Nizami Gəncəvi (1141-1209)



Yüklə 32,68 Kb.
səhifə9/10
tarix29.12.2021
ölçüsü32,68 Kb.
#48643
1   2   3   4   5   6   7   8   9   10
Nizami Gəncəvi

Müəllim obrazı. Şair-pedaqoq elmi-biliklərə yiyələnməkdə təşkil olunmuş təlimin əhəmiyyətini “Kamil insan” obrazı kimi yaratdığı Isgəndərin təlim alması səhnəsində konkret nümunələr əsasında göstərmişdir. İsgəndərin hərtərəfli inkişafını təmin etmək üçün atası onun təlimin yüksək biliyi ilə şöhrət qazanmış Niqumaş adlı alimə tapşırır. O, böyük zəhmət hesabına İsgəndərin bütün elmlərin sirlərinə bələd olmasını, “hər gizli biliyə” çatmasını təmin edir. Elə buradaca mütəfəkkir şair-pedaqoq şəxsiyyətin hərtərəfli inkişafında tərbiyənin də rolunu xüsusi qeyd edir. Belə ki, İsgəndərin müəllimi ona dərin biliklər mənimsətməklə yanaşı, “ağıla nur”, “ürəyə qüvvət” verən “şahanə tərbiyə, hünər, nəzakət” aşılayır. Həm təlim, həm də tərbiyə işində müəllimin, tərbiyəçinin rolunu yüksək qiymətləndirən şair-pedaqoq, demək olar ki, bütün poemalarında bu məsələyə xüsusi toxunmuşdur. Belə ki, həm Qeysin, həm Bəhramın, həm də İsgəndərin valideyinləri öz övladlarının taleyini məhz yüksək savada malik olan alim-müəllimlərə, ustad-tərbiyəçilərə etibar edirlər. Təlim-tərbiyədə müəllim-tərbiyəçinin yüksək savadı, humanizmi, çalışqanlığı və s. kimi keyfiyyətlərini önəmli sayan şair eyni zamanda şagirdin təlimə marağı və istedadı, müəllimə münasibətini də xüsusi qeyd edir. Məsələn, Bəhram Gurun müəllimi onun elmə böyük marağını, istedadını görüb, ona daha dərin biliklər verməyə çalışır.

Müəllim-şagird münasibətləri haqqında şair-pedaqoqun fikirləri “İsgəndərnamə” poemasında daha geniş əks olunmuşdur. Burada şair əvvəlcə İsgəndərin öz müəllimi Niqumaşa olan səmimi münasibətini və ehtiramını təsvir edir, bu qarşılıqlı hörmətin səmərəli nəticəsi olaraq onun kamillik zirvəsinə ucalmasını göstərir. Daha sonra “Alimləri Hürmüzü inkar etmələri və həlak olmalarının hekayəti”ndə böyük tərbiyəçi konkret nümunə əsasında anlatmağa çalışır ki, şagird, tələbə nə qədər çox savadlı olsa da dikbaşlıq edib, müəlliminin, ustadının üzünə ağ olmamalıdır. Əks-təqdirdə belələrini Hürmüzü inkar edənlərin aqibəti gözləyə bilər.




Yüklə 32,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin