Namazin hiKMƏt və SİRLƏRİ



Yüklə 0,75 Mb.
səhifə9/10
tarix06.05.2017
ölçüsü0,75 Mb.
#16996
1   2   3   4   5   6   7   8   9   10

Qeyd:

Hədis və rəvayətlərdən məlum olduğu kimi namaz keçmiş günahlara görə bağışlanma vasitəsi sayılır. Həmçinin o, gələcək günahlardan qorunmaq üçün güclü bir vasitədir. Bu iddiamızın sübutu Quranın “Ənkəbut” surəsinin 45-ci ayəsidir:



إِنَّ الصَّلَوةَ تَنهْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر

Həqiqətən, namaz (insanı) günahlardan və pislik­lərdən çəkindirir.”


İncə bir nöqtə:

Yuxarıda zikr olunan hədisdən belə anlaşılır ki, günahların hərəsi bir atəşə bənzəyir. Xətakar adam əslində bu atəşi öz zərərinə hazırlamışdır. Bu da ki, Bərzəx və Qiyamət aləmində onun əməllərini təcəssüm etdirəcəkdir.



AYAT1 NAMAZININ FƏLSƏFƏSİ

Günəş və ya ay tutulan zaman, həmçinin zəlzələ, yaxud təbii fəlakətlər baş verdiyi vaxt ayat namazının qılınması vacibdir. Bütün maddi və qeyri-maddi, həmçinin hər bir kiçik və böyük mövcudun İlahi nişanə olmasına baxmayaraq şəri hökmə əsasən ayat namazı bir neçə hadisə ilə bağlı vacib edilmişdir. Məsumlardan (ələyhimussəlam) buyurulan hədislərdə ayat namazına səbəb olan hadisələrin hikməti belə açıqlanır ki, namazda diqqətimizi bir daha Həzrət Haqqa yönəldək və maddi aləmdən bir müddət ayrılıb mənəvi aləm haqqında düşünək. Düzdür, günəşin özü, onun parlaq nuru və şölələri, həmçinin çıxıb-batması, hərarəti, hər fəsildə istiliyinin müxtəlifliyi və tutulması – bunların hamısı ayatdır. Lakin şəri cəhətdən yalnız günəşin tutulması ayat sayılır. Belə ki, o, tutulmağa başlayarkən insanlar Məbdəyə (Allaha) qarşı diqqətlərini daha da artırırlar. Bu kimi hadisələrin təbii olmasına baxmayaraq əsl səbəbkarı Allahdır. Necə deyərlər; “Allah hadisələrin cərəyan etməsinin səbəbsiz olmasından çəkinər.”

Deməli, ayat namazlarının fəlsəfəsi insanların diqqətini əzəmətli bir günə (Qiyamət gününə) yönəltməkdən ibarətdir.

İlahi nişanələr:

Dünya və mələkut aləmində mövcud olan hər bir şey, kiçikliyindən və ya böyüklüyündən, gözlə görünməsindən və ya görünməməsindən asılı olmayaraq Allahın nişanələridir. Müqəddəs kitab Quranı mütaliə etməklə insanın bir daha Yaradana və məada olan mərifəti artır. Həmçinin hər bir məxluq əlamət və nişanə olmaqla bərabər onun vasitəsilə Allaha doğru gedən yolu və aləmlərin Yaradıcısını rahat tapmaq mümkündür. Böyüklər demişkən: “Allaha doğru gedən yolun sayı bütün məxluqların sayı qədərdir.”

Şair bu barədə belə deyir:

Hər şeydə Allahın nişanəsi var,

Demək, yeganədir O Pərvərdigar.
Yaxud Sədi deyir:

Ağılın nəzərində ağacın hər yarpağı,

Allahı tanıtdıran kitabçanın yarpağı.1

Allah-təala Quranda Özünə aid olan işləri və bir çox yaranmışı “ayət” (nişanə) adı ilə tanıtdırır. Necə ki, Quran buyurur:



وَ مِنْ ءَايَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافُ أَلْسِنَتِكُمْ وَ أَلْوَانِكم

Həmçinin, asimanların və yerin yaradılışı, dillərin müxtəlifliyi Onun nişanələrindəndir.”2

Yaxud “Bəqərə” surəsinin 164-cü ayəsində buyurur:

إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النَّهَارِ وَ الْفُلْكِ الَّتىِ تجَرِى فىِ الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَ مَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتهِا وَ بَثَّ فِيهَا مِن كُلّ‏ دَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَحِ وَ السَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ لاَيَاتٍ لِّقَوْمٍ يَعْقِلُون‏

Yerin və göylərin yaradılışında, həmçinin gecə-gündüzün dövr etməsində, insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, Allahın yeri diriltmək və tərpənən hər canlını orada yaymaq üçün göydən yağdırdığı yağışda, küləklərin hərəkətində və göylə yer arasında ram olmuş buludlarda düşünən insanlar üçün nişanələr vardır.”

Həqiqətən də bütün mövcudlar Yaradanın hikmətini, qüdrətini, kamilliyini tanıtdırır. Bu mövcudların hamısı Allahı təsbih edir. “İsra” surəsinin 44-cü ayəsində buyurulur:

وَ إِن مِّن شىَ‏ءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِه‏

Hər bir mövcud Onu təsbih və həmd edir.”


Şair demişkən;

Aləmdə nə varsa gecə və gündüz,

Səni yada salıb etmədə təqdis.

Həzrət Əli (ələyhissəlam) buyurur:

Hər nə gördümsə, ya ondan qabaq, ya ondan sonra, ya da ki, onunla birlikdə Allahı gördüm.”
İmam Hüseyn (ələyhissəlam) buyurur:

Səni görməyən gözlər kor olsun!”(“Ərəfə” duasından).

Şair belə deyir:

Yer üzündə bitən hər ot, hər çiçək,

Yaşar “Ona şərik yox”, söyləyəcək.

Allahı tanımağın yolları:

Allahın varlığını isbat etmək üçün çox dəlil var. Hər kəs özünü elə bir yolla Allaha çatdıra bilər ki, başqası həmin yolla müvəffəq ola bilməsin. Buna görə də hər bir şəxs özünə münasib bir yolu seçib Allaha doğru addımlamalıdır.



İSTİFADƏ OLUNAN MƏNBƏLƏR
1. “Qurani-Kərim”.

2.“Nəhcül-bəlağə”.

3. “Əl-ihticac”, Təbərsi, Darul-usvə, Tehran. 1413 h.q.

4. “Vəsailuş-şiə”, Hurr Amili, Muəssisətu-Alul-bəyt, Qum. 1409 h.q.

5. “Mən la yəhzuruhul-fəqih”, şeyx Səduq, Muəssiseye nəşre Eslami, Qum.

6. “İddətud-dai”, ibni Fəhəf Hilli Əsədi, Tehran.

7. “Ət-təhzib”, şeyx Tusi, Darut-təarif, Beyrut. 1401 h.q.

8. “Mustədrəkul-vəsail”, Hüseyn Nuri, Muəssisətu Alul-bəyt, Qum. 1408 h.q.

9. “Biharul-ənvar”, Məhəmməd Baqir Məclisi, Muəssisətul-vəfa, Beyrut. 1403 h.q.

10. “Kəşful-xifa”, İsmail ibni Muhəmməd İcluni, Məktəbətu daritturas, Beyrut.

11. “Kafi”, Məhəmməd ibni Yəqub Kuleyni, Dəftəre nəşre fərhənge Eslami. 1361 h. ş.

12. “Əmali”, şeyx Səduq, Muəssisətul-ələmiyy, Beyrut.

13. “Uyunu-əxbarir-Riza”, şeyx Səduq, Mənşurate cəhan,

14. “Təvhid”, şeyx Səduq, Muəssiseye nəşre Eslami, Qum.

15. “Fəlsəfeye-əhkam”, Əhməd Ehtimam.

16. “Kəlimut-tayyib”, seyid Əbdul Hüseyn Tayyib.

17. “Monazire”, doktor Pir, Haşimi Nejad.

18. “İləluş-şəraye”, şeyx Səduq, daru əhyait-turas, Beyrut,



İstifadə olunmuş başqa mənbələr bunlardır: “Dəlailul-əimmə”, “Nasixut-təvarix”, “Xoda dər təbiət”, “Məarife Cəfəri”, “Məbaniye fəlsəfe”, “Əsrarus-səlat”, “Tətimmətul-muntəha”, “Həyatul-qulub”, “Təməddone Eslam və ərəb” və s.
İrad və təkliflərinizi aşağıdakı ünvana yaza bilərsiniz:



1 Yəni “Ona salam olsun”.

2 Əslində bu mübarək ad Muhəmməddir.

3 Yəni “Allahın salavatı və salamı Ona və Əhli-beytinə olsun”.

1 “Hud” surəsində buyurulur: “Nuh Pərvərdigarına dedi: “Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin vədən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: “Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən bir daha istəmə.” (45-46-cı ayələr).

2 “Məsəd” surəsində buyurulur: “Əlləri kəsilsin (qurusun) Əbu Ləhəbin və həlak olsun. Onun malı və qazandığı fayda vermədi. O, tezliklə şöləli atəşə girəcəkdir.” (1-3-cü ayələr). Həmçinin “Ənam” surəsinin 74-cü ayəsinə müraciət edə bilərsiz.

3 “Təhrim” surəsində buyurulur: “Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onlar bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar (Nuh və Lut) öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədi. Onlara deyildi: “Başqaları ilə atəşə daxil olun!” (10-cu ayə).

1 “Muddəssir” surəsi, 40-46-cı ayələr.

2 “Maun” surəsi, 4 və 5-ci ayələr.

1 Yəni “Onlara salam olsun”.

1 “Maidə” surəsi, 6-cı ayə.

2 “Taha” surəsi, 14-cü ayə.

3 “Rəd” surəsi, 28-ci ayə.

1 “Bəqərə” surəsi, 183-cü ayə.

2 “Həcc” surəsi, 28-ci ayə.

1 Yəni “Ona salam olsun”. (Mütərcimdən).

2 Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar. (Mütərcimdən).

3 Mədinədə yaşayan müsəlmanlar. (Mütərcimdən).

4 İslam hökmlərinin fəlsəfəsi ilə daha da yaxından tanış olmaq istəyənlər bu kitablara müraciət edə bilər: “İləluş-şəraye”, “Uyunu əxbari Riza”, “Məanul-əxbar”, “Biharul-ənvar” və s.

1 Burada, yəni kişilərin bir-birilə cinsi əlaqədə olması. (Mütərcimdən).

2 “Biharul-ənvar”, Əllamə Məclisi, 6-cı cild, səh.110.

1 Yenə orada.

2 Əslində bu mübarək ad Rizadır.

3 Yəni körpənin ana bətnində öldürülməsi. (Mütərcimdən).


1 Var-dövlətə məhəbbət barəsində Quran “Adiyat” surəsinin 8-ci ayəsində belə buyurur: “O, (insan) dünya malını çox sevir.” Övlad barəsində isə bir çox hədis və rəvayətlər mövcuddur. Belə ki, övlada məhəbbət təkid olunaraq bildirilmişdir ki, onların təlim və tərbiyəsində etinasız olmamaqla yanaşı rahatlıq və asayişləri üçün əlimizdən gələni əsirgəməyək. Hətta övladı öpməyin belə çoxlu savabı zikr olunmuşdur. Öz canımıza olan əlaqə barəsində isə Qurani-Kərimin “Bəqərə” surəsinin 195-ci ayəsində belə buyurulur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın.” Şəri hökmlərə əsasən insan ona zərər olan amillərdən uzaq olmalıdır. Belə ki, əgər orucun insana ziyanı varsa, tutmamalı, həmçinin əgər dəstamaz almaq zərərlidirsə, əvəzinə təyəmmüm etməli və s.

1 Allah-təala Qurani-Kərimin “Nəml” surəsinin 34-cü ayəsində belə buyurur: “Həqiqətən padşahlar bir şəhərə daxil olduqda oranı viran edərlər.” Bu cəhətdən də Allaha məhəbbətlərin Soltanı deyilir. Əgər bu Soltan insanın qəlbinə daxil olsa, digər məhəbbətlər viran olub aradan gedər.

1 Ərəb mənşəli olan bu kəlmə əslində “təvhid”dir. (Mütərcimdən).

1 Namazda, demək olar ki, üsuliddinin bütün maddələri cilvələnir. O cümlədən tovhid, nübuvvət, imamət, məad həmd surəsində və salavatda, ədl isə təsbihatda mütəmadi olaraq zikr edilir. Namaz, orucu da öz əhatəsində saxlayır, çünki namazqılan müəyyən vaxtlarda oruc halında olur. O, xümsü, zəkatı ödədikdən sonra namazın mələkuti fəzasına daxil olur və başqaları üçün xeyir-dua istəməklə öz əməlini isbata yetirir. Namaz, həcc kimi Beytullahın (Kəbə evinin) Sahibinə olan xüsusi bir diqqətdir. Namaz, pisliklərdən çəkindirən və yaxşılıqlara dəvətdir. O, nəfs və şeytanla olan cihaddır. Namazın məkanı mehrab və döyüş meydanıdır.



1 “Əraf” surəsi, 29-cu ayə.

1 “Taha” surəsi, 55-ci ayə.

2 “İsra” surəsinin 85-ci ayəsində belə buyurulur: “Səndən ruhun mahiyyəti barəsində soruşanlara de ki, bu Pərvərdigarımın əmrindəndir və cüzi məlumatdan başqa bəşər ağlı bunu dərk edə bilməz”.

1 “İsra” surəsi, 44-cü ayə.

1 “Ali İmran” surəsi, 45-ci ayə.

2 “Fussilət” surəsi, 20-21-ci ayələr. Ariflərdən biri deyir: "Peyğəmbərimizin ovcunun içində çınqıl daşların təsbih deməsi təsbihin özünü başa salmaq deyil, əksinə əsl məqsəd çınqıl daşların zikr və təsbih etməsini camaata çatdırmaq idi. Belə ki, daşların Rəsuli-Əkrəmin (salləllahu ələyhi və əlihi və səlləm) mübarək əlində zikr etməsi, o həzrətə məxsus deyil. Çünki bütün dünyanın çınqıl daşları, hətta bütün mövcudat Allahı zikr və təsbih edir. Lakin şərif ayəyə (İsra, 44) əsasən, biz onların təsbihini eşitmirik. Bununla belə İslam Peyğəmbəri (salləllahu ələyhi və əlihi və səlləm) camaata möcüzə göstərmək və onları anlatmaq üçün çınqıl daşların səsini və təsbihini onlara eşitdirdi.


1 Qurani-Kərimin “Ənkəbut” surəsinin 45-ci ayəsində buyurulur: “Həqiqətən, namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”

2 “Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh. 208, hədis 626.

3 Başqasının haqqını və ya malını mənimsəmək. (Mütərcimdən).

1 14-cü ayə.

1 “Taha” surəsi, 124-cü ayə.

2 Yəni qəlbin iştirakı.

3 “Ərbəine şeyx Bəhai”, 37-ci hədis.

1 “İddətud-dai”, səh.283.

2 “Ənkəbut” surəsi, 45-ci ayə.

1 Ərəb dilində olan bu kəlmə əslində "muhasəbəh"dir. Yəni “sorğu-sual”. (Mütərcimdən).

2 “Nəhcül-bəlağə”, 90-cı xütbə.

3 “Rəd” surəsi, 28-ci ayə.

1 “Zikr” kəlməsində məqsəd ya mütləq şəkildə namazdır, ya da zikr etməyin özüdür. Çünki zikr etmək namazın nümunələrindən biri sayılır.

2 “Taha” surəsi, 130-cu ayə. Burada da məqsəd qabaqkı ayə kimi ya gün ərzində qılınan beş namaza, ya da ki, ümumi namaza işarədir.

1 “Xoda dər təbiət”, səh. 207.

2 “Məarife Cəfəri”, səh. 244.

1 “Məbaniye fəlsəfe”, səh. 469.

2 “Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh.33. Həmçinin “Ət-təhzib”, 1-ci cild, səh.49.

1 Əslində bu kəlmə “şifa”-dır. Qurani-Kərimin “İsra” surəsinin 82-ci ayəsində belə buyurulur: “Biz möminlər üçün Quranı şifa və rəhmət olaraq nazil edirik. Lakin O, (Quran) yalnız kafirlərin ziyanını artırar.” (Mütərcimdən).

1 “Maidə” surəsi, 119-cu ayə.

2 “Kafi”, 5-ci cild, səh.321, hədis 7.

1 Öləndən sonra müvəqqəti qalacağımız bir aləm. (Mütərcimdən).

2 “Mənazilul axirət”, səh. 42.

1 Dünyadakı əməllər çox vaxt öz təsirini elə bu dünyada biruzə verir. Misal olaraq, Yaponiyanın Xerosima şəhərinə atom bombası atıb, çox az bir müddət ərzində 150 min insanın qətlinə səbəb olan amerikalı zabit dəliliyə tutularaq eləcə də öldü. (Müraciət et: “Təhəvvulate ictimai”).

2 “Namaz və ruze”, səh.128.

1 İsrafil mələk (ələyhissəlam) Allah-təalanın əmrilə birinci dəfə suru üfürdükdə bütün canlılar məhv olacaq, yəni dünyanın sonu yetişəcəkdir. İkinci dəfədə isə bütün canlılar dirilib məhşərə-Allahın hüzuruna toplanacaqdır.

2 Müstəhəbdir ki, iki səcdə arasında bu kəlmələr deyilsin: “Əstəğfirullahə Rabbi və ətubu iləyh”. Yəni Bağışlanmaq istəyirəm O Allahdan ki, mənim Pərvərdigarımdır və tövbə edib Ona tərəf qayıdıram. (Mütərcimdən).

1 “Ərbəine şeyx Bəhai”, səh.37.

2 “Mustədrəkul-vəsail”, 4-cü cild, səh.158, hədis 5.

3 “İləluş-şəraye”, 2-ci cild, səh.329.

4 “Mustədrəkul-vəsail”, 3-cü cild, səh.36, hədis 17.

5 “Kəşful-xəfa”, 2-ci cild, səh. 294.

6 “Kafi”, 2-ci cild, səh.105. (Şəxsin uzun-uzadı rüku və səcdəsinə diqqət yetirməyin, çünki onun bədəni artıq buna adət etmişdir. Əksinə onun düzgünlüyünə və əmanətdar olduğuna fikir verin!).

1 Yəni mənəvi və batini natəmizlik. Qüsl, dəstəmaz və təyəmmüm vasitəsilə bu natəmizlik aradan qalxır. (Mütərcimdən).

2 Yəni bədənin, paltarın və əşyaların zahiri natəmizliyi. (Mütərcimdən).


1 İslam fitri bir din olduğu üçün kompassız da (günəş, ulduzlar və s.) təbii vasitələrlə qiblə və zaman təyin edilə bilir. Belə ki, əgər kompası hər hansı bir tərəfə döndərsək, onun əqrəbi cənub istiqamətinə doğru dayanacaqdır. Möminin də qəlbi bu cürdür. Yəni hər nə qədər insan maddiyyata qapılsa, axırda yenə də möminin qəlbi dolanıb Allaha tərəf dönəcəkdir.

1 “Əmali”, səh.766, hədis 4.

2 Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı yuxarıya doğru hərəkət edir. Buna birinci fəcr deyilir. Bir müddətdən sonra bu ağartı üfüqün məşriq tərəfində genişlənib yayılmağa başlayır. Buna isə ikinci fəcr deyilir. İkinci fəcrlə günəşin çıxmasına qədər olan vaxta “tuluəyn” deyilir. (Mütərcimdən).

1 İmam Sadiqdən (ələyhissəlam) nəql olunmuş bir hədisdə belə buyurulur: “Qarğadan üç şeyi öyrənin! Gizlində yaxınlıq etməyi, düşməndən qorunmağı və sübh tezdən oyanıb ruzi dalınca getməyi.” "Biharul-ənvar", 64-cü cild, səh. 262.

1 “Biharul-ənvar”, 52-ci cild, səh.15.

2 Yəni mənəvi yüksəliş. (Mütərcimdən).

1 Misir padşahının “Mariya Qibtiyyə”ni Peyğəmbərimizə (sallalləhu ələyhi və əlihi və səlləm) hədiyyə etməsi tarixdə məşhurdur.

1 “Mulk” surəsi, 2-ci ayə.

2 “Ərbəine şeyx Bəhai”, hədis 37.

1 “Biharul-ənvar”, 67-ci cild, səh. 186.

2 “Əraf” surəsi, 56-cı ayə.

3 “Ənbiya” surəsi, 90-cı ayə.

1 “Ərbəine şeyx Bəhai”, hədis 37.

2 Yenə orada.

3 İmam Baqir və imam Sadiqin (ələyhiməssalam) ən yaxın səhabələrindən biri. (Mütərcimdən).

1 “Vəsailuş-şiə”, 1-ci cild, səh. 67.

2 “Ərbəine şeyx Bəhai”, hədis 37.

1 İmam Səccad (ələyhissəlam). (Mütərcimdən).


1 “Nəmaz və ruze”, səh. 54-56.

2 Sinonim olan bu iki kəlmə bir yerdə, yaxud bir cümlədə gələrsə, mənaları fərqli, ayrı-ayrı cümlələrdə gələrsə, eyni mənalarda işlənəcək. Məsələn: Fəqir və miskin kimi.

1 Ayə 1 və 2.

1 “Nisa” surəsi, 43-cü ayə. (Elə başa düşülməsin ki, namazdan başqa vaxtlarda məst olmaq olar. Bildiyimiz kimi Quran 23 il ərzində tədriclə nazil olmuş və şərab, yaxud bir sıra haram əməllər də tədrici surətdə qadağan edilmişdir. Mütərcimdən).

1 “Cümə” surəsi, 9-cu ayə.

2 "Vəsailuş-şiə", 1-ci cild, səh. 366, hədis 4.

3 Dörd rükətli namazlarda 31 təkbir vardır. Onlardan birincisi vacib, qalanı isə müstəhəbdir.

1 “Tətimmətul-muntəha”, səh. 52.

2 “Mutəffifin” surəsi, 6-cı ayə.

3 “Nəbə”surəsi, 38-ci ayə.

1 “Bəqərə” surəsi, 285-ci ayə.

2 “Fərazhaye əz tarixe peyambəre Eslam”, səh. 109.

1 Şöhrət tapmış bu hədisin - “Hud surəsi məni (Peyğəmbəri) qocaltdı”- sənədi mötəbər deyil. “Safi” təfsirində zikr olunan düzgün hədis budur: “Hud və Vaqiə surələri məni qocaltdı”. Ola bilsin ki, İslam Peyğəmbərinin (salləllahu ələyhi və əlihi və səlləm) qocalığının səbəbi əzaba aid olan ayələrin təsiri olsun, nəinki o həzrətin müqaviməti. Çünki onun zatı müqaviməti olduqca möhkəm idi. Əsl mətləb bundan ibarətdir ki, “Şura” surəsində əmr olunmuş müqavimət və dözüm Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) şəxsən özünə aiddir. Lakin “Hud” surəsində əmr olunmuş müqavimət isə həm Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm), həm də möminlərə aiddir. O həzrət öz müqavimətindən yox, əksinə başqalarının öz müqavimətlərini qorumadıqlarına görə qocaldı. Yuxarıda zikr edilmiş o iki ayəyə diqqət etsəniz, həzrətin qocalığının səbəbi daha da aydınlaşacaqdır.

1 45-ci məktub, səh. 418.

1 Yaxşı olar ki, bu barədə “İləluş-şəraye” kitabına müraciət edəsiniz. (Mütərcimdən).

1 “Şərh” surəsi, 4-cü ayə.

1 “İddətud-dai”, səh. 220.

1 “Meracus-səadət”, məhəbbət babı.

2 Yəni əvəz etmək, dəyişmək. (Mütərcimdən)

1 Yəni “Fatihə” surəsi.

1 Londan radiosu öz məqsədini və tutduğu hədəfi dünyaya çatdırmaq üçün qırx dörd dildən istifadə edir.

1 “Zəbane pak”, Əhməd Kəsrəvi.

1 “Təməddone Eslam”, səh.179.

1 “Musahereye Qəstəntəniyyə”, səh.55.

2 “Fatihə” və “İxlas” surələri namazda oxunduğu üçün onların ərəbcə düzgün tələffüzünü qeyd edirik. Məsələn, “Bismilləh”-kəlməsində “l” hərfindən sonra gələn “ə” hərfi “a” kimi oxunmamalıdır. (Mütərcimdən).

1 “Saməd” kəlməsi “qəsd edilmiş” mənasında da işlənir. “Əllahus-saməd” ayəsini bu cür də tərcümə etmək olar: “Məqsədim yalnız Allahdır.” (Mütərcimdən).

1 Yəni uca tutmaq. (Mütərcimdən).

2 Namazın arxasınca deyilən dua və zikrlər. (Mütərcimdən).

3 “Subhənəllah”, yəni Allah Pakdır və hər bir eyb və nöqsandan uzaqdır. (Mütərcimdən).

4“Əlhəmdulilləh”, yəni Bütün şükürlər Allaha məxsusdur. (Mütərcimdən).

5“Lə iləhə illəllah”, yəni Allahdan başqa heç bir məbud yoxdur. (Mütərcimdən).

6“Əllahu Əkbər”, Allah Böyükdür. (Mütərcimdən).

1 Məsələn, “Fatihə” surəsində deyirik: “Bizi doğru yola hidayət et”. Təşəhhüddə deyirik: İlahi! Sonsuz rəhmət və salamını Məhəmmədə və Əhli-beytinə göndər!

2 “Salət” kəlməsi ərəb dilində üç mənada işlənmişdir. 1. Dua və razü-niyaz.

2. Peyğəmbərlərə, imamlara və saleh bəndələrə salam və salavat göndərmək. 3. Namaz.



1 “Fatir” surəsi, 15-ci ayə.

2 Səh. 33.

3 Səh. 190.

4 Səh. 33.

1 “Bəqərə” surəsi”, 186-cı ayə.

1“ Vəsailuş-şiə”, 6-cı cild, səh. 291.

1 Yenə orada, 6-cı cild, səh. 292.

2 “Bəqərə” surəsi, 201-ci ayə.

3 “Ali İmran” surəsi, 8-ci ayə.

1 “Ali İmran”, surəsi, 190 və 191-ci ayələr.

2 “Əraf” surəsi, 23-cü ayə.

3 “Ənbiya” surəsi, 87 və 88-ci ayələr.

1 “Furqan” surəsi, 77-ci ayə.

1 “Bəqərə” surəsi, 200-cü ayə.

2 “Bəqərə” surəsi, 201 və 202-ci ayələr.

1 “Vəsailuş-şiə”, 7-ci cild, səh. 34. hədis 2.

2 Yenə orada, hədis 1.

3 “Əmali”, şeyx Səduq, səh. 154.

4 Yəni Allahpərəst, müvəhhid. (Mütərcimdən).

1 Əsli fransalı olan doktor Aleksis Karl 1873-cü ildə anadan olmuşdur. O, 20-ci əsrin məşhur alimlərindən və həkimlərindən sayılır. Bu alim ədalətə üstünlük verərək xurafat və təəssübkeşliyi kənara qoyub həqiqət yolunda çalışmışdır. O, Amerikada və Avropada ayrı-ayrı sahələrdə fəxri medallara, hədiyyələrə və yuxarı mənsəblərə layiq görülmüşdür. 1944-cü ildə vəfat etmişdir.

1 Quran bu barədə buyurur:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin