182) Eşitmə siniri nevrinomasının kaudal inkişaf istiqamətinin xarakter əlamətləri hansıdır?
A) Üz sinirinin periferik parezi,spontan vertical nistaqm,baxışın yuxarı məhdudlaşması,üzün yarısında ağrılar
B) Daxili yuxu arteriyası dəliyinin genəlməsi
C) Dilin ön 2/3-də dadın pozulması,piramid əlamətlər
D) Disfoniya ,rotator nistaqm,udma refleksinin enməsi
E) Dilin ön 2/3-də dadın pozulması,spontan horizontal nistaqm,patoloji daban əlamətləri,hemihipesteziya
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
183) Eşitmə siniri nevrinomasının medial inkişaf istiqamətinin xarakter əlamətləri hansıdır?
A) Dilin ön 2/3-də dadın pozulması,spontan horizontal nistaqm,patoloji daban əlamətləri,hemihipesteziya
B) Disfoniya, rotator nistaqm, udma refleksinin zəifləməsi
C) Dilin ön 2/3-də dadın pozulması, piramid əlamətlər
D) Üz sinirinin periferik parezi, spontan vertikal nistaqm, baxışın yuxarı məhdudlaşması, üzün yarısında ağrılar
E) Daxili yuxu arteriyası dəliyinin genəlməsi
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
184) Beyincik çadırının meningiomasının supratentoral inkişafında tipik klinik əlamətlər hansılardır?
A) Ətraflarda hipotoniyadan başqa hamısı düzdür
B) Burdenko-Kramer sindromu, spontan horizontal nistaqm
C) Görmə siniri diskinin yüngül ödemi
D) Fotopsiya
E) Ətraflarda hipotoniya.
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Dostları ilə paylaş: |