Nitqin inkişafı üzrə işin elmi əsasları


Orfoepiya və intonasiya üzrə işin təşkili



Yüklə 0,65 Mb.
səhifə13/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
Nitq kopyası

Orfoepiya və intonasiya üzrə işin təşkili 

Nitqin səs mədəniyyəti üzərində işin təşkili bir sıra sahələri əhatə edir: ədəbi tələffüz: orfoepiya və intonasiya. Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə, tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. 
Ədəbi tələffüz üzrə işin təşkili. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. Kiçikyaşlı məktəblilərə aşağıdakı normaların öyrədilməsi vacibdir:
• saitlərin tələffüzünə dair qaydalar;
• samitlərin tələffüzünə dair qaydalar;
• qoşasaitli sözlərin tələffüzünə dair qaydalar;
• qoşasamitli sözlərin tələffüzünə dair qaydalar;
• iki saitin və iki samitin yanaşı işləndiyi sözlərin tələffüzünə dair qaydalar;
• bəzi qrammatik formaların tələffüzünə dair qaydalar və s.
Adətən, şagirdlər kitabda necə yazılıbsa, o cür də oxumağa çalışırlar. Məsələn, (baxça) əvəzinə bağça, (taxda) əvəzinə taxta və s. deyə tələffüz edirlər. Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn, səhər, ata, bacı, bal və s. Bir qisim sözün yazılışı ilə tələffüzü isə fərqlənir: məllim, dosluğ, ayilə, sakqal və s. Bu sözləri tələffüzə əsasən yazan şagirdlər səhvə yol verirlər. Buna görə də Azərbaycan dili dərslərində orfoepiya qaydaları I sinifdən başlayaraq praktik şəkildə öyrədilməlidir.
Ədəbi tələffüzün digər komponenti intonasiyadır.Bura daxildir: artikulyasiya aparatının inkişaf etdirilməsi və nitqi eşitmə qabiliyyəti; diksiya; səsin gücü; sürət; tənəffüs; melodika; ritm; fasilə; vurğu və s.
Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının vəziyyətindən, hərəkətindən də asılıdır. Məktəbəqədər dövrdə artikulyasiya aparatında baş verən pozuntular sonralar da davam edə bilər. Buna görə də şagirdin tələffüz edə bilmədiyi səsi müxtəlif nitq materialında möhkəmləndirmək zəruridir. Dilin çevikliyini inkişaf etdirmək, dodaqların çevikliyini təmin etmək, alt çənəni müəyyən vəziyyətdə saxlamaq üzrə məşqlər, tənəffüsün düzgünlüyü üçün təmrinlər və s. bu kimi işləri diqqətlə və ardıcıl həyata keçirmək vacibdir. Nitq səs mədəniyyəti şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Müəllimin nümunəvi nitqi bunun üçün əsas şərtdir.
Bununla belə, düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində aparılmalıdır. Yalnız müəllimin uzun və ardıcıl işi nəticəsində şagirdlər oxu və tələffüzdə buraxdıqları nöqsanları düzəldə bilərlər. Bəzən müəllimlərin özləri ədəbi tələffüz qaydalarına əməl etmirlər. Nəticədə, sinifdə müəllim və şagirdlər süni bir dildə, sinifdənkənar şəraitdə isə öz dialektlərində və ya ədəbi tələffüz normalarına uyğun şəkildə danışmağa başlayırlar.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin