§ 3.4. Şirvan və Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi
Məlum olduğu kimi I Şah İsmayılın hakimiyyəti dövrün-
də Şirvanşahların irsi idarə hüquqlarına toxunulmadı, daxili
idarəetmə müstəqilliyi saxlanıldı. II Xəlilullahın dövründə
(1524-1535) Şirvan Səfəvilərdən asılı vəziyyətdə idi. II Xəlil-
ullah (II İbrahim Şeyxşahın böyük oğlu, I Şah İsmayılın qızı
Pərixan xanımın əri) Səfəvilərə xəyanət edən Gilan hakimi
Əmir Dibaca Şamaxı sarayında sığınacaq vermiş, onu apar-
mağa gələn şah elçilərinə rədd cavabı verərək Əmir Dibacı ver-
məkdən boyun qaçırmışdı. Həmçinin, II Xəlilullah 1534-cü ildə
Osmanlı dövlətinin vəziri İbrahim paşaya Təbriz tutulduqdan
sonra qiymətli hədiyyələr göndərmişdi. I Şah Təhmasibin başı
osmanlılarla müharibəyə qarışdığından onu cəzalandıra
bilmədi. II Xəlilullah 1535-ci ildə öz əcəli ilə vəfat etdi. Oğlu
olmadığından qardaşı oğlu Şahrux Şirvanda hakimiyyətə gəldi.
Şahrux azyaşlı olduğuna görə hakimiyyət onun vəkili Hüseyn
bəy və Şirvan əyanlarının əlinə keçmişdi. Ə yanların
özbaşınalığı daxili çəkişmələrə və ixtilaflara səbəb olmuşdu.
1537-ci ildə Mahmudabad və Salyanda bir qələndər özünü
Şirvanşahın qardaşı Məhəmməd Amin kimi qələmə verərək
xalqı üsyana qaldırdı, Şirvana doğru hərəkət edərək Şamaxını
54
ələ keçirdilər. Şahrux və saray əyanları Buğurd qalasına
sığındılar.
Üsyançılar öz hakimiyyətlrini qura bilmədilər və 40 gün-
dən sonra Şamaxıdan Salyana doğru çəkildilər. Üsyançıları
təqib edən Şahruğun qüvvələri Salyan yaxınlığında onları
darmadağın etdilər və qələndər öldürüldü.
Lakin Şirvanda Şirvan əmirləri arasında çəkişmələr da-
vam edir və mərkəzdən qaçma meylləri daha da artırdı. II
Xəlilullahın dul qadını Pərixan xanım Şirvanada yaranmış
vəziyyət haqqında məlumatı qorçubaşı Padar vasitəsi ilə qardaşı
I Şah Təhmasibə çatdırdı. 1538-ci ilin yayında şahın qardaşı
Əlqas Mirzə iyirmi minlik ordu, həmçinin Qarabağın və
Muğanın qoşun hissələri ilə Şirvana daxil oldu. Surxab, Qorçi
qalaları, Qəbələ tutulduqdan sonra Gülüstan və Buğurd qalaları
üzərinə hərəkət etdilər. Buğurd qalasının müdafiəçiləri bir neçə
ay müqavimət göstərsələr də, şahın əlavə qüvvələrinin
gəlməsindən sonra müqavimət dayandırıldı. Şirvanşahların
Buğurd qalasında saxladıqları zəngin xəzinə ələ keçirildi.
I Şah Təhmasib ixtişaşda günahı olanları cəzalandırdı, bir
sira əmirlər və yerli əyanlar, o cümlədən Şahruxun vəkili
Hüseyn bəy edam edilərək əmlakları müsadirə olundu. Şahrux
Təbrizə aparıldı və sonradan edam edildi.
Beləliklə, Şirvanşahlar dövlətinin varlığına son qoyul du,
Səfəvi dövlətinin bir əyalətinə çevrildi. Şah qardaşı Əlqas
Mirzəni Şirvan bəylərbəyi təyin etdi. Əlqas Mirzə Şirvanın
birinci bəylərbəyi oldu.
Şirvanın Azərbaycan Səfəvilər dövlətinə birləşdiril-məsi
mütərəqqi hadisə idi. Ölkənin cənub və şimal vilayət-lərinin
vahid dövlət tərkibində birləşdirilməsi Azərbaycanın iqtisadi və
mədəni inkişafında müsbət rol oynadı.
Şirvanın müstəqilliyinə son qoyulması ilə yerli əyanlar
barışmırdılar. Onlar itirdikləri imtityazlarını bərpa etmək istə-
yirdilər. Onların bu mövqeyindən Osmanlı dövləti də istifadə
etməyə cəhd edirdi. Şirvan əyanlarının əhval-ruhiyyəsindən
55
istifadə edərək Ə lqas Mirzə özünü müstəqil dövlət başçısı elan
etmək qərarına gəldi.
1546-cı ilin əvvəllərində Şirvandan Oruz ağa Rumlu
Qəzvinə gələrək Ə lqas Mirzənin hazırladığı qiyam haqqında
şaha məlumat verdi. Bir neçə gün sonra Sultan Mahmud Mirzə
və Kərəm Mirzənin Ə lqas Mirzənin qiyama hazırlaşması
xəbərini çatdırmaları ilə I Şah Təhmasibdə qiyam hazırlığına
şübhə qalmadı.
I Şah Təhmasib Ürgənc oğlunu 1546-cı ilin yazında
Şirvana Əlqas Mirzə ilə danışıq aparmağa göndərdi. Əlqas
Mirzə tabe olmaqdan imtina etsə də şahın öz qoşunu ilə Şirvana
yaxınlaşması xəbərini alanda anası Xanbəyi xanımı və böyük
oğlu Sultan Əhmədi bağışlanması üçün onun yanına göndərdi.
Şah Xanbəyi xanımla birlikdə bir qrup adlı-sanlı adamları
Əlqas Mirzə ilə danışıq aparmağa göndərdi. Əlqas Mirzə ilə
Cavadda aparılan danışıqlardakı razılaşmaya görə hər il şah
xəzinəsinə min Təbriz tüməni ödəyəciyini və min atlı
göndərəcəyini öhdəsinə götürdü və şaha sədaqətli olacağına and
içdi.
Əlvənd Mirzə I Şah Təhmasibin 1547-ci ildə Gürcüstan
və “çərkəz diyarına” yürüşlərində iştirak etdi. Lakin Şirvana
qayıtdıqdan sonra yenidən məscidlərdə öz adından xütbə oxut-
durdu, öz adından pul zərb etdirdi və özünü müstəqil hakim
elan etdi. Şah Gürcüstan yürüşündən qayıdarkən Gəncədən
keçib Yevlaxda dayandı. Əlqas Mirzənin üzərinə 5 min nəfərlik
süvari dəstəsi göndərdi. Şah həmçinin Süleyman Çələbinin
başçılığı ilə Dərbənd üzərinə dəstə göndərdi. Bu zaman Əlqas
Mirzə Dərbənddən Cənibi Dağıstana (“çərkəz diyarına”) yürüş
edirdi. Əlqas Mirzənin bu yürüşü uğursuzluqla nəticələndi.
Əlqas Mirzə Dağıstanda olarkən I Şah Təhmasibin 30 minlik
qoşunla Şirvan üzərinə hərəkət etməsi haqqında xəbər aldı. O,
şah qoşunlarına qarşı hərbi dəstələr göndərdi. Onun göndərdiyi
dəstənin bir hissəsi Samur çayı sahilində, bir hissəsi isə
Qəbələdə qarmadağın edildi. Şah Ə lqasın qayıtma xəbərini al-
56
dıqda Dərbəndə böyük bir dəstə göndərdi. Əlqas Mirzə
Xınalığa çəkildi. Onun qoşunu kütləvi şəkildə şahın tərəfinə
keçməyə başladı. Əlqas qoşunun qalan hissəsi ilə şimala çəkilib
Samur çayını keçdi. Qızılbaş qoşununun qabaqda gedən dəstəsi
ona çataraq qalan qoşununu darmadağın etdi. Yaralanmış Əlqas
Mirzə qaça bildi. O, Azov dənizindən İstanbula getdi.
Əlqas Mirzə qaçandan sonra da onun tərəfdarları Gülüs-
tan və Dərbənd qalalarında müqavimət göstərirdilər. Gülüstan
qalası üç ay mühasirədə qalandan sonra şah qoşunları tərə-
findən ələ keçirilə bildi.
Dərbənd qalasının müdafiəçiləri də ciddi müqavimət
göstərirdilər. I Şah Təhmasib əlavə qüvvə göndərdikdən sonra
lağım və top atəşi ilə qala divarları dağıdıldı. Müdafəçilər
təslim olmağa məcbur oldular. Şaha təslim olmaq üçün gə-
lənlərin içərisində I Şah Təhmasibin ögey qardaşı Ə lqas Mir-
zənin anası Xanbəyi xanım da var idi.
Beləliklə Ə lqas Mirzənin və Şirvan əyanlarının müqavi-
mətinə son qoyuldu. I Şah Təhmasib oğlu İsmayıl Mirzəni (II
Şah İsmayıl) Şirvana bəylərbəyi təyin etdi.
Şirvanda dövlət müstəqilliyinin bərpasına meyl çox güclü
idi. Ona görə də Şirvanda Səfəvilər əleyhinə yeni üsyan baş
verdi. Üsyana 1547-ci ildə Qaytaqdan Şirvana yürüş edən
Bürhan Mirzə başçılıq edirdi. Qaynaqlarda Bürhan Əli Sultan,
yaxud Bürhan Mirzə Şirvanşah II Xəlilullahın (1524-1535)
oğlu olduğu göstərilir.
Bürhan Mirzə hələ 1544-cü ildə Qaytaqdan Şirvan üzə-
rinə yürüş etmiş və Ə lqas Mirzənin ordusu tərəfindən məğlub
edilmişdi.
1547-ci ildə Bürhan Mirzə yenidən Şirvan üzərinə yürüşə
başladı. Şirvan əsgərlərinin qalıqları da ona qoşuldular. Lakin
Şirvan bəylərbəyi İsmayıl Mirzə və lələsi Göyçə Sultan Qacarın
qüvvələri tərəfindən darmadağın edildilər. Bürhan Mirzə
Qaytağa qaçdı. Çox keçmədi ki, Sultan Süleymanın Azər-
baycana üçüncü yürüşü ilə əlaqədar Şirvan hakiminin Şir-
57
vandakı hərbi hissələri Azərbaycanın cənubi istiqamətində
aparmasından istifadə edən Bürhan Mirzə Şirvana hücum
edərək Şamaxını müqavimətsiz ələ keçirdi.
Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra I Şah
Təhmasib Abdulla xan Ustaclını Şirvana hakim təyin etdi.
Əlavə qoşun hissəsi verərək Şirvanı qiyamçılardan təmizləmək
haqqında göstəriş verdi. 1549-cu ildə Abdulla xan Cavad
yaxınlığında Kür çayını keçib Əli Şəban deyilən yerdə dayandı.
Buğurd dərəsində yerləşən üsyançılar çox olduqlarından qızıl-
başlar hücum etməyə ehtiyat edirdilər. Bu zaman Bürhan Mir-
zənin ölməsi və onun qohumlarından Mehrabı başçı seçmələri
haqqında xəbər alan qızılbaşlar üsyançılar üzərinə hücuma
keçdilər. Üsyançılar məğlub oldular. Mehrab yaxın adamları ilə
qaçdı. Üsyançılar Mehrabın qohumu Qurban Əlini başçı
seçərək Şirvanşah taxtına namizədliyini irəli sürdülər. Özləri
isə K ür çayının Xəzərə töküldüyü yerdə yerləşən Derav adlı
adaya çəkildilər. Qızılbaşlar onları təqib edərək çatdılar. Lakin
qiyamçılar Abdulla xanın barışıq təklifini qəbul etmədilər.
Tərəflər arasında baş verən döyüşdə üsyançıların əksəriyyəti və
Qurban Əli öldürüldü.
Səfəvilər dövləti əleyhinə başlamış üsyan Şirvanın müstə-
qilliyini bərpa etmək məqsədini qarşıya qoymuşdu. Onlar
Şirvanın müstəqilliyinə nail olmaq üçün Osmanlı Türkiyəsinin
köməyindən istifadə etmək üçün Osmanlı Sultanına müraciət
etdilər. Osmanlılar isə bundan öz məqsədləri üçün istifadə
edərək Xəzər sahilinə çıxmağa çalışırdılar. Şirvanda baş verən
üsyanlar burda dövlət müstəqilliyi ənənəsinin güclü olduğunu
göstərirdi.
Şəki xanı Həsən bəyin oğlu Dərviş Məhəmmədin döv-
ründə (1524-1551) Səfəvilərlə Şəki xanlığının münasibətləri
pisləşmişdi. 1538-ci ildə qızılbaşlar Buğurd qalasını mühasi-
rəyə alanda Dərviş Məhəmməd Şahruğun köməyinə gəlmişdi.
Şirvanşahlar məğlub olub hakimiyyətdən salındıqda o, Şəkinin
müstəqilliyini və hakimiyyətini qorumaq üçün Səfəvilərlə
58
yaxınlaşmaq siyasəti yeritdi. I Şah Təhmasibin bacısı, Şirvan-
şah II Xəlilullahın dul qalmış qadını Pərixan xatunla evləndi.
Pərixan xatunun ölümündən sonra Səfəvilərlə Şəki xanlığı
arasında münasibətlər yenidən pisləşdi.
Dərviş Məhəmməd xan Əlqas Mirzənin müstəqillik uğ-
runda apardığı üsyanı da müdafiə etmiş, hətta qardaşı Şahnə-
zərin başçılığı ilə ona kömək üçün hərbi qüvvə göndərmişdi.
Əlqas Mirzənin müstəqillik meylini müdafiə etməsi Səfəvilərlə
Şəki xanlığının münasibətlərini daha da pisləşdirdi. Osmanlılar
Azərbaycan ərazisini tərk edəndən sonra 1548-ci ildə I Şah
Təhmasib Qarabağdan Sevindik bəy Əfşarı 2500 nəfərlik qorçi
ilə Şəkiyə göndərdi. Dərviş Məhəmməd Kiş qalasına çəkildi.
Sevindik bəy Kiş qalasını tuta bilməsə də Şəkini talan edib geri
qayıtdı.
1551-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son
qoymaq üçün Ərəşə gəldi. Səfəvilərdən asılı olan Kaxetiya çarı
Levan (Ləvənd) hərbi dəstəsi ilə I Təhmasibin hüzuruna gəldi
və qızılbaşlara qoşuldu. Dərviş Məhəmməd isə Təhmasibin
yanına gəlmədi. Hətta şahın tabe olması haqqında Şəki haki-
minin yanına göndərdiyi elçiyə rədd cavabı verdi. Dərviş
Məhəmməd şahın tələbini qəbul etməməkdə Şəki xanlığının
ərazisində yerləşən alınmaz hesab etdiyi “Gələsən-Görəsən”
qalasına arxayın idi. Şəkililər “Gələsən-Görəsən”, Kiş qala-
larına və dağ yamaclarında yerləşən sığınacaqlara – Siqzara
çəkildilər. Qızılbaşlar eyni vaxtda qeyd olunan qalalar üzərinə
hücuma keçdilər. Qorçibaşı Sevindik bəy, Bədir xan və Şah-
qulu xan Ustaclı Kiş qalasına, Abdulla xan Ustaclı və Kaxetiya
çarı Levan “Gələsən-Görəsən” qalasına, Şahqulu xəlifə isə Sıq-
nağa doğru hərəkət edən qoşun hissələrinə başçılıq edirdilər.
Şəkililər qızılbaşlara qarşı cəsarətlə müqavimət göstərsələr də
qızılbaşların topları qarşısında tab gətirə bilmədilər. Qala divar-
ları toplarla və başqa vasitələrlə dağıdılırdı. Kiş qalasının di-
varları 20 gün müqavimətdən sonra dağıdıldı. Qalanın rəisi
Mahmud bəy müqavimət göstərməyin heç bir nəticə vermə-
59
yəcəyini başa düşərək qala qapısının açarlarını şaha təqdim
edərək təslim olduğunu bildirdi. K iş qalasının müda fiəçilərinin
müqaviməti dayandıraraq təslim olması xəbərini alan Sıq-
nağdakı şəkililər də mübarizəni dayandırıb itaət etdilər. Vəziy-
yətin belə olduğunu görən Dərviş Məhəmməd xan gecə 400
nəfərlik süvari dəstəsi ilə “Gələsən-Görəsən” qalasından çıxıb
qızılbaşların mühasirə xəttini yararaq qaçmağa cəhd göstərdi.
Lakin qızılbaş dəstələri onların qarşısını alaraq onları qılıncdan
keçirdilər. Dərviş Məhəmməd xanın başını kəsib şaha gətir-
dilər. Beləliklə Şəki vilayəti Səfəvilərin hakimiyyəti altına
keçdi. I Şah Təhmasib Toyğun bəy Qacarı Şəki hakimi təyin
etdi.
Dostları ilə paylaş: |