Namazin hiKMƏt və SİRLƏRİ



Yüklə 0,75 Mb.
səhifə8/10
tarix06.05.2017
ölçüsü0,75 Mb.
#16996
1   2   3   4   5   6   7   8   9   10

ÜÇÜNCÜ FƏSİL


NAMAZIN İCTİMAİ FƏLSƏFƏSİ
Namazın fəlsəfələrindən biri də cəmiyyət arasında nizam-intizam məsuliyyəti yaratmaqdan ibarətdir. Xüsusilə, camaat namazında nizamlı halda sıraya düzülmüş müsəlmanlar hərbi qulluqda cərgələnmiş əsgərlərə bənzəyir. Həmin əsgərlər hansısa bir məqsədə qulluq edirlər. Müsəlmanların da bu cür sıraya düzülməsi İslam dininin əzəmətini büruzə verir, bu dinin dostlarının və düşmənlərinin ruhunda dərin bir iz buraxır.

Namazın fəlsəfə və hikmətlərindən biri də əxlaqın gözəlləşdirilməsi, insanların günahlardan və bəyənilməyən işlərdən çəkindirilməsidir. Kimsə delə deyə bilər: “İn­sanların cəzalandırılması üçün polis, məhkəmə və s. kifayət edər. Daha namazın adamı pis işlərdən çəkindirməsi nəyə lazımdır?” Cavab: Qoyulmuş qanunlar camaatın xəlvətdə gördüyü əməllərə təsir göstərə bilməz. Bu qanunların yalnız cəmiyyət arasında rolu var. Lakin namaz insanı aşkarda və gizlində günahlardan çəkindirən batini bir polisə bənzəyir.1



ETİMAD HİSSİ
Namazın ictimai fəlsəfələrindən biri də camaat arasında etimad hissi yaratmasından ibarətdir. Məlumdur ki, cəmiyyətdə bir-birinə qarşı inam və etimad hissi olmazsa, aləmin quruluşu, nizam-intizamı pozular, nəticədə hər şey süquta və məhvə uğrayar. Etimad hissini aradan qaldıran hər bir əməl (yalan, xəyanət, töhmət, qeybət və s.) şəriətdə günah və qadağandır. Əgər insanların bir-birinə etimadı olmasa, onların alış-verişi rövnəq tapmayacaq və ortada soyuq rabitələr, xoşa gəlməyən işlər baş verəcəkdir.

Etimad hissinin hasil olması üçün ən yaxşı yol budur ki, qarşımızdakı insanın güclü iman sahibi olduğunu anlayaq. Onun Allahdan (günahlara görə) çəkindiyini, xəyanət etmədiyini, yalan danışmadığını qəlbimizdə hiss edək. Onun əməllərinin həqiqətinə diqqət yetirək. Bu nəticəyə çatmağın yolu budur ki, görək bu şəxs namazda iştirak edirmi, ya camaatla qaynayıb-qarışırmı?

İslam dininin buyuruqları asan olmaqla yanaşı ağıl və elmlə üst-üstə düşür. Belə ki, bu dinin əhkamlarında heç bir çətinliyə yol verilməmişdir. İslamda etiqadi1 və əməli2 müşküllər də yoxdur. Vacib namazları tək halda da qılmaq olar. Lakin daha yaxşıdır ki, bu namazlar camaatla qılınsın. Camaat namazının çox faydaları var. İnşaallah bəzilərinə işarə olunacaq.

Namazın ictimai təsirlərindən biri onun imkan daxilində məsciddə, yaxud müsəlmanların cəm olduğu məkanda qılın­masıdır. Belə ki, camaat bu namazların ictimai faydalarından bəhrələnə bilsinlər. Bu mətləb hədislərdə təkidlə bildirilmişdir.

Bir hədisdə belə buyurulur: “Qonşuluqda məscid ola-ola tək qılı­nan namaz – (kamil) namaz deyil.”3

Başqa bir hədisdə buyurulur: “Məs­ciddə olan mömin suda olan balığa bənzəyir.”4

Onu da qeyd edək ki, məscidə gedib camaatdan qıraqda tək namaz qılmağın faydası yoxdur. Məscidə daxil olan müsəlman namazını camaatla birlikdə qılmalı, onun ictimai təsirlərindən də faydalanmalıdır.

Məscidlərin məqamının müxtəlif dərəcədə olduğu, həmçinin orada qılınan namazın savabının da müxtəlifliyi bir çox rəvayətlərdə zikr edilmişdir. Belə ki, hər bir namazın ictimai yönü güclü olarsa, həmin namazın savabı, təsiri və faydası da çox olacaqdır.

Rəvayətlərdə insanlar həm camaat namazına rəğbət­ləndirilir, həm də orada iştirak etməyənlər pislənilir. Camaat na­mazına üzürsüz səbəbə görə gəlməyənlər “ümmətin yəhudiləri” adlandırılmışlar. Hətta onlarla rabitənin qırılması tövsiyə olunur.

CAMAAT NAMAZININ FƏLSƏFƏSİ
Hərbi xidmətdə olan əsgərlər günün müəyyən saatlarında meydana toplaşaraq komandirin əmrinə əsasən nizamlı şəkildə sıraya düzülür, əmr edilmiş hərəkətləri can-başla yerinə yetirirlər. Bu əsgərlərin bir amalı və iradəsi var. Onlar xüsusi bir əzəmət və vahid hədəflə özlərinin itaət hissini ürəkdən biruzə verirlər. Bu əməllər döyüş meydanına hazırlığı və nizam-intizamı bildirməklə yanaşı onların əzəmətini nümayiş etdirir.

Həmçinin, camaat namazında iştirak edən möminlər yuxarıda qeyd olunduğu kimi düzülürlər. Sıraya düzülmüş möminlərin hərəkətləri əsgərlərin hərəkətindən daha əzəmətli görünür. Başqa millətlər müsəlmanların bu vəhdətini müşahidə etdikdə istər-istəməz təsirlənirlər və düşmənlərin ruhiyyəsi zəifləyir.

Camaat namazı dinin şüarlarına təzimin nişanəsi hesab olunur. Bu təzim şəxsin itaət hissini, həmçinin məzhəbi nizam-intizamını daha da möhkəmləndirir.

Namaza düzülmüş bu sıralar döyüş zamanı güclü bünövrəsi olan sıraları xatırladır. Məhz belə bir məqamda arzu olunan ədalət və mehribanlıq yaranar. Əgər insanlar camaat namazına ciddi surətdə əhəmiyyət versələr, həmçinin namaz əhli olub ictimai zərurətlərə riayət etsələr, elə bir cəmiyyət yaranar ki, insanlar heç vaxt bir-birindən hürkməz, qorxmazlar. Bir-birlərinə etimad və inam bəsləyənlər artıq məhkəməyə, hər hansı bir rəsmi sənədə, polisə və s. ehtiyac duymaz. Hər kəs öz dini, ictimai, şəxsi və vicdani vəzifəsini düzgün yerinə yetirərsə, mağazaları bağlamağa və s. ehtiyac qalmaz. Belə olduqda camaat bir-birindən oğurluq etməz və xəyanətə, zülmkarlığa, təcavüzə yer qalmaz. Nəticədə hamı eyni bir hədəfə qulluq edər, bir-birlərinə səmimiyyətlə yanaşar. Bu üstünlüklər möminlər arasında camaat namazında və namazın fəlsəfəsində özünü göstərir.

Fransalı alim Renan deyir: “Kaş məni başdan ayağa cəlb edən məscidə heç vaxt ayaq basmayaydım. Başqa sözlə, kaş müsəlman olmağı heç vaxt arzulamayaydım.”1
CÜMƏ NAMAZI VƏ İKİ

BAYRAMIN2 FƏLSƏFƏSİ
İşarə olunduğu kimi namazda əsas məsələ camaatın iştirakıdır. İşlərin asanlaşdırılması üçün tək halda namaz qılınmasına icazə verilmişdir. Lakin İslam şəriətində bəzi vacib namazların camaatla qılınması zəruridir. Məsələn, həftədə bir dəfə qılınan cümə namazı, həmçinin ildə iki dəfə qılınan fitr və qurban bayramı namazları camaatla qılınmalı və iki xütbə oxunulmalıdır.

Digər dinlərə nisbətdə İslam dininin üstünlüklərindən biri də budur ki, insanların bir yerə cəmləşməsi tez bir zamanda, heç bir xərcsiz, asanlıqla başa gəlir. Buna görə də həmin cəmiyyətdə böyük xeyirlər və müsbət nəticələr əldə edilir. İslamda ictimai namazların bəzi faydalarını yada salaq:


1) Moizə məclislərinin təşkili, öyrənmək və öyrət­mək

İslam ictimaiyyətinin mühüm faydalarından, həmçinin namazın ictimai fəlsəfələrindən biri xütbə və moizə məc­lis­lərinin təşkili, öyrənmək və öyrətməkdən ibarətdir. Bi­­l­irik ki, insan ictimai bir varlıqdır. İnsan, heyvanların əksəriyyəti kimi tənha yaşamağı sevmir. Onlar cəmiyyət şəklində yaşayıb bir-birlərinin maddi və mənəvi ehtiyacını aradan qaldırmalıdır. Bundan başqa düzgün və ağılabatan bir yol ola bilməz. Çünki hər fərdin başqasına ehtiyacı var. Məsələn, həkim pinəçiyə, nazir bənnaya, yaxud əksinə və s. ehtiyaclıdır.

Mənəvi, əxlaqi, elmi işlərdə, həmçinin kamilliyyə doğru hərəkətdə də bəşərin bir-birinə ehtiyacı vardır. Quran bu barədə buyurur:

وَ شَاوِرْهُمْ فىِ الْأَمْرِ

Belə isə onlarla məşvərət et.”1

Tənhalıqda və uzaq adalarda yaşayan insanların hey­vanlardan çox da fərqli olmadığı artıq sübuta yetmişdir. Bəşərin elmi, ağılı və tərəqqisi məhz ictimai mühitdə kamilləşməyə qadirdir.


MƏSCİDLƏR QURANIN ÖYRƏNİLMƏSİ VƏ ÖYRƏDİLMƏSİ ÜÇÜN ƏN ÜSTÜN MƏKANDIR
İslamda məscidlər və məktəblər ictimai bir mərkəz, həmçinin elmin təkmil olduğu məkanlardır. Bu iki məkan bir-birini tamamlayır.

Məscid, yəni İslami bir universitet. Məscid, yəni dini təlim-tərbiyə üçün seçilmiş məkan. Məscid, yəni həqiqi və imanlı əsgərlər yetişdirən İslami bir hərbi meydan. Pişnamaz duran imam İslam ordusunun baş komandanı və sülhsevərlərin qalxanıdır. Arxasındakı camaat isə onun əmri altında tərbiyə olunan əsgərlərdən ibarətdir.

Hərbi xidmətdə olan komandirlər hər gün öz əsgərlərinə “sağa dön!”, “sola dön”, “addımla marş” və s. əmrlər verməklə onları tərbiyə edir, əsgərlərin qəlbinin dərinliklərində nizam-intizam hissini oyadır və onlara əmrə tabe olmağı öyrədir. Bu ona görədir ki, döyüş meydanında düşmənlərə qələbə çalmaqla onları zəiflətsinlər.

Həmçinin, camaat namazında arxada duranlar irəlidə durmuş imama itaət edərək onun hərəkətlərini eyni ilə təkrarlayır, özlərinin dini itaətini, məzhəbi nizam-intizamını və İslam əxlaqını qəlblərinin dərinliklərində gücləndirir və tərbiyə edirlər. Fərdin və cəmiyyətin saflaşdırılması üçün ən üstün yol xütbələr oxunmasıdır. Buna görə də din alimləri İslam elmlərini, Quranı, İlahi maarifi, İslam ümmətinin məzhəbi, siyasi və iqtisadi vəzifələrini xütbə və moizə şəklinə salmışlar. Bu xütbələr möminlərin cəm olduğu məscidlərdə cümə namazından qabaq, həmçinin iki bayram namazlarından və adi günlərdə qılınan namazlardan sonra həyata keçirilir.

Filosofların baxışı bundan ibarətdir ki, xütbə insanın təlim-tərbiyəsində böyük təsirə malikdir. Buna görə də Yunan filosoflarının çoxu camaata öz əqidə və fikirlərini xütbə formasında çatdırmışlar. Məsələn, Əflatunun, Sokratın və Ərəstunun şagirdləri öz müəllimlərinin söylədikləri xütbələri toplayıb kitab halına salmışlar. Bu alimlərin özlərindən bizim dövrümüzə heç bir kitab gəlib çatmamışdır. Onların şagirdləri tərəfindən xütbələr kitab şəklində toplanmış və öz ustadlarının adlarını həmin kitablarda qeyd etmişlər.

Quran təlimlərinin və İslam maarifinin ən mühüm yayım vasitələrindən biri cümə ilə bayram namazlarıdır. Məhz bunlar vasitəsilə dini, siyasi, ictimai xütbələr müsəlmanlara çatdırılır, onların mənəvi və maddi problemləri həll edilir.



2) Nizam-intizamın təmini

Camaat namazlarının ictimai faydalarından biri də əvvəldə qeyd olunduğu kimi, dini və məzhəbi nizamın yaranışı və itaət hissidir.1 Əgər sülh zamanında əsgərlərin təlimlərinə fikir versəniz, görərsiniz ki, yerinə yetirdikləri əməliyyatların çoxu cəm şəklindədir. Bu da onların komandirlərinin əmri ilə icra olunur. Bu əmr əsgərlərin ruhiyyəsində nizam-intizam hissini oyadır və bu hissi gücləndirir. Nəhayətdə isə döyüş zamanı müsbət nəticələr əldə edilir. Camaat namazında isə bütün müsəlmanların diqqəti yalnız və yalnız öz Yaradanına yönəlir. Müsəlmanlar könüllü olaraq qabaqda duran imama iqtida və itaət edir, onun moizə və xütbələrini ürəkdən dinləyir və özlərini dinin qanunlarına riayət etmək üçün hazırlayırlar.

Əgər bir şəxs camaat namazının incəliklərini araşdırıb onu təhlil etsə, namaza tələsən müsəlmanın bir rəkətə belə gecikmək istəmədiyini görəcəkdir. Həmin müsəlman bu hərəkəti ilə öz imamına sadiqliyini və itaətini bildirmək istəyir. Bu əməlləri təkrar etməklə yavaş-yavaş onun qəlbində və əməllərində nizam-intizam çoxalır, iradəsi möhkəmlənir. Bu hiss get-gedə cəmiyyət arasında yayılır. Nəticədə, namaz insan ruhunda dərin iz buraxır, bu hiss onun ikinci təbii xasiyyətinə çevrilir.

3) Vəhdətin yayılması

İslami cəmiyyətin faydalarından və camaat namazının fəlsəfələrindən biri də müxtəlif millətlər arasında birlik və vəhdətin yaranmasıdır. Təbəqələr arasındakı fərqlərə (kasıb və varlı, qara və ağ dərili, güclü və zəif, fikrin və düşüncənin müxtəlifliyi və s.) baxmayaraq, camaat namazının vasitəsilə bir yerə toplaşıb dini xütbələri eşitməklə vahid əqidə, vahid düşüncə, vahid kəlmə və vahid hədəf ətrafında birləşirlər. Bəli, böyüklərin dedikləri bir kəlam da bu həqiqəti təsdiq edir: “Dinin gücü camaatın birliyindədir.” Quran belə buyurur:



إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ
Yalnız möminlər bir-birləri ilə qardaşdır.”1

Doğrudan da, ayədə zikr olunan bu prinsip (qardaşlıq və birlik) müsəlmanlar arasında hakim olduğu zamanlar onlar Yer kürəsinə və elm aləminə hakim idilər. Lakin çox keçmədi ki, təfriqə nəticəsində düşmənlər onlara qələbə çaldılar. Nəticədə, pis və acınacaqlı vəziyyətdə yağıların əsarəti altına düşdülər. Bu cəhətdən də pusquda durmuş düşmənlər həmişə müsəlmanlar arasında ixtilaf salır və onları bir-birilə vuruşdururdular ki, necə deyərlər, “bulanmış sudan balıq tutsunlar.” Quran isə bir daha vəhdəti yadımıza salaraq parçalanmamağımızı əmr edir və buyurur:



وَ اعْتَصِمُواْ بحِبْلِ اللَّهِ جَمِيعًا وَ لَا تَفَرَّقُوا

Hamınız Allahın ipindən (möhkəm) yapışın və (heç vaxt) ayrılmayın.” 1



4) Camaatın mütəşəkkilliyi

Camaat və bayram namazlarının faydalarından biri də cəmiyyətin mütəşəkkilliyidir. Xalqın birliyində ağılasığmaz faydalar və təsirlər mövcuddur. Məsələn, möhkəm bir ip təsəvvür etsək, onu qırmaq üçün müəyyən bir qüvvəyə ehtiyac var. Əgər iki ipi bir-birinə toxuyub qırmaq istəsək, dörd bərabər qüvvə lazım olar. Təcrübəyə əsasən, dörd qat artıq qüvvə o ipə təsir edə bilər. Əgər həmin ipi on qat toxuyub qırmaq istəsək, bu halda yüz bərabər qüvvənin olması zəruridir.

Bu müqayisəyə əsasən camaat namazında nə qədər çox adam olarsa, din alimlərinin bu kəlamı (Dinin gücü camaatın birliyindədir) öz yerini tutub onların müqavimət qüvvəsini gücləndirəcəkdir. İş o yerə çatacaqdır ki, heç bir qüvvə onlara qalib gələ bilməyəcək. Bəli, yalnız birliyin sayəsində bütün işləri görmək mümkündür.

İslamın əvvəllərində düzgün icma və əqidə birliyi vasitəsilə güclü qüvvə təşkil olundu və müsəlmanlar yarım əsr ərzində Fransa və İtaliya sərhədlərindən tutmuş indiki İspaniya (Əndəlos), Ərəbistan, Afrikanın bəzi hissələrinə, Misirə, Həbəşə, hətta Asiyada Çin divarına kimi yayılaraq İslam hökmlərini hakim etdilər. Belə ki, dünya mütəfəkkirləri bu heyrətedici mənzərəni seyr etdikdə müsəlmanların tərəqqisinin fəlsəfəsini müxtəlif cür təfsir və şərh etməyə başladılar. Bu alimlərdən biri belə bir sualla –“Müsəlmanların irəliləyişinin sirri və fəlsəfəsi nədən ibarətdir?” – bütün insanlara müraciət edərək xahiş edir ki, cavab yazıb filan ünvana göndərsinlər. Yüzlərlə cavab gəldikdən sonra onları araşdırıb belə bir nəticəyə gəlir: “Bunun fəlsəfəsi və sirri müsəlmanların güclü imanı və onların möhkəm birliyidir.”



5) Dərdləşmə məkanı

Camaat namazının digər fəlsəfələrindən biri də insanların bir-birindən xəbər tutması, həmçinin müşküllərin həll olunub ehtiyacı olanlara yardım edilməsidir. Belə ki, hər gün kəndlərdə və şəhərlərdə bir neçə dəfə camaat namazı təşkil olunmaqla həmin məntəqənin əhalisi bir-birilə görüşüb vəziyyətlərindən xəbərdar olur, ehtiyacı olanlara kömək əli uzadırlar. Əgər camaat namazında kimsə olmasa, möminlər onu bir-birilərindən soruşur. Xəstədirsə, yoxlamağa gedirlər. Nəhayətdə hər nə müşkülü varsa, əl-ələ verərək onu aradan qaldırmağa çalışırlar.

Bu dairə nə qədər geniş olarsa, ictimai faydalar da bir o qədər çoxalar. Buna görə də böyük məscidlərdə camaat, cümə və bayram namazları təşkil edilir, müxtəlif xütbələr və moizələr oxunur. İctimai-siyasi, dini və s. məsələlər açıqlanır, müsəl­manların dünyagörüşü və məlumatı artır. Nəticədə bir sıra müşküllər həll olunur, mənfəət əldə edilməsi ilə yanaşı ədalətə və kamilliyə doğru addım atılmış olur. Bu növ toplum cəhalətdən uzaqlaşma, aydın düşüncə, dost-düşməni tanıma, islahatlar, vəhdət və s. camaat namazının faydalarından sayılır.

İslamın üstünlüklərindən sayılan bu faydalar heç bir dində və məzhəbdə yoxdur.



6) Qardaşlıq və bərabərlik hissi yaradılması

Camaat namazının sirlərindən və faydalarından biri də müxtəlif insanların arasında mövcud olan qardaşlıq və bərabərlik hissidir. Bu, İslam dininin mühüm prinsiplərindəndir. Quran buyurur:



إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

Yalnız möminlər bir-birləri ilə qardaşdır.”1

Başqa bir ayədə belə buyurulur:

يَأَيهَّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ‏ وَ جَعَلْنَاكمْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ إِنَّ أَكْرَمَكمْ عِندَ اللَّهِ أَتْقَئكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِير

Ey insanlar, həqiqətən, biz sizi əvvəlcə bir ata və anadan (Adəm və Həvva) yaratdıq, sonra isə müxtəlif qrup və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Həqiqətən, sizlərdən Allah yanında ən üstün şəxs təqvalı olanları­nızdır.”1

Bu barədə Əhli-beytdən (ələyhimussalam) çoxlu rəva­yətlər zikr olunmuşdur.

Böyük şairlərdən olan Sədi Şirazi deyir:



Adəm oğlu bir bədənin yarısı,

Yaranışca eyni gövhər sırası.

Bədənin bir üzvü ağrısa əgər,

Əlbət o birilər də ağrı çəkər.

İslamın bərqərar olmasından 14 əsr keçməsinə baxma­yaraq, bu üsul əməli şəkildə təsdiqlənməkdədir. Belə ki, İslam qara və ağ dərili insanları bir-birinə qardaş bilir, var-dövləti, məqamı üstünlük saymır. Hətta dünyanın inkişaf etmiş ölkələri bu günədək millətlər arasında qardaşlığı və bərabərliyi təmin edə bilməmişlər, təbəqə üstünlükləri aradan qaldırılmamış-

dır.

Hazırda Amerikada qara dərili insanların institutları, avtobusları, restoranları və s. ağ dərililərdən ayrıdır. Qara dərililər həmişə ağ dərilərlə qaynayıb-qarışmaq və eyni cəmiyyətdə əl-ələ verib bərabərcəsinə aram həyat sürmək istəyirlər.



Göründüyü kimi bu bərabərlik və dostluq İslamın xüsusiyyətlərindən sayılır və yalnız İslam dinində mövcuddur. Müsəlman cəmiyyətində (camaat və bayram namazlarında, xüsusilə həcc mövsümündə) bu növ qardaşlıq və bərabərlik, həmçinin bütün imtiyazların ləğv olunması aydın şəkildə gözə çarpır. Varlı, kasıb, ağ, qara, hakim, fəhlə, bir sırada dayanaraq Allah dərgahında xüzu və xüşu ilə rüku və səcdə etməklə özlərinin ehtiyaclı və zəif olduqlarını etiraf edirlər. Əslində hər kəs varlıdırsa, onun Allaha daha çox ehtiyacı var.

7) İlahi şüarları uca tutmaq

Bu cəmiyyətin ictimai fəlsəfəsindən biri də İslam dininin şüarlarına hörmət göstərmək və onları uca tutmaqdır. Çünki camaatın iştirakı ilə qurulmuş bu namazların əzəməti din düşmənlərinin və münafiqlərin gözünə ox olur. Bu da İslamın şüarlarını və Onun əzəmətini kafirlərin nəzərində cilvələndirir, nəticədə başqa insanların bu dinə rəğbəti artır.

Bu səbəbdən də bir çox insanlar İslamın əzəmətini və əhkamını başa düşmüş və onu məntiqlə qəbul etmişlər. Bu şəxslər həmin məclislərdə (camaat və bayram namazlarında, həcc mövsümündə) müsəlmanların bir-birinə qarşı sonsuz səmimiyyətini, qardaşlığını müşahidə etmiş və İslam dininin mahiyyətini anlamışlar.

Bu məzhəbi yığıncaqlar bir daha İslam əleyhinə olan dar düşüncəli insanların nəzəriyyələrinin yalan və puç olduğunu göstərir. Belə ictimai ibadətlər sanki minlərlə müsəlmanın varlığından təşkil olunmuş imanı bildirir. Bu iman fədakar və mömin bir insan obrazı yaradır. Belə məclislər İslam düşmənlərinin və münafiqlərin qarşısında duran məğlubedilməz bir qüdrəti ifadə edir.

Hər bir insan qeyri-İslami ölkələrdə məscidlər və ya müsəlman yığıncaqlarını gördükdə onun nəzərində İslam və Quranın əzəməti daha da böyüyür. O, bir daha vəhdətin əhəmiyyətini dərk edir. Bayram namazının səsi dünyanın müxtəlif yerlərində radio, televiziya və s. vasitələrlə yayıldığı zaman hər bir imanlı qəlbə sanki güclü təkan verir.

Budur Allah dininin şüarlarının əzəməti! Bu əzəmət təqva və paklığı zəruri edir.1



8) Duaların müstəcəb olması

İctimai namazların başqa bir faydası duaların qəbul ol­masıdır. Çünki bu cəmiyyət arasında müxtəlif insanlar, o cümlədən qəlbisınıq, kasıb və s. vardır. Onlar razü-niyaz və dua etməklə Allah-təaladan əfv olunmalarını, günahlarının bağış­lanmasını, dünya və axirət işlərinin islahını istəyirlər. Buna görə də Haqq-təala rəhmət qapısı açaraq onların dualarını qəbul edəcək və onlar İlahi əfvə nail olacaqlar.



9) Qəflət yuxusundan oyanmaq

Camaat namazlarının başqa bir fəlsəfəsi insanlara xəbərdarlıq edib onları qəflət yuxusundan oyatmaqdır. Uyğun ibadəti tez-tez təkrar etməklə maddiyyat bataqlığında qərq olmuş insan mənəviyyat aləminə üz tutur. Çünki hər gün maddi problemlər içərisində olan şəxsin başı elə qarışır ki, mənəvi vəzifələr, aqibəti haqqında düşünməyə, başqalarının halını soruşmağa və s. bəyənilmiş əməllərə macal tapa bilmir. Camaat namazı dünyaya məşğul insanlara xəbərdarlıq etmək və onları mənəviyyata yönəltmək üçün böyük vasitə sayılır. Bu namazlar insanı müvəqqəti də olsa, dünyadan üz çevirərək ətrafdakılara olan diqqətə sövq edir, təkəbbürlü insanı təvazökarlığa tərəf istiqamətləndirir. Nəhayətdə isə onu ali məqsədə və böyük hədəfə doğru hərəkətə sövq edir.



10) Qiyamətin xatırladılması

Bu namazların başqa bir fəlsəfəsi Qiyamətin və Axirət gününün əzəmətinin yada salınmasından ibarətdir. Bu barədə bir çox hədislər zikr olunmuşdur. Namazda insanların bir yerə cəm olması onların Qiyamət günü bir yerə toplaşıb İlahi ədaləti qarşısında hesab verməsinə bənzəyir. Namaz qılmaq sanki yoxlama və təftiş rolu oynayır. Belə ki, namazını bitirib öz işinin ardınca gedən şəxs sanki Qiyamət haqq-hesabını qurtarıb ona təyin olunmuş cəzanın1 ardınca gedir. Qısa surətdə desək, namaza durmuş minlərlə insan diqqəti yekdil surətdə bir hədəfə yönəldərək Yeganə Allahı acizliklə çağırır, Ona ibadət edirlər. Böyük məscidlərdə, xüsusilə həcc mərasimində yerinə yetirilən bu namazlar Axirət aləmindəki həqiqətlərin bir nümunəsinə bənzəyir.

Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:

Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”1

Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.

Bu şərif ayə də həmin nöqtəyə işarədir:



وَ أَقِمِ الصَّلَوةَ طَرَفی‏ النهَّارِ وَ زُلَفًا مِّنَ الَّيْلِ إِنَّ الحْسَنَاتِ

يُذْهِبنْ‏ السَّيِّاتِ ‏

Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır.”2

“Ərbəine şeyx Bəhai” kitabında belə bir rəvayət var:

Səhabələrdən biri naməhrəm qadını öpəndən sonra peşiman olub Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) hüzuruna gəldi. Yuxarıdakı həmin mübarək ayə nazil oldu. Həmin səhabə soruşdu: “Bu bağışlanma mənə aiddir, yoxsa hamıya?” (Yəni, hər günahkarın günahı namaz vasitəsilə bağışlanır, yoxsa bu ayə yalnız mənə aiddir?). Həzrət buyurdu: “Sənə məxsus deyil, mənim bütün ümmətimə aiddir.”

Həmin kitabın başqa bir hissəsində Peyğəmbərimizdən (salləllahu ələyhi və alihi və səlləm) belə rəvayət edilir: “Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, sizlərdən hər kəs namaz üçün ayağa qalxıb dəstəmaz almağa başlayanda onun bədən üzvlərindən1 günahlar tökülər. Üzü qibləyə durub, diqqətini Allaha yönəldib iqamə deyərkən onun bütün günahları bağışlanar. O, yenicə anadan olmuş uşağa bənzəyər. Gündəlik beş dəfə qılınan namaz beş axar çaya bənzəyər. Hər gün bu beş çayda beş dəfə yuyunan insanın bədənində çirk qalmadığı kimi beş dəfə namaz qılan şəxsin əməlləri də günahlardan təmizlənər.”
XATIRLAMA
Bu mübarək hədis bütün günahların (istər böyük günah, istərsə də kiçik) namaz vasitəsilə bağışlandığını göstərir. Bir neçə rəvayətdə isə yalnız kiçik günahların namaz vasitəsilə bağışlandığı bildirilir. Buna görə də mütləq olan birinci rəvayəti şərti olan başqa rəvayətlərdən önə keçirir. Ola bilsin, kimsə nöqsan tutub deyə bilər ki, burada kiçik günahlar nəzərdə tutulmur. Çünki əgər hər kəs böyük günahlardan çəkinərsə, “Nisa” surəsinin 31-ci ayəsinə görədir:
إِن تجْتَنِبُواْ كَبَائرَ مَا تُنهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّاتِكُمْ وَ نُدْخِلْكُم مُّدْخَلًا كَرِيم
Əgər nəhy edilmiş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi yaxşı bir yerə daxil edərik.”

Bu ayəyə əsasən günahların bağışlanmasında daha namaza ehtiyac yoxdur.

Cavab: Kəbirə (böyük) günahlar olmadığı surətdə həm namaz, həm də kəbirə günahlardan çəkinmək hər biri ayrılıqda səğirə (kiçik) günahların bağışlanmasına səbəb olur. Kəbirə günahlar olduğu surətdə isə namaz səğirə günahların kəffarəsi olar. Rəvayətlərin zahiri mənası budur ki, namaz günahların kəffarəsidir. Bir halda ki, böyük günahlardan çəkinmək lazımdır.

“Həzrət Əli (əlyhissəlam) buyurur: “Beş namaz arasında olan günahların kəffarəsidir. Bir halda ki, böyük günahlara yol verilməsin.” 1

Başqa bir nöqtə bundan ibarətdir ki, atəşi həmişə su ilə söndürmək olmur, çünki əgər şiddətlə yanan bir atəşin üstünə su töküb söndürmək istəsək, həmin su oksigen və hidrogenə parçalanacaqdır. Nəticədə parçalanmış oksigen atəş şölələrini daha da gücləndirəcək. Məsələn, əgər benzin yanırsa, onu su ilə söndürmək qeyri-mümkündür. Onu ya kimyəvi maddə, ya torpaqla söndürmək lazımdır. Buna əsasən deyə bilərik ki, günahlar da müxtəlif mərtəbələrdən ibarətdir və bəzilərinin bağışlanması üçün fərqli vasitələrə ehtiyac var. Belə günahlar namaz vasitəsilə bağışlanmaz. Məsələn, oğurluq, başqasının haqqını tapdalamaq və s. kimi günahların bağışlanması üçün əvvəlcə camaatın haqqını ödəyib onlardan halallıq almaq lazımdır. Sonra isə tövbə və namazla həmin günahlar bağışlana bilər.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin