Nitqin inkişafı üzrə işin elmi əsasları



Yüklə 0,65 Mb.
səhifə11/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
Nitq kopyası

Süjetli şəkillər əsasında iş rabitəli nitqin inkişafı üçün hazırlıq mərhələsidir. Ona görə də, hər bir şəkil üzrə düşünülmüş müsahibə aparmaq, şagirdlərin diqqətini lazımi obyektə yönəltmək vacibdir. Seriya şəkillər şagirdlərdə dərsə maraq oyadır, onlar danışmağa həvəs göstərirlər. Müəllim çalışmalıdır ki, hər bir şagird şəklin məzmununu, şəkildə təsvir olunan hadisəni düzgün başa düşsün və danışsın.
Səhnəciklər, rollu oyunlar süni nitq situasiyasıyaratmaq baxımından çox əlverişlidir. Bu iş prosesində sözlərin düzgün işlənməsinə və tələffüzünə xüsusi diqqət yetirilməlidir. Müəllim eyni bir dərsdə iki və daha artıq mövzuda rollu oyun təşkil edə bilər. Belə olduqda, bu işə daha çox şagird cəlb etmək imkanı yaranır. Səhnəciklərdə, ən azı, iki şagird iştirak etməlidir. Dərs zamanı oynanılan tamaşalar qısa olmalıdır.
İmprovizasiyalar da nitq inkişafı üzrə işin təşkili baxımından əhəmiyyətlidir. İmprovizasiya hazırlaşmadan edilən nitqdir. İmprovizasiyada bir, iki və yaxud daha artıq şagird hazırlaşmadan danışır.
Mahnılar. Dərslərdə mahnılardan istifadə etmək xüsusi əhəmiyyət kəsb edir. Belə dərslərdə rast gəlinən söz və ifadələr yaddaşa həkk olunur, eyni zamanda şagirdlərdə musiqi mədəniyyətimizə maraq qat-qat artır.
Yumor. Dərslərdə zarafatlar, lətifələr işlətmək şagirdlərin yorğunluğunu aradan qaldırır, onlara incə zövq nümayiş etdirməyə imkan yaradır.
Poeziya. Nitq, söz əyaniliyində şeirlərdən istifadə çox müsbət nəticə verir. Şagirdlər üçün şeir seçərkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır: 
1. Şeir həcmcə kiçik olmalıdır.
2. Sadə dildə yazılmış, çətin sözləri az olan şeirlər seçilməlidir.
Tapmacalar. İbtidai siniflərdə tapmacalar hazır nitqnümunəsi kimi istifadə edilir. Tapmacalar tələbənin şifahi nitqini, məntiqi təfəkkürünü və dərketmə qabiliyyətini, müstəqillik və fəallığını inkişaf etdirmək üçün geniş imkanlar açır. Tapmacalar şagirdləri düşünməyə, mühakimə yürütməyə, fakt və hadisələri tutuşdurmağa təhrik edir. 
İbtidai siniflərdə Azərbaycan dilinin tədrisində diafilmlərdən, çizgi filmlərindən istifadənin əhəmiyyəti böyükdür. Bu zaman şagirdlər nağılın qəhrəmanlarını öz gözləri ilə görür, milli koloriti daha yaxşı hiss edir, onların təsəvvürləri konkretləşir. Dərsədə şagirdlər fəallaşır baxdıqları çizgi filmləri haqqında həvəslə danışırlar. Şagirdlərin nitqini, tədqiqatçılıq və axtarıcılıq qabiliyyətini inkişaf etdirmək üçün dərslərdə kompüterdən istifadə mühüm rol oynayır. Azərbaycan dilinə dair dərs nümunələrinin slaydlarla nümayişi zamanı şagirdlərin fəallığı və dərsi mənimsəmə səviyyəsi maksimum yüksəlir. 




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin