2. şifahi cavablar; 3. ev və müstəqil sinif yoxlama tapşırıqları 4. yaradıcı tapşırıqlar; 5. oyun xaraterli fəaliyyət və s. Məlumdur ki, fəaliyət növlərinin hər birinin qiymətləndirilməsinin də öz xüsusiyəti var. Bu da onlara məxsus meyarların müxtəlifliyindən asılıdır.Qiymətləndirmənin ümumi meyarlarının məzmununa daxildir:
• Yazılı testlərin qiymətləndirilməsi-ümumi test tapşırıqlarının, həmçinin mürəkkəblik dərəcəli test suallarının sayından asılıdır;
• Şifahi cavabların qiymətləndirilməsi-cavabların dolğunluğu, əhatəliliyi, məntiqiliyi, konkretliyi, düzgünlüyü, dəqiqliyi, nitqin ardıcıllığı və rəvanlığından asılıdır;
• Sinif və müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın əsasını təşkil edən konkret təlim məqsədindən asılıdır. Onların qiymətləndirilməsi daha çox keyfiyət xarakteri daşıyır;
• Yaradıcı tapşırıqların qiymətləndirilməsi ideyaların məhsuldarlığından, çevikliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tpşırıqların yerinə yetirilməsi göstəricilərindən asılıdır.
Qiymətləndirmə standartları. Qimətləndirmə standartları məzmun standartları əsasında dörd səviyəüzrə aparılır. Belə ki, 4-cü səviyə ən yüksək səviyədir və 5 qiymətinə uyğundur; 3-cü səviyə 4 qiymətinə uyğundur, 2-cü səviyə 3 qiymətinə uyğundur, 1-ci səviyə isə 2 qiymətinə uyğundur.
Lüğət üzrə işin əsas istiqamətləri
15ci Nitqin inkişafı üzrə işə verilən tələblər
Şagirdin nitqi bir sıra pedaqoji tələblərə cavab verməlidir. Belə ki, zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqilik, ifadəlilik, təmizlik nitqə verilən tələblərdir. Məsələn:
1.Nitq dərin məzmunlu olmalıdır. Şagirdlərin danışdığı hadisə və əşyanı tanıması, nəql etmədə məzmunu aça bilməsi çox vacibdir. Nitqin dərin məzmunlu olması üçün şagirdlərin işlətdiyi hər bir sözün, ifadənin, cümlənin arxasında konkret əşya və ya hadisə durmalıdır.