Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 2.  Əqli  mülkiyyət hüququnun  predmeti



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   54
§ 2.  Əqli  mülkiyyət hüququnun  predmeti, 

funksiyaları, sistemi,  prinsipləri və mənbələri

Mülki  hüquq  tərkibində  yarımsahə  statusu  alması  üçün

Əqli  m ülkiyyət 

Əq|j  mülkiyyət  hüququnun  özünün  ayrıca  nizamasalma 

hüququnun 

predmetinə  malik olması  tələb  edilir.  Bu,  əsas və başlı- 

predmeti 

ca şƏrt(jjr  Yarımsahə kimi əqli mülkiyyət hüququnun ni­

zamasalma  predmeti  nədən  ibarətdir?  O,  hansı növ  ictimai  münasibətləri tən­

zim edir və nizamlayır?

119


Bildiyimiz kimi,  əməyin  iki  növü fərqləndirilir:  fiziki  əmək:  əqli  və ya  intellek­

tual əmək.  Fiziki  əmək  maddi  istehsal fəaliyyəti  deməkdir.  Bunun  nəticəsində 

bir qayda olaraq, əşya yaranır.  Əşyanın məxsusluğu və onun  barəsində müəy­

yən  növ  ictimai  münasibətlər  əmələ  gəlir  ki,  onlar  əşya  münasibətləri  adlanır 

və  əmlak  münasibətləri  hesab  edilir.  Həmin  münasibətlər  və  onların  bir  növü 

olan mülkiyyət münasibətləri mülki hüququn  əşya  hüququ  adlı yarımsahəsi  ilə 

tənzimlənir.

Əqli əməyə gəldikdə  isə  qeyd etmək lazımdır ki,  o, yaradıcılıq  (yaradıcılıq fə­

aliyyəti)  deməkdir.  Söhbət  elm,  texnika,  ədəbiyyat,  incəsənət  və  dizayn  sahə­

sində yaradıcılıq fəaliyyətindən gedir.  Bəs, yaradıcılıq dedikdə nə başa düşülür?

Yaradıcılıq  düşünülmüş  yaradıcılıq  fəaliyyəti  deməkdir.  O,  şüurlu  istehsal 

aktıdır.  Lakin  yaradıcılığın  mahiyyətini  maddi  istehsal  yox,  mənəvi  istehsal  təş­

kil edir.  Mənəvi  istehsal  nəticəsində  keyfiyyətcə yeni təfəkkür məhsulları  əmə­

lə gəlir.  Deməli,  yaradıcılıq əqli fəaliyyət deməkdir.

Yaradıcılıq  dedikdə,  istehsal  aktı  ilə  başa  çatan  elə  əqli  fə a liyyə t  başa 

düşülür ki,  bunun  nəticəsində  elm i-texniki  ideyalar və  ədəbi  bədii  obraz­

lar yaranır'.

Yaradıcılıq  (yaradıcılıq  fəaliyyəti)  özlüyündə  mülki  hüququn,  ümumiyyətlə, 

hüququn  nizamasalma  predmetinə  aid  deyildir.  O,  hüquqla  tənzimlənməkdən 

çox  uzaqdır.  Mübahisəsiz  olaraq  deyə  bilərik  ki,  yaradıcılığın  hüquqla  nizama 

salınması  mümkün olmayan  məsələdir.

Lakin  yaradıcılıq  fəaliyyəti  (yaradıcılıq)  məhsullan  yaradıldıqda  və  onlardan 

istifadə  olunduqda,  həmin  məhsulların  yaradıcıları  olan  şəxslərlə  digər  şəxslər 

arasında  ictimai xarakterli  müəyyən  münasibətlər əmələ  gəlir.  Onlara  yaradıcı­

lıq  m ünasibətləri2  deyilir.  Bu  münasibətlər  isə  hüquqla  tənzimlənir.  Məhz  hə­

min münasibətlər əqli mülkiyyət hüququnun nizamasalma  predmetini təşkil edir.

Əqli  m ülkiyyət  hüququnun  nizamasalma  predm eti  yaradıcılıq  (əqli)  fəa­

liyyəti  məhsullarının  (nəticələrinin)  yaradılması  və  onlardan  istifadə  olunması 

ilə  bağlı olaraq  əmələ  gələn  ictimai  münasibətlərdən  (yaradıcılıq  münasibətlə­

rindən)  ibarətdir.  Elm,  ədəbiyyat və  incəsənət əsərləri,  ixtiralar,  faydalı  model­

lər,  elmi  kəşflər və s.  yaradıcılıq  (əqli)  fəaliyyət  məhsulları  hesab edilir.  Onlara 

əqli  əmək  m əhsullan,  mənəvi  istehsal  m əhsulları  da deyilir.

Yaradıcılıq münasibətləri əsasən və başlıca  olaraq üç növə  bölünür:

•   müəlliflik münasibətlərinə;

•   əlaqəli hüquqlarla  bağlı olan münasibətlərə;

•   patent münasibətlərinə.

M üəlliflik  m ünasibətləri  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin  yaradıl­

ması  və  istifadəsi  ilə  əlaqədar  yaranan  münasibətlərdir.  Məsələn,  bəstəkar 

opera  və  ya şair  poema  və ya  da  dramaturq  komediya  yazır və  s.  Belə  hallar­

da  müəlliflik münasibətləri yaranır.

Əlaqəli  hüquqlar  üzrə  m ünasibətlər  dedikdə,  ifaların,  fonoqramaların, 

efir  və  ya  kabel  yayımı  təşkilatlarının  verilişlərinin  yaradılması  və  istifadəsi  ilə 1

1  Иоффе  O.C.  Советское  гражданское  право.  Курс  лекций  (Учебное  пособие).  Часть  3.  Л., 

1965, с. 5.

: Советское гражданское право. Учебник. Том  1/Под рсд. О.А.Красавчикова.  М.,  1985, с. 23. 

120


bağlı yaranan  münasibətlər başa  düşülür.  Məsələn,  müğənni mahnı oxuyur və 

ya jurnalist televiziya verilişi hazırlayır və s.



Patent  münasibətləri  odur  ki,  həmin  münasibətlər  ixtiralann,  faydalı  mo­

dellərin,  sənaye  nümunələrinin  və  başqa  əqli  fəaliyyət  məhsullannın  yaradıl­

ması və  istifadəsi  ilə  əlaqədar əmələ gəlir.  Məsələn, alim ixtira edir və s.

Yaradıcılıq  münasibətləri  qeyri-əmlak  münasibətləridir.  Ona  görə  ki,  hə­

min  münasibətlərin  obyekti  olan əqli (yaradıcılıq) fəaliyyət nəticələri  (məhsulla­

rı)  maddi  (iqtisadi)  məzmundan  məhrumdur.  Əqli  fəaliyyət  məhsullarını  pulla 

qiymətləndirmək olmaz.

Yaradıcılıq  münasibətlərinin  obyekti  olan  əqli  (yaradıcılıq) fəaliyyət  məhsul­

ları  mənəvi  (qeyri-maddi)  nemətlərdir.  Bu  nemətlər  onları  yaradan  subyektin 

şəxsi  yaradıcılıq  səyləri  nəticəsində  əmələ  gəlir.  Həmin  nemətlərdə  subyektin 

şəxsi  yaradıcılıq  əməyi  ifadə  olunur  və  təcəssüm  edir.  Mənəvi  nemətlər  şəx­

siyyətin  (subyektin)  fərdi  (şəxsi)  keyfiyyətlərini  əks  etdirir.  Buna  görə  də şəxsi 

əmək əsasında  yaranan yaradıcılıq münasibətləri  şəxsi  münasibətlərdir.

Yaradıcılıq  fəaliyyəti  cəmiyyətdə  həyata  keçirilən  əmək  aktıdır.  Belə  ki, 

əsərlər yazılması,  ixtiralar edilməsi və s.  yaradıcılıq əməyinin  nəticəsidir. Yara­

dıcılıq  ictimai  faydalı  əmək  deməkdir.  Cəmiyyətdə  isə  əməyə  görə  bölgü  prin­

sipi  tətbiq  olunur.  Məhz  bu  səbəbdən  yaradıcılıq  fəaliyyətinə  görə  cəmiyyət 

əqli  əmək  məhsullarını  yaradan  subyektə  haqq  (əvəz)  verir.  Həmin  subyektin 

yaradıcılıq  əməyi  cəmiyyət  tərəfindən  maddi  əmlak,  yəni  pul  formasında  qiy­

mətləndirilməlidir.  Bunun  nəticəsində  yaradıcılıq  fəaliyyəti  həm  də  əmlak  mü­



nasibətlərinin  yaranmasına  səbəb  olur'.  Buna  görə  də  yaradıcılıq  münasi­

bətləri  əmlak  münasibətləri  ilə  bağlı  olan  şəxsi  qeyri-əmlak  münasibətlə­

ri  deməkdir1

 2.  Məhz  mülki  qanunvericilik  əmlak  münasibətləri  ilə  bağlı  olan 

şəxsi-qeyri  əmlak  münasibətlərini  mülki  hüququn  predmet  komponentlərindən 

biri kimi  müəyyən  edir (MM-in  2-ci maddəsinin  2-ci  bəndi).  Məhz həmin  müna­

sibətlər əqli  mülkiyyət  hüququnun  nizamasalma  predmetinə daxildir.

Yaradıcılıq  münasibətlərinin  iki  tərəfi  vardır:  qeyri-əmlak tərəfi:  əmlak tərəfi. 

Hər iki tərəf bir-birilə  kompleks  halında birləşmişdir.



Yaradıcılıq  münasibətlərinin  qeyri-əmlak  tərəfi  dedikdə,  qeyri-əmlak 

münasibətləri  başa düşülür.  Bu tərəf maddi  (iqtisadi) məzmundan  məhrumdur. 

Məsələn,  müəllif əsər  yazır.  Belə  halda  əsər  barəsində  müəllifə  əhatə  dairəsi 

bilinməyən  qeyri-məhdud  saylı  şəxslər («hamı və  hər kəs») arasında  müəlliflik 

münasibəti  əmələ  gəlir.  Həmin  münasibət  qeyri-əmlak  münasibəti  olub,  yara­

dıcılıq  münasibətinin  qeyri-əmlak  tərəfi  sayılır.  Başqa  bir misalda  kimyaçı  alim 

ixtira  edir  və  bunun  nəticəsində  patent  ixtira  münasibəti  əmələ  gəlir.  Həmin 

münasibət yaradıcılıq  münasibətinin qeyri-əmlak tərəfi hesab edilir.



Yaradıcılıq  münasibətinin  əmlak  tərəfi  dedikdə,  əmlak  münasibəti  başa 

düşülür.  Bu  tərəf isə  maddi  (iqtisadi)  məzmundan  məhrum  deyildir.  O,  iqtisadi 

(dəyər) məzmunlu  tərəfdir.  Məsələn,  yuxarıdakı  misalda  müəllif maddi daşıyıcı 

(kitab) formasında  əsəri  nəşr etdirir.  Kitabın çoxsaylı  nüsxələri alıcılara (oxucu­

Иоффе O.C.  Советское гражданское право. Курс лекций.  Часть 3. Л..  1965. с. 5.

2  Əmlak  münasibətləri  ilə  bağlı  olan  şəxsi  qeyri-əmlak  münasibətlərinin  osas  xüsusiyyətləri 

dərsliyin  I cildində (I kitabda) nəzərdən keçirilmişdir (səh. 70-75).

121


Yaradıcılıq münasibətlərinin 

(əmlak münasibətləri ilə 

bağlı olan şəxsi  qeyri-əmlak 

münasibətlərinin) obyektləri

lara) satılır.  Belə halda isə əlbəttə,  əmlak münasibəti yaranır.

Yaradıcılıq münasibətinin qeyri-əmlak tərəfi əsas,  əmlak tərəfi  isə ondan tö­

rəmədir.  Qeyri-əmlak  tərəfi  əmlak  münasibətləri  yaratmaq  qabiliyyətlidir'.  O, 

nəticədə əmlak  münasibətləri  ilə bağlıdır* 2 *.

Yaradıcılıq  m ün a sib ə tlə rinin   o b yektlə­

ri  dedikdə,  əqli (yaradıcılıq)  fəaliyyət  nəticə­

ləri  başa  düşülür.  Onlara  əqli  (yaradıcılıq) 

fəaliyyət o b ye ktləri  də deyilir.  Çox vaxt hü­

quq  ədəbiyyatında  «əqli  (intellektual)  mül­

kiyyət obyektləri»  anlayışından  istifadə olunur.

«Əqli  (intellektual)  mülkiyyət»  termini  Fransa  hüququndan  keçmişdir.  Lakin 

Ümumdünya  Əqli  Mülkiyyət Təşkilatını təsis edən  konvensiyanın  qəbul  edilməsi 

ilə  o,  ümumdünya  termini  kimi  tanınmışdır.  Elə  həmin  konvensiyanın  2-ci  mad­

dəsində əqli mülkiyyət hüququ obyektlərinin siyahısı verilmişdir.  Onlara aiddir:

•   ədəbiyyat,  incəsənət və elm əsərləri:

•   aktyorların  ifaçılıq fəaliyyəti,  fonoqram  (səsyazma),  radio və televiziya  ve­

rilişləri;

•   ixtiralar;

•   elmi kəşflər;

•   sənaye  nümunələri;

•  əmtəə  nişanları;

•   xidmət nişanları;

•   firma  adları;

•   kommersiya  nişanları;

•   haqsız rəqabətdən  müdafiə;

•   istehsal, elm, ədəbiyyat və bədii sahələrdə əqli fəaliyyətin digər nəticələri.

Bu, əqli  mülkiyyət  hüququ  obyektlərinin  dəqiq  və  qəti  yox,  təxmini  siyahısı­

dır.  Belə ki, elm və texnikanın  inkişafı,  başqa  sözlə  desək,  elmi-texniki  proqres 

əqli fəaliyyətin yeni  nəticələrinin yaranmasına  səbəb ola  bilər.

Əqli  mülkiyyət  hüququ  obyektlərinin  daha  geniş  siyahısı  əqli  mülkiyyət  hü­

quqlarının  ticarət  aspektlərinə  aid  olan  sazişdə  (TRIPS  sazişində)  verilmişdir. 

Həmin saziş Ümumdünya Ticarət Təşkilatını təsis edən sazişlər sisteminə daxil­

dir.  Siyahıda əlavə olaraq əqli mülkiyyət hüququnun  bəzi obyektləri sadalanır4.

•   kompüter proqramları;

•   baza məlumatları;

•   coğrafi göstəricilər;

•   inteqral sxemlərinin topologiyası;

•   məxfi  informasiya  (istehsal  sirləri,  «nou-hou»,  ticarət  sirləri,  kommersiya

istifadə üsulları).

’ Гражданское право. Учебник. Часть  I/Пол ред.  Т.И.Илларионовой и др.  М „   1998, с. 6-7.

1 Советское гражданское право. Учсбник/Отв. ред О.Н.Садиков.  М .,  1983, с. 6-7.

'  «Əqli mülkiyyət hüququnun obyektləri» daha düzgün və dəqiq termindir.

4  Вельлииноо Г М .  Международное экономическое  право  и  прочее.  Учебник  М., 2004, с.  348- 

352;  Богуславский  М М .  Международное  частное  право.  Учебник.  М.,  2002,  с.  289; 

Международное частное право. Учсбник/Под ред. Г.К.Длштриевой. М., 2004, с. 298.

122


Dünya  təcrübəsi  göstərir  ki,  son  iki-üç  onillikdə  əqli  mülkiyyət  hüququ  ob­

yektlərinin  sayı  və növləri  durmadan çoxalır.

Əqli mülkiyyət hüququ obyektlərini bir neçə qrupa bölmək olar:

•   müəlliflik  hüququnun  (münasibətlərinin)  obyektlərinə  (buraya  elm, 

ədəbiyyat və incəsənət əsərləri aiddir);



•   əlaqəli  hüquqların  (əlaqəli  hüquqlar üzrə  münasibətlərin) obyektləri­

nə  (buraya  aktyorların  ifaçılıq  fəaliyyəti, fonoqram,  radio və televiziya ve­

rilişləri  daxildir);



•   patent  hüququnun  (münasibətlərinin)  obyektlərinə  (buraya  ixtiralar, 

faydalı  modellər,  və sənaye  nümunələri daxildir);



•   fərdiləşdirmə  vasitələri  hüququnun  obyektləri  (buraya  firma  adları, 

coğrafi  göstəricilər,  əmtəə  nişanları,  xidmət  nişanları,  kommersiya  nişan­

ları daxildir);

•   qeyri-ənənəvi  (qeyri-standart)  obyektlər (buraya  elmi  kəşflər,  məxfi  in­

formasiya və s.  daxildir).

Əqli  mülkiyyət  hüququ  obyektlərinin  hamısı  üçün  ümumi  cəhət  ondan  iba­

rətdir ki,  onlar  qeyri-maddi  nemətlərdir.  Bu  nemətlərin  əsas və  başlıca xüsu­

siyyəti ondan  ibarətdir ki,  onların əmlak dəyəri vardır.  Belə cəhəti ilə əqli mül­

kiyyət  hüququnun  obyektləri  şəxsi  qeyri-maddi  nemətlərdən  (həyatdan,  sağ­

lamlıqdan,  şərəfdən,  ləyaqətdən  və  s.) fərqlənir.  Əmlak münasibətləri  ilə  bağlı 

olmayan  şəxsi  qeyri-əmlak  münasibətlərinin  obyektləri  olan  həmin  nemətlər 

maddi  (iqtisadi) məzmundan məhrumdur.  Onların əmlak dəyəri yoxdur.

Qeyri-maddi  nemətlər  olmalarına  baxmayaraq  əqli  mülkiyyət  hüququnun 

obyektləri  əmtəə  xüsusiyyətinə  malikdir.  Onlar əmtəələr  kimi  iqtisadi  forma 

alır.  Bu  isə  imkan  verir  ki,  əqli  mülkiyyət  hüququnun  obyektləri  əmlak  (əmtəə) 

dövriyyəsinin  obyekti  olsun.  Əqli  yaradıcılıq  məhsullarını  yaradan  şəxs  əmlak 

hüquqlarına  malik  olur  ki,  həmin  hüquqlar xüsusi  əmtəə  hesab  edilir və  buna 

görə də mülki-hüquqi  əqdlər əsasında  başqa  şəxslərə verilə  bilər.

Beləliklə,  əqli  mülkiyyət  hüququnun  obyektləri -  əqli  (yaradıcılıq) fəaliyyətin 

nəticələri  əmlak  (əmtəə)  dövriyyəsində  əmtəə  formasında  çıxış  edir.  Bu  isə 

onu  söyləməyə  əsas verir ki,  iqtisadi anlayış olan  əmtəə mülki hüquqda  yalnız 

əşyalarda yox,  həm də əqli  mülkiyyət hüququnun obyektlərində ifadə olunur.

Yarımsahə  kimi  əqli  mülkiyyət  hüququ  dörd  funksiya 

yerinə yetirir.  Onlardan  birinci  funksiya  əqli (yaradıcılıq) 

fəaliyyət  nəticələrinə  müəllifliyin  tanınmasıdır.  Müəllifli­

yin tanınması  dedikdə,  əqli (yaradıcılıq) fəaliyyət nəticəsi­

ni  yaradan  şəxsin  həmin  nəticənin  cəmiyyət  (ictimaiyyət)  tərəfindən  müəllifi 

hesab  edilməsi və sayılması  başa  düşülür.

Əqli  fəaliyyətin  bəzi  nəticələrinə  müəllifliyin tanınması  həmin  nəticələrin  sə­

lahiyyətli  dövlət  orqanında  qeydə  alınmasından  asılı  deyildir.  Məsələn,  əsər 

yaradıldığı  andan  həmin  əsərin  yaradıcısı  olan  şəxsin  müəllifliyi  tanınır.  Məhz 

bu  andan  əsər hüquqi  cəhətdən,  qanunla  qorunur.  Müəllifliyin  tanınması  üçün 

əsərin  hər  hansı  dövlət  orqanında  qeydiyyata  alınması  prosedurası  tələb  edil­



Əqli mülkiyyət 

hüququnun 

funksiyaları

123


mir.  Kim əsəri yaratmışsa, o da  onun müəllifi sayılır'.

Əqli fəaliyyətin digər nəticələrinə  isə müəllifliyin  tanınması  üçün  həmin  nəti­

cələrin  səlahiyyətli  dövlət  orqanlarında  qeydiyyata  alınması  tələb  olunur.  Mə­

sələn,  patent  hüququnun obyekti olan  ixtiralar,  faydalı  modellər və  sənaye  nü­

munələrinə  müəlliflik səlahiyyətli  dövlət orqanı tərəfindən  həmin  obyektlər mü­

vafiq  dövlət  reyestrində  qeydə  alındığı  və  iddiaçı  olan  şəxsə  patent  verildiyi 

andan tanınır1

 2.  Patent göstərilən obyektlərə müəllifliyi təsdiq  edən sənəddir3.

Əqli  fəaliyyətin  nəticələrindən  istifadə  rejim in i  m üəyyən  etm ək  əqli 

mülkiyyət hüququnun  ikinci funksiyası  sayılır.  Əqli mülkiyyət hüququ əqli fəa­

liyyətin nəticələri  (əqli yaradıcılıq  məhsulları)  barəsində  m üstəsna  h ü quq  re ji­

mi  müəyyənləşdirir.  Bu  rejimin  isə  mahiyyəti ondan  ibarətdir ki,  yalnız əqli  ya­

radıcılıq  məhsullarını  yaradan  şəxslər  (və  ya  qanunda  nəzərdə  tutulan  digər 

şəxslər)  həmin  məhsullardan  istifadə  etmək  və  onlara  sərəncam  vermək  mə­

sələlərini  həll  edə  bilərlər;  həmin  şəxslərin  əqli  yaradıcılıq  məhsullarından  isti­

fadə  etməyə  müstəsna  hüququ  vardır;  başqa  hər  hansı  şəxsin  belə  hüququ 

yoxdur;  başqa  şəxslər  əqli  yaradıcılıq  məhsullarından  yalnız  həmin  məhsulları 

yaradan  şəxsin  (və  qanunda  nəzərdə  tutulan  digər şəxsin)  icazə  və  razılığı  ilə 

istifadə  edə  bilər.  Məhz  əqli  yaradıcılıq  məhsullarının  hüquqi  rejimi  onların 

«əqli  m ülkiyyət  hüququnun  obyektləri»  kim i  ü m u m ilə ş d irilm iş   anlayışda 

birləşməsini şərtləndirir.

Əqli  mülkiyyət  hüququnun  üçüncü  funksiyası  əqli  yaradıcılıq  m əhsulla­

rını  yaradan  şəxsləri  (və  qanunda  nəzərdə  tu tu la n   d ig ə r  şə xslə ri)  ko m p ­

leks  hüquqlarla  təm in  etməsində  ifadə  olunur.  Onlar  iki  yerə  bölünür:  şəxsi 

qeyri-əmlak  hüquqlarına  (müəlliflik  hüququ,  ad  hüququ  və  s.);  əmlak  hüquqla­

rına  (əqli yaradıcılıq  məhsullarından  istifadə  hüququ).

Əqli  mülkiyyət  hüququnun  dördüncü  fu n ksiya sın ın   məzmununu  əqli  ya­

radıcılıq  m əhsullarını  yaradan  şəxsin  həm  şəxsi  qeyri-əm lak,  həm  də 

əmlak  hüquqlarını  m üdafiə  etmək  təşkil  edir.  Həmin  hüquqlar  mülki-hüquqi 

müdafiə  üsulları  ilə  qorunur.  Əqli  mülkiyyət  hüququ  zərərçəkən  şəxsi  (hüququ 

pozulmuş şəxsi) geniş spektrli  müdafiə üsulları ilə təmin edir4.

Mülki  hüququn  xüsusi  hissəsi  yarımsahələrə  bölünür. 

Əqli  mülkiyyət 

ц э г   b ir   y a n m s a p ə   js ə  

mülki  hüquq  institutlarından  iba­

rətdir.  Bəs,  yarımsahə  kimi  əqli  mülkiyyət  hüququ 

hansı  institutları  özündə  birləşdirir?  Əqli  mülkiyyət  hü­

ququnun sisteminə neçə institut daxildir?

Hüquq ədəbiyyatında göstərilir ki, əqli mülkiyyət hüququ dörd  m üstəqil  m ül­

ki  hüquq institutundan  ibarətdir5.  Mülki hüququn yarımsahəsi  kimi əqli  mülkiy­

hüququnun əsas 

institutları

1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 8-ci maddəsinin  1-ci bəndi.

1 «Patent haqqında» qanunun 32-ci maddəsinin  i-c i bəndi.

1 «Patent haqqında» qanunun 3-cü maddəsi.

4  Əqli  mülkiyyət hüququnun  funksiyalan  barədə  bax:  Гражданское  право.  Учебник.  Том  1/Под 

ре,г 

Е.А.Сухапоаа. 

М.,  1998, с. 626.

5 Гражданское право.  Учебник, Часть З/Под рсд. 

А.П.Сергеева.  Ю.К.  Толстого. 

М.,  1998, с. 9; 



Сергеев  Л.П. 

Право  интеллектуальной  собственности  в  Российской  Федерации.  Учебник,  М., 

1999, с.  29; 

Мэггс П.Б..  Сергеев А.П. 

Интеллектуальная  собственность.  М.,  2000, с.  21; 



Allahver­

diyev S.S. 

Azərbaycan Respublikasının m üəlliflik və patent hüququ. Mühazirə kursu.  Bakı, 2000.

124


yət hüququ məhz həmin inst'ıtutlann vasitəsilə təmsil olunur. Onlara aiddir:

•   müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  institutu  (qısaca  müəlliflik  hüququ 

institutu);

•   patent hüququ  institutu;

•   fərdiləşdirmə vasitələri institutu;

•   qeyri-ənənəvi nəticələrin (obyektlərin) qorunması institutu.



Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar institutu  elə  bir mülki  hüquq insti­

tutudur  ki,  o,  özündə  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin,  habelə  ifaların, 

fonoqramların,  efir  və  ya  kabel  yayımı  təşkilatlarının  verilişlərinin  yaradılması 

və  istifadəsi  ilə  əlaqədar yaranan  münasibətləri tənzimləyən  hüquq  normaları­

nı  birləşdirir.  Bu  institut  özü  iki  subinstitutdan  ibarətdir (onlara yanminstitut  da 

demək olar);

•   müəlliflik hüququ  subinstitutundan;

•   əlaqəli  hüquqlar subinstitutundan;



Müəlliflik  hüququ  subinstitutu  elm.  ədəbiyyat  və  incəsənət  əsərlərinin 

yaradılması  və  istifadəsi  ilə  əlaqədar  yaranan  münasibətləri  tənzimləyir.  Əla­



qəli  hüquqlar  subinstitutu  isə  ifaların,  fonoqramların,  efir  və  ya  kabel  yayımı 

təşkilatlarının  verilişlərinin  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  yaranan  mü­

nasibətləri tənzimləyir.

Patent  hüququ  əqli  mülkiyyət hüququnun elə institutudur ki, o, özündə ixti­

raların,  faydalı  modellərin və sənaye nümunələrinin yaradılması,  hüquqi cəhət­

dən  qorunması  və istifadəsi  ilə əlaqədar yaranan ictimai  münasibətləri tənzim­

ləyən  hüquq  normalarını  birləşdirir.  Bu,  Azərbaycan  Respublikasının  mülki hü­

ququnda  yeni  institutdur.  Sovet dövrünün  mülki  hüququna  belə bir institut mə­

lum deyildi.  Sovet mülki hüququ ixtira hüququ  kimi institut tanıyırdı'.



Fərdiləşdirmə vasitələri  institutu  dedikdə, təsərrüfat subyektlərini (sahib­

karları  və  onların  məhsullarını  (mallarını,  xidmətlərini  və  işlərini)  fərdiləşdirən 

vasitələrin  qeydə  alınması,  hüquqi  cəhətdən  qorunması  və  istifadəsi  ilə  bağlı 

münasibətləri tənzimləyən  hüquq  normalarının sistemi  başa düşülür.  O,  üç su­

binstitutdan  ibarətdir:

•   firma adı  subinstitutundan;

•   əmtəə  nişanı  subinstitutundan;

•   coğrafi  göstərici  subinstitutundan.



Firma  adı  subinstitutu  təsərrüfat  subyektinin  (sahibkarın)  özünü  fərdiləş­

dirən  və  onun  kommersiya  adı  olan  firma  adının  qeydə  alınması,  hüquq  mü­

hafizəsi  və  istifadəsi  ilə  bağlı  münasibətləri  tənzimləyən  hüquq  normalarından 

ibarətdir.  Bu  subinstitutun  bazar iqtisadiyyatı  şəraitində  rolu  və  əhəmiyyəti xü­

susilə  artır.  Belə ki, təsərrüfat subyektinin  (sahibkarın) işgüzar nüfuzu onun fir­

ma  adı  ilə  sıx  surətdə  bağlıdır.  Bazarda,  müştəri  kontingenti  və  işgüzar tərəf­

daşlar arasında  firma  adı  populyar  olan  sahibkar  bununla  özünü  reklam  edir; 

onun  istehsal  etdiyi  məhsula  tələbat  böyük  olur  və  bunun  nəticəsində  kifayət 

qədər gəlir əldə edilir. 1

1  Иоффе O.C.  Советское  гражданское  право.  Курс лекций.  Часть  I.  Л, с.  28; Советское  граж­

данское право. Учебник. Том  1/Под рсд. В.П.Грибанова.  С.М.Корнеева.  М.,  1979, с. 33.

125


Əmtəə  nişanı  subinstitutu  dedikdə,  əmtəə  nişanlarının  qeydə  alınması, 

hüquqi  mühafizəsi və  istifadəsi  ilə  bağlı münasibətləri  tənzimləyən  hüquq  nor­

malarının  sistemi  başa  düşülür.  Əmtəə  nişanları  firma  adlarından  fərqli  olaraq 

təsərrüfat subyektinin  (sahibkarın) özünü yox,  onun  hazırlığı  məhsulları  (əmtə­

ələri,  xidmət  və  işləri)  fərdiləşdirir  və  digər  təsərrüfat  subyektinin  (sahibkarın) 

məhsullarından fərqləndirməyə imkan verir.  Bundan  əlavə,  əmtəə nişanı isteh­

sal  olunan  məhsulları  bazarda  müdafiə  etmək  üçün  ən  səmərəli  vasitədir. 

Haqsız  rəqabətlə  mübarizə  məsələsində  onun  rolu  və  əhəmiyyəti  böyükdür. 

Digər tərəfdən  əmtəə nişanı istehsal olunan  məhsulun  bazarda və  çoxsaylı is­

tehlakçılar arasında  reklamı deməkdir.  Məhz bu  səbəblərdən  əmtəə  nişanı  su­

binstitutu əmtəə (əmlak) dövriyyəsində mühüm rol oynayır.

Coğrafi  göstərici  sub in stitutu   coğrafi  göstəricilərin  qeydə alınması,  hüqu­

qi  mühafizəsi  və  istifadəsi  ilə  bağlı  münasibətləri  tənzimləyən  hüquq  normala­

rından  ibarətdir.  Coğrafi  göstərici  məhsulun  mənşəcə  hər  hansı  coğrafi  ərazi 

və  ya  coğrafi  obyektlə  bağlı olduğunu  bildirir,  habelə  onun  xüsusi  keyfiyyətini, 

şöhrətini,  təkrarolunmazlığını  və  başqa xüsusiyyətlərini  əks etdirir.  O,  məhsulu 

nişanlamaq və  işarə  etmək üçün  istifadə olunan  vasitədir.  Məsələn,  Yesuntuki 

suyu,  Badamlı  suyu,  Borjomi suyu,  Tula  samovarı və s.

Əqli  (yaradıcılıq)  fəaliyyətin  qeyri-ənənəvi  nəticələrinin  qorunması  insti­

tutu  əqli  mülkiyyət  hüququnun  elə  bir  institutudur  ki,  o,  özündə  əqli  əməyin 

qeyri-ənənəvi  nəticələri  ilə  bağlı  münasibətləri  tənzimləyən  hüquq  normalarını 

birləşdirir.  Əqli  mülkiyyət  hüququnun  tərkibində  belə  bir  institutun  fərqləndiril­

məsi və ayrılması üçün  kifayət qədər əsaslar vardır1.

Qeyd  etmək lazımdır ki, əqli  (yaradıcılıq) fəaliyyətin  iki  növ nəticəsi fərqlən­

dirilir:  ənənəvi  nəticələr;  qeyri-ənənəvi  nəticələr.  Ənənəvi  nəticələrə  aiddir: 

elm,  ədəbiyyat və  incəsənət əsərləri;  ixtira,  faydalı  modellər və  sənaye  nümu­

nələri; firma adlan, əmtəə nişanları və coğrafi göstəricilər.

Əqli  (yaradıcılıq)  fəaliyyətin  ənənəvi  nəticələri  ilə  bağlı  münasibətlər  mülki 

hüququn  üç ənənəvi  institutu  ilə  (müəlliflik  hüququ,  patent  hüququ  və  fərdiləş- 

dirmə vasitələri kimi institutlarla) tənzimlənir.



Əqli  (yaradıcılıq) fəaliyyətin  qeyri-ənənəvi  nəticələrinə  isə  aiddir:  selek­

siya  nailiyyətləri;  kommersiya sirri,  inteqral  mikrosxemlərinin  topologiyası;  elmi 

kəşflər;  səmərələşdirici  təkliflər  və  s.  Qeyri-ənənəvi  nəticələrlə  bağlı  münasi­

bətlər isə qeyri-ənənəvi  nəticələrin qorunması institutu  ilə tənzimlənir.

Əqli  (yaradıcılıq)  fəaliyyətin  qeyri-ənənəvi  nəticələri  yaradıcılıq  səyləri  nəti­

cəsində  yaradılaraq  cəmiyyət  üçün  qiymətli  və  əhəmiyyətlidir.  Həmin  nəticə­

lərlə  bağlı  müəyyən  ictimai  münasibətlər əmələ  gəlir ki,  onlar hüquqla  tənzim­

lənməyi,  hüquqi  cəhətdən  qorunmağı  və  mühafizə  olunmağı  tələb  edir.  Qeyri- 

ənənəvi  nəticələrin  qorunması  institutu  da  məhz  həmin  məsələlərin  həlli  üçün 

nəzərdə tutulmuşdur.

Qeyri-ənənəvi  nəticələrin  qorunması  institutu  bir neçə  subinstituta  bölünür. 

Onlara aiddir:

'  Bu əsaslar barədə bax:  Сергеев А.П.  Право интеллектуальной собственности  в Российской Фе­

дерации. Учебник. М..  1999, с. 29-33.

126


•   seleksiya  nailiyyətləri subinstitutu;

•   kommersiya sirri subinstitutu;

•   inteqral mikrosxemlərin topologiyası subinstitutu;

•   kəşf hüququ  subinstitutu;

•   səmərələşdirici təkliflər subinstitutu.

Seleksiya  nailiyyətləri  subinstitutu  hüquq  normalarının  elə  bir  sistemidir 

ki,  həmin  sistem  seleksiya  nailiyyətlərinin  qeydiyyatı,  istifadəsi  və  mühafizəsi 

ilə  bağlı  münasibətləri tənzimləyir.  Yaradıcılıq (əqli) fəaliyyətinin nəticələrindən 

biri olan seleksiya  nailiyyətləri hüquqi cəhətdən  məhz bu subinstitutla qorunur. 

Seleksiya  işi  nəticəsində  yaradılmış,  cəmiyyət  üçün  faydalı  bitki  sortları,  hey­

van  cinsləri  və  s.  seleksiya  nailiyyətləri  hesab edilir.  Xarici  dövlətlərin  əksəriy­

yətində ona  əqli  mülkiyyət hüququnun xüsusi obyekti kimi baxırlar.

Seleksiya  nailiyyəti  ixtiraya  oxşayır.  Oxşarlıq  ondan  ibarətdir ki,  həm selek­

siya  nailiyyəti,  həm  də  ixtira  obyektin  dəyişmə  prosesi  ilə  bağlıdır  və  həmin 

proses  planlaşdırılmış  nəticəni  əldə  etmək məqsədi  ilə  lazımi  səmtə yönəldilir. 

Buna  görə  də  onların  hüquqi  rejimi  müəyyən  dərəcədə eynidir.

Lakin  seleksiya  nailiyyəti  ixtiradan  fərqlənən  əqli  (yaradıcılıq) fəaliyyət  nəti­

cəsidir.  Belə  ki,  əgər ixtira  əsasən cansız təbiət obyektləri ilə bağlıdırsa,  selek­

siya  nailiyyəti  təbii  sistem  (bitki və  heyvanlarla) əlaqədardır.  Buna  görə də on­

ların  hüquqi  rejimi əsasən və başlıca olaraq müxtəlif olub,  üst-üstə düşmür.

Kommersiya  sirri  subinstitutu  əqli  mülkiyyət  hüququnun  obyektlərindən 

biri  olan  kommersiya  sirlərinin  hüquqi  cəhətdən  qorunması  və  istifadəsi  ilə 

bağlı  münasibətləri  tənzimləyən  hüquq  normalarının  sistemi  deməkdir.  Kom­

mersiya  sirri  əqli  fəaliyyət  nəticəsi olub,  nəyinsə  barəsində  məlumat və biliklə­

rin  müəyyən  məcmusudur.  O,  üçüncü  şəxslərə  məlum  olmayan  informasiya­

dır.  Buna  görə  kommersiya  sirrinin  həqiqi  və  ya  potensial  kommersiya  də­



yəri  vardır.

Kommersiya  subinstitutu  sovet  dövrünün  mülki  qanunvericiliyinə  məlum 

deyildi.  Azərbaycan  Respublikasında  bazar  iqtisadiyyatına  keçid  bir  sıra  yeni 

anlayışların  əmələ  gəlməsini  şərtləndirmişdir  ki,  kommersiya  sirri  həmin  anla­

yışlardan  biridir.

Qanunvericilikdə  və  təcrübədə  «nou-hau»,  «istehsal  sirri»,  «ticarət  sirri», 

«məxfi  informasiya»,  «konfedensial  informasiya  və  digər  terminlərdən  istifadə 

olunur.  Bunlar  mahiyyətcə,  eyni  olub  kommersiya  sirrinə  sinonim  olan  anlayış­

lardır.

İnteqral  mikrosxemlərin  topologiyası  subinstitutu  dedikdə,  inteqral mik- 

rosxemlərinin  topologiyasının hüquqi cəhətdən  qorunması və istifadəsi ilə bağ­

lı  münasibətləri  tənzimləyən  hüquq  normalannın  sistemi  başa  düşülür.  Bu  su- 

binstitut  da  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  üçün yenidir.  O, 

topologiyanı  mühafizə  edərək,  nə  müəlliflik  hüququ  ilə,  nə  də  patent  hüququ 

ilə  üst-üstə  düşür.  Göstərilən  subinstitut  topologiyanın  hüquqi  rejimini  müəy­

yən edir.

Kəşf  hüququ  subinstitutu  dedikdə,  elmi  kəşflərin  qorunması  və  istifadəsi 

ilə  əlaqədar  yaranan  münasibətləri  tənzimləyən  hüquq  normalarının  sistemi 

başa  düşülür.  Əqli  (yaradıcılıq)  fəaliyyətin  nəticələrindən  biri  olan  elmi  kəşflər

127


hüquqi cəhətdən məhz bu subinstitutun vasitəsilə qorunur və mühafizə edilir.

Elmi  kəşflər  fundamental  tədqiqatların  daha  əhəmiyyətli  nəticəsidir.  Onlar 

elmi-texniki  proqresin  inkişafında  mühüm  rol  oynayır.  Elmi  kəşflər  imkan  verir 

ki,  maddi dünya  daha  dərindən  və  geniş  şəkildə  dərk  olunsun.  Onlar obyektiv 

həqiqət barədə yeni biliklərə gətirib çıxarır.

Kəşf obyektiv surətdə mövcud olan əvvəllər məlum olmayan qanunauyğun­

luqların,  xassə  və  təzahürlərin  üzə  çıxanlması,  müəyyən  edilməsidir.  Bunun 

nəticəsində bilik səviyyəsində köklü  dəyişiklik edilir1.

Səm ərələşdirici tə k lif hüququ  su b in stitutu ,  səmərələşdirici  təkliflərin hü­

quqi  cəhətdən  qorunması  və  istifadəsi  ilə  bağlı  yaranan  münasibətləri  tənzim 

edən  hüquq  normalarının  sistemi deməkdir.  Səmərələşdirici  təklif texniki  yara­

dıcılıq fəaliyyətinin  ən  kütləvi  nəticəsi  olub,  tətbiq  olunan  texnika  və  texnologi­

yanın təkmilləşdirilməsində böyük rol oynayır.

Səm ərələşdirici  tə k lif  dedikdə,  müəyyən  müəssisə  üçün  yeni  və  faydalı 

olan  texniki,  təşkilati və ya  idarəçilik təklifi  başa  düşülür1

 2.  Səmərələşdirici təklif 

planlaşdırmanın,  uçotun,  maddi-texniki  təchizatın,  iş  qüvvəsinin  yerləşdirilmə- 

sinin,  iş  qrafikinin  dəyişdirilməsinin,  texnikanın  təmir  edilməsinin  və  s.  təkmil- 

ləşdirilməsinə yönələ bilər.  O,  istehsal olunan  məmulatın  konstruksiyasının,  is­

tehsal  texnologiyasının,  eləcə  də  tətbiq  olunan  texnikanın  dəyişdirilməsini  də 

nəzərdə tuta  bilər.

Belə  bir  fikir  mövcuddur  ki,  əqli  mülkiyyətin  müxtəlif  formaları  (obyektləri) 

arasında  elmi  kəşfin  adı,  ümumiyyətlə,  çəkilməməlidir.  Belə  ki,  hər hansı  ölkə­

nin  milli qanunvericiliyi  və  ya  beynəlxalq  müqavilə  elmi  kəşflərə  əqli  mülkiyyət 

hüququnu  tanımır.  Dünyanın  əksəriyyət  ölkələrində  elmi  kəşflər,  eləcə  də  sə­

mərələşdirici  təkliflər xüsusi  olaraq  ayrılmır.  Buna  görə  də  elmi  kəşflər  və  sə­

mərələşdirici  təkliflər Azərbaycan  Respublikasının  əqli  mülkiyyət  hüququ  üçün

Əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələrinin  istifadəsi  və  qo­

runması  ilə  bağlı yaranan  münasibətlər hüquqi tənzimet- 

mənin  predmeti  olub,  hüquq  normaları  ilə  nizamlanır. 

Həmin  normalar  xaricən  müxtəlif qanunvericilik  aktların­

da  ifadə olunur ki, onlara əqli  mülkiyyət hüququ  barədə qanunvericilik deyilir.

Əqli  m ülkiyyət  hüququ  barədə  q a n u n ve ricilik  dedikdə,  əqli  (yaradıcılıq) 

fəaliyyət  nəticələrinin  istifadəsi  və  qorunması  ilə  bağlı  yaranan  münasibətləri 

tənzimləyən  qanunvericilik  aktlarının  məcmusu  başa  düşülür.  Məhz  bu  aktlar 

əqli mülkiyyət hüququnun əsas mənbə  növü  hesab edilir.

Əqli  mülkiyyət hüququ  haqqında qanunvericilik  m ülki  q a n u n v e ric iliy in   ya- 

rımsahəsidir.  Buna  görə  də  mülki  qanunvericiliyin  müəyyən  etdiyi  qaydalar 

əqli  mülkiyyət  münasibətlərinin  tənzimlənməsində  geniş  surətdə  tətbiq  edilir.

1  Beynəlxalq  sənədlərdə də  kəşfin  anlayışı  verilir.  Kəşf maddi  dünyanın  əvvəllər  tanınmayan  və 

yoxlanıla  bilən  hadisələrinin,  xassələrinin  və  ya  qanunlarının  tanınmasıdır  (Женевский  договор  по 

международной регистрации научных открытий,  1978 г.).

2  Вах:  пункт 3.  Методические  рекомендаций  по  организации  и  проведению  рационализатор­

ской  работы  на  предприятиях  Россицйской  Федерации.  1996  гУ/Патенты  и  лисснзии.  1996.  №10. 

с. 39-40.

128


xüsusi anlayışdır.

Əqli mülkiyyət 

hüququnun 

mənbələri



Söhbət mülki qanunvericiliyin  ümumi xarakter daşıyan və bütün  mülki münasi­

bətlərin  tənzimlənməsi  üçün  nəzərdə  tutulan  (hesablanan)  qaydalarından  ge­

dir.  Xüsusən  də mülki qanunvericiliyin əqdlər,  mülki hüquq və fəaliyyət qabiliy­

yətləri,  pozulmuş  hüquqların  müdafiəsi  üsulları  (və  formaları)  və  vərəsəlik  hü­

ququ  barədə  normaları  əqli  mülkiyyət  hüququna  şamil  edilir.  Əqli  mülkiyyət 

münasibətlərinə  (müəlliflik  münasibətlərinə,  patent  münasibətlərinə,  fərdiləş- 

dirmə vasitələri  ilə bağlı olan  münasibətlərə və s.) mülki qanunvericiliyin öhdə­

lik  hüququnun  ümumi  hissəsinə  aid  normalan  bütövlükdə tətbiq  edilə bilər, bu 

şərtlə  ki,  əqli  mülkiyyət  hüququnun  xüsusi  normaları  ona  (yəni  öhdəlik  hüqu­

qunun  ümumi  hissəsinə)  birbaşa  düzəliş  etməsin  və ya  belə  düzəliş əqli  mül­

kiyyət hüquq  münasibətlərinin xüsusiyyətlərindən irəli gəlməsin'.

Lakin  Azərbaycan  Respublikasının  yeni  Mülki  Məcəlləsində  əqli  mülkiyyət 

hüququna  və  onun  ayrı-ayrı yarımnövlərinə  (müəlliflik  hüququna,  patent hüqu­

quna  və  s.)  toxunan  normalara  rast  gəlmirik.  Belə  ki,  burada  əqli  mülkiyyət 

münasibətlərini (müəlliflik münasibətlərini,  patent münasibətlərini və s.) hüquqi 

cəhətdən  nizamlayan  normalar nəzərdə tutulmur.  Bu cəhəti  ilə yeni  Mülki Mə­

cəllə  köhnə  məcəllədən (1964) fərqlənir.  Köhnə Mülki  Məcəllə müəlliflik müna­

sibətlərini  və  ixtira  münasibətlərini  müfəssəl  şəkildə  tənzimləyirdi.  Amma  he­

sab  edirik  ki,  yeni  Mülki  Məcəllənin  əqli  mülkiyyət  münasibətlərini  müfəssəl 

şəkildə,  təfsilatı  ilə  tənzimlənməsinə  ehtiyac yoxdur və  bu.  məqsədəuyğun  da 

deyildir.  Çünki  əqli  mülkiyyət  münasibətlərinin  ayrı-ayrı  yarımnövləri  (müəlliflik 

münasibətləri,  patent  münasibətləri  və  s.)  xüsusi  qanunlarla  nizama  salınır. 

Bildiyimiz  kimi,  Azərbaycan  Respublikasında  müəlliflik  hüququ  barədə,  patent 

haqqında  və  digər məsələlər barədə qanunlar qəbul edilmişdir.

Söz yox  ki,  əqli  mülkiyyət münasibətləri  müxtəlif olub,  kifayət dərəcədə rən­

garəngdir.  Əlbəttə,  Mülki  Məcəllə  belə  münasibətlərin  hamısını  müfəssəl  şəkil­

də tənzimləmək,  onları özünün nizamasalma  predmetinə daxil etmək iqtidann- 

da  deyildir.  Çətin  ki,  Mülki  Məcəllə  əqli  mülkiyyət  münasibətlərini  geniş  surət­

də  nizamlaya  bilən  xüsusi,  ayrıca  normalar  nəzərdə  tuta  bilsin.  Bu,  nəinki 

mümkün,  hətta  belə  məqsədə müvafiq  də deyildir.

Lakin  əqli  (yaradıcılıq)  fəaliyyət  nəticələrinin  yaradılması  ilə  əqli  mülkiyyət 

münasibətləri  (bu  münasibətlər çərçivəsində  subyektiv əqli mülkiyyət hüquqla­

rı)  əmələ  gəlir.  Onlar  mülki  münasibətlərin  (mülki  hüquqların)  növlərindən  biri­

dir.  Buna  görə  də  bazis  xarakterli  akt  olan,  mülki  qanunvericilik  sisteminin 

özək və  başlıca aktı  sayılan  Mülki  Məcəllədə əqli  mülkiyyət  münasibətlərini 

(əqli  mülkiyyət  hüquqlarını) tənzimləyən  ümumi  xarakterli  və əhəmiyyətli 

normalar,  prinsipial  müddəalar  nəzərdə tutulmalıdır.  Digər tərəfdən,  Azər­

baycan  Respublikasında  əqli  mülkiyyət  hüququ  barədə  ayrıca,  xüsusi  qanu­

nun  qəbul  edilməsini  məqsədəuyğun  hesab  edirik.  Bu  qanunda  əqli mülkiyyət 

münasibətlərinə  aid  olan  ümumi  qaydalar müəyyən  olunmalıdır.  Bəzi xarici öl­

kələrdə,  məsələn,  Fransada  intellektual  (əqli)  mülkiyyət  barədə  məcəllə 1

1  Гаврилов  Э.П.  Советское  авторское  право.  Основные  положения  тенлениии  развития.  М., 

1984, с.  59; Сергеев А.П.  Право интеллектуальной собственности  в Российской Федерации.  Учеб­

ник,  М..  1999, с.  70.  Егоров И Д.  Гражданско-правовое регулирование общественных отношений 

Л..  1988. с.  147.

129


(1992) qəbul edilmişdir'.

Dediklərimizdən  belə  nəticəyə  gələ  bilərik  ki,  Mülki  Məcəllənin  ümumi  qay­

daları (normaları) əqli  mülkiyyət münasibətlərini tənzimləmək  baxımından əhə­

miyyətli olsa da, onlardan  həmin münasibətləri  nizamasalma  prosesində  istifa­

də olunsa  da  Mülki  Məcəllə  əqli  m ülkiyyət  hüququnun  b ilavasitə  m ənbəyi 

hesab edilmir.

Əqli  mülkiyyət  haqqında  qanunvericilik  dörd  hissədən  ibarətdir.  Həmin  his­

sələrə aiddir:

•   müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında  qanunvericilik:

•   patent haqqında qanunvericilik:

•   fərdiləşdirmə vasitələri haqqında  qanunvericilik;

•   əqli  mülkiyyət  hüququnun  qeyri-ənənəvi  obyektlərinin  qorunması  barədə 

qanunvericilik.

M üəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  barədə  q a n u n v e ric ilik   dedikdə, 

elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinin,  habelə  ifaların,  fonoqramların,  efir və 

ya  kabel  yayımı  təşkilatlarının  verilişlərinin  yaradılması  və  istifadəsi  ilə  əlaqə­

dar yaranan  münasibətlərin tənzimlənməsində  tətbiq  olunan  və  istifadə  edilən 

bütün qanunvericilik aktlarının  məcmusu  başa  düşülür.

Patent  haqqında  qanunvericilik  ixtiraların,  faydalı  modellərin  və  sənaye  nü­

munələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı yaranan münasi­

bətləri tənzimləyən bütün qanunvericilik aktlarının məcmusundan ibarətdir2.

Fərdiləşdirmə  vasitələri  barədə  qa n un ve ricilik  dedikdə,  əmtəə  nişanla­

rının, coğrafi göstəricilərin və firma adlarının qeydə alınması  hüquqi  mühafizəsi 

və  istifadəsi  ilə  bağlı  münasibətləri  tənzimləyən  qanunvericilik  aktlarının  məc­

musu başa düşülür.

Əqli  m ülkiyyət  hüququnun  qeyri-ənənəvi  o b y e k tlə rin in   qorunm ası  ba­

rədə  qanunvericilik  dedikdə,  seleksiya  nailiyyətlərinin,  elmi  kəşflərin,  kom­

mersiya  sirlərinin,  səmərələşdirici  təkliflərin  və  s.  hüquqi  mühafizəsi  və  istifa­

dəsi  ilə  bağlı  münasibətləri  tənzimləyən  qanunvericilik aktlarının  məcmusu  ba­

şa düşülür.

Beynəlxalq  m üqavilələr  (konvensiyalar)  əqli  mülkiyyət  hüququnun  mən­

bəyi  salınır,  bu  şərtlə  ki,  Azərbaycan  Respublikası  onları  imzalasın  və  ratifika­

siya  etsin  (onlara  qoşulsun).  Söhbət Azərbaycan  Respublikasının  iştirak  etdiyi 

beynəlxalq müqavilələrdən (konvensiyalardan) gedir.

Azərbaycan  Respublikası  hər şeydən  əvvəl,  Paris  konvensiyasını  (1883) 

imzalamışdır.  Bu  konvensiya  sənaye  mülkiyyətinin  qorunması  barədədir.  Kon­

vensiyada  160  dövlət  iştirak edir.  Konvensiyanın  bir sıra  müddəaları  Azərbay­

can  Respublikasının  «Patent haqqında»  qanununda öz əksini tapmışdır.

Azərbaycan  Respublikası  patent  kooperasiyası  haqqında  m üqavilənin 

(RST-nin)  də  iştirakçısıdır.  RST-yə  110-dan  çox  dövlət  qoşulmuşdur.  Müqavi­

lə  1970-ci  ildə  Vaşinqtonda  qəbul  edilmişdir.  RST-in  ingiliscə  tam  adı  belədir:

' Основные институты  гражданского права зарубежных стран. М,  1999, с. 5.

: «'Patent  haqqında» qanun (2-ci  madda) bcynalxalq  müqavilələri də  patent  haqqında qanunvericili- 

yə daxil edir.  Bu qeyri-dəqiq mövqedir.  Məsələ burasındadır ki, beynəlxalq müqavilələr patent hüququ­

nun mənbəyi olsa da, patent qanunvericiliyinə daxil deyildir.

130


Patent Cooperation Treative.

Azərbaycan  Respublikası  nişanların  beynəlxalq  qeydiyyatı  barədə  Mad­

rid  sazişində  də iştirak edir.  Madrid sazişi  1891-ci ilin aprel ayında qəbul edil­

mişdir.  O,  əmtəə  nişanlarının,  eləcə  də xidmət nişanlarının beynəlxalq  qeydiy­

yatı  barədə  qayda  nəzərdə  tutur.  Bununla  əmtəə  nişanlarının  (xidmət nişanla­

rının) bir neçə dövlətdə  hüquqi cəhətdən qorunması  məsələsi asanlaşır.

Bunlardan əlavə, Azərbaycan  Respublikası  Ümumdünya Əqli Mülkiyyət 

Təşkilatını  təsis edən  konvensiyaya, Ədəbi-bədii  əsərlərin  qorunması  ba­

rədə  Bern  konvensiyasına və digər konvensiyalara da qoşulmuşdur.

Nə mülki  hüquq  elmi  (doktrinası),  nə məhkəmə praktikası,  nə də  presedent 

hüququ  mülki  hüququn  mənbəyi  sayıldığı  kimi,  əqli  mülkiyyət  hüququnun  da 

mənbəyi  hesab edilir;  onlar Azərbaycan  Respublikasında  əqli  mülkiyyət hüqu­

qunun  mənbəyi  kimi tanınmır.

Əqli  mülkiyyət  hüququnun  prinsipləri  dedikdə,  onun

Əqli  m ülkiyyət 

əsas  başlanğıcları,  çıxış  ideyaları  başa  düşülür.  Ümumi 



huququnun 

əhəmiyyətə  malik  olan  həmin  prinsiplər  bir  tərəfdən  uni- 

prınsıplərı 

versaldır,  digər tərəfdən  imperativdir.  Onlar əqli mülkiyyət 

hüququnun  bütün  sisteminə nüfuz və sirayət edir.

Əqli  mülkiyyətin  toxunulmazlığı  prinsipi  əqli  mülkiyyət  hüququnun  əsas 

prinsiplərindən  biri  kimi  tanınır.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki,  heç 

kəs  özünün  yaratdığı  əqli  (yaradıcılıq)  fəaliyyət  məhsullarından  məhrum  edilə 

bilməz.  Həmin  prinsipə  görə  əqli  (yaradıcılıq)  əmək  məhsulları  yaradan  «mül­

kiyyətçi»  bu  məhsullara  olan  istifadə və  sərəncam  hüquqlarını  sərbəst şəkildə 

həyata  keçirə  bilər.



Müstəsnalıq  prinsipi  əqli  mülkiyyət  hüququnun  əsas  prinsipləri  sırasına 

daxildir.  Bu  prinsipə  görə  əqli  mülkiyyət  hüquqları  müstəsna  xarakterə  malik­

dir.  Yalnız  əqli  əmək  məhsullarını  yaradan  şəxs  (və  qanunda  göstərilən  digər 

şəxslər)  həmin  məhsullardan  istifadə  və  onlara  sərəncam  verə  bilər.  Əqli 

əmək  nəticələrinə  (məhsullarına)  münasibətdə  xüsusi  xarakterli  istifadə  rejimi 

-   müstəsna  hüquq  rejimi  tətbiq  edilir.  Əqli  mülkiyyət  hüququ  müəyyən  edir 

ki,  kimin  həmin  nəticələri  tətbiq  etmək və onlardan  istifadə etmək  hüququ var, 

kimin  isə yox.

Əqli  fəaliyyət nəticələrinin  qorunması  prinsipi  əqli mülkiyyət hüququnun 

prinsiplərindən  biri  kimi  tanınır.  Bu  prinsipə görə əqli əmək  məhsulları (əsərlər, 

ixtiralar,  faydalı  modellər,  elmi  kəşflər  və  s.)  hüquqi  cəhətdən  qorunur,  əqli 

mülkiyyət  hüququ  yarımsahəsinin  hüquqi  mühafizə  sferasına  daxil  edilir.  Bu 

isə  o  deməkdir ki,  əqli  fəaliyyət  nəticəsindən  başqa  şəxslər yalnız həmin  nəti­

cəni yaradan  şəxsin  icazə və razılığı  ilə istifadə edə bilər.



Əqli  (yaradıcılıq)  fəaliyyət  prinsipi  əqli  mülkiyyət hüququnun  prinsiplərin­

dən  biridir.  Bu  prinsipə  görə  hər  kəs  əqli  əməyin  müxtəlif  məhsullarını  yarat­

maqda  azad  və  sərbəstdir.  Buna  görə  ona  yaradıcılıq  sərbəstliyi  və ya  yara­

dıcılıq azadlığı  prinsipi  də deyilir.

Əqli mülkiyyət hüququnun prinsiplərinin rolu və əhəmiyyəti böyükdür. Belə ki. 

həmin  prinsiplər  əqli  mülkiyyət  hüququnun  ayn-ayn  normalarının  praktikada 

düzgün  tətbiq  olunmasına  və  təfsir edilməsinə  imkan  verir.  Digər tərəfdən  bəzi

131


məsələlər  qanunvericiliklə  tənzimlənir  ki.  göstərilən  prinsiplərdən  həmin  məsə­

lələri həll etmək üçün istifadə oluna bilər.  Məhz adı çəkilən  prinsiplər imkan verir 

ki. əqli mülkiyyət hüququ mülki hüququn yarımsahəsi statusunu əldə etsin.

Tövsiyə olunan  əlavə ədəbiyyat

Сергеев  А.П.  Право  интеллектуальной  собственности  в  Российской 

Федерации. Учебник.  М.,  1999 (гл.1);

Белов  В.



В., 

Виталиев  Г.В.,  Д енисов 



Г.М. 

Интеллектуальная

собственность.  М.,  2006 (гл.  1);

Андрей 


Минков. 

Международная 

охрана 

интеллектуальной 



собственности.  СПб.,  2001  (m.  1);

Гражданское  право.  Учебник.  Том  3/  Под  ред.  А.П.Сергеева, 

Ю.К.Толстого.  М.,  1998 (гл.  52);

Гражданское  право.  Учебник.  Том  1/ Под ред. 

Е.А.Суханова. 

М.,  1998

(гл.  22);

Allahverdiyev  S.S.  Azərbaycan  Respublikasının  müəlliflik  və  patent 

hüququ.  Mühazirə kursu.  Bakı.  2000 (fəsil  1);

Allahverdiyev S.S. Əqli mülkiyyət hüququ.  Dərs vəsaiti.  Bakı.  2006 (I fəsil).

132


IV  FƏSİL

MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ  HÜQUQLAR


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin