Oğlanlar və qızların ali təhsil sisteminə gəlməsinin gender tədqiqatı



Yüklə 1,71 Mb.
səhifə6/28
tarix14.04.2017
ölçüsü1,71 Mb.
#13979
1   2   3   4   5   6   7   8   9   ...   28

Cədvəl 13




İllər
Bal



2000

2001

2002

2003

2004

2000

2001

2002

2003

2004




oğlanlar

qızlar

Azərbaycan bölməsi

50-100

-

-

2,1

3,5

4.1

-

-

0,5

1,6

1.3

100-200

22,8

3,1

27,9

17,8

1,7

18,9

1,2

25,5

13,4

1,3

200-300

29,5

35,9

28,2

31,0

30,5

29,1

30,6

31,9

35,6

34,9

300-500

39,4

44,4

34,0

36,9

48,0

44,8

52,1

37,5

42,0

51,0

500-700

8,4

16,6

7,7

10,7

15,7

7,3

16,2

4,5

7,4

11,6

Rus bölməsi

50-100

-

-

2,3

5,4

2,6

-

-

1,3

2,8

1,3

100-200

18,1

2,4

26,0

32,1

3,0

13,8

2,7

17,8

32,3

3,5

200-300

34,1

34,7

29,0

34,4

34,4

33,0

30,7

32,6

41,0

30,3

300-500

39,6

49,6

32,5

22,4

44,8

46,4

54,1

41,5

21,3

49,3

500-700

8,2

13,3

10,2

5,7

15,2

6,8

12,5

6,8

2,6

15,6

Oğlanlar və qızlar tərəfindən toplanılan 0-700 radələrində ballarda olan fərq açıq-aşkar gözə çarpır. Məs., 2000-2004-cü illər dövründə 50-100 radələrində oğlanların topladınları ballar qızların topladıqları balladan yüksək olmuşdur. 100-200 bal radələrində balları daha çox rus bölməsinin qızları toplamışdılar. 200-300 intervalda olan cavablar qızlar və oğlanlar arasnıda nisbətən bərabər paylanılmışdır. 300-500 bal radələrində qızların ümumi toplumu oğlanlarda olanda çoxdur. Nəhayət, 500-700 radələrində balları daha çox Azərbaycan bölməsində oğlanlar, rus bölməsində isə – qızlar toplamışdılar.

2004-2004-cü illər ərzində Azərbaycanın üç iri şəhərindən olan oğlanlar və qızların ali təhsil almaq imkanı nəzərdən keçirilərkən, ərizələrin seçilən ixtisasa verilməsində gender bərabərliyi müşahidə olunurdu. Eyni sözləri qəbul test imtahanlarının nəticələrindən də demək olar.

Ümumiyyətlə, vəziyyət ümidverici olsa da, ali təhsildə gender bərabərliyinə nailolma imkanları axıra qədər istifadə edilməmişdir:

- respublikada, təhsildə gender bərabərliyini aradan qaldırmaq üçün cəmiyyətdə ilk növbədə şüurdakı köhnəlmiş, patriarxal xarakterli fikirləri (stereotipləri) aradan qaldırmaq lazımdır;

- təhsil və əmək bazarı arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün, tədris proqramlarını bazar iqtisadiyyatının yeni tələblərinə uyğunlaşdırmaq lazımdır;

- qadınların informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək imkanını daha da genişləndirmək;

- təhsilə respublika büdcəsindən xərclərini artırmaq lazımdır ki, pedaqoji ali məktəblərə savadlı, qabiliyyətli oğlanlar və qızların axını artsın;

- valideynlərlə maarifləndimə işini aparmaqla, qızları ali təhsildən təcridolunma hallarını aradan qaldırmaq lazımdır (erkən nigahlar, sosial-iqtisadi səbəblər və s.);

- xüsusi olaraq, gender təhsili və gender tədqiqatlarının inkişafının yeni imkanlarının yaradılmasına, valideynlər ümumtəhsil məktəb şagirdləri, inzi­ba­ti işçilər arasında genderlə bağlı maarifləndirici işin artırılmasına diqqət yetirmək vacibdir.




nesmotrela

Yaşadığı ərazinin (paytaxt-əyalət) gender problemlərinin qavranılmasına təsiri

Növbəti birləşdirilmiş cədvəldə ali təhsil sahəsində gender problemlərinin qavranılması ali məktəbin yerləşdiyi ərazisinin təsiri baxımından təhlil olunur. Nəzərdə tutulur ki, təhsil prosesi baxımından təsiredici amillər burada – paytaxt və əyalət sakinləri arasında submədəni fərqlərdir (adətlər, ənənələr, nəsillərarası münasibətlər). Deməli, baxışlarda, münasibətlərdə, davranış nümunələrində müaviq fərqlər özünü biruzə verməlidir.


X. Təkliflər və tövsiyələr

1. Tədqiqatdan məlum oldu ki, Azərbaycan şəraitində ali təhsil sahəsində gender bərabərliyi özünəməxsusluğa malikdir. Ənənəvi olaraq, cəmiyyətimizdə alitəhsilin olması yüksək dəyərlidir və hər iki cinsin nümayəndələri üçün önəmlidir. Eyni zamanda bu, qızlar üçün peşəkarlıq baxımından nisbətən az əhəmiyyətlidir (ailə və digər səbəblərin üzündən ali məktəbi tərk edir və s.); oğlanlar üçün isə gəlir mənbəyi və karyera imkanı kimi götürülür (oğlan-gələcək ailə başçısı, onu dolandırandır). Tələbələr arasında izahvedici işləri aparmaqla, onları başa salmaq lazımdır ki, ali məktəbinin bitirilməsi və təhsilinbütün pillələrinin əldə edilməsi peşəkarlıq sahəsində rəqabətədözümlü olmaq deməkdir. Belə olsa, gələcəkdə mütəxəssislərin əmək bazarında qadınlar öz peşəkarlıq qabiliyyətini təsdiqləyə bilərlər.

2. Ali məktəbə qəbulolunma səbəblərində gender amilinin təsirini oğlanlar və qızların cavablarında görmək olur: statusun yüksəlişi, maraqlı peşə, intellektual sahəyə qoşulmaq cavabları oğlanlara, diplom almaq, valideynlərin məsləhəti, başqaları yamsılamaq – qızlara xasdır. Bu kimi fərqlər obyektiv mənşəyə malikdir; şübhəsiz, qızlar, belə düşünəndə, bilik uğrunda rəqabətə dözə bilməzlər; burada xüsusi proqramlar qəbul olunmalıdır ki, peşə yönümü üzrə iş bir qədər öz istiqamətini dəyişdirsin.

3. Bütövlükdə qızların təhsil almaq zərurəti bütün gənclər tərəfindən vurğulanır; bununla belə nə üçün lazımdır? suala birmənalı cavab verilmir. Qızlar təhsili faydalılığı baxımından qiymətləndirir. Beləliklə, ali təhsil bir dəyər kimi, özünəməxsus şəkildə özünü biruzə verir; bu məsələnin də əlavə tədqiqatda ehtiyacı var. XIX əsrin təhsil sistemi üçün səmərəliliyin, əhatəliliyin vacibliyini nəzərə almaqla, qeyd edilən tədqiqatın əhəmiyyətini başa düşmək olar.

4. Azərbaycan ailələrində həm oğlanlar, həm də qızlar ali təhsil almaq hüququndan eyni dərəcədə istifadə edirlər. Bəzi ailələrdə isə üstünlük oğlanlara verilir. Səbəbləri müxtəlifdir: gələcək ailə başçısıdır, əsgərliyin çəkməsi müddəti təxirə salınır, işləməlidir və s. Görünür ki, ali təhsi almaqla məhdudiyyət yaranan kimi, digər şərtləri də nəzərə alaraq, üstünlük oğlanlara verilir; baxmayaraq ki, bəzi qızlar oğlanlardan daha yaxşı oxuyur, ali məktəbə girə bilər, zəif orta məktəb hazırlığı olan oğlanlar isə ya işləməli, ya da ki, əsgərliyə getməlidirlər.

5. Yaşadığı ərazidən kənara oxumağa buraxılması problemi qızlar üçün xasdır. Adətən oğlanları başqa şəhərə oxumağa qoyurlar, qızları – bir o qədər yox. Təbliğat işini aparmaqla, qızların valideynləri inandırmaq lazımdır ki, qızlar öz peşələrinə yiyələnmək üçün başqa şəhərə oxumağa getməlidirlər.

6. Regionlar üzrə ali məktəblərdə qızların tədrisi prosesinin tədqiqi göstərmişdir ki, onların burada heç bir nə güzəştləri var, nə də ki, müdiriyyət və yaxud müəllimlər tərəfindən onlar sıxışdırılmır. Tələbkarlıq eyni olsa da, oğlanlarda cəzalandırılma, ali məktəbdən xaric edilmə halları daha çox müşahidə edilir. Qızların xaric edilməsinin əsas səbəbləri – dərsin buraxması, dərslərin zəif mənimsənilməsi, dərsin ödənişinin ödənilməsidir. Xarici səbəblər sırasında ailə vəziyyəti ilə bağlı məsələlər (ailə qurmaq, uşaq doğmaq, evdə məşğul olmaq və s.) qeyd olunmuşdur.

7. Qızlar bakalavr pilləsindən sonra magistraturada oxumağa daha az meyl salırlar. Lakin oxumaq istəyən qızlar bunun səbəbini kamil, tam ali təhsil almaq ərzində olduğunu qeyd edirlər. Magistraturanı bitirənlər həm də müvafiq iş tapmaq imkanını əldə edirlər. Magistraturaya qəbul məhdudiyyətsiz olmalıdır ki, qızların burada təhsil almaq imkanları artsın.

8. Gender sahəsində tədqiqatlardan nə paytaxt, nə də ki, əyalətdəki ali məktəb tələblri xəbərdardırlar. Sorğu iştirakçılarının yalnız yarısı bunun haqqında müəyyən təsəvvürlərə malikdirlər. Təhsil Nazirliyinə tövsiyə edilir ki, ölkənin ali məktəblərində gender biliklərinin yayılması üçün şərait yaratmasın.

9. Dövlət statistika komitəsinə əldə etdiyimiz məlumatlar təqdim edilməlidir; tövsiyə olunur ki, müvafiq bölmələrdə gender problemlərinin müxtəlif aspektləri (o cümlədən təhsil sahəsində) statistik baxımından ümumiləşdirilsin.


“Təhsildə gender bərabərliyi” mövzusunda sosioloji tədqiqatın nəticələrinin

İCMALI
600 respondentin anket cavabları kompüterdə SPSS sistemi vasitəsilə nəzərdən keçirilib təhlil olunmuşdur


1. Sorğu iştirakçılarının tərkibi və əhatə dairələri

Respondentlərin yaşayış yeri (regionu)




Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin