Nəsiman Yaqublu M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinin xronologiyası



Yüklə 3,22 Mb.
səhifə41/54
tarix02.01.2022
ölçüsü3,22 Mb.
#2387
1   ...   37   38   39   40   41   42   43   44   ...   54
1930-cu il 29 mart – Parisdən və Varşavadan yaxın dostu Həm­dul­la Sübhi Tanrıövərə yazdığı məktublarda Paris konsulluğunun ona viza vermədiyi qeyd olunur. M.Ə.Rəsulzadə yazır ki, əgər bu Ankara hökumətinin əmrinə əsasən edilirsə, onda bu məsələnin açıqlanması lazımdır.

1930-cu il – Parisdə rusca “Panturanizm haqqında”, Varşavada isə “Panturanizm və Qafqasya problemi” kitabları rusca nəşr edilir.

1930-cu il – M.Ə.Rəsulzadənin H.S.Tanrıövərə və C.Hacıbəyliyə yazdığı məktublardan məlum olur ki, o, 1930-cu ildən başlayaraq Polşada yaşayır (təbii ki, Türkiyəyə qayıtmağa icazə verilmədiyindən məcburən bu ölkədə qalır, lakin İstanbulla da əlaqəsini itirmir və orada azərbaycanlıların fəaliyyətinə rəhbərlik edir, “Odlu Yurd” jurnalının da Baş redaktoru olaraq qalır). O, Varşavada Sluzevsko, Krzyesko 30 ünvanda yaşayır, bu dövlətin dəstəyi ilə sovet işğalı rejiminə qarşı mücadilə aparır. Eyni zamanda Fransada olur və sovet rejiminə qarşı fəallıq göstərir.

1931-ci il – Ankarada Türkiyə Xarici İşlər Naziri T.Rüşdi ilə SSRİ Xarici İşlər Naziri Litvinov arasında imzalanan müqaviləyə əsasən Türkiyə dövləti fəal mühacirləri ölkəsindən getməyə məcbur edir və SSRİ əleyhinə təbliğata imkan vermir.

M.Ə.Rəsulzadənin və onun silahdaşlarının siyasi və mətbu fəaliy­yə­­tinə Türkiyədə son olaraq 1931-ci ildə sentyabr ayında Sovet döv­lətinin təzyiqi ilə rəsmi qadağa qoyulur.




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin