6.1. Qazıma qurğularının diaqnostikası
Qazıma qurğuları özündə maĢın, mexanizm və
qurğuları birləĢdirən mürəkkəb texniki sistemlərdən
ibarətdir. Qazıma qurğusunun texniki vəziyyəti onu təĢkil
edən hissələrin, o cümlədən, əsas yükqaldırıcı mexanizm-
lərin (bucurqad, gediĢ sistemi), buruğun metal konstruk-
siyasının, qazıma sahəsində endirib-qaldırılma əməliyyat-
larını yerinə yetirən mexanizmlərin vəziyyəti, qurğunun
pnevmatik avadanlığının təzyiq altında iĢləyən boru
sisteminin, məhlulun hazırlanması və verilməsini təmin
edən dövri sisteminin, qazıma rotorlarının və digər
avadanlığın intiqallar kompleksinin vəziyyəti ilə təyin
edilir.
Diaqnostika hesablanmıĢ iĢləmə müddəti dövründə,
həmçinin, bu müddəti ötmüĢ qazıma qurğularının texniki
vəziyyətinin qiymətlədirilməsi məqsədilə aparılır.
Ġstismarın normativ müddəti ötmüĢ quyularda
müayinə mütləq prosedur hesab olunur və müəyyən dövrlə
aparılır.
134
Müddəti ötmüĢ qazıma qurğularının müayinəsi üç
tip nəzərdə tutulur: ilkin, təkrar və növbədənkənar.
Ġlkin müayinə qurğunu hazırlayan zavod tərəfindən
təyin olunmuĢ normativ müddət (adətən, istismara baĢla-
dıqdan 7 il) bitdikdən sonra aparılır. Qazıma qurğusunun
iĢləmə müddətinin artırılması müddəti, normativ sənəd-
lərin təlabatlarından və qurğunun taktiki vəziyyətindən
asılı olaraq təyin olunur.
Təkrar müayinə ilkin müayinənin təyin etdiyi
müddət keçikdən sonra aparılır. Bu müayinələrin sayı
qeyri – məhduddur. Bu müddət üç ildən çox olmur.
Istismarın sonrakı mümkünlüyü qazıma qurğusunun
ümumi vəziyyətindən, iqtisadi götəricilərdən və təmir
xərclərindən asılı olaraq təyin olunur. Növbədən kənar
müyinə aĢağıdakı hallarda aparılır:
istismar zamanı metal konustruksiya düymələrində
və mexanizmlədə eyni deffektin çox dəfə təkrarlanması
müĢahidə olunduqda;
yüksək dinamik yüklənmə, yenidən qaldırma,
yanğın və i. nəticəsində əmələ gələn deformasiya olduqda,
qazıma qurgusunu yenidən quraĢdırıldıqda və ya
rekonstruksiyaya məruz qaldıqda.
Müayinə olunan qazıma qurğular bunlardır: iĢlək
vəziyyətdə və istismar yerində quraĢdırılmıĢ qazıma
qurğuları, həmçinin, qazıma buruqları, qazıma qurğusunun
özülü, bunların üzərində quraĢdırılmıĢ avadanlıq,
buruqları və eləcədə, elektrik avadanlığı və cihazlarını
qaldıran qurğu. Buruğu həm vertikal, həm də horizontal
vəziyyətdə müayinə etmək olar. Bu qərarı ekspert
komissiyası qəbul edir.
Müayinə zamanı aĢağıdakı əsas iĢlər yerinə yetirilir:
135
qazıma qurğusunun texniki istismar və təmir
sənədləri ilə tanıĢlıq və onun analizi;
qazıma qurğu kompleksinə zahiri baxıĢ. Bu
kompleksin metal konstruksiyalarının, mexanizmlərinin,
aqreqatlarının, elektrik, hidro və pnevmo qurğularının
ümumi vəziyyətini və qazıma qurğusunun tam komplekt-
liyini xarakterizə edir;
dağıtmadan nəzarət metodlarını tətbiq etməklə
metal konstruksiyaların əsas aparıcı elementlərinin
vəziyyətinin yoxlanması;
mexanizmlərin iĢlənmə kəmiyyətini lazım olan
ölçmələr aparmaqla, mexanizmlərin, aqreqatların, kanat və
kanatbloku sistemlərin və digər düyün və detalların
vəziyyətinin yoxlanması;
elektrik avadanlıq və aparatlarının, təhlükəsizlik
cihazlarının, hidro və pnevmoqurğularının vəziyyətinin
yoxlanması;
kimyəvi analiz üçün nümunələrin seçilməsi ehtiyac
olduqda və metal konustruksiyaların aparıcı element-
lərinin mexaniki xassələrinin yoxlanması.
Metalın kimyəvi tərkibinin və mexaniki xassələrinin
müəyyənləĢdirilməsi aĢağıdakı hallarda lazım olur:
qazıma qurğusu konustruksiyalarının pasportla-
rında metal konustruksiyaların əsas aparıcı və köməkçi
elementlərinin metallarının markasını, kimyəvi tərkibi və
mexaniki xassələrini təsdiqləyən sənədin olmaması;
qazıma qurğusu istismarınnın, konustruksiya pas-
portunda göstərilən temperatur rejiminin, poladın markası
verilən sənəddə göstərilən temperatur rejiminə uyğun
olmaması;
yoxnalılan elementdə çatlar əmələ gələrsə;
136
metalın yorğunluğunu qiymətləndirmək üçün
konstruksiyalarda metalın taktiki vəziyyətini təyin etmək
ehtiyaçı olduqda.
Qazıma qurğusunun texniki vəziyyətini müayinə
etdikdən sonra və aĢkar olunmuĢ nasazlıqları aradan
qaldırdıqdan sonra (komissiya qərar qəbul edərsə)
qurğunun nəzarət statik sınaqları keçirilir. Qazma
qurğusunun balka, ferma və digər elementlərinin vizual
baxıĢ zamanı aĢkarlanan deformasıyasını ölçmək üçün
tarıma çəkilmiĢ simdən istifadə olunur.
Deffekt və ya onların əlamətləri göründükdə,
həmçinin, köməkçi qaldırıcı qurğularının nəzarət statik və
dinamik (metal konustruksiyaların elementləri və ya
qaynaq tikiĢlərində) bu zona palçıq, rəng, toz, eləcə də
korroziya məhsullarından metal parıltısı əmələ gələnədək
təmizlənir. Deffekt haqqında daha obyektiv məlumat əldə
etməkdən ötrü, dağıtmayan nəzarət metodlarından istifadə
olnur.
Çatlar aĢkarlanan zaman, onların inkiĢaf istiqaməti
və aĢağıdakı elementlərə keçməsinə daha çox diqqət
yetirmək lazımdır:
birləĢmə;
konustruksiya elementlərinin qovuĢma düyünləri;
dartılmıĢ təzyiq elemenrtlərinə eninə təsir
yerlərində qaynaq tikiĢi;
bir-birinə 50 mm-dən az məsafədə yaxınlaĢma
zonası;
bolt birləĢməsi.
Qazma qurğusunun istismarı zamanı qaynaqla təmirə
məruz qalmıĢ yerlərə xüsusi diqqət yetirirlər. Qaynaq
tikiĢi və onun ətraf zonasının (20......30 mm enində)
137
vəziyyəti nəzarət altında saxlanılır, çünki qaynaq zamanı
narahatçılıq üzündən alınan keyfiyyətsiz tikiĢlərdə təkrar
çatlar əmələ gələ bilər.
Metalın korroziyaya uğrama dərəcəsi, konustruk-
siyanın korroziyaya uğramıĢ yeri ilə zədələnmiĢ hissənin
en kəsiyini müqayisə etməklə təyin olunur. Bu zaman
nəzarət, elementin açıq en kəsiyinin standart ölçü alətləri
ilə və ya qapalı en kəsiklərini ölçən ultrasəs qalinliq
ölçənlər vasitəsilə yerinə yetirilir. Divarların minimal
buraxıla bilən qalınlığı nominal qalınlığın 80%- dən az
olmamalıdır.
Bolt birləĢmələrinə nəzarət zamanı, birləĢmə yerində
ara məsafəsinin olmasına, boltların sıxılmasına (100%
nəzarət), elementlərin burularaq açılmasının qarĢısını alan
yaylı saybaların, qatlanma Ģaybaların, kontrqaykaların,
Ģplintlərin və s., bərkidici detalların korroziyaya uğraması
dərəcəsinə xüsusi diqqət yetirmək lazımdır.
Boltlarda çatların olması vizual və ya xarici
əlamətlər olmadıqda isə, dağıtmayan nəzarət vasitələri ilə
təyin olunur. Bir boltda çat aĢkarlanarsa, qalan bütün
boltlar yerindən açılaraq yoxlanır.
BoĢalmıĢ bolt aĢkarlanarsa, dinamometrik açar və ya
fırladıcı momentə nəzarət yetirən xüsusi açarla onun
sıxılması yerinə yetirilir.
Metal konustruksiyanın aparıcı elementlərinin hər
bolt birləĢməsində bütün boltlarının sıxılmasına nəzarət
olunur.
Barmaqlar və oxlar, metal konustruksiyaların
birləĢdirici elementləri, birləĢdirici elementlərdə (rigel,
Ģaybalarda, qaykalarda və s.) zədələr aĢkarlandıqda
deffektlərin aĢkarlanması üçün yerlərindən açılaraq
müayinə olunurlar.
138
Metal konustruksiyalarla birlikdə qazıma qurğusu
aĢağıdakı əsas obyektlərdə müayinə olunmalıdır:
qazıma bucurqadı, barabanlar, vallar, reduktorlar;
əyləc qurğuları (lentvari, hidrodinamik və elek-
tromaqnit əyləclər, əyləc dəstəkləri);
sistemin aqreqatları (kronbloklar, bloklar, Ģkivlər,
xüsusi asqılar, tal kəndirin hərəkətsiz qolunu bərkitmək
üçün qurğular);
tal kəndiri;
metallar (daimi, zəncirli, elektromaqnit);
zəncirli ötürmələr;
kardan valları;
vertlyuq;
transmissiyalı qazıma rotorları;
manifold;
dövri sistem avadanlığı;
dizel-hidravilik intiqal kompleksi;
endirmə-qaldırma əməliyyatlarını təmin edən
əlavə mexanizmlər (Ģamların açılıb bağlanması üçün
açarlar, qazıma borularının çıxarılması üçün qurğular,
pnevmobağlayıcılar, köməkçi bucurqadlar)
qazıma nasosları;
qazıma qurğusu intiqalı (mexaniki, hidravilik və
pnevmatik);
köməkçi yük qaldırıcı qurğuların tal sistemi;
köməkçi bucurqad;
pnevmoidarə sistemi;
montaj kompensatorları;
təzyiq altında iĢləyən boru kəmərləri, çənlər və s.
139
Mexanizlərin, kanat-blok sistemlərinin yük saxlayıcı
qurğuları və avadanlığın digər obyektlərinin vəziyyətinin
müayinəsi aĢağıdakı mərhələlərdən ibarətdir:
bütün aqreqatların, avadanlığın obyeklərinin düyün
və
detallarının
vizual
baxıĢı
və
sökülmədən
vəziyyətlərinin yoxlanması;
aqreqat və onların elementlərinin sökülərək deffekt
və nasazlıqların alətlərlə ölçməklə vəziyyətlərinin
yoxlanılması;
tapılmıĢ nasazlıqların analizi və müayinənin
əsasında nəticələrin tərtib olunması.
Aqreqat, düyün və baxıĢ üçün açıq olan detalları
yoxlandıqdan sonra, bağlı qapaqlar açılır və ya
mexanizimlər sökülərək onların vəziyyətləri yoxlanır və
aĢkarlanmıĢ nasazlıqların alətlərlə ölçülməsi yerinə
yetirilir.
Mexanizmlərin sökülmə səbəblərindən onlarda
səslərin və vibrasiyanın artması, qızıma temperaturunun
yüksəlməsi ola bilər.
Yastıqların
vəziyyəti
onların
vibrasiyasının
yoxlanmasının nəticəsi əsasında effektiv qiymətləndirilir.
Qazıma qurğularının hidro və pnevmo avadanlığının
müayinəsi müəssisələrin tərtib etdiyi təlimatlara
əsaslanırlar.
Elektrik avadanlıqları və aparatlarının müayinəsi
aĢağıdakı mərhələlərdə aparılır:
elektrik avadanlıqları və aparatlarına baxıĢ və
təhlükəsiz iĢ təmin edən yoxlamaların aparılması;
elektrik avadanlıqları və aparatlarının funksional
iĢləməsinin yoxlanması;
140
elektrik avadanlıqları və aparatlarının normal
istismarının mümkünlüyünün təsdiqi üçün sökülür elektrik
və mexaniki olçmələr aparılır.
Elektrik avadanlığının və iĢçi personalın təhlükəsiz
iĢini təmin etmək üçün izolyasiyanın müqaviməti eləcə də,
elektrik mühərriklərinin uyğun xarakteristikalarla təmin
etmək uçun rezistorların müqavimətləri ölçülür. ĠĢəbu-
raxma qurğularının əsas və köməkçi kontaklarının
batmasının, idarəetmə panelinin kontaktorlarının və rele-
sinin yoxlanması ölçülmüĢ qiymətin yoxlanılan cihazlar
üçün təlimatlarda və texniki sənədlərdə verilmiĢ qiymətlə
müqayisə yolu ilə aparılır.
ĠĢəburaxma qurğularının, rele və kontaktorların əsas
və köməkçi kontaktorların iĢləmə dərəcəsi kontaktın ilkin
qalınlığının 50%-dən artıq olmamalıdır.
Fırça quraĢdırılması və yerinə kip oturması vizual
yoxlanılır. Yerinə normal yerləĢdirilmiĢ fırçanın kontakt
halqalar ilə toxunan səthi olmalıdır.
Zahiri müayinənin nəticələri tələb olunan ölçmələrin
əsasında qazıma qurğusunun gərginlik altında iĢgörmə
qabiliyyətinin, eləcə də qurğunun pasportunda nəzərdə
tutulan bütün növ müdafiələrin və məhdudlaĢdırıcıların,
həmçinin, sonuncu açarların, sıfır, qəza və maxsimal
müdafiəsinə ən yüksək yükləmənin məhdudlaĢdırıcıların,
qazıma nasoslarının bağlı (buz bağlamıĢ, məhlulla
dolmuĢ) manifolda iĢləməsi barədə qərar qəbul olunur.
Elektrik cihazlarının tənzimlənməsi və qurulmasının
yoxlanmasına, maksimal və istilik relelərinin, zaman relesi
və s. qoĢulma parametrlərinin qiymətinə nəzarət daxildir.
Bu qiymətlər elektrik prinsipial sxemlərin cədvəllərində
verilmiĢ qiymətlərə uyğun olmalıdır.
141
Əsas və köməkçi mexanizmlərin iĢinə nəzarət
aĢağıdakı yoxlamalar daxildir:
mexanizmlərin iĢləmə qabiliyyəti;
enmə sürətlərinin mexanizmlərlə təminatı;
yüngül yüklərin qaldırıb-endirmə sürətinin artırıl-
ması;
sürətartırma və tormozun pilləvari avtomatikli-
yinin təminatı;
elektrik mühərriklərinin reversivləĢdirilməsi;
yük qaldırma məhdudlaĢdırıcısının iĢi.
Nəzarət və tənzimlənmə iĢləri qoĢma qurğusu mexa-
nizmlərinin istismarı üçün təlimata uyğun aparılmalıdır.
Müayinə zamanı aĢkarlanmıĢ bütün nasazlıqlar
aradan götürüldükdən sonra, əgər nəticələr qazıma
qurğusunun sonrakı istismarı məsələsinin həlli üçün
kifayət etmirsə, qurğunun yük altında sınaqları keçirilir.
Sınaq baĢlamazdan əvvəl qazıma buruğu yoxlanılır.
Tal sisteminin rotor mərkəzinə nəzərən yerdəyiĢməsi
50mm-dən artıq olmamalıdır. Buruğun kranblok sahəsində
iki müstəvi üzərində niveril reyka quraĢdırılıb
bərkidilməlidir. Tal kanatın diametri və sınaq yükünün
çəkisi nəzərə alınaraq ötürülür. Çəkini göstərən və
nəzarətdə saxlayan indikatorlar buruq və ya onun əsasının
üzərində, nəzarət üçün rahat bir yerdə yerləĢdirilməlidir.
Sınaq zamanı həqiqi nəticələr göstərən tenzometrik və
digər ölçmə üsullarından istifadə etmək olar.
Qazıma qurğusu ərazisində, buruğun hündürlüyün-
dən 10 m artıq, məsafədə nəzarət məntəqələri yerləĢdirilir.
Bu məntəqələr teodolit, niveril və ya digər optik cihazlarla
təmin olunur.
142
Tal sisteminin buruğun özülünə bərkidilməsinin
ümumi sxemi Ģəkil 6.1-də göstərilmiĢdir.
Tal sisteminin tarımlanması köməkçi intiqalla
iĢləyən qazma bucurqadı və ya traktorla yerinə yetirilir.
Bucurqadın köməkçi intiqalının mühərriki pultdan idarə
olunur.
Dostları ilə paylaş: |