Naxçivan” universiteti Fakültə :İdarəetmə Kafedra:İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II



Yüklə 63,24 Kb.
səhifə1/13
tarix02.01.2022
ölçüsü63,24 Kb.
#47648
  1   2   3   4   5   6   7   8   9   ...   13
referat 5008


NAXÇIVAN” UNİVERSİTETİ

Fakültə :İdarəetmə

Kafedra:İdarəetmə

İxtisas: Biznesin təşkili və idarəedilməsi

Şöbə :Əyani

Kurs:II

Mövzu : Biznesin təşkilati-hüquqi formaları

KURS İŞİ

Tələbə: Mehrab Musayev

Elmi Rəhbər: Malik Əsgərov

Naxçıvan 2015

Mövzu : Biznesin təşkilati-hüquqi formaları

Plan:

Giriş


Biznesin təşkilati-hüquqi formaları

Kollektiv sahibkarlığın formaları

Təsərrüfat cəmiyyətlərin növləri

Biznesin təşkilati-hüquqi formaları əsas amilləri

Biznes təşkilatının dövlət orqanında qeydiyyatı

Biznesin təşkilati mütərəqqi formaları

Nəticə

Ədəbiyyat

Giriş

“Biznes”sözü dünyanın bütün ölkələrində istifadə olunur. Gəlir gətirən fəaliyyət və bu fəaliyyətlə məşğul olan insanlar müxətlif ölkələrdə müxtəlif cür adlandırılır.Əsasən ingilis dilli ölkələrdə sözügedən fəaliyyət növü “biznes”, bu fəaliyyətlə məşğul olan insanlar isə “biznesmen” adlandırıldığı halda, digər ölkələrdə, o cümlədən MDB məkanında müvafiq olaraq “sahibkarlıq” və “sahibkar” adlandırılır. İqtisadi ədəbiyyatda “biznes” termininin müxtəlif anlayışlarına rast gəlinir. Məsələn, Alan Xoskinq biznesə belə tərif vermişdir: “Biznes təbii nemətlərin hasilatı, əmtəənin istehsalı, yaxud əldə edilməsi və satışı, digər əmtəələrin dəyişdirilməsində xidmətlərin göstərilməsi, maraqlı şəxslərin, yaxud təşkilatların qarşılıqlı gəlirinə xidmət, pul üzrə fiziki şəxslərin, müəssisələrin və təşkilatların həyata keçirdikləri fəaliyyətdir.



Biznes proses kimi müəyyən funksiyaları: maliyyə və uçot, kadr və maddi-texniki təminat, istehsal, marketinq, elmi-tədqiqat və layihə işlərini nəzərdə tutur.

Digər iqtisadçılar biznesə müəyyən struktur çərçivəsində təşkil edilən, məqsədi və nəticəsi gəlir götürmək olan konkret iqtisadi fəaliyyət növü kimi baxırlar. Beləliklə, istənilən biznesin müəssisə şəklində öz iqtisadi-təşkilati forması olur. Müəssisə oxşar mühitdən bazarda ayrılmağa cəhd edərək firma adı və atributları şəklində öz fərqli cəhətlərini yaradır. Burada biznes anlayışı genişdir: Biznesə təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Bu halda biznes saziş, əmtəə obyektinə çevrilir.



Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin məcmusudur.

Biznes və onun mühüm istiqaməti olan sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir, iqtisadi artım tempini, ümumi daxili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Biznesin inkişafı demokratik prinsiplərə və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına kömək edir. Belə ki, müasir biznesin sürətli inkişafı sayəsində Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektoru aparıcı mövqeyə çıxmış, yəni ümumi daxili məhsulda onun payı 81 faizə çatmışdır.


  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin