Nizami Gəncəvi (1141-1209)


Erkək tinətliyəm olsam da qadın



Yüklə 32,68 Kb.
səhifə5/10
tarix29.12.2021
ölçüsü32,68 Kb.
#48643
1   2   3   4   5   6   7   8   9   10
Nizami Gəncəvi

Erkək tinətliyəm olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Göründüyü kimi, müasir dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası XII əsrdə Nizaminin əsərlərində öz əksini tapmışdır.



Nizaminin elm haqqında fikirləri. Nizami dəqiq elmlər içərisində ən qədim elm olan astronomiya ilə yaxından maraqlanmışdır. Bu da o səbəbdən irəli gəlirdi ki, qədimdə xalqlar, xüsusən əkinçilik və maldarlıq təsərrüfatı ilə məşğul olduqlarından fəsillərin dəyişməsi ilə əlaqədar olan vaxtın qabaqcadan dəqiq müəyyən olunmasını vacib məsələlərdən biri hesab edirdilər. Məsələn, misirlilər üçün Sirius ulduzunun yeni ildə ilk görünməsinin çox böyük əhəmiyyəti var idi. Belə ki, bu ulduzu müşahidə etməklə Günəş ilinin uzunluğunu təyin edir, ölkə təsərrüfatında həlledici amil olan Nil çayının daşma vaxtı qabaqcadan dəqiq müəyyənləşdirilirdi. Beləliklə, insanların məişət tələbatlarından irəli gələrək Qədim Misir, Çin, Yunanıstan, Babilistan, Hindistan və başqa ölkələrdə astronomiya elminin inkişafına gətirib çıxardı. Astronomiyanın inkişafı insanların göy cisimlərinə olan marağını artırır, ulduzlar aləminin sirlərini öyrənməyə istiqamətləndirirdi. Xalqların bu istəyi və tələbindən qidalanan Nizami Gəncəvi astronomiya, fizika, riyaziyyat elmləri ilə maraqlanmış, onların qanunauyğunluqlarını öz əsərlərində təsvir və şərh etmişdir. Məsələn, Nizami “Sirlər xəzinəsi” əsərində həm müəllifin sözləri, həm də yaratdığı obrazların dili ilə deyilən bir çox beytlərində göy cisimlərini, xüsusən zodiak bürclərini təsvir edir. Burada Həməl (Qoç), Sur (Buğa), Cövzə (Əkizlər), sərətan (Xərçəng), Əsəd (Şir), Xuşə və ya Sünbülə (Qız), Mizan (Tərəzi), Əqrəb, Qövs (Oxatan), Cədey (Oğlaq), Delv (Dolça) və Hut (Balıq) bürcləri bütünlüklə təsvir edilir. Nizami Gəncəvi Ptolomeyin geosentrik sistemini mükəmməl bildiyinə görə onu şərh etmişdir. Ptolomey sisteminə əsasən Günəş və Ay da planet hesab olunurdu, ona görə də həmin dövrdə planetlərin sayı 7 qəbul edilmişdir.

Nizami Gəncəvi öz əsərlərində elm və sənət haqqında yürütdüyü mülahizələri elmi araşdırma üzərində cəmləyirdi. Burada o, bu işdə böyük hökmdar İskəndərin elmə və sənətə verdiyi qiyməti alqışlayır. İskəndərin elmə bu münasibəti Yunan elmini bütün dünyada məşhurlaşdırır. Bu baxımdan “İskəndərnamə” əsərinin ən maraqlı hissələrindən biri “İskəndərin yeddi yunan filosofu ilə xəlvətə çəkilməsidir”. Həmin filosoflar bunlardır: Ərəstun (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuruyus (Porfiriy, suriyalıdır, əsl adı Məlikdir, yunanca təhsil almış, əsərlərini yunanca yazmışdır), Əflatun (Platon) və Hörmüs (bütün elmləri icad etmiş xəyali bir şəxs). Yeddi filosofun fikirlərini bir araya toplayan Nizami planetlərin hərəkət təsəvvürləri və Kainatın yaranması haqqında İskəndərin alimlərlə mübahisəsində birinci sözü Aristotel deyir. Aristotelə görə ilk əvvəl bir hərəkət mövcud idi, sürət həmin hərəkəti iki yerə bölür.

Nizami Gəncəvi ilk amil kimi hərəkəti götürür. Yaranan hərəkətdə sürət dəyişməsinin (təcilin yaranmasının) təsiri ilə dəyişənsürətli, yəni təcilli hərəkətin, sonra əyrixətli və ən nəhayət, fırlanma hərəkətinin əmələ gəldiyini göstərir. Nizami Gəncəviyə görə bu hərəkət dəyişməsinin keşməkeşindən cövhər, yəni hərəkətdə olan cism, materiya yaranmışdır.

Qeyd edək ki, Qədim Yunanıstanda planetlərin hərəkət nəzəriyyəsinin formalaşmış sistemi vardır. Həmin sistem o dövrün fəlsəfi görüşlərin çərçivəsindən kənara çıxa bilmirdi. Belə ki, bu sistem planetlərin müşahidəsindən deyil, fəlsəfi-nəzəri görüşlər əsasında qabaqcadan müəyyən başlanğıc şərtlər əsasında formalaşdırılmışdır. Məsələn, Yerdən fərqli olaraq, göydə ən mükəmməl cisim sferadır, ən mükəmməl fiqur dairədir, ən mükəmməl hərəkət “müntəzəm dairəvi” hərəkətdir. Ona görə də Nizami əsərində əvvəl planetlərin hərəkətinin “müntəzəm dairəviliyinə”, sonra planetlərin hərəkətlərinin müxtəlif sürətlərə və “müntəzəm dairəvi” hərəkətlər çoxluğundan ibarət olduğunu və nəhayət, geosentrik sistemin şərhini vermişdir. Bundan sonra, ardıcıl olaraq qalan filosofların baxışları təsvir və şərh edilmişdir. Məsələn, Fales dünyanın ilk cövhəri su olduğunu deyirdi: onun fəlsəfəsinə görə suyun hərəkətindən - buxarlanmasından buludlar yaranmış, buludla-bulud, buludla-ağac arasında su hissəciklərinin hərəkət və sürtünməsindən ildırım və od əmələ gəlmişdir. Od isə havada yana bildiyi üçün hava əmələ gəlmişdir. Su qatılaşdıqda isə buza çevrilmişdir.

Nizaminin əsərlərində öz dövründə elmi əsasları müəyyən olunmuş fiziki anlayışlar da yer tapmışdır. Onun “Sirlər xəzinəsi” əsərində aşağıdakı misralara nəzər yetirək:


Yüklə 32,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin