İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri “Dil qaydaları” üzrə belə verilmişdir. Şagird: •yaş həddinə uyğun zəruri fonetik, leksik, qrammatik biliklərə yiyələndiyini nümayiş etdirir;
•seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir;
•dinlədiyi fikri anladığını nümayiş etdirir;
•şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir;
•qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir;
•oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
•yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
•kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazılı çalışmaları (üzündənköçürmə yaddaşa əsasən yazı, imla, ifadə, inşa) yerinə yetirir;
•fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir.
İbtidai siniflərdə dil qaydaları ilə əlaqədar nitq inkişafı üzrə aparılacaq işlər, təxminən aşağıdakı kimi müəyyənləşdirilməlidir:
• nitq hissələri vasitəsi ilə şagirdlərin lüğət ehtiyatının zəngiləşdirilməsi;
• nitq hissələri vasitəsi ilə şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsi;
• intonasiya və vurğu bacarıqlarına diqqət yetirilməsi;
• orfoepik vərdişlərinin təkmilləşdirilməsi;
• rabitəli nitq bacarıqlarının inkişaf etdirilməsi;
• ifadə mətnləri üzrə nitq inkişafı bacarıqlarının inkişaf edrilməsi;
• inşa mətnləri üzrə nitq inkişafı bacarıqlarının inkişaf edrilməsi.
Dil qaydalarının tədrisi prosesində fonetik-orfoepik, fonetik-orfoqrafik, fonetik-leksik, lüğət-məntiqi, leksik-qrammatik, leksik-morfoloji, leksik-sintaktik, morfoloji-orfoepik, morfoloji-orfoqrafik, morfoloji-sintaktik çalışmalardan istifadə olunmasınitq inkişafı üzrə işin təşkilində mühüm yer tutur. Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar.Əslində cümlə qurmaq bacarığı zəngin lüğət ehtiyatı tələb edir. Digər tərəfdən, artıq savad təliminə hazırlıq mərhələsində şagirdlər, nitqi cümlələrə ayırmağı, cümlədə sözlərin sayını, ardıcıllığını müəyyənləşdirməyi öyrənirlər. Cümlə üzrə işin müxtəlif yolları vardır:
• suallara cavab vermək;
• cümləyə sual vermək;
• cümlədə buraxılmış sözü yerinə qoymaqla onu tamamlamaq;
• sözü başqası ilı əvəz edib cümləni yazmaq;
• cümlədə qrammatik formanı başqası ilə əvəz etmək;
• oxunmuş mətndən obrazlı söz və ifadələri seçib yazmaq;
• verilmiş çoxmənalı sözləri, omonim, sinonim və antonimləri cümlədə işlətmək;
• cümləni genişləndirmək;
• dağınıq verilmiş sözlərdən cümlə qurmaq;
• bu və ya digər mövzuya aid cümlə qurmaq;
• söz birləşməsi tərtib etmək;
• oxunmuş mətndən məzmunla bağlı cümlələri seçmək;