1931-ci il sentyabr – M.Ə.Rəsulzadənin Türkiyədən çıxmağa məcbur olan yaxın silahdaşları da siyasi sığınacaq alıb Polşada məskunlaşır. Almaniyada isə onların qəzet və jurnal nəşr etməsi üçün şərait yaradılır.
1932-ci il 10 yanvar – Almaniyada Berlində “İstiqlal” qəzetini nəşr edir.
1933-cü il 21 mart – M.Ə.Rəsulzadə “Azərbaycan Milli Mərkəzi” ilə bağlı Varşavada yazdığı anketdə Mərkəzin Varşavada, İstanbulda və Parisdə yerləşdiyini qeyd edir. O, eyni zamanda hər ay ona verilən 650 zlot məbləğindən M.Mehdiyevə və M.Vəkilliyə 68 dollar, Ə.Şeyxülislamova, A.Atamalıbəyova, C.Hacəbəyliyə, X.Xasməmmədovaa və M.Ə.Rəsuloğluna 30-32 dollar, Ə.M.Topçubaşova isə 40 dollar kömək olunduğunu qeyd edir.
M.Ə.Rəsulzadə bu anketdə hər il Azərbaycana 3 emissarın göndərilməsi üçün 300 dollar, orada xalq arasında çağırış və vərəqələrin yayılmasına isə 100 dollara yaxın vəsaitin ayrıldığını bildirir.
Dostları ilə paylaş: |