49
oldular. Baş verən döyüşdə Osmanlı dəstələri ağır məğlubiy-
yətə uğradı və Sultanın yaxın adamlarından olan Sinan bəy əsir
alındı.
Sultan Süleyman eyni vaxtda Azərbaycana Şimal tərəfdən
zərbə vurmağı planlaşdırmışdı. O, Şirvanşahlar nəslindən olan
Qasım Mirzəni Kəffəyə (Krıma) göndərmış, Dağıstanda Kumık
və Qaytaq hakimlərinə onunla birləşərək Şirvan istiqamətində
hücum etmələri haqqında göstərış vermişdi.
Səfəvilərin əsas
qüvvələri osmanlılarla müharibəyə cəlb olunduğundan Şirvan
bəylərbəyi Abdulla xan Ustaclının sərəncamında az qüvvə
qalmışdı. Ona görə də Qasım Mirzə asanlıqla irəliləyərək
Buğurd qalasını ələ keçirdi. Gülüstan qalası ətrafında baş
vermiş döyüşdə Qasım Mirzənin qüvvələri ciddi məğlubiyyətə
uğrayıb geri qaçdılar.
Beləliklə, Osmanlı Sultanı Azərbaycanı işğal etməyin
mümkün olmadığını görüb, Səfəvilərin
dəfələrlə təklif etdiyi
sülh danışıqlarına başlamağa razı oldu və baş vəzir Mehmet
paşaya bu haqda göstəriş verdi. Mehmet paşa məktub göndə-
rərək Sinan bəyi azad etməyi və onunla danışıq aparmaq üçün
nümayəndələrini göndərməyi xahiş etdi. Sinan bəylə gələn
Qorçibaşı Şahqulu ağa Qacar I Şah Təhmasibin məktubunu
1554-cü il sentyabrın 26-da Ərzurumda Sultan Süleymana
təqdim etdi. Sultan Süleyman elçini hörmətlə qarşıladı
və I Şah
Təhmasibə yazdığı məktubla geri yola saldı. Hər iki dövlət sülh
müqaviləsinə hazırlıq işlərinə başladılar.
Şahqulu ağa Qacar geri döndükdən sonra eşikağası Kəma-
ləddin Fərruxzad Amasiyaya göndərildi. Osmanlı baş vəziri ona
ziyafət verdi. 1555-ci il may ayının 21-də Sultanın yanında
toplanan Divanda Səfəvi elçisinin gətirdiyi hədiyyələr təqdim
edildi. Osmanlı vəzirləri ilə Səfəvi elçisi arasında sülhün
şərtləri müzakirə olundu. İki dövlət arasında sərhəd son
Osmanlı hücumu əsas götürülməklə müəyyən olundu. 1555-ci
il may ayının 29-da Səfəvi dövləti ilə Osmanlı dövləti arasında
sülh müqaviləsi imzalandı. Sülhə görə Qərbi Gürcüstan–
50
İmeteriya, Menqreliya, Quriya Osmanlı Türkiyəsinin təsiri
altına keçdi. Şərqi Gürcüstan–Mesxiya, Kartliya,
Kaxetiya
Səfəvi dövlətinin təsiri altına düşdü. Qars vilayəti boşaldılmış
ərazi kimi tanındı və qərara alındı ki, oranın əhalisi köçürülsün.
Bağdad da daxil olmaqla Ərəb İraqı Osmanlıların əlində qaldı.
Amasiya sülh müqaviləsi nəticəsində Ərəb İraqı, Şərqi
Anadolu və Gürcüstanın qərb vilayətləri Osmanlıların təsiri
altına düşsə də bu sülh I Təhmasibin böyük qələbəsi idi. Ama-
siya sülhü ilə Osmanlı və Səfəvi dövlətləri arasında 41 il davam
edən düşmənçiliyə son qoyuldu. Səfəvi dövlətini Osmanlı
dövləti rəsmən tanıdı.
XV əsrdə sərhədləri Avropa, Asiya və Afrika qitələrini
əhatə etməklə böyük canlı qüvvə və maddi ehtiyatlara,
güclü
hərbi potensiala malik Osmanlı dövləti qüdrətli dövrünü yaşa-
yırdı. Bu baxımdan Səfəvi dövləti üçün Osmanlı imperiyası ilə
müharibə aparmaq çox təhlükəli idi. Nəzərə alınsa ki, Səfəvilər
tez-tez hər iki cəbhədə, həm Osmanlılarla, həm də arası kə-
silmədən Xorasanda özbəklərin hücumlarına qarşı müharibələr
aparırdılar. Belə bir şəraitdə Amasiya sülhünün bağlanması I
Şah Təhmasibin uğuru idi.
1555-ci ildə, Amasiya sülh müqaviləsindən sonra I Şah
Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçür-dü. Bu
Osmanlı dövlətinin yürüşləri zamanı Təbrizin hər dəfə Osmanlı
işğalı altına düşməsi ilə əlaqədar idi.
Tərəflər arasında sülh şəraiti yaranandan bir neçə il sonra
Sultan Süleymanın oğlu Bəyazid atasına qarşı üsyan qaldırmış,
lakin məğlub olub Çuxursəd istiqamətində
geri çəkilmiş və
1559-cu ilin sonunda Qəzvinə gələrək I Şah Təhmasibə sığın-
mışdı. I Şah Təhmasib bu imkandan faydalanmaq məqsədi ilə
Bəyazidin qaytarılması müqabilində Bağdadı Osmanlıdan geri
almaq istəyirdı. Osmanlı sultanı bu təklifi qəbul etmirdi və
Bəyazidin qaytarılmasını tələb edirdi.
1562-ci ilin iyulunda Van hakimi Xosrov paşanın başçı-
lığı ilə Qəzvinə Bəyazidin qaytarılması tələbi ilə böyük bir elçi
51
heyəti gəldi. Osmanlılarla yeni müharibə təhlükəsindən ehtiyat
edən İ Şah Təhmasib Bəyazidi və onun dörd oğlunu elçilərə
təhvil verdi. Onlar oradaca edam edilərək cəsədləri Osmanlı
dövlətinə aparıldı. Bəyazidin cənazəsini aparan osmanlı nüma-
yəndələri Qəzvinin küçələrində əhali tərəfindən daşa tutulurdu.
Bəyazidin Bursada gizlədilmiş 5 yaşlı oğlunu da Sultan
Süleymanın cəsusları boğub öldürdülər. Beləliklə, Bəyazidin I
Sultan Süleymanın adamlarına verilməsi iki dövlət arasında baş
verə biləcək yeni çəkişməni aradan qaldırdı.
I Sultan Süleymanın ölümündən (1566-cı il) sonra da iki
dövlət arasında dinc münasibətlər davam etmişdir. I Şah
Təhmasib II Səlim (1566-1574) və II Muradın (1574-1595)
cüluslarını təbrik etmək üçün 1567-ci ildə Şahqulu xan Us-
taclını qiymətli hədiyyələrlə Ədirnəyə və 1575-ci ildə Toxmaq
xan Ustaclını İstanbula göndərmişdi.
Dostları ilə paylaş: