52
Astrabadı ələ keçirdi. 1527-ci ildə özbəklər Heratı
mühasirəyə
aldılar. Herat 7 ay mühasirədə qaldı. I Şah Təhmasibin yaxın-
laşması haqqında xəbər tutan Übeydulla xan mühasirədən əl
çəkdi. Tərəflər arasında Cam vilayətində Sarıqamış adlanan
yerdə böyük döyüş baş verdi. Ö zbək qoşunu məğlubiyyətə uğ-
radı, Übeydulla xan qaça bildi. I Şah Təhmasib geri qayıtdıqdan
sonra 1529-cu ildə Übeydulla
xan yenidən hücum edərək
Məşhədi və Heratı tutdu. 1529-cu ilin sonunda I Şah Təhmasib
70 minlik ordu ilə Xorasana qayıtdı. Özbəkləri Xorasandan
çıxararaq qardaşı Bəhram Mirzəni lələsi Qazi xan Təkəli ilə
Xorasan hakimi təyin etdi. I Şah Təhmasibin başı
Üləma bəy
Təkəlinin üsyanını yatırmağa qarışdığı vaxt Übeydulla xan
yenidən 1531-ci ildə Xorasana basqın etdi. Məşhədi tutub,
Heratı mühasirəyə aldı. Herat il yarım özbəklərin qoşunu
tərəfindən mühasirədə saxlanıldı. Lakin 1532-ci
ilin sonunda I
Şah Təhmasibin Xorasana qayıtması Übeydulla xanı Xorasanın
mühasirəsindən geri çəkilməyə məcbur etdi.
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi
qızılbaş tayfaları arasında yeni çəkişmələrə səbəb oldu. Şamlı
tayfası mərkəzi hakimiyyətə qarşı üsyan qaldırdı. Xorasanda
yaranmış hərc-mərclikdən istifadə edən özbəklər yenidən yü-
rüşlərə başladılar. Herat ərazisinə daxil olan özbəklər 1535-ci il
may ayının 22-də baş vermiş döyüşdə qızılbaş qoşununu
darmadağın etdilər.
Məşhədi mühasirəyə alan özbəklər 1536-cı
il yanvar
ayının 13-də Nişapur ərazisində qızılbaşları məğlubiyyətə uğ-
radaraq Məşhəd hakimi Sufiyan Xəlifəni öldürdülər. 1536 -cı il
martın 11-də Übeydulla xan Heratı mühasirəyə aldı, beş ay
davam edən mühasirədən sonra şəhər ələ keçirildi.
Bir ildən artıq Herat qalasında qalan özbəklər 1537-ci il
yanvarın 29-da I Şah Təhmasibin Xorasana gəlməsi ilə geri
çəkilərək Buxaraya qayıtdılar.
Heratda yenə də Səfəvilərin
hakimiyyəti bərpa olundu.
53
Übeydulla xan 1539-1540-cı illərdə Xorasana uğursuz
yürüşlərindən sonra xəstələnib öldü. 1540-cı illərdə Xarəzm
hakimləri Səfəvilərlə yaxınlaşsa da, bu özbək xanlarının Xora-
san ərazisinə yürüşünü dayandırmadı. Osmanlı dövləti Səfəvi
dövlətinə qarşı mübarizədə özbək xanlarından
istifadə etmək
məqsədi ilə onlarla əlaqə saxlayıb onları qızılbaş ərazisinə
yürüşə təhrik edirdi. 1543, 1545, 1548,1550, 1555, 1558, 1559-
1560, 1563-1564, 1566-1567, 1569-1570-ci illərdə özbək xan-
larının Xorasan ərazisinə basqınları davam etsə də, bu yürüşlər
uğursuzluqlarla nəticələnmişdi.
Dostları ilə paylaş: