Səhmdar cəmiyyəti- təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə
nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılırş
Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.
Açıq səhmdar cəmiyyəti (ASC) yaradılarkən səhmlər bütün istəyənlərə aydın şəkildə satılır. ASC həmçinin səhmlərin azad satışını həyata keçirmək hüququna malikdir, ASC-də təsisçilərin müəyyən edilmiş minimum sayda səhmləri olmalıdır ki, kənardan onlara qarşı mümkün sui-istifadə, xəyanət hallarını aradan qaldıra bilsinlər. ASC-nin başlıca cəlbedici xassəsi odur ki, onun iştirakçıları başqa səhmdarların razılığı olmadan onlara məxsus səhmləri ala bilərlər.
Qapalı səhmdar cəmiyyətinin (QSC) yaradılması prosesində səhmlər yalnız onun təsisçiləri, yaxud əvvəlcədən müəyyən edilmiş qrup şəxslər arasında bölüşdürülür. Əgər QSC təsisçilərindən biri hər hansı cəmiyyətdən çıxıb öz səhmlərini satmaq istəyirsə, onda həmin səhmləri həmin cəmiyyətin digər üzvləri ala bilər. Yalnız səhmlərin satılması təklifindən 30 gündən 60 günədək müddətdə onları cəmiyyət üzvlərindən alan tapılmazsa, onda üçüncü şəxsə satmaq olar.
Səhmdar cəmiyyətləri dövlət əmlakının özəlləşdirilməsi prosesində orta və iri müəssisələrin əsasında yaradılır. ”Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (1994-cü il) ölkə ərazisində səhmdar cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir.
Dostları ilə paylaş: |