Nitqin inkişafı üzrə işin elmi əsasları


Qiymətləndirmədə obyektivliyin



Yüklə 0,65 Mb.
səhifə25/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   21   22   23   24   25   26   27   28   ...   55
Nitq kopyası

Qiymətləndirmədə obyektivliyin təmin edilməsi isə qiymətləndirmə prosesində şəffaflıq və aşkarlığın aşağıdakı prinsiplərinin gözlənilməsidir:
• şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı;
• qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verərkən onu əsaslandırmalıdır;
• qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından istifadə edilməsi.
• qiymətləndirmə standartları, bu standartlar nitq inkişafı üzrə işin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir.
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:
• məqsədəuyğunluq;
• nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;
• toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;
• qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;
• təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.
Nitq inkişafı üzrə işin qiymətləndirilməsinin aşağıdakı növləri var:
1.Diaqnostik qiymtələndirmə(ilkin səviyyənin qiymətləndirilməsi). Şagirdlər nitq inkişafı üzrə müəyyən bilik və bacarıqlara malikdirlərmi? Onlar tədris olunmuş materiallar (məsələn, bədii və elmi-kütləvi mətnlər və s.) üzrə nə bilirlər?
2.Formativ qiymətləndirmə(irəliləyişlərin monitorinqi). Nitq inkişafına xidmət edən standartlarınmənimsənilməsində şagirdlər hansı səviyədə irəliləyə bilmişlər?
3. Summativ qiymətləndirmə(yekun). Şagirdlər verilmiş standartlar və standartlar qrupunda müəyən edilmiş məqsədlərə çatmışlarmı?
Şagird nailiyətlərininqiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin mənimsənilməsi səviyəsini göstərən 5 fəaliyət növünə ayırmaq olar:
1. yazılı testlər;

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin