Əsərlərində qadın surətinin tərənnümü. Məlumdur ki, Şərq və Qərb təfəkküründə qadına münasibət erkən inkişaf mərhələsində tamamilə fərqli olmuşdur. Belə ki, Şərq uzun əsrlər boyu qadını “örtülü” şəkildə görmək istəmiş və qadını əsasən nəsil artıran varlıq kimi qəbul etmişdirsə, Qərb bu incə məxluqu daha çox “diqqət mərkəzində” saxlamağa üstünlük vermiş və əsasən onu eyş-işrət obyekti kimi təsəvvür etmişdir. Göründüyü kimi, hər iki halda mütləq qadın azadlığı arxa planda qalmışdır.
Kişi və qadın münasibətləri Nizaminin əsərlərində humanist ideyalar işığında təqdim edilir. Onun qəhrəmanları gender ayrı-seçkiliyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, nəcib ideyalar uğrunda vuruşan insanlardır.
Nizami daim qadın azadlığını təbliğ etmiş, vəsf etmiş, onun qadın qəhrəmanları fəal həyat mövqeyi seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və uzaqgörən insanlardır. Nizami qadının azadlığı haqqındakı fikirlərini türk köçəri tayfalarında olan qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır. Həmin hekayətdə deyilir:
“Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. İskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. İskəndər Qıpçaq bəylərinə böyük iltifat göstərməsi barəsində fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” deyir. “Özünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər: “Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik, əhdimizdə dayanmışıq. Fəqət üz örtmək bu əhdə daxil deyildir, çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir.
Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş “Xəmsə”sinin bütün poemalarında qadın hüquqları öz əksini tapmışdır. Dərbənd şahı şairin arvadı olmuş Afaq xanımı kəniz kimi ona hədiyyə edir. Nizami Gəncəvi Afaqın çox saf və təmiz olduğunu görür, ona nəinki qulluqçu kimi, onu özünə ömür-gün yoldaşı edir. Şair, Afaqla çox xoş günlər keçirdiyini daim öz əsərlərində xatırlayır. Oğlu Məhəmmədə də ananı, vətəni, qadını sevməyi tövsiyə edir. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir. Nizami Gəncəvi sevgisinə sadiq qalaraq yazır:
İlk poeması “Sirlər Xəzinəsi”ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və dul qadın” mənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir. Nizami Gəncəvi dul və yaşlı olan qadının dili ilə hüquqlarını qorumaq üçün məmurların özbaşınalığını, şahın ölkəni necə idarə etdiyini söyləyir. İnsanları ölkəyə və qadına düzgün münasibətin bərqərar olacağına çağırır.
Nizami Gəncəvinin ikinci poeması “Xosrov və Şirin”də qadınların azadlıq hüququ, onların öz haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması və cəmiyyətin aparıcı qüvvəsi olması, bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad hüquqlu görmək istəmişdir.
Əsərin sonunda eyş-işrətlə məşğul olub Şirinə qədər Məryəm və Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi və dürüstlüyü ilə Xosrov kimi bir insanı öz ecazkar gücü ilə tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirilməlidir.
Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, məişətdəki rolunu əks etdirir. Şair eyni zamanda qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da deyə bilərik ki, Nizami Gəncəvi cəmiyyətdə qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə almışdır.
Şair dördüncü əsəri “Yeddi Gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdəki Çin, rus, fars, türk, hind, ərəb və s. qadın nümayəndələri öz milli adət və ənənələri ilə analıq qayğısı ilə yaşayırlar.
Şairin beşinci əsəri “İskəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi İskəndərnamə əsərində Nüşabənin dilindən İsgəndərə deyir:
Dostları ilə paylaş: |