Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin inkişafı üzrə işin məqsəd və vəzifələri



Yüklə 0,65 Mb.
səhifə6/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   2   3   4   5   6   7   8   9   ...   55
Nitq kopyası

Nitqin inkişafı üzrə işin məqsəd və vəzifələri 

Respublikamız müstəqillik qazanandan sonra 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi təsbit etdi. Bundan sonra ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli sərəncam və 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun, “Azərbaycan Respublikasının Dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi” haqqında 2 yanvar 2003-cü il tarixli fərmandan sonra milli qürur mənbəyimiz və dövlət atributlarından olan dilimizin tədrisinə qayğı diqqət mərkəzində durdu.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”(24 oktyabr 2013-cü il) sərəncamı imzalaması Azərbaycan dili fənnin tədrisində yeni mərhələ oldu. 
Respublikamızda böyük müvəffəqiyyətlə həyata keçirilən təhsil islahatları məktəblərin qarşısında geniş perspektivlər açır və müəllimlərdən tədris proqramlarına(kurikulumlara), dərsliklərə, dərs vəsaitlərinə, tədris olunan fənlərin bilik istiqaməti və xarakterinə yenidən baxmağı tələb edir. Bu tələb həmçinin “Nitq inkişafı üzrə işin metodikası” adlı seçmə fənninə də aiddir.
“Nitq inkişafı üzrə işin metodikası” fənninin tədrisində əsas məqsəd şagirdlərdə fikirlərini şifahi və yazılı formada düzgün, aydın, səlis, canlı və anlaşıqlı şəkildə ifadə edə bilmək bacarıq və vərdişlərinin yaradılması yollarının öyrənilməsidir. 
Bes vezifeler hansılardır?
Birincisi, ibtidai siniflərdə Azərbaycan dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisini öyrətmək yox, gündəlik həyatda dil qaydalarına uyğun danışmaq və yazmaq, müxtəlif situasiyalarda informasiya vermək, sorğunu çevik, aydın, doğru və düzgün cavablandırmaq, izahın bütün forma və elementlərindən istifadə etmək bacarığı formalaşdırmaqdır.
İkincisi, “Nitq inkişafı üzrə işin metodikası” fənni Azərbaycan dili ilə nitq mədəniyyətinin qovuşuğu şəklində verilir, yəni məqsəd məktəbdə Azərbaycan dilindən keçilən minimum qrammatik qaydaları öyrənməklə, ibtidai sinif şagirdlərinin Azərbaycan dilində praktik nitq bacarıqlarına yiyələnmələri, elementar nitq mədəniyyətini mənimsəmələridir. 
Üçüncüsü, ədəbi dilin normaları daxilində düzgün və aydın danışmaq və yazmaq üçün nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi naminə həm sözlər düzgün tələffüz edilməli, intonasiya, vurğu və fasilələr gözlənilməli, həm də dil vasitələrindən məqsədəuyğun istifadə olunmalıdır. 
Dördüncüsü, fonetik, leksik, morfoloji və sintaktik mövzular daxilində nitq inkişafı üzrə işin yeri və rolu, səciyyəvi cəhətləri, nitqin növləri, daxili və xarici keyfiyyətləri, nitq etiketləri kimi məsələlər işıqlandırılmalı, hər mövzudan sonra praktik çalışmalarla möhkəmləndirilməlidir. 


  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin