§ 1. Müəlliflik hüququnun anlayışı, predmeti,
funksiyaları, prinsipləri və mənbələri
Müəllifi k
Bundan əvvəlki fəsildə qeyd etdik ki, müəlliflik hüququ və əla-
hüququnun
qəl' hü4uqlar əqli mülkiyyət hüququnun əsas institutlarından
anlavısı
biridir və bu institutun özü iki subinstitutdan ibarətdir: müəlliflik
hüququ subinstitutundan; əlaqəli hüquqlar subinstitutundan.
Müəlliflik hüququ iki mənada işlədilir: subyektiv mənada; obyektiv mənada
Subyektiv mənada müəlliflik hüququ dedikdə, konkret subyektin elm,
ədəbiyyat və incəsənət əsərləri ilə bağlı malik olduğu şəxsi qeyri-əmlak və ya
əmlak hüquqları başa düşülür. Subyektiv mənada müəlliflik hüququ elə sub
yektiv müəlliflik hüququnun özü deməkdir.
İstənilən subyektiv mülki hüquq kimi subyektiv müəlliflik hüququ öz tərkibi
nə görə mürəkkəb olub, bir neçə səlahiyyətdən ibarətdir’ . Həmin səlahiyyətlə
rə aiddir: davranış səlahiyyəti (əsərdən istifadə və onun barəsində sərəncam
səlahiyyətləri, müəlliflik səlahiyyəti, ad hüququ və s.); tələb etmək səlahiyyə
ti (borclu şəxslərdən müəlliflik hüquqlarını pozan hərəkətlərdən çəkinməyi tə
ləb etmək imkanı); müdafiə səlahiyyəti (pozulmuş hüquqların bərpa olunma
sı və ya mübahisə edilən hüquqların tanınması üçün hüquqqoruyucu tədbirlər
tətbiq etmək imkanı).
Qeyd etmək lazımdır ki, subyektiv müəlliflik hüququ yalnız müəlliflik hüquq
münasibəti çərçivəsində yarana və mövcud ola bilər. Müəlliflik hüquq münasi
bəti isə müəllifin əsər yaratması ilə onunla əhatə dairəsi bilinməyən, qeyri-
məhdud saylı şəxslər («hamı və hər kəs») arasında əsər barəsində yaranır.
Əhatə dairəsi bilinməyən qeyri-məhdud saylı şəxslər («hamı və hər kəs») mü
əlliflik hüquq münasibətinin borclu tərəfi sayılır. Onlar belə bir passiv vəzifə
daşıyırlar: müəllifin əsər barəsində malik olduğu hüquqları pozmaqdan çəkin
mək və həmin hüquqların həyata keçirilməsinə mane olmamaq.
Müəlliflik hüquq münasibətlərinin digər tərəfi (qarşı tərəf) isə müəllifdən
ibarətdir. O, müəlliflik hüquq münasibətinin səlahiyyətli şəxsidir. Səlahiyyətli
şəxs kimi müəllif əsər barəsində hüquqi imkanlara malikdir ki. onların məcmu
su subyektiv müəlliflik hüququ adlanır. Subyektiv müəlliflik hüququ səlahiyyətli
şəxsə məxsus olub, müəlliflik hüquq münasibətinin elementi sayılır. Müəllif
lik hüquq münasibəti isə mütləq hüquq münasibəti növünə aid edilir, çünki
həmin hüquq münasibətində yalnız bir tərəf məlumdur. Borclu tərəfi isə təmsil
edən şəxslər naməlumdur.
Obyektiv mənada müəlliflik hüququ dedikdə, elm, ədəbiyyat və incəsə- 1
1 Никитина M.И. Авторское право на произведения науки, литературы и искусства. Казань.
1982, с. 62. Гаврилов Э.П. Советское авторское право. М., 1984. с. 133.
133
nəl əsərlərinin yaradılması, istifadəsi və hüquqi mühafizəsi ilə bağlı əmələ gə
lən ictimai münasibətləri tənzimləyən mülki hüquq normalarının məcmusu ba
şa düşülür. Bu normalar müəlliflik hüququ, memarlıq, mədəniyyət, reklam və
digər məsələlər barədə qanunlarda, habelə qanun qüvvəli aktlarda ifadə olu
nur. Deməli, obyektiv mənada müəlliflik hüququ müxtəlif normativ aktlarda ifa
də olunan mülki hüquq normalarından ibarətdir. Məhz bu səbəbdən göstərə
bilərik ki, obyektiv mənada müəlliflik hüququ elə müəlliflik hüququ subinstitutu-
nun özü deməkdir. Hüquq subinstitutu kimi isə müəlliflik hüququnun işi elm,
ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi prosesində əmələ
gələn əmlak və şəxsi qeyri-əmlak münasibətləri ilə bağlıdır. Həmin münasibət
lər məhz müəlliflik hüququ subinstitutu ilə tənzimlənir.
Dediklərimizdən belə nəticə çıxara bilərik ki, məhz obyektiv mənada müəl
liflik hüququ subinstitut kimi çıxış edir və əqli mülkiyyət hüququ yarımsahəsinin
sisteminə tərkib hissəsi (elementi) kimi daxil olur. Hər bir hüquq subinstitutu-
nun isə özünün nizamasalma (tənzimetmə) predmeti olmalıdır. Bəs, müəlliflik
hüququnun nizamasalma predmeti nədən, yəni hansı növ ictimai münasibət
lərdən ibarətdir?
Müəlliflik
hüququnun
predmeti
Qeyd etdik ki, elm, ədəbiyyat və incəsənət əsərlərinin ya
radılması və istifadəsi prosesində müəyyən növ ictimai
münasibətlər əmələ gəlir. Onlar müəlliflik münasibətləri
adlanır. Məhz bu münasibətlər hüquq subinstitutu kimi
müəlliflik hüququnun nizamasalma (tənzimləmə) predmetini təşkil edir.
Məhz həmin münasibətlər müəlliflik hüququ ilə tənzimlənərək onun nizama
salma predmetinə daxil olur.
Müəlliflik münasibəti ilk növbədə, şəxsi qeyri-əmlak münasibəti növündə
ola bilər. Bu münasibət isə müəllifin əsər yaratması ilə əmələ gəlir. Əsər işıq
üzü görən kimi onun barəsində müəlliflə əhatə dairəsi bilinməyən şəxslər («ha
mı və hər kəs») arasında şəxsi qeyri-əmlak münasibəti yaranır. Müəlliflik müna
sibəti digər tərəfdən, özündə əmlak elementlərini birləşdirir. Belə ki, o, həm də
əmlak münasibəti növündə də ola bilər. Əmlak münasibəti əsərin yaradılması
ilə yox, əsərdən istifadə edilməsi ilə bağlı olaraq əmələ gəlir. Məsələn, əsər ki
tab halında nəşr olunur və onun çoxsaylı nüsxələri oxuculara satılır. Bu zaman
alqı-satqı münasibəti yaranır ki, həmin münasibət əmlak münasibəti sayılır.
Müəlliflik hüququ ilə tənzimlənən şəxsi qeyri-əmlak və əmlak münasibətləri
bir-biri ilə kompleks halında bağlıdır. Lakin şəxsi qeyri-əmlak münasibətləri
əsas rola malikdir. Əmlak münasibəti məhz həmin münasibətdən törəyir və
ondan asılıdır.
Müəlliflik
hüququnun
funksiyaları
funksiyalara aiddir:
Hüquq subinstitutu kimi müəlliflik hüququnun hansı rolu
yerinə yetirməsi və oynaması onun funksiyalarında təza
hür edir'.
Müəlliflik hüququ beş funksiya yerinə yetirir. Həmin 1
1 M üəlliflik hüququnun funksiyaları barodə bax: Гражданское право Учебник. Том 1 /Пол рсд.
Е А Суханова. М „ 1998, с. 638-639.
134
• tanıtmaq funksiyası;
• mühafizə etmək funksiyası;
• müəyyən etmək funksiyası;
• təmin etmək funksiyası;
• müdafiə funksiyası.
Müəlliflik hüququnu tanıtmaq funksiyasının mahiyyəti ondan ibarətdir
ki, əsəri yaradan şəxsə əsərin müəllifi sayılması və hesab edilməsi imkanı ve
rilmişdir. Müəllifin hüququ vardır ki, bu faktın, yəni əsərin müəllifi sayılması fak
tının tanınmasını başqa şəxslərdən tələb etsin. Deməli, şəxs yaratdığı əsərin
müəllifi kimi tanınmaq hüququna (imkanına) malikdir. Bu hüquq isə əsərin
özünün yaranması faktı ilə əmələ gəlir və əsərin dərc olunub-olunmamasın
dan, istifadə edilib-edilməməsindən asılı deyildir. Şəxsi əsərin müəllifi kimi ta
nımaq üçün hər hansı formal proseduranın yerinə yetirilməsi, əsərin dövlət
orqanlarında qeydə alınması, xüsusi olaraq rəsmiləşdirilməsi və ya kiminsə ra
zılıq (icazə) verməsi tələb olunmur.
Müəlliflik hüququnu mühafizə etmək funksiyasının (qoruyucu funksi
yasının) mahiyyəti ondan ibarətdir ki, müəlliflik hüquq normaları elm, ədəbiy
yat və incəsənət əsərlərini hüquqi cəhətdən (fiziki cəhətdən yox) qoruyur. Bu,
o deməkdir ki, əsər müəllifin razılığı (icazəsi) olmadan və ona haqq verilmə
dən istifadə edilə bilməz (məsələn, əsər nəşr oluna və ya başqa dilə tərcümə
oluna bilməz və s.). Əgər müvafiq şəxs əsərdən müəllifin razılığı olmadan isti
fadə edərsə (məsələn, müəllifin icazəsi olmadan əsəri kitab halında çap edər
sə və s.), bu hal qanunsuz istifadə (hüquq pozuntusu) hesab ediləcəkdir. Bu
na görə də təqsirkar şəxsə müvafiq məsuliyyət tədbirləri tətbiq edilir.
Müəlliflik hüququ əsəri yarandığı andan öz mühafizə sferasına daxil
edir. Buna görə də dərc edilən əsər də, dərc edilməyən əsər də müəlliflik hü
ququ ilə qorunur. Məhz bu səbəbdən əsərin əlyazması da müəlliflik hüququ
nun mühafizə sferasına aid edilir.
Müəlliflik hüquq normalarının əsəri qoruması həmin əsərin yaradıldığı
dövlətin ərazisi ilə məhdudlaşır. Məsələ burasındadır ki, müəlliflik hüququ
ərazi xarakterinə malikdir. Bu, onu ifadə edir ki, başqa dövlətin ərazisində
əsər müəllifin razılığı (icazəsi) olmadan və ona haqq (qonorar) verilmədən sər
bəst şəkildə istifadə oluna bilər. Başqa sözlə desək, müəyyən bir dövlətin əra
zisində müəlliflik hüququ ilə qorunan əsər başqa dövlətin ərazisində mühafizə
edilmir (qorunmur). Əsəri başqa dövlətin ərazisində qorumaq üçün beynəlxalq
müqavilələrin (konvensiyaların), eləcə də ikitərəfli beynəlxalq sazişlərin bağ
lanması tələb edilir.
Digər tərəfdən müəlliflik hüquqlarının qorunması müddətlə məhdudlaşır,
yəni müddətli xarakter daşıyır. Belə ki, müəlliflik hüquqlan qanunda nəzərdə
tutulan müddətdə qorunur. Bu müddət keçdikdən sonra onlar müəlliflik hüqu
qu ilə qorunmur.
Müəlliflik hüququnun müəyyən etmək funksiyasının mahiyyəti ondan
ibarətdir ki, müəlliflik hüquq normaları əsərdən istifadənin hüquqi rejimini mü
əyyənləşdirir. Həmin normalara görə əsərdən istifadə olunan zaman müstəs
na hüquq rejimi tətbiq edilir. Həmin rejimin mahiyyəti isə ondan ibarətdir ki,
135
müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı
formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır (bu barədə müəl
liflik hüququ birbaşa göstəriş ifadə edir)’ . Başqa hər hansı şəxsin belə hüququ
yoxdur. Müəlliflik hüququ göstərir ki, qanunla qorunan əsərdən kim və hansı
şərtlərlə istifadə edə bilər. Əsərdən başqa şəxslərin istifadəsi yalnız müəllifin
və ya əsərə müəlliflik hüququnun digər sahibinin razılığı və icazəsi ilə müm
kündür. Əsərdən istifadə və onun barəsində sərəncam səlahiyyətləri ancaq
həmin şəxslərə məxsusdur. Müəlliflik hüququ onları (müəllifi və s.) leqal (qa
nuni) inhisar hüququ ilə təmin edir ki, bu hüquq əsərdən istifadə üzrə müxtə
lif hərəkətlər etməyə imkan verir.
M üəlliflik hüququnun təmin etmək funksiyasının mahiyyəti ondan iba
rətdir ki. müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsərlərinin müəlliflərini
bir sıra hüquqlarla təmin edir. Onlara m ü ə lliflik hüquqları deyilir. Müəlliflik
hüquqları elə subyektiv hüquqlardır ki, müəllif onları elm, ədəbiyyat və incəsə
nət əsərlərinin yaradılması nəticəsində əldə edir. Həmin hüquqlar həm şəxsi
qeyri-əmlak xarakterli (məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, müəlli
fin ad hüququ və s.), həm də əmlak (iqtisadi) xarakterli (məsələn, əsərin nüs
xələrini satmaq və ya satmağa icazə vermək və s.) ola bilər.
M üəlliflik hüququnun müdafiə funksiyası onda ifadə olunur ki, elm, ədə
biyyat və incəsənət əsərlərinin yaradılması nəticəsində müəllifin əldə etdiyi
həm şəxsi qeyri-əmlak hüquqları, həm də əmlak (iqtisadi) hüquqları müdafiə
olunur. Söhbət müəlliflik hüquqlarının hüquqi müdafiə ilə təmin olunmasından
gedir. Belə ki, müəlliflik hüquqları pozulduğu və ya mübahisə edildiyi hallarda
pozulmuş hüquqları bərpa etməyə (və ya mübahisə edilən hüquqları tanıma
ğa) yönələn tədbirlər tətbiq edilir. Bu tədbirlərin məcmusu müəlliflik hüquqları
nın müdafiəsi hesab edilir.
Müəlliflik hüququ göstərilən funksiyaları üzərinə düşən vəzifələri həyata ke
çirmək üçün yerinə yetirir. Hüquq ədəbiyyatında müəlliflik hüququnun iki əsas
vəzifə daşıması göstərilir1
2. Onlardan biri stim ulla şdırm aq (təkan verm ək)
vəzifəsi adlanır. Belə ki, müəlliflik hüququ elm, ədəbiyyat və incəsənət əsərlə
ri yaratmağa yönələn fəaliyyəti, yəni yaradıcılıq fəaliyyətini stimullaşdırmalıdır.
İkincisi isə şərait yaratmaq vəzifəsi adlanır. Belə ki, müəlliflik hüququ
əsərdən cəmiyyətin mənafeyi (ictimai mənafe) naminə geniş istifadə etmək
üçün şərait yaratmalıdır.
Müəlliflik hüququnun mahiyyəti onun prinsiplərində təzahür
edir. Prinsiplər onun əsası sayılır. Müəlliflik hüququ məhz
özünün prinsiplərinə söykənir. Prinsiplər müəlliflik hüququ
nun əsas başlanğıcları və çıxış ideyalarını təşkil edir.
Müəlliflik hüququnun prinsipləri birbaşa və konkret olaraq qanunda formula
Müəlliflik
hüququnun
prinsipləri
1 «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 15-ci maddəsi.
2 Гражланскос право. Учебник. Часть З/Полрсл. А.П.Сергееаа. Ю К Толстого. М ., 1999, с. 10.
136
edilmir. Lakin onlar qanunun bir çox normalarında ifadə olunur’ . Məhz bu sə
bəbdən müəlliflik hüququnun prinsipləri imperativ olub, ümumməcburi (nor
mativ) qüvvəyə malikdir, hüquq normasında birbaşa göstəriş olmasa da tət
biq edilir. Digər tərəfdən prinsiplər müəlliflik hüquq normalarının təfsiri və tətbi
qi üçün əsasdır.
Müəlliflik hüququnun prinsipləri dedikdə, onun elə başlıca (çıxış) ide
yaları və əsas başlanğıcları başa düşülür ki, həmin başlanğıc və ideyalar
adətən, birbaşa qanunda formula olunmasa da onun bir çox normaların
da ifadə edilir və buna görə də ümumməcburi qüvvəyə malik olur.
Müəlliflik hüququnun prinsiplərinə aiddir:
• müəlliflik hüququnun tanınması prinsipi;
• müəllifin əsərdən istifadəyə müstəsna hüququnun tanınması prinsipi;
• müəlliflik hüquqlarının verilməsi və keçməsi prinsipi;
• müəllifin şəxsi qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilməməsi prinsipi;
• əsərdən sərbəst istifadə prinsipi.
Müəlliflik hüququnun tanınması prinsipi müasir müəlliflik hüququnun va
cib prinsipləri arasında aparıcı yer tutur. Bu prinsip bəzi xarici ölkələrin, məsə
lən, İspaniyanın müəlliflik hüququnda (əqli mülkiyyət haqqında 1987-ci il qanu
nunda) ifadə olunmuşdur.
Müəlliflik hüququnun tanınması prinsipinə görə əsəri yaradan şəxs onun
müəllifi sayılır və həmin şəxs bu faktı digər şəxslərdən tələb edə bilər. Onun
əsərin müəllifi kimi tanınması üçün yalnız bircə fakt - əsərin yaradılması
faktı kifayət edər. Bunun üçün əsərin qeydə alınması və ya hər hansı başqa
üsulla rəsmiləşdirilməsi tələb olunmur. Bir sözlə, əsər yaradıldığı andan müva
fiq şəxs onun müəllifi kimi tanınır və müəlliflik hüququ əmələ gəlir.
Müəllifin əsərdən istifadə etməyə müstəsna hüququnun tanınması
prinsipinə görə öz yaratdığı əsərdən istifadə olunacağı məsələsini (əsərin
açıqlanması və açıqlanmaması və ya əsərin nüsxələrinin hazırlanması və ha-
zırlanmaması və ya əsərin nüsxələrinin satılması və satılmaması və digər mə
sələləri) yalnız onun müəllifi həll edə bilər: əgər əsərdən istifadə olunacaqsa,
nə vaxt, hansı formada və üsulla. Müəllifin yaratdığı öz əsərindən istifadə
etməyə leqal (qanuni) inhisar hüququ vardır və bu hüquq tanınır.
Göstərilən prinsip bəzi xarici ölkələrin, məsələn, İsveçrənin hüquq doktrina
sında da ifadə olunmuşdur.
Müəlliflik hüquqlarının verilməsi və keçməsi prinsipi müəlliflik hüququ
barədə qanunda ifadə olunmuşdur2. Bu prinsipə görə müəlliflik hüquqlan mü
əllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında (həm qanun üzrə vərəsə
lik qaydasında, həm də vəsiyyət üzrə vərəsəlik qaydasında) keçir. Müəlliflik
hüquqları qanunda ifadə olunan göstərişə görə də keçə bilər (məsələn, xidmə- 1
1 Müəlliflərdən prof. A.P.Sergeyevin dəqiq söylənilməyən belə bir fikri ilə razılaşmaq olmaz
ki. guya m üəlliflik hüququnun prinsipləri məcmu halında götürülmüş bütün müəlliflik hüquq
normalarının (əhlilindən irəli gəlir [Сергеев А.П. Право интеллектуальной собственности в
Российской Федерации. Учебник. М.. 1999, с. 21; Гражданское право. Учебник. ЧастьЗ/Под рсд.
А.П.Сергеева. Ю.К.Толстого. M., I99S,с. 10).
: «M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Qanunun 28-ci maddəsi.
137
ti əsərdən islifadə hüquqları bu əsasa görə keçir). Özü də buradaca dərhal
qeyd etməliyik ki, müəllifin yalnız əmlak (iqtisadi) hüquqları keçə bilər.
Müəllifin şəxsi qeyri-əmlak hüquqlarına gəldikdə isə göstərə bilərik ki, həmin
hüquqlar nə müəllif müqavilələri üzrə verilir, nə də vərəsəlik qaydasında keçir.
Beləliklə, müəllifin əmlak hüquqlarının verilməsi ilə əsərdən istifadə hüququ
özgəninkiləşdirilir. əsərin hüquqi taleyinə sərəncam verilir. Müəllif öz əsərinin
hüquqi taleyini müəyyən etməkdə sərbəstdir. O. yaratdığı əsərə sərbəst şəkil
də sərəncam verə bilər. Buna görə də göstərilən prinsip m üə llifin sərbəst şə
kildə öz əsərinin hüquqi taleyini müəyyən etmək p rin s ip i də adlanır.
Müəllifin şəxsi qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilm əm əsi
prinsipi qanunda birbaşa ifadə olunan prinsiplərdəndir'. Bu prinsipə görə,
müəllifin şəxsi qeyri-əmlak hüquqları (əsərin müəllifi kimi tanınmaq hüququ, ad
hüququ və s.) bölünməz və özgəninkiləşdirilməz olub, əmlak (iqtisadi) hüquq
larından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına
verildiyi hallarda da müəllifdə qalır. Deməli, müəllifin şəxsi qeyri-əmlak hüquq
ları özgəninkiləşdirilməsi qeyri-mümkün olan hüquqlardır. Bu isə müəllifin öz
əsərinə tam («suveren») hüquqa malik olmasını ifadə edir.
Şəxsi qeyri-əmlak hüquqları müəllifin əqli əməyinin yaradıcı xarakterə malik
olmasından irəli gəlir və onun şəxsiyyəti ilə qırılmaz surətdə bağlıdır. Buna gö
rə də həmin hüquqlar müddətsiz qorunaraq özgəninkiləşdirilmir.
Bəzi xarici ölkələrin, məsələn, Fransanın müəlliflik hüququnda müəllifin
şəxsi qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilməməsi prinsipi əsas prinsip
lərdən biri hesab edilir*.
Əsərdən sərbəst istifadə prinsipinə görə, qanunda nəzərdə tutulan hal
larda müəlliflik hüquq normaları ilə qorunan əsərdən müəllifin (və ya müəlliflik
hüququnun digər sahibinin) razılığı olmadan və müəllif qonorarı (haqqı) veril
mədən istifadə oluna bilər. Bu, qanunsuz istifadə olmadığına görə hüquq po
zuntusu sayılmır. Məsələn, hər hansı şəxs elmi və tədqiqat məqsədi ilə qanun
dərc edilmiş əsərdən sitat gətirə bilər.
Əsərdən sərbəst istifadə zamanı müəllifin şəxsi qeyri-əmlak hüquqların,
əməl olunmalıdır, bir sıra hallarda istifadə olunan əsərin müəllifinin adı mütlət
göstərilməlidir.
Qanun əsərdən sərbəst istifadə hallarının qəti və dəqiq siyahısını ve
rir3. Bu siyahını genişləndirmək olmaz. Həmin hallara aiddir: kitabxanalar, ar
xivlər və təhsil müəssisələri tərəfindən əsərlərin reprosurətinin çıxarılması halı;
əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə halı;
məhkəmə və inzibati işlərin aparılması üçün əsərin surətinin çıxarılması halı;
rəsmi və dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edil
miş musiqi əsərlərinin kütləvi ifa edilməsi halı və s.
Əsərdən sərbəst istifadə prinsipi müəllifin sərbəst şəkildə öz əsərinin hüquqi
taleyini müəyyən etmək hüququnu, onun yaratdığı əsərə sərbəst surətdə sərən
cam vermək səlahiyyətini məhdudlaşdırır. Beləliklə, qanunda xüsusi olaraq gös- 1
' «Müalliftik hüququ və əlaqoli hüquqlar haqqında» qanunun 14-cü maddəsi.
1 Основные институты гражданского права тарубежных стран. М , 1999, с. 429.
' «Müalliftik hüququ vo olaqoli hüquqlar haqqında» qanunun 17-24-cü nıaddolori.
138
tərilən hallarda müəlliflik hüququ ictimai mənafe üçün məhdudlaşa bilər.
Bunlardan əlavə, əsərin toxunulmazlığı prinsipini, müəlliflik hüquqlannın müd-
dətsiz qorunması prinsipini və müəlliflik hüquqlarının müəyyən müddət ərzində
qüvvədə olma prinsipini də müəllif hüququnun prinsiplərinə aid etmək olar.
Əsərin toxunulmazlığı prinsipinə görə, müəllifin yaratdığı əsər toxunul
mazdır və buna görə də onun mənasının dəyişməsinə, təhrif olunmasına və ya
hər hansı digər formada yenidən işlənməsinə yol verilmir.
Müəlliflik hüquqlarının müddətsiz qorunması prinsipinə görə, müəllifin
şəxsi qeyri-əmlak hüquqları (əsərin müəllifi kimi tanınması hüququ, ad hüququ
və s.) müddətlə məhdudlaşdırılmadan, yəni müddətsiz qorunur. Məsələ bura
sındadır ki, əmlak hüquqlarından fərqli olaraq, müəllifin şəxsi qeyri-əmlak hü
quqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri yalnız həmin hüquqlann qo
runmasını həyata keçirə bilərlər və onların bu məsələ barəsindəki hüquqları
müddətlə məhdudlaşdırılmır. Bir sözlə, müəllifin şəxsi qeyri-əmlak hüquqları
nın qorunması müddətsizdir.
Göstərilən prinsip qanun normasında ifadə olunmuşdur’ .
Müəlliflik hüquqlarının müəyyən müddət ərzində qüvvədə olma prinsi
pinə görə, müəllifin əmlak (iqtisadi) hüquqları müddətsiz yox, müəyyən müd
dət ərzində qüvvədə olur. Belə ki, müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarından
fərqli olaraq, onun əmlak hüquqlarının müəlliflik hüquq normaları ilə qo
runması müddətlidir. Qanunun müəyyən etdiyi ümumi qaydaya görə, müəlli
fin əmlak hüquqları əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu
və onun ölümündən sonra 50 il müddətində qüvvədə olur. Bu müddət ötüb
keçdikdən sonra əsər müəlliflik hüquq normaları ilə qorunmur və həmin nor
maların hüquq mühafizə sferasına daxil edilmir. Buna görə də əsər ictimai va
ridata keçir və ümumxalq malı hesab edilir. Məhz bu səbəbdən istənilən şəxs
müəllifin vərəsəsindən razılıq almadan və onlara müəllif qonorarı (haqqı) ödə
mədən əsərdən sərbəst şəkildə istifadə edə bilər2.
Dostları ilə paylaş: |