadır. Çünki bu namazda rüku və səcdə yoxdur. Hər bir insanın vücudunun dərinliyində zati bir təkəbbür var. Bunun dərmanı yalnız namazda olan ruku və səcdədir. Çünki insanın ən şərəfli üzvü onun sifətidir. İnsanın sifəti başqa məxluqların sifətindən üstündür. Allah-təala insanın surətini ən üstün şəkildə yaratdı­ğına görə Özünə “Afərin” 2 buyurmuşdur. “Tin” surəsinin 4-cü ayəsində buyurulur:

لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم‏

Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”

Şair belə deyir:

Qadir Allah səni yaradan zaman,

Özünə “afərin” söyləmiş inan.

Bəşərin ağıl və düşüncə qüvvəsinin cəmləşdiyi alın nahiyəsi insan üzünün ən fəzilətli hissəsi sayılır. Alını torpağa qoymaq insanın son dərəcə acizliyini göstərir. Buna əsasən də səcdə elə bir kəs üçün olmalıdır ki, Onun əzəməti, ucalığı, böyüklüyü və rəhməti hər yeri bürüsün. Bu da yalnız Allah-təalaya məxsusdur. Mələklərin Adəmə (ələyhissəlam) səcdə etməsinə gəldikdə isə həmin səcdə Adəmə (ələyhissəlam) yox, Allah üçün və Allahın əmrinə əsasən olmuşdur. Sadəcə Adəm (ələyhissəlam) qiblə1 rolunu oynamışdır. Yəqub (ələyhissə­lam) və oğlanlarının Yusif peyğəmbərə (ələyhissəlam) səcdə etmələrinə gəldikdə isə bu səcdə şükür səcdəsi ünvanında idi. Yəni Allah-təala bu neməti (Yusifi (ələyhissəlam)) yenidən onlara bağışladığı üçün Allaha şükür səcdəsi etdilər.2 Səcdədə bəndə öz faniliyini izhar edir. “Taha” surəsinin 55-ci ayəsində buyururlur:



مِنهَا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَا نخْرِجُكُمْ تَارَةً أُخْرَى

Sizi ondan (torpaqdan) yaratdıq və ona da qay­taracağıq. Sonra yenidən (Qiyamət günü) ondan diril­dəcəyik.”

Yaxud “Bəqərə” surəsinin 28-ci ayəsində belə buyururlur:

كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَ كُنتُمْ أَمْوَاتًا فَأَحْيَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُون

Nə üçün Allaha inanmırsınız, bir halda ki, siz ölü idiniz və Allah sizi diriltdi. Sonra sizi yenə də öldürəcək, sonra yenə də dirildəcək. Axırda isə Ona tərəf qaytarıla­caqsınız.”

Birinci səcdədə alnımızı torpağa1 qoymağın mənası budur ki, “İlahi! Biz torpaqda ölü idik.” Başımızı səcdədən qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yaratdın.”

İkinci səcdənin mənası budur ki, “İlahi! Sən yenə də bizi torpağa qaytaracaqsan.” Başımızı qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yenidən dirildəcəksən.”

Ruku bəndənin Məbuda olan təzimini bildirir və əvvəldən axıra kimi bir mərhələdən ibarətdir. Buna görə də rüku həqiqətin eyni sayılır. Səcdə bəndənin fənalığını izhar etməkdən və bəndənin zəlilliyini bildirməkdən ibarət olduğu üçün iki (“bədvi2 fəna və

ovdi”3 fənadan) mərhələdən ibarətdir. Bədvi fəna, yəni həmişə Allah-təala olmuş və Ondan başqa heç bir şey olmamışdır. Bu “bütün aləmi yoxluqdan vücuda gətirmişdir” həqiqətinə işarədir.

Ovdi fəna isə bütün mövcudatın faniliyinə işarədir. Belə ki, Allahdan başqa hamı məhvə məhkumdur. Necə ki, Qurani-Kərim bu barədə buyurur:

كلُ‏ شىَءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ

Onun zatından başqa hamı məhv və həlak olacaqdır.”1

Yaxud “Ər-Rəhman” surəsinin 26-27-ci ayələrində buyurulur:

كلُمَنْ عَلَيهْا فَانٍ وَ يَبْقَىوَجْهُ رَبِّكَ ذُو الجْلَالِ وَ الْاكْرَام

Onun (Yer kürəsinin) üzərində olan hər bir şey məhv olacaqdır. Cəlal və Kərəm Sahibi olan Allah isə əbədidir.”

Bəzi ayələrə əsasən, bütün yaranmışlar, o cümlədən günəş, ay, ulduzlar və s. Allaha səcdə edirlər. İnsanlardan başqa bütün mövcudların səcdə etməsi təkvini ibadət və itaət mənasındadır. Səcdənin özü ayrılıqda müstəqil bir ibadət sayılır. Necə ki, namazın şərtlərindən biri olan “təharət” müstəqil bir ibadətdir. Daha dəqiq desək, səcdə namazın eynidir. Səcdə, bəndənin Allah-təalaya ən yaxın halıdır. Digər tərəfdən şeytanın ən çətin halı məhz müsəlmanın səcdə vəziyyətində olmasıdır. Çünki şeytan səcdəni tərk etdiyinə görə Allah dərgahından qovulmuş və uzaqlaşdırılmışdır. Rəvayətdə buyurulur: “R­ükusu və səcdəsi olmayan namaz, namaz deyildir.”2

QİRAƏTİN FƏLSƏFƏSİ
Namazın ən mühüm rüknlərindən sayılan “qiraət” onun birinci rükətində “Həmd” (Fatihə), ikinci rükətində isə başqa bir surə oxumaqla yerinə yetirilir.

Rəvayətdə buyurulur: “Fatihəsiz namaz yoxdur.”1 Başqa bir rəvayətdə belə buyurulur: “Fatihə surəsi oxunmayan namaz naqisdir.”2

Namazda iki surənin ardıcıl oxunmasının fəlsəfəsi bundan ibarətdir:

1) Quran daimi olaraq möminin canına və ruhuna hopub cərəyan etsin.

2) Surələri təkrarlamaqla Quran müsəlmanlar arasında yaşasın.

Səkkizinci imam (ələyhissəlam) bu həqiqəti Fəzl ibn Şazan üçün açıqlayıb belə buyurur:

İnsanlara namazda qiraət oxumaq ona görə əmr olunub ki, O, (Quran) həmişə təravətli qalıb camaat arasında yaşasın və insanlar daim Onun elmindən bəhrələnsinlər. Məbada müsəlmanlar Qurandan qafil olsunlar!”3

İmam Rizanın (ələyhissəlam) bu hədisinə əsasən bir neçə mətləbi açıqlamaq istərdik:



1. Əhli-beytin (ələyhimussəlam) rəvayətlərində Quranı öyrənməyin və öyrətməyin, hətta Onu üzdən oxumağın zəruri olduğu təkidlə bildirilmişdir. Bəzi rəvayətlərdə Quranın hər gün 50, bəzilərində isə 200 ayəsinin üzdən oxunması sifariş edilmişdir. Bu barədə “Vəsailuş-şiə”, “Biharul-ənvar”, “Safi”, “Vafi” kitablarında çoxlu hədis və rəvayətlər mövcuddur. Bunlardan bir neçəsini zikr edirik:

a) Allahın elçisi (salləllahu ələyhi və əlihi və səlləm) buyurur: “Sizlərdən ən yaxşınız Quranı öyrənən və Onu başqasına öyrədəndir.”1

b) İmam Sadiq (ələyhissəlam) buyurur: “Mömin üçün yaxşı olar ki, ölümündən qabaq Quranı öyrənmiş olsun, yaxud öyrənərkən ölüm onu yaxalasın.”2

v) Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Ən üstün ibadət Quran oxumaqdır.”3

q) İmam Əli (ələyhissəlam) buyurmuşdur: “Quranı öyrənin və Onun barəsində dərin təfəkkürə dalın! Çünki O, möminin qəlbinin baharı və gülüstanıdır. Öz dərdlərinizə Quran vasitəsilə çarə qılın! Çünki O, bütün fiziki və ruhi xəstəliklərə şəfa verəndir. Onu tərtillə oxuyub gözəlləşdirin! Ayələri barədə düşünün və ibrət götürün! Çünki O, ən mənfəətli və ən gözəl qissələri Özündə cəmləşdirmişdir.”4

d) Bəzi rəvayətlərdə bildirilmişdir ki, Behişt əhlinin dərəcələri, onların hansı miqdarda Quranı hifz etmələrindən asılıdır. Rəvayətlərin birində deyilir ki, Cənnətdə Quran əhlinə belə xitab olunar: “Quranı hər nə qədər əzbər bilirsənsə, oxu və yuxarı qalx!”1

Bir çox rəvayətlərdə bildirilir ki, Quran Qiyamət günü ən gözəl surətdə zahir olub Onu oxuyanlara şəfaət verər. Rəvayətlərdə bizlərə də bacardığımız qədər Quran oxuyub Onu hifz etmək sifariş olunmuşdur.

2. Deyilənlərdən belə məlum oldu ki, mömin Quranı oxumaqla bərabər qəlbində hifz etməli və hər bir dəyişiklikdən Onu qorumalıdır. Quranın möcüzə olmasının nişanələrindən biri də Onun həmişə təravətli olmasıdır. Yəni Quran oxunduqca köhnəlmir və hər dəfə oxunduqda sanki mömini özünə cəzb edir. O başqa kitablar kimi deyil. Belə ki, əgər bir kitab iki ya üç dəfə oxunsa, insanı yorar. Lakin Quran oxunduqca sanki oxucunun Özünə qarşı susuzluğunu artırar.

3. Quranın qiraət edilməsində təkcə dilin və dodağın tərpənməsi kifayət deyil. Quran və rəvayətlərə nəzər saldıqda bir neçə həqiqətə şahid oluruq:

1) Quranın buyuruqlarına əməl etmək; Necə ki, hədisdə buyurulur: “Bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur.”2

2) Quranı başa düşməklə Onun elminə yiyələnmək; Qurani-Kərim “Məhəmməd” surəsinin 24-cü ayəsində, həmçinin bir çox başqa ayələrdə insanları təfəkkür edib düşünməyə dəvət edərək buyurur:

أَ فَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ‏ قُلُوبٍ أَقْفَالُهَا

Görəsən, onlar Quran barəsində düşünmürlər, yoxsa ürəklərinə qıfıl vurulmuşdur.?!”



3) Quranın moizələri, hekayələri, misalları, Cənnət müjdəsi və Cəhənnəm təhdidi qiraətin əsas mehvərlərindəndir; Quran qiraətinin bəzi fəlsəfə və hikmətləri, yuxarıda zikr olunmuş nöqtələri yada salır.

4) Səmavi kitab olan Quran bəşərin dünya və axirətini təmin etmək üçün nazil olmuşdur və bütün insanların hər iki aləmdə xoşbəxtliyə, səadətə çatması üçün bir sıra ictimai qanunlar müəyyənləşdirmişdir;

Bunun üçün də hamı Quranı oxuyub Onun buyuruqlarına əməl etməklə yanaşı mənalarını düşünməyə və Onu qorumağa məsuldur. Bu prinsipə görə Quran dinin ən mühüm göstərişlərindən olan namazda qərar tapmışdır. Möminlər Onu öyrənməyə və öyrətməyə səy göstərməlidirlər ki, Quranın elmi, mahiyyəti, əhkamı, qanunları köhnəlikdən, xurafatdan və unutqanlıqdan amanda qalsın.


PEYĞƏMBƏRİN

(salləllahu ələyhi və əlihi və səlləm)

QURAN VƏ İTRƏT HAQQINDA

OLAN SİFARİŞİ
Rəsuli-Əkrəm (salləllahu ələyhi və əlihi və səlləm) özünün 23 illik təbliğindən və Quran həqiqətlərinin yayıl­masından sonra ömrünün axırlarına yaxın vəsiyyətində belə buyurdu:

Ey camaat! Mən sizin aranızdan gedirəm və sizə iki ağır əmanət tapşırıram. Bunlar Allahın kitabı Quran və mənim Əhli-beytimdir. Əgər hər ikisinə sığınsanız heç vaxt yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki şey ümmətin arasında Qiyamətə kimi yaşayıb dinin düşmənlərini məğlub etməli, xalqa rəhbər və yol göstərən olmalıdır.”1

İndiyə kimi din düşmənləri bu iki ağır və qiymətli əmanət qarşısında sipər kimi dayanaraq onları məhv etmək istəmişlər. Lakin Allah-təala onları qorumuş və qoruyacaqdır. Quran bu barədə buyurur:

إِنَّا نحَنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحَافِظُون‏

Həqiqətən, biz Zikri (Quranı) nazil etdik və həqi­qətən, biz Onu qoruyacağıq.” 2

Əhli-beyt (ələyhimussəlam) barəsində həzrət Rəsul (sal­ləllahu ələyhi və əlihi və səlləm) çoxlu hədislər buyurmuşdur. O cümlədən:

Cənnətdə Kövsər hovuzunun yanında sizdən bu iki əmanət və necə rəftar edildiyi soruşulacaqdır.”1

Mötəbər kitablardan sayılan “Kafi”də həzrət Pey­ğəmbərdən (salləllahu ələyhi və əlihi və səlləm) uzun bir hədis nəql olunmuşdur. Hədisin məzmunu belədir: “Fitnələr sizə hücum gətirdiyi zaman Qurana sığının. Çünki O, həm şəfaət edən, həm də şəfaət ediləndir. Hər nəyi halal edibsə, həqiqətdir. Hər kəs Quranı öz rəhbəri qərar versə, Quran onu Behiştə aparacaqdır. Hər kəs arxa çevirsə, Quran onu Cəhənnəm atəşinə doğru sürükləyəcəkdir. Quranın ecazkarlığı sonsuz, qəribəlikləri isə köhnə deyildir. Məhz hidayət çıraqları Ondadır”.2

Bu hədisdən bir neçə nəticə əldə edə bilərik:

1) Hər zaman müsəlmanlar çətinliyə düşüb zəlalətə və cəhalətə düçar olsalar, Qurana pənah aparıb haqqı batildən ayırmalıdırlar.

2) Qurana itaət etmək səadətə, Ondan üz çevirmək isə bədbəxtliyə səbəb olur.

3) Elm hər nə qədər inkişaf etsə, bir o qədər də Quranın həqiqətləri kəşf və zahir olacaqdır.

4) Quranın nuru vasitəsilə cəhalət zülmətindən azadlığa qədəm qoyulur, həyat suyunun elmi və hikməti üzə çıxır.



XATIRLAMA
Qurana ehtiyac fəlsəfəsi və onun incəliyi namazda daha da aydın olsun deyə, tanınmış şərq və qərb alimlərinin Quranın əzəməti və əhəmiyyəti barəsində dedikləri sözləri yada salmaq yerinə düşərdi.

1) Vaşinqton İrvink yazır: “Quran pak məzhəbdən və böyük qanunlardan ibarət olan bir kitabdır.”1

2) Con Dav Penort deyir: “İslam aləminin ümumi qanunu olan Quran mədəni, ictimai, iqtisadi, hüquqi, hərbi, cinayi qa­nunlar toplumu, fiziki və ruhani sağlamlıq, dostluq, mehribanlıq, paklıq kitabıdır. Quran əhkamında insan üçün çətin mətləblər, qaranlıq proqramlar və ya zor gücünə icra edilən qanunlar yoxdur və gözə dəymir. İslam insanı aydın və düzgün bir yola yönəldir. Buna görə də İslam bütpərəst ərəblərə, ulduzpərəst sabiilərə, atəşpərəst məcuslara, rəbbiyunpərəst yəhudilərə və pappərəst məsihilərə qələbə çalmışdır.”2

3) Əlhəqq Təyyar deyir: “Quran dünya və axirət xoş­bəxtliyinin sərmayəsidir. Hər hansı bir millət Quranı gözləri üstünə qoyub Onun ali qanunlarına riayət edərsə, səadətə çat­mışdır. Əksinə, hər kəs ondan üz çevirmişsə, uçuruma və həlakətə düçar olmuşdur.”3

4) Edmund Bork yazır: “Məhəmmədin şəriəti və İslam ayini elə tənzimlənib, səadət və xoşbəxtlik yolunu elə bəyan edib ki, yuxarı təbəqədən tutmuş ən aşağı təbəqəyədək bütün insanlar bu qanun və şəriətdən rahatlıqla bəhrələnə bilər. Bu cəhətdən də İslam ən güclü və ən üstün bir din olaraq bəşəriyyət üçün göndərilmişdir.”1

5) Bernard Şou deyir: “Quranın nüfuzunun, qüdrətinin və əhkamının dünyanı ram etməsinə az qalmışdır. Belə getsə, 2060-cı ilə kimi Papa süqut edəcək və İslam bütün bəşəriyyətin yeganə dini olacaqdır.”2

6) Qustav Lobon yazır: “Müsəlmanların asimani kitabı sayılan Quranda məzhəbi, siyasi və ictimai qanunlar top­lanmışdır. Belə ki, Quran dəyişməyən bir din kimi tanınmış və onun ictimai əhkamı, məsələləri sabit halda qalmışdır. İslam dininin ardıcılları illərlə kitab və sünnəyə zəncirvari, möhkəm bağlanaraq həmin yolda öz səylərini qüvvətləndirirdilər. Nəti­cədə indiyə kimi heç bir qüvvə Ona qalib gələ bilməmişdir.”3

7) Vilyem Mayor deyir: “Quran başdan-başa möhkəm dəlillərə malik bir kitabdır. Bu dəlillər Allahın vücudu, Yeganə Yaradanı tanımaq və Ona tərəf hidayət, həmçinin insanın yaxşı və pis əməllərinin əvəzi ilə bağlıdır. Bu kitab böyük rəhbər olmaqla yanaşı hər bir məsələni elə gözəl açıqlamışdır ki, insanın ruhuna nüfuz edərək əbədi həyatı və Qiyamət gününü onun yadına salır.”1

8) İngilis tarixçisi Tomas Karlil yazır: “Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir.”2

9) Qladiston yazır: “Quran bütün müsəlmanların səadət mayası və müxaliflər arasında möhkəm bir sərhəddir.”3

10) Kental Virjil deyir: “İlahi tərəfindən göndərilmiş Quran əbədi bir üsula şamil olmaqla yanaşı müsəlmanların, o cümlədən yer üzündə yaşayan müxtəlif dinlərin və firqələrin də suallarına cavab vermişdir.”4

11) Napoleon Bonopart deyir: “Mən ümidvaram, tezliklə dünyanın məşhur alimlərini və mütəfəkkir insanlarını bir yerə toplayıb onların köməyi ilə elə bir qanun yaradacağam ki, binası və əsası Qurandandır. Çünki Quran haqq və həqiqətin yeganə əslidir. Bu əsl bəşər səadətini təmin edən əvəzsiz kitabdır.”

Həmçinin, başqa bir yerdə belə deyir: “Əgər İslamın və müsəlmanların kökünü yer üzündən silmək istəyirsinizsə, onlardan azan və Quranı oğurlamalısınız.”1

Onun bu sözü bəlkə də İslama olan meylini bildirir. Çünki o, bu işin (azan və Quranı oğurlamağın) qeyri-mümkün olduğunu bilirdi. Napoleonun Quran və İslam əhkamı barə­sindəki tərifləri kitabın 1-ci cildində zikr edilmişdir.

12) Lord Kerzen Qladistonun sözünü təsdiq edərək yazır: “Quran müsəlmanların əlində olduğu müddət ərzində məsihilər heç vaxt rahatlıq içində həyat sürməyəcəklər. Bunun üçün Avropada, bu kitabı şərq xanımlarının niqabı ilə örtməli­dirlər.”2

SEYİD CƏMALƏDDİN ƏSƏDABADİNİN HEYRƏTEDİCİ HƏRƏKATI
Seyid Cəmaləddin Əsədabadi ruhani, öz dövrünün siyasətindən agah olan böyük şəxsiyyətlərdən sayılırdı. Onun məqsədi İslam ümmətinin azadlığı uğrunda çalışmaq, müsəlmanları qəflət yuxusundan oyatmaq və işğalçı qüvvələrin əlini İslam ölkələrindən kəsmək idi.

O, 1300-cü hicri qəməri ilində dünyaya bildirdi ki, Qurana və Onun qanunlarına riayət etmək insanı tərəqqiyə və səadətə çatdırır. Əksinə, hər kəs Quranın buyuruqlarından üz çevirsə, bədbəxtliyə və uçuruma yuvarlanasıdır.

Se­yid İslam və Avropa ölkələrinə çoxlu səfərlər etmişdi. O, hətta Parisdə “Urvətul-vusqa” adlı jurnal da çapdan buraxmışdır. Bu jurnal Şərq millətinin oyanışında boyük rol oynamışdır.

Seyid Cəmaləddin Əfqanıstana, Hindistana, Misirə, Türkiyəyə, İrana səfərlər etmiş və oradakı odlu çıxışları ilə əzəmətli İngiltərəni lərzəyə salmışdır. Nəhayət, 1314-cü ildə İstanbulda dünyasını dəyişmişdir.1

Öz mənfəətlərinin əldən çıxdığını duyan qaniçən Avropa milləti jurnal buraxılan çapxananı bağlayıb Seyidi Parisdən çıxardılar. Bu şücaətli və yorulmaz islahatçı Misirə gələrək tanınmış alim, müfti şeyx Məhəmməd Əbdüh ilə əl-ələ verib “Vətən təşkilatı” adlı bir cəmiyyət yaratdı, Misir camaatını bu təşkilata üzv olmağa də`vət etdilər. Nəhayət, bu cəmiyyətə 40 nəfərdən artıq üzv yazılmadı.

Bu qrupun hədəfi Qurana və İslam hökmlərinə əməl etməkdən ibarət idi. Bu yolu canlandıran seyid Cəmaləddinin odlu çıxışları və xütbələri idi. O, həqiqətləri açıqlamaqla camaatı oyadırdı. Onun Misirdə təşkilatın bütün üzvlərinin toplandığı məclisdə söylədiyi xütbələrdən birinin xülasəsini nəzərinizə çatdırırıq:



SEYİD CƏMALƏDDİNİN

SÖYLƏDİYİ ÇIXIŞIN XÜLASƏSİ

Ey Rəbbim! Sənin buyurduğun haqdır:

وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهْدِيَنهُّمْ سُبُلَنَا

Hər kəs bizim yolumuzda çalışsa, həqiqətən biz onları öz yolumuza hidayət edəcəyik.”1

Pərvərd­igara! Həqiqətən də, Sənin buyurduğun haqqdır. Bu müqəddəs cəmiyyət Sənin adınla və Sənin dininə kömək üçün təşkil olunmuşdur. Sonra üzünü təşkilatın üzvlərinə tutub dedi: “Hörmətli ağalar! Bəşərin qiyamətə kimi səadətini təmin edən, İslam dininin müqəddəs qanunlarını açıqlayan Qurandır. Ah! Ah! Necə də bu müqəddəs Quran müsəlmanların qəfləti üzündən yalqız qalmışdır. Bu, müqəddəs Qurandır ki, nuru ilə geridə qalmış, eləcə də bu günkü dünyanı yüksək mədəniyyətə çatdırmışdır. Ah! Ah! Nə üçün Quran bü gün aşağıdakı işlərə həsr olunmuşdur:

-Quranın cümə axşamları qəbiristanlıqlarda oxunması;

-Oruc tutanların baş qatmaq və vaxt keçirmək üçün Quran oxuması;

-Məscidlərin küncündə yerləşdirilməsi;

-Evlərdə müqəvvaya çevrilməsi;

-Uşaqlara göz dəyməməsi üçün dua yazılması;

-Küçələrdə dilənmək üçün alət kimi istifadə edilməsi;

-Körpələrin qundaqdakı zinətinə çevrilməsi;

-Səfərə çıxanların yükü;

-Cin vuranların silahına dönməsi;

-Gəlinlərin boyunlarından asılması;

-Qadınların bilərziyini əvəz etməsi;

-Şadlıq məclislərində zinət olması;

-Kitab satıcılarının sərmayəsi və s.

Ah! Bu asimani və müqəddəs kitab bu gün Hafizin “Divan”ından, Mövləvinin “Məsnəvi”sindən, Sədinin “Gülüs­tan”ından da aşağı səviyyəyə enmişdir. Əgər bu şerlərdən biri oxunsa, gözlərin, qulaqların və ürəklərin diqqəti ona yönələr. Görəsən, bu əzalar hansı faydaya çatacaq? Pərvər­digara! Biz Səni unutduq və Sən də həmçinin bizim qəlblərimizin aynasını müqəddəs kitabın həqiqətlərindən məhrum etdin. Biz ürək­lərimizin surətini Sənin itaətindən çevirdik. Sən də buna görə bizim səadətimizi və şərafətimizi zillətə və bədbəxtliyə çevirdin.”

Sonra Seyid Cəmaləddin kürsüdən enərək bu cümlələri bir neçə dəfə təkrar etməyə başladı: “İlahi! Biz Səni unutduq. Sən də bizi unutdun.”

Axırda qəşş edib yerə yıxıldı. O, təxminən 3 saat həmin vəziyyətdə qaldı. Nəhayət, həkimin yardımı ilə özünə gəldi və məclisi davam etdirdi.

MİSİR İNQİLABINA

SƏBƏB OLAN ON YEDDİ MADDƏ

Həmin məclis davam edirdi. Bütün bu bədbəxtliklərə, zillətə və zülmə çarə axtarılırdı. Nəhayət, hamılıqla belə bir yekdil fikrə gəldi: “Müsəlmanların əzəmətinin ümdə səbəbi İslamın müqəddəs qanunlarına əməl etməkdən ibarətdir. Buna görə yeganə çıxış yolu İslamın səadət bəxş edən qanunlarına əməl etməkdir.”

Beləlik­lə, elə həmin məclisdə ciddi surətdə on yeddi maddədən ibarət bir proqram tərtib edildi. Üzvlərin hamısı bu maddələri əməli surətdə yerinə yetirəcəyinə söz verdi.

PROQRAMIN MƏTNİ
1. Bu təşkilatın hər bir üzvü gün ərzində Quranın ən azı bir hizbini1 diqqət və təfəkkürlə oxumalıdır.

2. Vacib namazlar camaatla qılınmalıdır.

3. Əmr be məruf və nəhy əz münkər tərk olunmamalıdır.

4. Qeyri-müsəlmanlar İslama dəvət edilməlidir.

5. Məsihi təbliğçiləri ilə ən gözəl şəkildə dini və elmi bəhslər edilməlidir.

6. Kasıblara qarşı imkan daxilində maddi yardım olunmalıdır.

7. Hər hansı bir şəxs boynunda olan öz şəri vəzifəsini düzgün yerinə yetirməli və başqasının ehtiyacından xəbərdar olsa, onu təmin etməyə çalışmalıdır.

8. Qohumlara, yaxınlara qarşı sileyi-rəhim yaddan çıxmamalı və yerinə yetirilməlidir.

9. Xəstələrə baş çəkilməlidir.

10. Əgər hər hansı bir müsəlman məsciddə və ya bazarda gö­rünməzsə, axtarılmalı və olmamasının səbəbi araş­dırılmalıdır. Əgər müşkülü olarsa, aradan qaldırılmalıdır.

11. Hər kəs zəruri səfərdən qayıdarsa, onun ziyarətinə və görüşünə gedilməlidir.

12. Maaşın və ya gəlirin vacib hissəsi haqqı olan şəxsə ödənilməlidir.

13. Dinin qayda-qanunlarından xəbərsiz olanlara mə­lumat verilməli və onlara biganəlik göstərilməməlidir.

14. Rəzil sifətlər sayılan təkəbbürü və lovğalığı özündən uzaqlaşdırmalıdır.

15. Müsəlman qardaşlarının xətalarına və səhvlərinə göz yummalıdır.

16. Camaata qarşı tündxasiyyət və qəzəbli olmamalıdır.

17. Camaata mənfəəti olmayan bir işi görməkdən, yaxud bir söz deməkdən çəkinməlidir.

Məclisin sonunda belə qərara gəldilər ki, bu təşkilat üzvlərinin hər birinin yanında qələm və kitabça olmalıdır. Hər zaman bu maddələrin biri yerinə yetirilərsə, elə həmin an onu kitabçada qeyd etməlidir. Yuxarıda zikr edilmiş bəzi maddələrin icrası üçün pul lazım olduğuna görə 40 nəfərdən ibarət olan üzvlər qərara aldılar ki, ev əşyalarının artıqlarını satıb sadə yaşayışla qənaətlənsinlər və aylıq qazanclarının bir qismini təşkilatın büdcəsinə köçürsünlər, bu da təşkilatın gələcək işləri və fəaliyyətləri üçün bir yardım olsun.


MİSİRİN “VƏTƏN TƏŞKİLATI”NIN

BİR AY ƏRZİNDƏ GÖRDÜYÜ İŞLƏR
Bu təşkilatın üzvləri seyid Cəmaləddinin rəhbərliyi altında 17 maddədən ibarət olan bu qərarlara ciddi surətdə əməl edərək bir ay ərzində görülən işləri qələmə aldılar. Bunlar aşağıdakılardan ibarət idi:

1) 1500 xəstənin görüşünə getmişdilər.

2) Səfərdən qayıdan 2700 nəfəri ziyarət etmişdilər.

3) Cəmiyyətdən kənarda qalmış, yaxud camaat namazında iştirak etməyən 500 müsəlmanın vəziyyəti ilə maraqlanmışdılar.

4) 12000 nəfərin müşküllərini həll etmişdilər.

5) 800 nəfər spirtli içkini və narkotikanı ataraq tövbə etmişdi.

6) Namaz qılmayan 1300 nəfər hidayət olmuş və namaza başlamışdı.

7) 400 əxlaqsız qadın tövbə edib hidayət olmuşdu.

8) Təşkilat üzvləri idarələrdə çalışan 80 nəfər ingilis məmurunu bu dövlətə xidmət etməkdən çəkindirmiş, nəticədə onlar istefa verməyə məcbur olmuşlar.

9) Misirin 500 sərvətli şəxsini xaricdən, xüsusilə İngiltərədən gətirilmiş qiymətli əşyalar almaqdan çəkindirmişdilər.

10) Lazım olan sərmayəni ticarətdə zərər çəkmiş 75 nəfərin ixtiyarında qoymuşdular.

11) 206 fəqir və yoxsulun xərclərini bir illik təmin etmişdilər.

12) 35 məsihini, 15 yəhudini və 70 bütpərəsti İslama dəvət etmiş, nəticədə onlar haqq dini qəbul etmişdilər.

13) Misirdə İngiltərə dövlətini himayə edən məsihi təbliğatçıları ilə 44 məclis təşkil olunmuş və onlara 120 sual verilmişdi. Lakin bu təbliğatçılar həmin suallara cavab verməkdə aciz qalmışdılar.

Bəli, bu da 40 nəfərlik kiçik bir təşkilatın bir ay ərzində gördüyü işlər! Nəhayət, bu fəaliyyətdən bir müddət sonra Misirdə iqtisadiyyat üzrə mütəxəssis Lord Kromer adlı birisi gördü ki, İngilis dövlətinin bu ölkədəki nüfuzu 45 faiz azalmış, həmçinin İngiltərənin ticarətinə 35 faiz ziyan dəymişdir. Lord Kromer ingilis idarələrində işləyən 80 nəfərin istefa verdiyinə və onların əvəzinə başqa ingilislərin işləmək istəmədiyinə şahid oldu. O, ingilis kompaniyalarının, xüsusilə bərbəzək əşyaları satanların, müştərilər onlara müraciət etmədiklərinə görə fəryad çəkdiklərini görüb bir daha təəccüb etdi.

Digər tərəfdən Misirə məstedici içkilər və əxlaqsız qadınları gətirən dəllallar, həmçinin kino-teatrlarda fəaliyyət göstərən bəzi ingilis məmurları öz işlərindən əl çəkib başqa sahələrə üz tutdular.

Lord Kromer sonda belə nəticəyə gəldi ki, Misirdəki məsihi təbliğatçılarının 35 illik fəaliyyəti “Vətən təşkilatı”nın bir aylıq fəaliyyətindən 16 dəfə aşağı səviyyədədir. O, bərk qorxuya düşüb təcili surətdə Londona bu barədə ətraflı məlumat göndərdi.
LORD KROMERİN MƏLUMATI
“İngilis dövlətini təhlükədən xəbərdar edirəm: Əgər seyid Cəmaləddinin rəhbərliyi altında qurulmuş “Vətən təşkilatı” bundan sonra bir il də fəaliyyət göstərərsə, nəinki Asiyada, Afirkada İngiltərənin siyasəti və ticarəti birdəfəlik məhv olacaq, hətta Avropa ölkələri bütün dünyada nüfuzunu itirəcəkdir.”

O, ikinci məlumatında belə yazır: “Vətən təşkilatı” bizim irəliləyişimizin qarşısını alan bir şimşəkdir. Buna görə də tez bir zamanda bu təşkilatın məhv olması üçün qərar çıxarılmalıdır.”

Üçüncü məlumatında belə yazır: “Misirin “Vətən təşkilatı” sanki 13 əsr bundan qabaq az bir müddət ərzində dünyanın dörddə üç hissəsini öz əsarəti altına alan müsəlmanların bariz nümunəsinə çevrilib.”

Məsihi təbliğatçılarından biri “Baş kilsə”yə belə yazır: “40 nəfər müsəlmanın vücudunda qərar tutan bir Seyidin ruhunun 700 milyon məsihi və İncil övladları müqabilində qələbə çalmasından heyrətli bir iş yoxdur.”

“Port Səid” adlı xəstəxananın xarici həkimlərindən biri yazır: “Misirin “Vətən təşkilatı”nın gördüyü heyrətləndirici işlər bundan sonra iyirmi il davam edərsə, çox keçməz ki, bütün Yer kürəsi onların oylağına çevrilər.”

İngiltərə bankının rəisi Londona belə bir xəbər verir: “Dövrün qəribə hadisələrindən biri də Avropa siyasətinin bu gün Misirdə, sabah isə bütün dünyada dini qanunlara riayət edən 40 nəfər müsəlmanın əli ilə dağılmasıdır.”

Nəhayət, bir-birinin ardınca gələn bu məlumatlar səbəbindən İngiltərə dövləti qorxuya düşüb belə bir əmr verdi: “Seyid Cəmaləddin sürgün olunsun. Şeyx Əbduh isə 3 il həbs cəzasına məhkum edilsin. Təşkilatın qalan üzvlərinə isə müəyyən cəzalar verilsin.”

Bu əmrdən bir müddət sonra ingilislər yenə də zəli kimi müsəlmanların canına daraşıb qanlarını sormağa başladılar.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin