Yeni müəssisə yaratmaq üçün bir sıra mühüm mərhələlərdən keçmək lazımdır. Yeni müəssisənin yaradılmasından öncə təsisçilərin tərkibi müəyyən edilir və təsis sənədləri hazırlanır. Təsis sənədlərinə əsasən nizamnamə və təsis müqaviləsi aid edilir.
Yeni yaradılan biznes təşkilatı dövlət orqanlannda qeydiyyatdan keçməlidir. Hər hansı hüquqi şəxs rəsmi dövlət qeydiyyatından keçdiyi gündən sahibkarlıq fəaliyyətinə başlaya bilər. Dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Hüquqi şəxslər dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
Təsisçilər tərəfinden ərizə;
Müvafiq məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
Müəssisənin 5 (beş) nüsxədən ibarət nizamnaməsi;
Təsis müqaviləsi;
Statistika komitəsindən alınan identifikasiya kodu;
Müəssisənin yerləşdiyi ünvan haqqmda arayış;
Təsisçilər vəsiqəsi və yaşayış yerindən arayış;
Möhürün və ştampın eskizi:
Həmin sənədlər təqdim edildikdən 10 (on) gün ərzində Ədiiyyə Nazirliyi dövlət qeydiyyatına aimma haqqmda qərar qəbul etməli və hüquqi şəxsə qeydiyyat şəhadətnaməsi veriİməli və ya dövlət qeydiyyatına almaqdan imtina barədə yazılı məlumat verməldir.
Qeyd etmək lazımdır ki, son dövriərdə Azərbaycan Res-pııblikasmda kiçik və orta sahibkarlığm inkişafmı gücləndirmək məqsədi ilə bir sıra qərarlar qəbul olunmuşdur. Mühüm sənədlərin hazırlanması, həyata keçirilməsi, icra mexanizminin yenidən işlənməsi nəticəsində bəzi mühüm normativ sənədlərin yenidəri işlənir. Qeydiyyat prosesində müəyyən dəyişikliklər edildikcə onlar barəsində mətbuatdan və ya xüsusi bülietenlərdən (“Biznesmenin Bülleteni”) məlumat əldə etmək olar. Ətraflı məlumatı həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə məşğul olan yerli şöbəiərdən də əldə etmək olar.
Hüquqi şəxslərin yaradılması haqqında olan qanunvericilik aktları pozulduqda və təsis sənədləri qanunvericiliyə uyğun olunmadıqda fırmanın dövlət qeydiyyatına alınmasından imtina edilir.
Dövlət qeydiyyat orqanın məsul şəxslərinin qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə şikayət verilə bilər.