Naxçivan” universiteti Fakültə :İdarəetmə Kafedra:İdarəetmə İxtisas: Biznesin təşkili və idarəedilməsi Şöbə :Əyani Kurs: II



Yüklə 63,24 Kb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü63,24 Kb.
#47648
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 5008

Unitar müəssisə-ona təhkim edilmiş mülkiyyətçinin əmlakına mülkiyyət hüququ olmayan kommersiya təşkilatıdır. Unitar müəssisənin əmlakı bölünməzdir, müəssisənin işçiləri arasında və paylara görə bölüşdürülə bilməz. Unitar müəssisə formasında yalnız bələdiyyə müəssisəsi yaradıla bilər. Unitar müəssisənin nizamnaməsində fəaliyyətin predmeti və məqsədi, həmiçinin müəssisənin nizamnamə fondunun həcmi, onun formalaşması qaydası və mənbələri haqqında məlumatlar əks etdirilməlidir.

Dövlət, yaxud bələdiyyə unitar müəssisənin əmlakı dövlət, yaxud bələdiyyə mülkiyyətində olur və təsərrüfat fəaliyyəti ilə məşğul olan müəssisəyə məxsusdur. Unitar müəssisə əmlakının mülkiyyətçisi, qanunla nəzərdə tutulan hallar istisna olmaqla müəssisənin öhdəliklərinəgörə cavabdeh deyil.

Biznesin təşkilati-hüquqi formasınının amilləri

Biznesin təşkilati-hüquqi formasını seçərkən aşağıdakı əsas amilləri nəzərə almaq lazımdır:

- sahibkarın qarşısına qoyduğu məqsəd və mövcud sosial-iqtisadi mühitdə onun həyata keçirilməsi yolları;

- ilkin kapitalın yaradılması üsulu;

- istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üsulları;

- biznesin təşkilati forması və idarəetmə metodları;

- təsərrüfat subyektlərinin yaradılması, fəaliyyəti və ləğv edilməsini tənzimləyən qanunvericilik və normativ-hüquqi baza;

- sahibkarın istifadə etdiyi əmlakın mülkiyyət forması;

- istehsalın təşkili forması;

- müəssisə gəlirinin bölüşdürülməsi qaydası.

Biznesin təşkilati-hüquqi formasının seçilməsi haqqında qərar qəbul edərək sahibkar müəyyənləşdirir:

- Ona tələb olunan mümkün hüquq və öhdəliklərin səviyyəsi və həcmini. Bu biznesin profili və məzmunundan, mümkün tərəfdaşlar dairəsindən, mövcud qanunvericilikdən asılıdır;

- Müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu biznesin profili və məzmunundan, şəxsin imkanlarından, fəaliyyət miqyasından, biznesin həyata keçirildiyi sahədə rəqabətin səviyyəsindən, mülkiyyət formasından asılıdır;

- müəssisənin təşkilati quruluşunun ən effektiv formasını və onun idarə olunması sxemini.

Beləliklə, biznesin xarakteri, fəaliyyət miqyası, maliyyə imkanları, həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək mümkündür.

1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin