KƏLƏX' I (Şahbuz) – mal-qara saxlamaq üçün daşdan
hörülmüş tikili. –Kələyə çöldə mal-heyvanı qatırıx.
Bu söz Qarakils
ə, İmişli şivələrində də eyni mənanı
daşıyır (1, s.273).
KƏLƏX' II (Naxçıvan) – güc, quvvə, taqət. –
Böyünn
əri işdəməx'dən kələyim kəsilip.
KƏLƏKEY//KƏLƏKƏ (Daylaqlı) – ağuz südünün
çürüntüsü.
KƏLƏ–KÜLƏ (Kələki) – çınqıl. -Kələ-külə yеrdə əkin
оlmаz.
KƏLƏMPUR (Düdəngə, Zeyvə) - iri, kоbud. -Bir
gövdəli yеkə, kələmpur kişiydi.
KƏLƏMPUZ (Xincab, Şahtaxtı) – qoyun ətindən
hazırlanan yemək. –Kələmpuz heyvan ətinnən olar.
KƏLƏTАN (Biləv, Tivi) – hörümçək. -Bizzər
hörümcəx' dеmərıх, kələtаn dеyərıх.
Dostları ilə paylaş: