45
Şah Təhmasib osmanlıların sayca çox olmasını nəzərə alaraq,
əsaslı döyüşdən çəkinir, tətbiq etdiyi döyüş taktikasını
davam
etdirirdi.
Sultan Süleymanın Sultaniyyəyə catması qızılbaş əmirləri
arasında çaşqınlıq yaratdı. Məhəmməd xan Zülqədər oğlu,
Hüseyn xan Təkəli və başqaları osmanlı tərəfə keçdilər. Payızın
sonunda Sultaniyyə ərazisinə güclü qar yağması, havanın
soyuması, ərzaq çatışmamazlığı nəticəsində osmanlılar böyük
itkilər verdilər. Sultan qışlamaq üçün Bağdad istiqamətində geri
çəkildi. Üləmanı isə Təbrizə göndərdi. Sultanın
Bağdada doğru
getməsindən xəbər tutan I Şah Təhmasib Təbriz istiqamətində
irəlilədi. Sultan şahın gəldiyini eşidib Van qalasına çəkildi. Van
qalasını mühasirədə saxlayan I Şah Təhmasib qardaşı Sam
Mirzənin xəyanət edərək düşmən tərəfə keçməsi haqqında
məlumat aldıqda mühasirədən əl çəkərək geri çəkildi.
Sultan Süleyman böyük çətinliklə Bağdada çatdı. Həmin
ilin qışını Bağdadda keçirdi. Ərəb İraqında osmanlı
idarə sis-
temi yaradıldı. Beləliklə Ərəb İraqı osmanlı dövlətinin
tabeliyinə keçdi.
Dostları ilə paylaş: