İstehsal kooperativi- birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsidir.
İstehsal kooperativinin üzvləri kooperativin öhdəliklərinə görə onun nizamnaməsində nəzərdə tutulan həcmdə və qaydada məsuliyyət daşıyırlar. İstehsal kooperativinin üzvləri beş nəfərdən az olmamalıdır. İstehsal kooperativinin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağı sayılır. Kooperativin icra orqanı idarə heyyəti və onn sədri hesab edilir. Koorparativin mühüm xüsusyyəti ondan ibarətdirki, burada əməkdə iştirakı nəzərə almaqla təkcə mənfəət deyil,həm də ləğv edilən kvota bölünür.
İstehsal kooperativinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:
- kooperativin mənfəəti onun üzvləri arasında qoyduqları paya mütənasib deyil, onların əmək töhfəsinə uyğun olaraq bölüşdürülür. Bu qaydada, həmçinin kooperativ ləğv edildikdən və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak bölüşdürülür;
- qanunvericiliklə kooperativ üzvlərinin sayının məhdudlaşdırılmaması fiziki şəxslərin kooperativə daxil olmaları üçün böyük imkanlar yaradır;
- kooperativin idarə olunmasında bütün üzvlər eyni hüquqa malikdirlər, belə ki, hər birinin yalnız bir səsi vardır.
Dostları ilə paylaş: |