Biznesin təşkilati-hüquqi formaları Biznesin təşkilati-hüquqiformaları
Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər:
- kapital sahibinin idarəetmədə və müəssisənin istehsal fəaliyyətində şəxsən iştirakının zərurilik dərəcəsi;
-Sahibkarlıq fəliyyətini həyata keçirən vətəndaşın və kommersiya təşkilatının kaptal mülkiyyətçisinin kreditorlar qarşısında əmlak məsuliyyətinin dərəcəsi
- müəssisənin nizamnamə kapitalının qoyulan vəsaitin qaytarılması imkanı və qaydası.
Kollektiv sahibkarlığın formaları
Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları təsərrüfat-yoldaşlıq və təsərrüfat-cəmiyyət hesab edilir.
Bunlar bir sıra ümumi cəhətlərə malikdirlər:
- təsisçilərin qoyduqları pay hesabına yaranmış əmlak, həmçinin onların fəaliyyəti prosesində istehsal və əldə edilənlər üzərində mülkiyyət hüququ vardır; - onların hamısı ümumi mülkiyyət hüququna malik olan kommersiya təşkilatlarıdır;
- cəmiyyət və yoldaşlıq hüquqi şəxs kimi digər cəmiyyətlərdə və yoldaşlıqlarda iştirak edə bilərlər;
- Nə qədər ki, cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir,onların təsisçilərinin cəmiyyətə münasibətə yalnız məcburi xarakter hüququ vardır.
Hüquqi şəxs yaratmadan vətəndaşların sahibkarlıq fəaliyyəti Kommersiya təşkilatları Təsərrüfat yoldaşlıq Təsərrüfat cəmiyyət İstehsal kooperativi unitar müəssisi XXI əsrə qədər ki, cəmiyyət və yoldaşlıq öz əmlakının mülkiyyətçisidir, onların təsisçilərinin cəmiyyətə münasibətə görə yalnız məcburi xarakterli hüququ vardır.
Təsərrüfat yoldaşlıq və təsərrüfat cəmiyyət təsərrüfatçılığın təşkilati-hüquqi formasına görə bir-birinə yaxındır ki, bu da bir növdən digərinə keçməyə imkan verir. Ancaq onların arasında əsas fərq ondan ibarətdir ki, təsərrüfat yoldaşlıqda şəxslər birləşir, təsərrüfat cəmiyyətdə isə kapitallar birləşir. Bu əsas fərq onların hüquqi vəziyyətini müəyyən edir:
- təsərrüfat yoldaşlıqda bizneslə fərdi sahibkarlar, yaxud kommersiya təşkilatları məşğul ola bilər;
- cəmiyyət bir şəxs tərəfindən yaradıla bilər, yoldaşlıq isə yox.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş öz öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir.
Fərdi sahibkarlıq həm fərdi (təkbaşına) yaradılan müəssisə əsasında, həm də yoldaşlıq və cəmiyyət formasında yaradılan müəssisə vasitəsilə həyata keçirilə bilər.
Xüsusi fərdi müəssisə bir nəfərin şəxsi mülkiyyəti olaraq həm biznes fəaliyyətinin həyata keçirilməsinə görə və həm də bu fəaliyyətlə bağlı alınan nəticələrə görə tam məsuliyyət daşıyır. Xüsusi fərdi müəssisənin nizamnamə fondu mövcud qanunvericiliklə müəyyən edilmiş müddətdə müəssisənin hesablaşma hesabına təsisçinin qoyduğu vəsaitdən əmələ gəlir.
Fərdi müəssisənin əmlakı müəssisənin təsisçiləri və iştirakçılarının, həmçinin onun mənfəətində iştirak edən şəxslərin qoyduqları pay hesabına formalaşır. Fərdi müəssisədə əmək fəaliyyəti ilə həm təsisçi, həm də əmək müqaviləsi əsasında vətəndaşlar məşğul olurlar. Muzdlu işçilərə əməkhaqqı ödənilir, həmçinin mövcud qanunvericiliklə nəzərdə tutulmuş sosial-iqtisadi təminatlar verilir.
Fərdi müəssisənin özünün ayrıca hesablaşma hesabı, valyuta hesabı olur. Müəssisənin əmlakı mövcud və müqavilə qiymətilə müəyyən edilmiş həcmdə balansda qeyd olunur. Prinsipcə müəssisənin idarəetmə strukturunun istənilən variantı mümkündür.O işçilərin sayı, istehsalın xarakteri, mülkiyyətçinin ixtisas səviyyəsi və kompetensiyası kimi amillərdən bilavasitə asılıdır. Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intellektual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər ki, bunun da iki növü olur:
-tam şərikli
- payçı və şərikli
Dostları ilə paylaş: |