Nitqin inkişafı üzrə işin elmi əsasları


Kurikulumda nitqin inkişafı məsələlərinin qoyuluşu



Yüklə 0,65 Mb.
səhifə18/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
Nitq kopyası

Kurikulumda nitqin inkişafı məsələlərinin qoyuluşu


Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün fəaliyətləri özündə əks etdirən konseptual sənəddir.
Azərbaycan Respublikasında 15 iyun 1999-cu il tarixində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olundu və kurikulum bu islahatlardan biridir. İlk sənəd “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum)” adlanır və 30 oktyabr 2006- cı il Nazirlər Kabinetinin sərəncamı ilə qəbul olumuşdur. İkinci sənəd “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” adlanır və 10 iyun 2010-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə qəbul oludu və Milli Kurikulum qüvvədən düşmüş elan olundu.
Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) ibtidai siniflərdə bu fənnin spesifik xüsusiyətlərini, Azərbaycan dili tədrisinin məqsəd və vəzifələrini, təlimin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün fəaliyətləri özündə əks etdirir. 
Azərbaycan dili ümumtəhsil məktəblərində tədris olunmaqla şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. 
Ümumtəhsil məktəblərində, o cümlədən ibtidai siniflərdə Azərbaycan dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir.Buna görə də:
• nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafına nail olmaq;
• Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasını dərk etmək;
• davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib hesab edilir.
Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları) sənədində müəyyən edilmişdir ki, ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi vasitəsilə:
İbtidai təhsil səviyyəsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur.
“Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)”sənədində ümumi təhsil sistemi üçün qəbul olunmuş aşağıdakı pedaqoji prinsiplər I-IV siniflər üçün də əsas götürülür:
• pedaqoji prosesin tamlığı;
• təlimdə bərabər imkanların yaradılması;
• şagirdyönümlülük;
• inkişafyönümlülük;
• fəaliyyətin stimullaşdırılması;
• dəstəkləyici mühitin yaradılması.
Ana dili təlimini səmərəli qurmaq, ümumi məqsədə çatmaq üçün mühüm vəzifələrin həyata keçirilməsinə nail olmaq həm də aşağıdakı tələblərin nəzərə alınmasından asılıdır: 
• Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasının dərk edilməsi;
• nitq və dil bacarıqlarına yiyələnməklə nitq inkişafının təmin olunması;
• davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqların mənimsənilməsi.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin