Oktyabr 2018-ci IL, çərşənbə ˆ Hər IL oktyabrın 3-ü ölkəmizdə XX əsr Azərbaycan



Yüklə 95,87 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix07.01.2024
ölçüsü95,87 Kb.
#212129
növüYazı
1   2   3   4
Z.BƏŞİRQIZI,
 
“Xalq qəzeti”
 
ˆ
Oktyabrın 2-də İqtisadi İslahatların 
Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 
tərəfindən yaradılan “www.enterpriseazerbaijan.
com” portalının təqdimetmə mərasimi keçirilib. 
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı portalı 
mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, 
təhlükəsiz, sürətli və əlverişli məkan olaraq 
Azərbaycandakı investisiya layihələri, startaplar, 
əmlak, səhm, torpaq və digər aktivlər barədə 
məlumat bankı adlandırıb.
“Bu gün bütün dünya
-
da verilən əsas sual budur 
ki, biznes aktivləri, yoxsa 
birləşdirici platforma daha 
üstündür? Facebook, Airbnb, 
Uber, Alibaba kimi layihələr 
göstərir ki, rəqəmsal platfor
-
malar nə dərəcədə vacibdir. 
Bu baxımdan “www.enterpri
-
seazerbaijan.com” portalının 
ərsəyə gəlməsi və Azexport 
və Rəqəmsal Ticarət Qovşağı 
ilə ekosistem təşkil etməsi 
təsadüfi deyil. İşəgötürənlər 
“insan buludu”ndan (hu
-
man cloud) istifadə edərək 
sifarişlərini verirlər. Dünyanın 
hər yerindən professionallar 
təklif edəcəkləri xidmətləri və 
layihələri “insan buludu”nda 
yerləşdirirlər ki, reallaşdırsın
-
lar. Beləliklə “www.enterprise
-
azerbaijan.com” həm də “insan 
buludu” platforması rolunda 
çıxış edərək, promoterlər və 
investorları birləşdirəcək. 
EnterpriseAzərbaycan P2P 
platforması kimi investisiya
-
lar bazarına çıxışı asanlaş
-
dırır, investisiya cəlbi üçün 
sərf olunan resursları qənaət 
edir, xərcləri azaldır. Çünki 
portal “robot-məsləhətçi” 
alqoritminin tətbiqini nəzərdə 
tutur. Gələcəkdə hətta 
EnterpriseAzərbaycanda 
blokçeyn texnologiyalarının 
istifadə edilməsi də nəzərdən 
keçirilir. EnterpriseAzərbaycan 
ölkədə sahibkarların yeni biz
-
nes əməliyyat modeli üzərində 
inkişafına dəstək verəcək: 
İstehlakçı-mərkəziyyəti, 
data əsaslı inkişaf, talantizm 
və biznesin iyerarxik struk
-
turundan şəbəkə modelinə 
keçid. EnterpriseAzərbaycanın 
razılığa gəldiyi dünyada apa
-
rıcı mələk, toxum və vençur 
sərmayədarlar ölkəmizdəki biz
-
nes layihələri maliyyələşdirmək 
üçün müzakirələrə hazırdırlar. 
Bu yolla EnterpriseAzərbaycan 
ölkədə startap hərəkatına yeni 
təkan verməyi planlayır”, – 
deyə icraçı direktor bildirib. 
V.Qasımlı yerli layihə 
müəlliflərini, sahibkarlar və 
sərmayədarları “www.enterp
-
riseazerbaijan.com” portalı ilə 
yaxından əməkdaşlığa dəvət 
edib.
Tədbirdə Azərbaycan 
Milli Elmlər Akademiyasının 
prezidenti Akif Əlizadə, əmək 
və əhalinin sosial müdafiəsi na
-
zirinin müavini Mətin Kərimli, 
“Goldenpay” şirkətinin yaradı
-
cısı Fərid İsmayılzadə, Avropa 
İttifaqının Azərbaycandakı 
nümayəndəliyinin rəhbəri 
Kestutis Yankauskas, Estoniya 
İnvestisiya Agentliyinin direk
-
torları Allan Selirand və Jaan 
Heinsoo çıxış ediblər.
Tədbir çərçivəsində 
İİTKM-in “www.enterprise
-
azerbaijan.com” portalı ilə 
“Enterprise Estoniya” sahibkar
-
lığın inkişafına yardım fondu 
arasında əməkdaşlıq haqqında 
memorandum imzalanıb.
Təqdimat mərasimi zamanı 
“www.enterpriseazerbaijan.
com” portalının mahiyyətindən 
bəhs edən videoçarxlar nüma
-
yiş olunub. Portalın ulduz səfiri 
Azərbaycan futbolunun ulduzu 
Qurban Qurbanov ictimaiyyəti 
Enterpriseazerbaijan portalı ilə 
bağlı düzgün hədəfi seçməyə 
çağırıb. Beynəlxalq qurumların 
xarici biznes nümayəndələri 
– Rusiya elektron pul və pul 
köçürmələri assosiasiyasının 
prezidenti Viktor Dostoy, 
OrientSwiss şirkətinin Qa
-
zaxıstan nümayəndəliyinin 
direktoru Sardor Muhamada
-
liyev, Buxarest universitetinin 
Departament direktoru 
Emerita Mariana, Tailandın 
elektron biznes mərkəzinin 
icraçı direktoru Kultriak 
Pakavarkrilers, İqtisadi 
Əməkdaşlıq və İnkişaf 
Təşkilatının Avrasiya üzrə 
direktoru Bill Tomson
“Finding My Place” 
təşkilatının həmtəsisçisi 
İngrid Rostenin çıxış 
etdiyi videoçarxda isə 
EnterpriseAzərbaycan 
portalının əhəmiyyətindən 
danışılıb.
Təqdimat mərasimində 
dövlət və özəl qurumların, 
ictimaiyyətin eləcə də 
xarici ölkə nümayəndələri 
iştirak ediblər.
Qeyd edək ki, 
EnterpriseAzərbaycan portalı 
Azərbaycana birbaşa xarici 
investisiyaların cəlb edilməsi 
potensialının təkmilləşdirilməsi 
və investisiya cəlbediciliyinin 
daha da artırılması 
məqsədilə ölkədə alternativ 
maliyyələşməyə açıq layihələr 
və yeni investisiya imkanları 
haqqında məlumatları əks 
etdirən, həmçinin investisiya 
layihələrini yerli və xarici 
investorların maliyyələşdirməsi 
üçün əlverişli platformadır.
AZƏRTAC
EnterpriseAzərbaycan portalı
 
ictimaiyyətə təqdim edilib

Yüklə 95,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin