Nitqin inkişafı üzrə işin elmi əsasları


Dinləyib-anlama və danışma



Yüklə 0,65 Mb.
səhifə20/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
Nitq kopyası

Dinləyib-anlama və danışma. Bu məzmun xətti danışanı dinləyə bilmək, onun fikrinə münasibət bildirmək, müxtəlif informasiya mənbələrindən alınan məlumatlardan bəhrələnmək, əsas ideyanı ikinci dərəcəli məsələlərdən seçmək, fikrini inandırıcı şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir.
Oxu. Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir.
Yazı. Yazı şagirdlərin duyğu və düşünçələrinin dil normalarına uyğun qaydada nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin edir.
Dil qaydaları. Bu məzmun xətti dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən zəruri biliklərin yığcam, sadə, aydın qayda və şərhlər formasında şagirdlərə catdırılmasını, orfoqrafiya qaydalarına riayət edilməsini, durğu işarələrindən yerli-yerində düzgün istifadə olunmasını təmin edir.
Fəaliyyət xətləri. Azərbaycan dili üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
• Problemin həlli
• Mühakiməyürütmə və əsaslandırma
• Ünsiyyət
• Tədqiqetmə
• Tətbiqetmə



  1. Nitqin ikişafında fəal/interaktiv təlim metodlarından istifadə 

Fəal/interaktiv təlim metodları ən yeni texnologiyalardan biri sayılır. Texnologiya yunan mənşəli söz olub, sənətə sistemli yanaşma deməkdir. Təlim texnologiyası pedaqoji prosesdə biliklər sisteminin öyrənilməsində xüsusi metodlardan istifadəedərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur. Təlim texnologiyası deyəndə, pedaqoji prosesdə təlimin ən yeni və ən səmərəli metodlarından, priyom, tərz və vasitələrindən istifadə etməklə yüksək elmi–intellektualsəviyyəyə və nümunəvi mənəvi-əxlaqi normalara malik olan şəxsiyyətin yetişdirilməsi nəzərdə tutulur“İnteraktiv” sözünün lüğəti mənası ingilis dilində “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin