Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   12   13   14   15   16   17   18   19   20
NOVRUZLU-AYTAC (1)

NƏTİCƏ 
 
Süni intellektə əsaslanan sistemlər olduqca ağıllı və güclü olmasına 
baxmayaraq, bir çox mütəxəssislər düşünürlər ki, heç bir proqram insan düşüncəsini 
əvəz edə bilməz. Lakin bu sahədə olan nailiyyətlər deməyə əsas verir ki, elə bir 
zaman gələcək insanlar bu intellektual qurğuların əsirinə çevrilərək onlardan 
tamamilə asılı olacaq, ancaq hələ ki bu əvəzləşdirmə tamamilə mümkün olmayıb. 
Hazırki dövrdə süni intellektə əsaslanan robototexnikaya nəzər salsaq, bunun elə də 
uzun olmayan bir zamanda həyata keçiriləcəyi istisna olunmur. Biznes konteksində 
Sİ-ə şirkət və təşkilatlara bir sıra əməliyyat və tranzaksiyaların həyata keçirilməsində 
yardım edən xüsusi proqramlar üçün müraciət etmək mümkündür.
Dissertasiya işinin ilk fəslində qeyd olunmuşdur ki, müasir informasiya 
sistemlərinin əsasını məhz süni intellekt, və eyni zamanda bunun bir hissəsi kimi 
çıxış edən intellektual sistemlər təşkil edir. Ekspert sistemlərin tətbiq istiqamətləri, 
praktikada əhəmiyyəti vurğulanmış, həmçinin əsas anlayışlarına, layihələndirilmə 
mərhələlərinə nəzər salınmışdır. Ekspert sistemlərin kompüter avadanlığı, proqram 
təminatı və ekspertin mühakimə yürütmə və məsləhət vermə bacarıqlarını daşıyan 
ixtisaslaşdırılmış informasiyadan ibarət kompüter proqramı kimi süni intellektin daha 
dar aspekti əhatə edən növü oladuğu bildirilmişdir.
Tədqiqat işinin ikinci fəsli tamamilə ekspert sistemlərdə biliklər bazasının
qurulmasına ayrılmışdır. Bilik bazasının quruluşu, bilik ələ keçirmə metodları, nəzəri 
aspektləri, əldə etmə strategiyaları qeyd olunmuşdur. Burada bilik bazalı ekspert 
sistemlərin yaradılmasında istifadə olunan dil və alətlərdən bəhs olunur. 
Tədqiqat işinin son fəslində biliklərin təsvir olunma modelləri, müxtəlif 
texnologiyalar vasitəsilə biliklərin emal olunması, QQYS və OLAP texnologiyaları, 
İntellektual təhlil metodlarına nəzər salınmışdır.
Ümumilikdə dissertasiya işi adından da göründüyü kim hal-hazırda 
informasiya texnologiyalarının ən əsas inkişaf istiqamətlərində biri olan ekspert 
sistemlərə həsr olunmuşdur. Ekspert sistemlərdən istifadə qaydası, onların qurulma 
alqoritmləri qeyd edilmişdir. 


75 
Ekspert sistemlərin xərcləri əhəmiyyətli dərəcədə dəyişir. Buraya hazırlıq və 
istismar kimi inkişaf sonrası xərcləri də daxildir. Proqramın istifadəsi üçün xərclər çox 
sadə bir sistem üçün ən azı minlərlə dollardan milyonlar arasında dəyişməkdədir. Böyük 
şirkətlər və kompleks fəaliyyətlər üçün kifayət qədər güclü bir kompüter təchizatı 
olmalıdır və yeni mütəxəssis sistemi mövcud informasiya sistemləri və proseslərə nəzrət 
ilə inteqrasiya etmək üçün tez-tez proqramlaşdırmalıdır. Həmçinin, proqramdan asılı 
olaraq, bilik bazası əlaqə səviyyəsini və aktuallığını normada saxlamaq üçün tez-tez 
yenilənməlidir. Mütəxəssisin məlumatı təsəvvür etmə və rəqəmsal formada təsvir etmə 
qabiliyyətindən asılı olaraq sistemin aktivləşdirilməsi prosesi uzuna bilir. Bu qədər 
səylər sonrasında belə bəzi ekspert sistemlər zəif dizaynı və ya qeyri-kafi məlumat 
modelləşdirməsi səbəbi ilə xərclərini qarşılaya bilmir.
Ekspert sistemlər son dərəcə zəngin məlumat-verilənlər bazası strukturu və 
məzmunu kimi son dərəcə mürəkkəb vəzifə və fəaliyyətlər icra edir. Bu səbəblə insan 
fəaliyyətlərini və problemləri modelləşdirmək üçün çox uyğundurlar. Ekspert sistemlər 
istehsal fasilələrini azaldaraq keyfiyyəti artıra bilərlər. Əlavə olaraq, ekspert sistemlər 
rəqəmsal rabitədən istifadə edərək araşdırmaların uzaq məsafələrə köçürülməsini 
asanlaşdırır. Bütün hallarda ekspert sistemin uzunmüddətli istifadəsi bir insan 
mütəxəssisinin xidmətlərindən daha ucuz və daha keyfiyyətli ola bilər. 
Hal-hazırda ayrı-ayrı sahələrdə ekspert sistemlərin hazırlanması və tətbiq 
olunması prosesində effektivliyi artırmaq üzrə böyük işlər görülür. Və bunun 
nəticəsində istər tibb, istərsə də iqtisadiyyat və digər sahələrdə nailiyyətlər əldə 
olunur. Ekspert sistemlərin vəzifəsi ondan ibarətdir ki, qurulduğu andan etibarən 
daxil olunan ekspert bilikləri təhlükəsiz formada saxlasın və müraciət zamanı həmin 
biliklərə başa düşülən formada əlçatanlığı təmin etsin. Hansı sahədə istifadə 
olunmasına baxmayaraq, ekspert sistemlərin istifadəsi iqtisadi səmərə gətirir və həll 
olunan məsələnin dairəsini olduqca genişləndirir. Ekspert sistemlər o cümlədən digər 
intellektual sistemlər iş prosesində məhsuldarlığı artıraraq qoyulmuş məsələnin 
həllini asanlaşdırır. Müasir dövrdə firmalar bazarda rəqabət güclərini artırmaq üçün 


76 
yüksək ixtisaslaşma səviyyəsində fəaliyyət göstərməlidirlər. Təkcə 1196-ci ilə süni 
intellektə əsaslanan sistemlər 1996 satış həyata keçirmişdilər. Ekspert sistemlər 
təşkilat daxilində informasiyanın ötürülməsi və yayılması, düzgün strategiyaların 
seçilməsi proseslərində aparıcı rol oynayır.Başqa sözlə desək, şirkətlər bazardakı 
səhmlərə nəzarət edərkən müdafiə strategiyası yaratmaq imkanlarını müəyyən edərək 
əsas mövqeni ələ keçirmiş sayılır . 1991-ci ildən bu yana maliyyə sahəsində 
istifadəsinə başlanmış ekspert sistemlər gəlirin səviyyəsi, ümumi mənfəətin 
artırılması, uzunmüddətli və qısamüddətli borcların hesablanması , kadr dəyişikliyinə 
nəzarət etməklə riskdən qaçmağa, keyfiyyət əmsallarının, bazar mövqeyi və işgüzar 
nüfuzun yüksəldilməsinə və hətta firmanların itirilmiş statuslarının bərpasına yardım 
edir.
Bu sahədə olan nailiyyətlər deməyə əsas verir ki, elə bir zaman gələcək 
insanlar bu intellektual qurğuların əsirinə çevrilərək onlardan tamamilə asılı olacaq, 
ancaq hələ ki bu əvəzləşdirmə tamamilə mümkün olmayıb. Hazırki dövrdə süni 
intellektə əsaslanan robotexnikaya nəzər salsaq, bunun elə də uzun olmayan bir 
zamanda həyata keçiriləcəyini demək mümkündür. Hər il bu sahədə həm dünya üzrə, 
həm də ölkəmizdə inkişaf daha yüksək pilləyə yüksəlir və uzun illər də belə olacağı 
danılmaz faktdır. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin