Əmək tərbiyəsi haqqında fikirləri. Dahi Nizaminin əsərlərinin, xüsusilə “Xəmsə”dəki poemalarının yeni pedaqoji təfəkkür baxımından tədqiqi və təhlili göstərir ki, burada tərbiyənin digər sahələri ilə yanaşı, əmək tərbiyəsi məsələləri də özünəməxsus yer tutur. Qəti əminliklə qetd etmək olar ki, dahi şairin pedaqoji görüşləri sistemində həcminə və dərinliyinə görə ağıl tərbiyəsi, əxlaq tərbiyəsi məsələlərindən sonra üçüncü yeri əmək tərbiyəsi ilə bağlı fikir və ideyaları tutur.
Dahi şair - pedaqoq insan şəxsiyyətinin, onun mənəvi aləminin formalaşmasına təsir göstərən amillər içərisində təlim-tərbiyə prosesi ilə yanaşı, əməyə, halal zəhmətə, gecə-gündüz çalışmağa böyük üstünlük verirdi.
“Həyat əməkdir”,-deyən şair-pedaqoqun əqidəsinə və möhkəm inamına görə insan yalnız halal əməyi, böyük zəhməti hesabına cəmiyyətdə yüksək mövqe tutub, şan-şöhrət sahibi ola bilər. Həyatdakı bütün çətinliklərə insan öz yorulmazlığı, çalışqanlığı ilə qalib gəlməlidir:
Dostları ilə paylaş: |