Konsorsium- müstəqil şirkətlərin kordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi ola bilən müvəqqəti ittifaqdır. Bələ məqsəd çox zaman sifarişlərin alınması və onların müştərəkicra olunması olur.
Konsersium səylərin,elmi-texniki,istehsal və xidmət vasitələrinin və qarşıya qoyulan məsələri müştərək yerinə yetirməyə qadir olan maliyə şirkətlərinin birləşməsini tələb edən təcili və baha qiymətli sifariş və layihələrin yüksək keyfiyyətlə icrası üçün yaradılır.Konsersium çox zaman yataqların müştərək işləməsi üçün yaradılır,məsələn 1994-cü il sentiyabrın 20-də bağlanmış “Əsrin müqaviləsini” yerinə yetirmək üçün ilk konsersium təşkil edilmişdir.Konsersiumlar bir neçə banklar,istehsal şirkətləri,elmi mərkəzlər.dövlət strukturları tərəfindən təşkil oluna bilər.
XIX əsrin sonunda xx əsrin əvvələrində konsersiumlar milli və beynalxalq bazarda maliyyə əməliyyatlarını həyata keçirmək üçün banklar arasında razılaşma idi.XX əsrin ortalarında konsersiumlar sənaye sahəsində geniş yayılmağa və iri sənaye ,elmi-texniki ,inşaat və başqa layihələrin reallaşması mıəqsədlərinə xidmət etməyə başladı.
Konsersiumun tipləri:
-Bank konsersiumu-konsersium rəhbərin ən iri banklardan birinin,kredit ,zəmanət və ya başqa bank əməliyyatlarını müştərək vəya yeni bazarlara çıxış üçün müvəqqəti təşkil etdiyi banklar qrupudur.
-Zəmanət konsersiumu-müxtəlif növ fəaliyyət növü ilə məşğul olanbir neçə şirkət arasındakı sazişdir.
-Maliyyə konsersiumu-iri maliyyə əməliyyatları aparmaq üçün bir neçə bankın ittifaqı,müvəqqəti sazişdir.
-İxracat konsersiumu-bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyidir.
Dostları ilə paylaş: |