Konsern – bu müstəqil müəsissələrin kapitalda maliyə əlaqələrində ,investorların mənafe birliyi haqqında, müqavilələrlə şəxsi birliklərdə ,patent-lisenziya sazişlərində,sıx istehsal əməkdaşlığında iştirak sistemi vasitəsi ilə bağlı birləşma formasıdır.
Konsernin əsas xüsusiyyətləri:
-şirkətlərin kifaət qədər sərt olması
-istehsal xarakterli birlikdir
-bura daxil olan şirkətlər səhmdar cəmiyyəti və ya təsərrüfat yoldaşlıq formasında nominal müstəqil hüquqi şəxs olartaq qalır
-konsernin baş şirkəti bir qayda olaraq holdinq şirkəti şəklində və ya üstünlük təşkil edən və asılı (assosiativ) cəmiyyətlərin qarşılıqlı əlaqəsi şəklində olur.
Nəticə
Biznes mütləq qaydada öz sahibkarı tərəfindən idarə edilməlidir. Bu heçdə o demək deyil ki,şirkətdə icraçı direktor olmalı deyil,sadəcə biznesin sahibi mütləq və mütləq öz biznesinin nəzarətini əlində saxlayır.Məcazi mənada desək “iplər öz əlində olmalıdır ” . Səbəb?
Bir sahibkartın sözləri ilə desək :
İlkin biznes insan kimidir,daim özünə diqqət tələb edir.əgər sən ondan diqqətini çəksən o da səndən küsəcək və sənə pul qazandırmayacaq.Daim biznesdə qazandığının bir hissəsini biznesə qaytarmalısan, belə olmasa hiss edəcəklsən ki,biznes səndən tam qaçı gedib.
Biznes – istehlakçıların tələbatının ödənilməsi və mənfəətin (gəlirin) əldə edilməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin məcmusudur.
Bəzi iqtisadçılar biznesə müəyyən struktur çərçivəsində təşkil edilən, məqsədi və nəticəsi gəlir götürmək olan konkret iqtisadi fəaliyyət növü kimi baxırlar.
Biznes anlayışı genişdir,biznesə təkcə fəaliyyət prosesi kimi deyil, həm də mülkiyyət obyekti kimi baxılır, hansı ki, satmaq, girov qoymaq, sığortalamaq, vəsiyyət etmək olar. Bu halda biznes saziş, əmtəə obyektinə çevrilir.
Biznes fəaliyyətində istifadə olunan kapitalın və sahibkarın intellektual potensialının artması təsərrüfat yoldaşlıq yaratmaqla təmin edilə bilər ki, bunun da iki növü olur. tam şərikli ,payçı və şərikli
Şərikli (tam ortaqlı) müəssisə-azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir.Payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə-azı bir şərik və payçı tərəfindən təsis edilir
Təsərrüfat cəmiyyətlərinin növlərinə görə
Məhdud məsuliyyətli cəmiyyət – ilkin kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiyadır. İştirakçılar qoyduqları həmin pay çərçivəsində məsuliyyət daşıyırlar.
Səhmdar cəmiyyəti- təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə
nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və hüquqi şəxslər tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılırş
İstehsal kooperativi- birgə istehsal, yaxud digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün üzvlük əsasında vətəndaşların könüllü şəkildə birləşməsidir.
Biznesin təşkilati mütərəqqi formaları
Korporasiya – bir neçə şirkətinümumi məqsədlərini və ya üstünlüklərini mühafizə etmək üçün fəaliyyətlərini birləşdirdiyi səhmdar cəmiyyətdir
Konsorsium- müstəqil şirkətlərin kordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi ola bilən müvəqqəti ittifaqdır
Konsern – bu müstəqil müəsissələrin kapitalda maliyə əlaqələrində investorların mənafe birliyi haqqında müqavilələrlə şəxsi birliklərdə ,patent-lisenziya sazişlərində.sıx istehsal əməkdaşlığında iştirak sistemi vasitəsi ilə bağlı birləşma formasıdır.
Dostları ilə paylaş: |