Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin mənimsənilməsinin prinsipləri, metod və texnikaları



Yüklə 0,65 Mb.
səhifə7/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   2   3   4   5   6   7   8   9   10   ...   55
Nitq kopyası

Nitqin mənimsənilməsinin prinsipləri, metod və texnikaları

Prinsip didaktikanın qanunlarına uyğun təlim fəaliyyətini təşkil etmək üçün qəbul edilmiş ideyalar toplusudur.  Təlim prinsiplərinin şagird şəxsiyyətinin formalaşdırılmasında da xüsusi yeri vardır. Təlim prinsipləri “Azərbaycan Respublikasında Təhsil İslahatı Proqramı”nda öz əksini tapmışdır. Bunlar aşağıdakılardır. 
1.Demokratikləşdirmə-təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesində fəal iştirak etməyə cəlb etmək, tədris müəssisəsinin“şəffaflığı” prinsipinin həyata keçirilməsi deməkdir.
2.Humanistləşdirmə-təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılmasını, əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hörmətlə yanaşmanı, şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılmasını nəzərdə tutur.
3.Diferensiallaşdırma-təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulması deməkdir.
4.Fərdiləşdirmə-təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasınıdır.
5.İnteqrasiya-təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur.
6.Humanitarlaşdırma-təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. 
Fəal/interaktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır: 
• Şəxsiyyətə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməlidir; təlim şagirdin imkan və qabiliyyətlərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir.
• Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın.
• İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vıqotski), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək üçün potensial imkanlarına tuşlanmalıdır.
• “Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır.
• Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: ictimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir
• Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabil kimi iştirak etməlidirlər.
• Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir.
Nitq inkişafı üzrə işin təşkili zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər isə aşağıdakılardır:
➢ Dil, nitq və təfəkkürün vəhdəti prinsipi. Dil ünsiyət vasitəsi, nitq isə bu vasitələrin reallaşmasıdır və hər ikisi təfəkkürlə əlaqəlidir. Nitq inkişafı təfəkkür inkişafını təmin edən, təfəkkür inkişafı da nitq inkişafını doğuran və ifadə edən zəruri amillərdir.
➢ Fəal nitq mühitinin yaradılması prinsipi. Nitq mühiti elə təşkil olunmalıdır ki, şagird fikirlərini, düşüncələrini söyləməkdən çəkinməsin. Təbii, səmimi nitq mühiti şagirdlərin nitq prosesinə qoşulmasını asanlaşdırır. Onlar söhbət, müsahibə və nəqetmə zamanı daha sərbəs olurlar. Bütün şagirdlərin nitq fəallığın təmin etmək üçün psixoloji fərqləri nəzərə almaqla süni nitq mühitinin yaradılması da vacib şərtdir.
➢ Ədəbi dilin normaları əsaında mədəni nitq vərdişlərinin aşılanması prinsipi. Hər bir şagird Azərbaycan dilinə həssaslıqla yanaşmalı, dilin fonetik, orfoepik, orfoqrafik, leksik, morfoloji, sintaktik, üslubi, semantik normalarını mənimsəməli və nitqində düzgün istifadə etməyi bacarmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. “Ədəbi dil” anlayışına “mədəni dil”, “mədəniyyət dili” də deyilir. Mədəni nitqə inteqrasiya tələbatı müasir təhsilin strategiyası olub, nitq bacarıq və vərdişlərinin aşılanması üçün əlverişli şərait yaradılmasını qarşıya qoyur.
➢ Nitqin növlərinin qarşılıqlı inkişaf etdirilməsi prinsipi. Nitq dilin mövcudluq formasıdır. Nitqin yazılı və şifahi, ümumi və fərdi, aktiv və passiv, monoloji və dioloji, zahiri və daxili növləri daha çox diqqəti cəlb edir. Nitq növləri təcrid edilmiş şəkildə deyil, qarşılıqlı şəkildə inkişaf etdirilməlidir, çünki nitq “canlı orqanizmdir” və nitq növlərinin hər biri digərinin inkişafını tənzimləyir. Odur ki, nitqin növlərinin inkişafı üzrə işə kompleks yanaşma zəruridir.
➢ Yaradıçı nitqə üstünlük verilməsi prinsipi. Nitq inkişafı üzrə işin təşkilində biliklərə sərbəst yiyələnməyi, onları yaradıcı olaraq işləyib tətbiq etməyi öyrədən tapşırıqlar olmalıdır. Şagird stategiyalı oxu zamanı əldə etdiyi biliklərə uyğun olaraq, yaradıcı fəaliyyət göstərməyə alışdirilmalıdir. Yaradıcı tapşırıqların müxtəlif növləri ilə yanaşı, şifahi və yazılı esselər üzrə işin təşkili vacibdir.
➢ Nitq inkişafı üzrə işin təşkilinə inteqrativ yanaşma prinsipi. Nitq inkişafı üzrə işin təşkilində inteqrasiya fəndaxili, fənlərarası əlaqələrin məzmunda əks olunur. Nitq inkişafı müxtəlif fənlərdən olan mövzuları əlaqəli surətdə yüksək səmərə ilə öyrənməyə, çoxsaylı tədris fənlərini bir-biri ilə əlaqələndirməyə və beləliklə, nitq inkişafını, təlimin məzmununun tamlığını və şagirdlərin təsəvvüründə dünyanın vahid mənzərəsinin inkişafını təmin etməyə imkan verir.



  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin