970) Xroniki böyrək çatışmazlığının ən erkən əlaməti hansıdır?
A) Hiperkalsiemiya
B) Böyrək ölçülərinin kiçilməsi
C) Metabolik asidoz
D) Azotemiya
E) Nikturiya
Ədəbiyyat: Ədəbiyyat: E.M.Шилов,səh 544
971) Nefrotik sindromun diaqnostikasında ən əhəmiyyətli kriteriya hansıdır?
A) Hiperxolesterinemiya
B) Hiperkoaqulyasiya
C) Sutkada 3.5q/l - dən çox proteinuriya
D) Ödemlər
E) Zərdab albumininin <30q/l olması
Ədəbiyyat: Ədəbiyyat: E.M.Шилов,səh 149
972) Sidik cövhəri, kreatinin, qlükoza yumaqcıqda aşağıdakı kimi filtrasiya olunur:
A) Təkcə kreatinin tam filtrasiya olunur
B) Tam
C) Təkcə qlükoza tam filtrasiya olunur
D) Qismən
E) Filtrasiya olunmur
Ədəbiyyat: Ədəbiyyat: E.M.Шилов,səh 58
973) Filtrasiya olunmuş zülalın rearbsorbsiyası əsasən nefronun hansı hissəsində baş verir?
A) Proksimal və distal kanalcıqda
B) Henle ilgəyində
C) Proksimal kanalcıqda
D) Yığıcı borucuqlarda
E) Distal kanalcıqda
Ədəbiyyat: Ədəbiyyat: E.M.Шилов,səh 58
974) Tez proqressivləşən qlomerulonefrit göstərilən klinik əlamətlərdən hansı ilə xarakterizə olunmur?
A) Nefrotik sindrom
B) Hipertoniya
C) Bütün sadalananlar
D) Böyrək funksiyasının kəskin azalması
E) Proteinuriya 1q/l - ə qədər
Ədəbiyyat: Ədəbiyyat: E.M.Шилов,səh 219
Dostları ilə paylaş: |